Azərbaycan Tarixi
417
Lakin teokratik dövlət şəraitində demokratiya uğrunda
mübarizənin çətinliklərinə baxmayaraq, Cənubi Azərbaycan
əhalisi mütərəqqi ziyalıların başçılığı altında bu gün də milli
azadlıq uğrunda mübarizəni davam etdirir və azadlıq şərbətini
bir daha içmək əminliyi ilə yaşayır.
Ədəbiyyat:
1. M. İbrahimov Cənubi Azərbaycanda 1945-1946-cı illər
demokratik hərəkatı haqqında. Bakı, 1948, s. 3-44.
2. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik, Bakı, 2002, s.
188-195, 189-199, 260-278.
3. Cənubi Azərbaycan tarixi məsələləri. Bakı, 1989, s. 18-43.
4. Siyasi tarix. Prof. S.Qəndilovun redaktorluğu ilə mühazirə
kursu, II hissə, Bakı, 1995, s. 44-51, 74-86.
5. История Ирана. Москва, 1977, с. 355-369.
Qəzənfər Rəcəbli
418
XXV FßSÈL
SOVET AZƏRBAYCANIN MƏDƏNİYYƏTİ
25.1. Sovet Azərbaycanında təhsil və elm. Azərbaycan
SSR-də savadsızlığın ləğv edilməsi ilə yanaşı ümumi ibtidai
təhsilə də özəl əhəmiyyət verilirdi. 1927/28-ci dərs ilində
respublikada ümumi icbari ibtidai təhsilə keçilməsinə başlandı.
XX əsrin 30-cu illərində Azərbaycanda ümumtəhsil
sistemi üç mərhələdən ibarət idi: ibtidai, natamam orta və orta
təhsil. 1932/33-cü tədris ilində Azərbaycanda ibtidai, natamam
orta
və ümumtəhsil orta, habelə fabrik-zavod və kəndli gənclər
məktəbləri üçün xüsusi fənn proqramları tərtib edildi. Tədris
sahəsində ümumi nailiyyətlərlə bərabər Azərbaycan dilində
yeni dərsliklərin hazırlanması işində ciddi "əməliyyatlar" da
aparılırdı, məktəb proqramlarından milli-mənəvi dəyərlərə dair
müddəalar çıxarılırdı. Tarix və coğrafiya fənləri partiya
"nəzarəti" altında idi. Mərkəzin tələbi
ilə tarix fənninin
proqramları "beynəlmiləlçilik" və böyük rus xalqına məhəbbət,
slavyan vətənpərvərliyi tərbiyəsinin tələblərinə uyğunlaşdırıl-
malı idi.
XX əsrin 20-30-cu illərində respublikada ixtisaslı fəhlə
kadrları hazırlanmasına dövlət qayğısı ilə əlaqədar peşə
təhsilinə də xüsusi fıkir verilirdi. Respublikada texniki-peşə
təhsilinin dörd tip təhsil müəssisəsi yaradılmışdı: 1) fabrik-
zavod şagirdliyi (FZŞ) məktəbləri, 2) peşə məktəbləri, 3) peşə
kursları və 4) texnikumlar. Azərbaycanda 1921-ci
ildən fəaliy-
yət göstərən FZŞ məktəbləri daha geniş yayılmışdı. İstehsalat
əməyi ümumi və xüsusi təhsil elementlərini birləşdirən FZŞ
Azərbaycan Tarixi
419
məktəbləri gəncləri texnikumlara və ali məktəblərə hazırlamaq
məqsədinə də xidmət edirdilər.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra Azərbaycan
SSR-də
təhsil
şəbəkələrinin maddi-texniki bazasını
möhkəmlətmək və tədrisin səviyyəsini yüksəltmək üçün əməli
tədbirlər həyata keçirildi. 1946-1970-ci illərdə respublikanın
şəhər və kəndlərində 74 min yerlik məktəbəqədər uşaq
müəssisəsi və 444 min yerlik 169 ümumtəhsil məktəbi binaları
tikilib istifadəyə verildi.
1950/51-ci tədris ilində respublikada 4233, 1970/71-ci
tədris ilində isə aıtıq 5115 ümumtəhsil məktəbi vardı. Gənclərin
və yaşlıların istehsalatdan ayrılmadan təhsil almaları üçün
1970/71-ci tədris ilində 772
axşam və qiyabi ümumtəhsil
məktəbi fəaliyyət göstərirdi.
1970-1980-ci illərdə respublikada 101 min yerlik
məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verildi.
Məktəbəqədər uşaq müəssisələrinin sayı 1990-cı ildə 2185-ə
çatmışdı. Onlarda 181 min uşaq tərbiyə alırdı. Həmin illərdə
respublikada 703 min yerlik 1058 ümumtəhsil məktəbi
tikilmişdi. 1990/91-ci tədris ilində respublikanın şəhər və
kəndlərində 4356, o cümlədən 4368 gündüz, 58 axşam və
növbəli ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Ümumtəhsil
məktəblərində hər il orta hesabla 1.400.000-ə qədər şagird
təhsil alırdı. Bu məktəblərdə 132 min müəllim dərs deyirdi.
1949-cu ildən Azərbaycanda ümumi icbari yeddiillik
təhsilə keçid başlandı. 1959-cu ildən
icbari səkkizillik təhsil
tədbiq olundu. Politexnik təlimə diqqət artırıldı, məktəblərin
nəzdində tədris emalatxanaları yaratmağa başlandı. 1966-cı ildə
isə ümumi orta təhsilə keçildi və texniki-peşə məktəblərinin
sayı artırıldı. 70-80-ci illərdə 100 yeni texniki-peşə məktəbi
yaradıldı. 1990-cı ildə respublikada 176 texniki-peşə məktəbi
vardı. Onlarda 83 minə qədər şagird sənaye, nəqliyyat, kənd
təsərrüfatı və məişət xidməti sahələri üzrə peşələrə .yiyələnirdi.
Qəzənfər Rəcəbli
420
XX əsrin 20-30-cu illərində mədəni quruculuğun ən
mühüm vəzifələrindən biri fəhlə və kəndlilərdən sovet
ziyalıları, mütəxəssis kadrlar hazırlamaq idi.
Bu vəzifə əsasən
ali məktəblərin öhdəsinə düşürdü. Sovet Azərbaycanında ilk
çağlar yeganə ali məktəb hələ Cümhuriyyət dövründə 1919-cu
ildə yaradılmış Bakı universiteti idi. Fəaliyyətə başladığı vaxt
universitetdə iki fakültə - tibb və tarix-filologiya fakültələri
vardı. 1921-1922-ci tədris ilində isə ictimai elmlər fakültəsinə
çevrilmiş tarix-filologiya fakültəsi və fizika-riyaziyyat elmləri
bazasında pedaqoji fakültə yaradıldı. 1921-ci ildə ölkədə ilk
texniki ali məktəb - Azərbaycan Politexnik İnstitutu açıldı.
Həmin il Bakıda müəllim kadrları hazırlayan Pedaqoji İnstitut,
Ali Bədii Məktəb və Konservatoriya açıldı.
Yerli əhalidən ali təhsilli mütəxəssislər hazırlamaq üçün
Moskva və Leninqradın ali məktəblərinə çoxlu azərbaycanlı
tələbələr göndərilirdi. 1925-ci ildə Sovet Rusiyasının və başqa
sovet respublikalarının ali məktəblərinə 150 azərbaycanlı tələbə
göndərilmişdi.
Ali məktəblərə fəhlə-kəndli
gənclərin qəbulu işinə kömək
məqsədilə 1920-ci ildə Bakı universitetinin nəzdində hazırlıq
kursu rolunu oynayan fəhlə fakültəsi yaradılmışdı. Birinci il
burada təhsil rus dilində aparılırdı. 1921-ci ildə həmin fakültədə
80 nəfər dinləyicisi olan Azərbaycan şöbəsi də açıldı. 1923/24-
cü tədris ilində Azərbaycan dılində fəhlə fakültələri Gəncə və
Şəkidə də açıldı. Bu dövrdə Azərbaycan ali təhsil sisteminin ən
böyük nöqsanı ali məktəblərin "proletarlaşdırılması" siyasəti
idi. Ali məktəblərə yalnız fəhlə və yoxsul kəndlilərin uşaqları
qəbul edilirdilər. Bu da əhalinin geniş kütləsinin,
o cümlədən,
ziyalıların və keçmiş burjua və mülkədarların uşaqlarının ali
məktəblərə yolunu bağlayır, ali təhsilli mütəxəssislər hazırlan-
ması işinin keyfiyyətinə mənfi təsir göstərirdi.
1930-cu ildən Azərbaycan ali təhsil müəssisələrinin yeni-
dən qurulmasına başlandı. Azərbaycan Politexnik İnstitutun
mühəndis-inşaat fakültəsi müstəqil İnşaat İnstitutuna çevrildi,