Azərbaycan Tarixi
429
Azərbaycanın SSR XKS-nin qərarı ilə mükafata layiq
görülmüşdü. Həmin illərdə C.Cabbarlı ənənələri ilə
yetkinləşmiş Azərbaycan dramaturgiyası S.Vurgun yaradıcılığı
ilə yeni pilləyə qalxdı və onun "Vaqif" (1939) və "Xanlar"
(1939) pyesləri ilə şöhrət tapdı. S.Rüstəmin "Qaçaq Nəbi"
dramı ona şöhrət qazandırmışdı. S.Rəhmanın "Toy" və
"Xoşbəxtlər" komediyaları Azərbaycan teatrlarının
səhnəsində
müvəffəqiyyətlə nümayiş etdirilirdi.
Lakin Azərbaycan sovet ədəbiyyatının inkişaf yolu heç də
hamar deyildi. Respublikanın ədəbi mühiti mürəkkəb və
ziddiyyətli idi. Mətbuat səhifələrində Azərbaycanın görkəmli
şair və yazıçılarına qarşı hücumlar edilir, onların yaradıcılığı
kəskin tənqid edilir, özləri isə köhnəpərəstlikdə, bədbinliyi
təbliğ etməkdə ittiham edilirdilər.
Tənqid və hücumlara ən çox
H.Cavid,
Ə.Cavad, H.K.Sanılı, Y.V.Çəmənzəminli,
Ə.Haqverdiyev və M.S.Ordubadi məruz qalırdılar.
Azərbaycan ədəbi mühütindəki ziddiyyətlər kütləvi siyasi
represiyalar başlayanda ağır cinayətlərlə
nəticələndi.
Azərbaycanın görkəmli ziyalıları, yazıçıları və şairləri H.Cavid,
Ə.Cavad, S.Hüseyn, M.Müşfıq, Y.V.Çəmənzəminli, Ə.Nəzmi,
S.Mümtaz, T.Simurq, B.Çobanzadə və bir çox başqaları 1937-
ci il siyasi represiyalarının qurbanları oldular. Lakin onlar öz
əsərləri ilə adlarını Azərbaycan ədəbiyyatı salnaməsində əbədi
olaraq həkk etdirmişlər.
İkinci Dünya müharibəsi illlərində humanizm, xəlqilik
və vətənpərvərlik ənənələrinə sadiq qalan Azərbaycanın
ədəbiyyat xadimləri - yazıçılar və şairlər öz əsərləri vasitəsilə
insanlarda
Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır,
cəsurluq, mətinlik və igidlik duyğuları tərbiyə etməklə düşmən
üzərində qələbəyə inam yaradırdılar. Şair və yazıçılar orduya
çağırış məntəqələrində, hərbi hissələrdə, müəssisə və idarələrdə
çıxış edərək insanları vətənpərvərliyə yə qələbəyə səsləyirdilər.
S.Vurğun, O.Sarıvəlli, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn,
Z.Xəlil, T.Əyyubov, Ə.Vəliyev, İ.Əfəndiyev, Ə.Məmmədxanlı,
Qəzənfər Rəcəbli
430
M.İbrahimov, Mir Cəlal bir neçə dəfə cəbhə xəttinə gedərək
416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyalarının
döyüşçüləri ilə görüşlər keçirmişdilər.
Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Mehdi
Hüseyn,
Mir Cəlal, Ənvər Məmmədxanlı, Yusif Şirvan və
başqalarının vətənpərvərlik mövzusunda "Döyüşən qələm"
bədii əsərlər toplusu çap olundu. Uşaqlar və yeniyetmələr üçün
isə "Vətən mahnıları" adlı kitab çap olunmuşdu. Azərbaycan
ədəbiyyatı müharibə illərində M.Hüseynin "Nizami" və "And",
S.Rüstəmin "Partizanlar", S.Rəhimovun "Fitnə", Z.Xəlilin
"Namus bayrağı", S.Vurğunun "Fərhad və Şirin" kimi tərbiyəvi
əhəmiyyətli dram əsərləri ilə zənginləşdi.
Müharibədən sonrakı ilk illərdə Azərbaycan ədəbiyyatı
ictimai-siyasi həyatla sıx əlaqədə inkişaf etmiş, oxucularda
böyük maraq oyadan əsərlər yaradılmışdı.
Poeziya sahəsində
S.Vurğunun "Muğan" və "Zəncinin arzuları", M.Rahimin
"Leninqrad göylərində" və S.Rüstəmin "Qafurun qəlbi" kimi
poemalar yazıldı. Nəsr sahəsində M.Hüseynin "Abşeron",
M.Cəlalm "Yaşıdlarım", Ə.Vəliyevin "Gülşən", M.Süleymano-
vun "Yerin sirri", M.S.Ordubadinin "Dumanlı Təbriz" və
"Qılınc və Qələm" romanları və M.Hüseynin "Komissar"
povesti xalqın tarixinin mühüm səhifələrinə, müasir həyata və
azadlıq uğrunda mübarizə hərəkatına həsr edilmişdilər. Drama-
turgiya sahəsində İ.Əfəndiyevin "Bahar suları", Ə.Məmməd-
xanlının "Şərqin səhəri", C.Məcnunbəyovun "Böyük məhəb-
bət", İ.Qasımovun "Xəzər üzərində şəfəq" və S.Rəhmanm
"Aydınlıq" pyeslərində müasirliyə maraq güclü idi.
1947-ci ildə böyük Azərbaycan şairi, dünya poeziyasının
Günəşi, böyük filosof, mütəfəkkir Nizami Gəncəvinin 800 illik
yubileyi dünya miqyasında qeyd edildi. Yubiley münasibətilə
Gəncədə 1946-cı ildə dahi şairin məqbərəsi açıldı. SSRİ
Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının böyük
Nizaminin yubileyinə həsr edilmiş təntənəli plenumu keçirildi.
Azərbaycan Tarixi
431
Yubiley
Moskvada, Leninqradda və Sovet İttifaqının digər
mədəni mərkəzlərində təntənə ilə qeyd olundu.
50-ci illərdə Azərbaycan yazıçıları yeni ədəbi nailiyyətlər
qazandılar. S.Vurğunun "Aygün" poemasında əməyin qüdrəti
və şəxsiyyətin fərdi duyğuları bədii təhlilini tapır. Azərbaycan
nəsri M.İbrahimovun "Böyük dayaq", M.Hüseynin "Səhər",
M.Cəlalın "Yolumuz hayanadır", Ə.Vəliyevin "Çiçəkli",
İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə", Ə.Sadıqın
"Mingəçevir", S.Rəhmanın "Böyük günlər", S.Rəhimovun
"Ağbulaq dağlarında",
İ.Şıxlının "Ayrılan yollar",
İ.Hüseynovun "Yanar ürək", İ.Əfəndiyevin "Söyüdlü arx",
Ə.Əbülhəsənin "Tamaşa qarınm nəvələri" və H.Seyidbəylinin
"Telefonçu qız" roman və povestlərilə zənginləşdi. Azərbaycan
dramaturgiyasında bədii kamillik kəsb edən Ə.Məmmədxan-
lının "Od içində" və "Şirvan gözəli", İ.Əfəndiyevin "Atayevlər
ailəsi", R.Rzanm "Qardaşlar", İ.Qasımov və H.Seyidbəylinin
"Dəniz cəsurları sevir" və İ.Səfərlinin "Göz həkimi" əsərlərində
bir sıra bitkin bədii surətlər yaradıldı.
60-cı illərdə S.Rəhimovun "Mehman", S.Rəhmanın
"Yalan", İ.Hüseynovun "Doğma və yad adamlar", Elçinin "Ağ
dəvə", M.İbrahimovun "Gələcək gün" və P.Makulunun
"Səttarxan" romanları oxucular tərəfindən rəğbətlə qarşılan-
mışdı. Bu sənət əsərlərində cəmiyyətdə,
ailədə və nəsillər
arasında olan ziddiyyətlərin səbəbləri məharətlə açıqlanırdı.
70-ci illərdə Azərbaycan ədəbiyyatı poeziyanın yeni-yeni
nümunələrinin yaradılması ilə fərqlənir. Mirvarid Dilbazinin
"Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi" və
"Yasəmən fəsli", Nigar Rəfibəylinin "Günəşdən gənclik
istədim" və "Bizə bahar yaraşır", İslam Səfərlinin "Çiçək
təranəsi", "Dan ulduzu, bir də mən" Əli Kərimin "Qaytar ana
borcumu", "Uşaqlar və ulduzlar", "Pillələr" və "Qayıq", Nəbi
Xəzrinin "Dərələr", "Ulduz karvanı", "Heykəlsiz abidə" və
"İnam", Rəsul Rzanın "Dünən, bugün, sabah", "Güneylər və
quzeylər" və "Üzü küləyə", Bəxtiyar Vahabzadənin "Muğam"
Qəzənfər Rəcəbli
432
və "Atılmışlar" şeirlər kitablarında məhəbbət, torpağa bağlılıq,
vətənpərvərlik, azadlıq ideyaları, Azərbaycan qadınlarının
mənəvi
zənginliyi, Vətənin təbii gözəllikləri, insanların nəcib
arzu və istəkləri, ümumbəşəri hiss və düşüncələr başlıca yer
tuturdu.
70-80-ci illərdə Azərbaycanın bədii nəsri zəngin inkişaf
yolu keçmişdir. Bu illərdə S.Rəhimovun "Ana abidəsi" və
"Qafqaz qartalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı",
Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim", Ələviyyə
Babayevanın "Adamlar və talelər", İsa Hüseynovun "Nəsimi"
və M.İbrahimovun "Pərvanə" roman və povestləri yazılmışdır.
70-80-ci illərdə Azərbaycan dramaturgiyası da yeni
əsərlərlə zənginləşdi. Bu illərdə yazılmış M.İbrahimovun
"Bəşəri komediya", İ.Qasımovun "Nağıl başladı",
B.Vahabzadənin "Yağışdan sonra", İ.Əfəndiyevin "Billur
sarayda" və Anarın "Şəhərin yay günləri" pyeslərində mənəvi-
əxlaqi və psixoloji problemlər əsas yer tuturdu.
Azərbaycan Sovet ədəbiyyatı XIX əsrin sonu - XX əsrin
əvvəllərində yazıb-yaratmış klassik yazıçılarımızın ənənələrini
davam etdirərək
həm realist, həm də romantik ruhlu bədii
əsərlərlə
gənclərimizin qəlbini oxşamış, xalqımızı
vətənpərvərlik və xəlqilik ruhunda tərbiyə etmişdir.
25.3. Sovet Azərbaycanının incəsənəti. XX əsrin 20-ci
illərində Azərbaycan teatrınm inkişafında da müəyyən
irəliləyişlər olmuşdur. 1920-ci ildə Mayılov teatrının binasmına
Dövlət Teatrı yaradıldı. O vaxt bütün dram və opera
kollektivləri orada cəmləşmişdi. Elə həmin ildə Bakıda
Azərbaycan Akademik Dram Teatrının özəyi olan ilk teatr
truppası formalaşdı. Onun yaradılmasında görkəmli yazıçı
Ə.Haqverdiyevin böyük rolu olmuşdur.
1920-ci ildə, Mart soyqırımı vaxtı ermənilər tərəfindən
yandırılmış H.Z.Tağıyev teatrının bərpasına başlandı. Teatr
binasının bərpası 1922-ci ildə başa çatdırıldı və yanvar ayında
M.F.Axundzadənin "Hacı Qara" komediyasının tamaşası ilə