Azərbaycan Tarixi
425
çıxmayaraq, neft kimyası elmində böyük
hadisə olan yüksək
oktamlı aviasiya benzini aldılar.
Azərbaycan geoloq alimləri Mirəli Qaşqay və Şamil
Əzizbəyovun rəhbərliyi ilə strateji xammal olan gil və fosforit
yataqlarını aşkar etmişdilər. Onlar yeni neft yataqları kəşf
etməklə neft hasilatını artıraraq, cəbhəni lazım olan qədər neft
və neft məhsulları ilə təmin etməyə xidmət edirdilər. Bioloq
alimlər Azərbaycan ərazisində bitən dərman bitkilərinin,
vitaminlərlə zəngin olan cır meyvələrin aşkar olunmasında fəal
iştirak edirdilər. Onların köməyilə Göyçayın yağ zavodunda
ardıc kökündən efir yağı alınırdı.
Müharibə illərində ictimai
elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq tarixindən
əsərlər yazmaqla vətənpərvərlik ideyalarını təbliğ edirdilər.
Alimlərimizin müharibə illərində cəbhəyə xidmətinin
nəticəsi olaraq, 1945-ci il mayın 23-də SSRİ EA AF əsasında
Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Onun ilk
prezidenti məşhur həkim, akademik M.Mirqasımov oldu.
Akademiyanın 16 institutu və bölməsi, əlyazmalar fondu var
idi.
Azərbaycanda elm müharibədən sonrakı illərdə də böyük
uğurlar əldə etmişdi. Elmi idarələrin sayı 1945-ci ildəki 66-dan
1970-ci ildə 142-ə, 1980-ci ildə 151-ə çatmışdı. Respublikada
elmi kadrların sayı sürətlə artırdı. 1947-ci
ildə elmlər
doktorlarının sayı 113 nəfərdən 1970-ci ildə 652 nəfərə, 80-ci
illərin sonunda isə 1186 nəfərə, elmlər namizədlərinin sayı
1947-ci ildə 669 nəfərdən 1970-ci ildə 5346 nəfərə, 80-ci illərin
sonunda isə 8905 nəfərə çatmışdı.
Müharibədən sonrakı illərdə fizika elmində mühüm
nailiyyətlər əldə edilmişdi. 1950-ci ildən respublikada fizika
elminin inkişafında yeni mərhələ başlandı. Yarımkeçiricilər
fizikasının, nəzəri fızikanın, metallar fizikasının problemlərinin
tədqiqi genişləndirildi. Azərbaycan fizikləri akademik Həsən
Abdullayevin rəhbərliyi altında yarımkeçiricilərin düzləndirici
elektrik
xassələrini, mayelərin (əsasən neftin) mikrostruk-
Qəzənfər Rəcəbli
426
turunu, termodinamik və optik xassələrini öyrənmək sahəsində
maraqlı tədqiqatlar apardılar.
Azərbaycanın fizik və riyaziyyatçıları tərəfindən kvant
fizikasını və kosmoqoniyanı öyrənmək sahəsində önəmli işlər
aparılırdı. Bu işlərin nəticəsində Şamaxıda astrofızika rəsədxa-
nası yaradıldı. Həmin rəsədxana keçmiş Sovet İttifaqında ən
böyük astrofızika rəsədxanası idi.
Görkəmli riyaziyyatçı alim Zahid Xəlilovun rəhbərliyi ilə
neft qatlarında quyuların ən əlverişli şəkildə yerləşdirilməsinin
riyazi öyrənilməsinin böyük əhəmiyyəti vardı. Bakı Dövlət
Universitetinin riyaziyyatçılarının Mingəçevir su qovşağı
inşaatçılarının müraciəti ilə Mingəçevir SES-in su altında qalan
borularının təzyiqini müəyyənləşdirmək üçün apardıqları
tədqiqatların böyük elmi və əməli əhəmiyyəti vardı.
Riyaziyyatçılar funksional təhlil
problemləri və inteqral
tənliklər nəzəriyyəsi sahəsində tədqiqatlar ilə bərabər tətbiqi
xarakterli məsələləri də araşdırırdılar. 1954-cü ildə qazın və
qazlı neftin süzülməsinin riyazi məsələləri sahəsində akademik
Azad Mirzəcanzadənin tədqiqatlarının böyük elmi və istehsalat
əhəmiyyəti vardı.
Azərbaycan alimləri kimya, biologiya, geologiya,
coğrafıya və seysmologiya sahələrində də bir sıra nailiyyətlər
əldə etmişdilər. 1949-cu ildə Şamaxı, Gəncə, Naxçıvan və
Lənkəranda seysmik stansiyaların yaradılması Azərbaycan
həyatında böyük hadisə idi.
1972-ci ildə Azərbaycan EA Naxçıvan
Elmi Mərkəzinin
yaradılmasının, 1975-ci ildə "Xəzər" Elmi Mərkəzinin
fəaliyyətə başlamasının Azərbaycan elminin inkişafında böyük
rolu olmuşdur. "Xəzər" Elmi Mərkəzi respublikanın təbii
sərvətlərinin kosmik tədqiqi ilə məşğul olurdu. 1978-ci ildən
isə Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi
fəaliyyətə başladı. Akademik Tofıq İsmayılovun rəhbərliyi
altında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində keçmiş
Azərbaycan Tarixi
427
SSRİ-də ilk dəfə ətraf mühitə operativ nəzarət edən peykaltı
ölçü sistemləri yaradılmışdı.
Müharibədən sonrakı illərdə tarix, fəlsəfə, dilçilik,
ədəbiyyatşünaslıq, folklor, arxeologiya və etnologiya sahəsində
də mühüm tədqiqatlar aparılmışdır.
Humanitar və ictimai
elmlər sahəsində Azərbaycan elminin müharibədən sonrakı
illərdə ən böyük nailiyyəti 10 cildlik "Azərbaycan Sovet
Ensiklopediyası"nm hazırlanıb nəşr olunmasıdır.
25.2. Azərbaycan sovet ədəbiyyatı. Demokratik
ənənələr üzərində dayanan Azərbaycan yazıçıları Sovet
hakimiyyətinin ilk illərində ictimai-mədəni və ədəbi tədbirlərdə
iştirak edərək respublikanın yeni həyatına fəal qoşulurdular.
S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid,
Ə.Cavad, Hacı
Kərim Sanılı, C.Cabbarlı, A.Şaiq,
Y.V.Çəmənzəminli, N.Vəzirov, M.S.Ordubadi, Ə.Nəzmi və
T.Şahbazi kimi görkəmli yazıçılar maarifçilik, tərəqqi və
humanizm ideyalarını təbliğ edərək, köhnəlik və mövhumata
qarşı mübarizə aparırdılar.
S.S.Axundov 1921-ci ildə "Laçın yuvası" pyesilə
"Tənqid-təbliğ teatrı"nın səhnəsi üçün elan olunmuş
müsabiqədə 32 səhnə əsəri içərisində birinci yeri tutmuşdu.
S.S.Axundov 1921-1923-cü illərdə "Taleyin təkəri", "Əməkdə
xoşbəxtlik", "Qaranlıqdan işığa", "İki yol", "Məhəbbətin
nəticələri", "Şərq diplomatları" və "Yeni məişət" səhnə
əsərlərini yazmışdır.
XX əsrin 20-ci illərində Azərbaycan ədəbiyyatı
C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" (1921) və
"Dəli yığıncağı"
pyesləri, H.Cavidin "Peyğəmbər" (1923) və
"Topal Teymur" (1925) əsərləri, Ə.Cavadın "Göy göl" (1925)
poeması, Hacı Sanılının "Aran köçü" (1925) və "Namus
davası" (1927) poemaları, C.Cabbarlının "Aydın" (1921) və
"Oqtay Eloğlu" (1923) pyesləri ilə zənginləşmişdi.
1925-ci ildə "Kommunist" qəzetinin yanında "Gənc Qızıl
Qələmlər İttifaqı" yaradıldı. Bu ittifaqa S.Rüstəm, M.Rahim,
Qəzənfər Rəcəbli
428
M.Müşfıq, S.Vurğun, Ə.Əbülhəsən, M.Hüseyn və M.Cəlal
daxil idilər. İttifaqın Gəncə, Naxçıvan, Xankəndi, Lənkəran,
Şəki və b. şəhərlərdə şöbələri vardı.
XX əsrin 20-30-cu illərinin dramaturgiyasının parlaq
ulduzu C.Cabbarlı olmuşdur. Onun "Od gəlini", "Sevil" (1928),
"Almaz" (1930), "1905-ci ildə" (1931) və "Yaşar" (1932)
pyesləri Azərbaycan dramaturgiyasının gələcək istiqamətini
müəyyən etdi.
Azərbaycanın görkəmli şairi H.Cavid yeni ədəbiyyata
mürəkkəb və ziddiyyətli yol keçərək gəlmişdi.
Rəsmi tənqid
onu sovet yeniliklərini əks etdirməməkdə günahlandırırdı. 20-ci
illərin sonunda ədəbi tənqidin təzyiqi altında onun
yaradıcılığında müəyyən dəyişikliklər nəzərə çarpırdı. Bu
baxımdan onun "Azər" poeması diqqəti cəlb edir. Bu
poemasında və "Knyaz" pyesində H.Cavid Sovet hakimiyyəti
uğrunda mübarizəni əks etdirirdi.
1930-cu ildə Ə.Əbülhəsənin "Yoxuşlar", S.Rəhimovun
"Şamo" romanları nəşr olunur. Bu əsərlər Azərbaycan nəsrinin
tədricən yeniləşdiyini göstərirdi. "Yoxuşlar" romanı
Azərbaycan kəndində baş verən yeni mürəkkəb sosial-iqtisadi
proseslərə, "Şamo" romanı isə Azərbaycanda vətəndaş
müharibəsinə həsr olunmuşdu.
30-cu illərdə Azərbaycan poeziyasının ön cərgələrində
S.Rüstəm, S.Vurğun, M.Müşfıq, M.Rahim, R.Rza və b.
gedirdilər. S.Rüstəmin "Bakı misraları" şeiri, S.Vurğunun
"Komsomol" poeması, M.Müşfiqin "Cəbi dayı" şeiri,
M.Rahimin "Neft" şeiri, R.Rzanın "Bakı" şeiri sovet
cəmiyyətinin yeniliklərinə həsr olunmuşdular. Həmin illərin
nəsrinin ən yaxşı nümunəsi isə M.İbrahimovun "Həyat" pyesi
hesab edilir. O vaxt bu pyes Azərbaycan sovet ədəbiyyatının
böyük nailiyyəti kimi qiymətləndirilirdi.
30-cu illərdə Azərbaycan dramaturgiyası H.Cavidin
"Səyayuş" (1933), "İblisin intiqamı" (1936) və "Xəyyam"
(1935) pyesləri ilə zənginləşdi. H.Cavidin "Xəyyam" pyesi