Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə115/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   111   112   113   114   115   116   117   118   ...   134

Azərbaycan Tarixi 
 
 
457 
publikanın  hüquqlarını  müdafiə  etməyə  çağırdılar.  Respub-
likanın başqa şəhərlərində də etiraz mitinqləri keçirildi. 
Mərkəzin 1988-ci il mayın 21-də Azərbaycan KP MK-nın 
birinci katibi vəzifəsinə gətirdiyi Əbdürrəhman Vəzirovun xal-
qın milli mənafeyinə zidd siyasəti və Moskvanın Dağlıq Qara-
bağdakı  səlahiyyətli  nümayəndəmi  A.Volskinin  ermənipərəst 
siyasəti erməniləri öz xəbis niyyətlərini həyata keçirməyə daha 
da  həvəsləndirirdi.  Azərbaycanın  Şuşa  rayonu  ərazisində  Top-
xana adlı nadir qoruq meşəsində İrəvanın sənaye müəssisəsinin 
obyektinin  tikintisinə  başlanması  xəbəri  Azərbaycan  xalqının 
səbr  kasasını  doldurdu. "Varlıq"  və  "Yurd"  təşkilatlarının 
təşəbbüsü ilə noyabrın 15-də Dövlət Universitetinin qarşısında, 
ertəsi  gün  Elmlər  Akademiyasının  dairəvi  salonunda  mitinqlər 
keçirildi. 
1988-ci il  noyabrın 17-də  xalq  hərəkatının  kortəbii  mər-
hələsi  ən  yüksək  zirvəsinə  qalxdı,  Milli  Dirçəliş  mərhələsinə 
keçdi.  Həmin  gün  səhər  tezdən  Elmlər  Akademiyası,  Dövlət 
Universiteti,  Politexnik  və  İqtisadi  institutlarının  nümayişçi 
dəstələri  milisin  mane  olmaq  cəhdinə  əhəmiyyət  verməyərək 
Sabir  bağına,  oradan  isə  şəhərin  mərkəzi  meydanına  gəldilər. 
Burada onlara digər ali məktəblərin və sənaye müəssisələrindən 
kollektivləri də qoşuldular. Nümayişçilər  meydanda  mitinq 
keçirdilər.  Mitinqdə  nümayişçilərin  tələbləri  oxundu. 
Ermənilərin  Azərbaycana  qarşı  təcavüzünün  qarşısının  alın-
ması,  Dağlıq  Qarabağda  A.Volskinin  antiazərbaycan  Xüsusi 
İdarəetmə  Komitəsinin  ləğv  edilməsi, "Topxana"  meşəsində 
ermənilərin  sənaye  obyektinin  tikintisinin  dayandırılması,  əks 
təqdirdə  Ermənistan  SSR-ə  qarşı  iqtisadi  sanksiyalar  tətbiq 
edilməsi, SSRİ Ali Sovetinin sessiyasında Azərbaycan deputat-
larının Ermənistan SSR-in təcavüzü ilə bağlı məslə qaldırması 
əsas  tələblər  idi.  Nümayişçilər  bu  tələblərin  yerinə  yetirilmə-
yincə meydanı tərk etməyəcəklərini elan etdilər. 
Qəzənfər Rəcəbli 
 
 
458
Nümayişçilər  meydana  Azərbaycan  SSR-in  bayrağı  ilə 
gəlmişdilər.  Noyabrın 19-da  burada  ilk  dəfə  Azərbaycan 
Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Meydan səngimək 
bilmirdi.  Mərkəz  bütün  Azərbaycanda,  o  cümlədən  Bakı, 
Gəncə  və  Naxçıvan  şəhərlərində,  habelə  Ermənistan  SSR-in 
azərbaycanlılar  yaşayan  bölgələrində  fövqəladə  vəziyyət  elan 
etdi. Noyabrın 24-də Bakıya qoşun yeridildi. Qoşuna noyabrın 
25-də  meydanı  "təmizləmək"  əmri  verilmişdi.  Lakin 
nümayişçilərin  iradəsi  qarşısında  həmin  əmrin  yerinə 
yetirilməsi təxirə salındı. Hər gün yüz minlərlə adam meydana 
axışırdı.  Çox  vaxt  gündüzlər  mitinqlər  zamanı  meydanda 
nümayişçilərin  sayı  milyon  nəfəri  ötürdü.  Meydana 
Azərbaycanın  digər  şəhərlərinin  nümayəndələri  də  gəlirdilər. 
Onlar meydanda bəstə oturanları (piketçiləri)  mənəvi cəhətdən 
və  maddi  vəsaitlə  dəstəkləyirdilər.  Gecələr  də  meydanda 
qalanmış tonqalların ətrafında on minlərlə adam qalırdı. 
Ölkənin  rəhbərliyi  erməni  millətçiliyinə,  separatizmə 
qarşı  heç  bir  tədbir  görməsə  də  mitinqdə  xalq  mümkün  olan 
nəticəni  əldə  etmişdi,  rəhbərlik  mövcud  problemə  Azərbaycan 
xalqının münasibətini bilmişdi. İndi təşkilatlanmaq, mübarizəni 
demokratik  vasitələrlə  davam  etdirmək  laxım  idi.  Cəmiyyətin 
bunu  dərk  edən  qüvvələri  tədricən  meydandan  uzaqlaşırdılar. 
Dekabrın 3-də  meydanı  mühasirəyə  almış  hərbi  qüvvələr 
nümayişçilərdən meydanı tərk etməyi tələb etdilər. Dekabrın 4-
dən 5-ə  keçən  gecə  isə  hərbçilər  zorla  meydanı  boşaltdılar. 
Meydan  zor  gücünə  dağılsa  da, 18 gün  davam  edən  bu 
mubarizə forması xalqımızın tarixinə "Meydan hərəkatı" adı ilə 
daxil oldu. "Meydan hərəkatı" milli oyanışa, xalqın özünüdərk 
prosesinə,  milli  dirçəlişə  güclü  təkan  verdi.  Ona  görə  də 
xalqımız "Meydan hərəkatı"nın başlandığı 17 noyabrı "Dirçəliş 
günü" kimi qeyd edir. 
"Meydan  hərəkatı"ndan  sonra  xalq  onun  təşkilatçısı 
AXC-nin təşəbbüs qrupu ətrafında birləşməyə başladı. 1989-cu 


Azərbaycan Tarixi 
 
 
459 
il  martın 13-də  AXC-nin  təşəbbüs  qrupu  ilə  "Varlıq"  təşkilatı 
arasında  siyasi  razılaşma  əsasında  AXC-nin  Müvəqqəti 
Təşəbbüs  Mərkəzi  yaradıldı.  Müvəqqəti  Təşəbbüs  Mərkəzi 
1989-cu  il  iyulun 16-da  Bakıda  Azərbaycan  Xalq  Cəbhəsinin 
təsis  konfransını  çağırdı.  Konfrans  AXC-ni  yaratdı,  onun 
Nizamnamə  və  Məramnaməsini  qəbul  etdi,  İdarə  Heyətini 
seçdi.  AXC  İdarə  Heyəti  Əbülfəz  Elçibəyi  AXC  təmsilçisi 
vəzifəsinə  seçdi. 1989-cu  il  oktyabrın 5-də  Azərbaycan  SSR 
Nazirlər  Soveti  AXC-ni  rəsmi  qeydə  aldı.  AXC  artıq  nüfuzlu 
təşkilata  çevrilmişdi.  Onun  sıralarında 300 min  nəfərə  qədər 
üzv  və  tərəfdaş  vardı.  AXC-nin  kütləvi  mətbuat  orqanı 
"Azadlıq" qəzeti 1989-cu il dekabrın 4-dən nəşrə başladı. 
1990-cı ilin mart  ayında  respublika Ali  Sovetinə  keçiril-
məsi  nəzərdə  tutulan  seçkilərdə  "demokratik  qüvvələrin" 
hakimiyyətə  gələcəyi  şübhə  doğurmurdu.  Demokratik 
qüvvələrin  hakimiyyətə  gəlməsini  Mərkəz  Azərbaycanın 
suverenliyinə, iqtisadi müstəqilliyinin təmin olunmasına imkan 
verilməsi  kimi  qiymətləndirirdi.  Bunun  qarşısını  almaq 
məqsədilə  xalqa  divan  tutulması  üçün,  bəzi  qəzetlərlə  onu 
zorakı  hərəkətlərə  şirnikləndirmək  kimi  təxribat  vasitələrindən 
istifadə  olunurdu.  AXC  İdarə  Heyətində  rəhbərlik  uğrunda 
mübarizə  aparan  radikal  qrup  bu  tələyə  düşdü. 1989-cu  il 
oktyabrın 28-29-da  keçirilmiş  AXC  Məclisinin  birinci 
sessiyasında  "radikallar"  AXC  İdarə  Heyətinin  "liberal" 
üzvlərini  təslimçilikdə  xalqa  xəyanətdə  və  qətiyyətsizlikdə 
taqsırlandırdılar.  Xalq  cəbhəsinin  bütövlüyünü  qoruyub 
saxlamaq üçün "liberallar" müəyyən güzəştlərə getməli oldular. 
Dekabrın 9-da  AXC  müşavirəsində  İdarə  Heyəti  buraxıldı, 
onun  səlahiyyətləri  əslində  "radikallardan"  ibarət  Müvəqqəti 
Təşkilat Qrupuna verildi. 
Daha  da  fəallaşan  "radikallar"  narazılığa  gündən-günə 
artan xalq kütlələrini öz ardlarınca apara bildilər. Azərbaycanın 
bir  çox  bölgələrində  Cəbhəçilər  hakimiyyəti  ələ  almağa 
Qəzənfər Rəcəbli 
 
 
460
təşəbbüs göstərdilər, nəticədə ikihakimiyyətlilik yarandı: kom-
munistlərin və cəbhəçilərin hakimiyyətləri. AXC təşkilatlarında 
dövlət funksiyalarını yerinə yetirən strukturlar yaradıldı. 
1989-cu  il  dekabrın 8-dən  başlanan  fasiləsiz  mitinqlər 
Cəlilabadda  raykomun  və  milisin  binalarının  dağıdılmasına, 
milisin  qovulmasına  və  rayon  rəhbərliyinin  döyülüb 
qovulmasına gətirib çıxartdı. Toqquşmalarda 150 nəfərdən çox 
adam yaralandı. Dekabrın 29-da Cəlilabadda "Xalq hökuməti" 
adlandırılan hakimiyyət fəaliyyətə başladı, Müvəqqəti Təşkilat 
Komitəsi və Milli Müdafiə Şurası yaradıldı. 
Naxçıvan  Muxtar  Respublikasında 1989-cu  il  dekabrın 
23-də  Xalq  Cəbhəsi  sərhəd  dəstəsinin  komandirinə  ultimatum 
göndərib  dekabrın 31-dək  sərhəddən  adamların  o  taydakı 
qohumları  ilə  görüşmək  üçün  müəyyən  qaydalarla  keçməsinə 
imkan  verilməsini  tələb  etdi.  Lakin  sərhədlərin  pozulmasını 
xalqa  qarşı  hazırlanan  qanlı  qırğın  üçün  bəhanə  kimi  istifadə 
etməyi  planlaşdıran  Moskvanın  tələbi  ilə  sərhəd  dəstəsinin 
komandiri  bu  tələbi  rədd  etdi.  Rədd  cavabı  alan  xalq 137 km 
məsafədə Sovet-İran sərhəd qurğularını dağıtdı, hər iki tərəfdən 
sahildə toplaşmış qohum-qardaş Araz çayını keçib görüşdülər. 
Cəlilabad və Biləsuvar rayonlarında da sərhəd qurğuları 1990-
cı il yanvarın 18-də sərhədçilərin iştirakı ilə dağıdıldı. 
1990-cı  il  yanvarın 11-dən 12-ə  keçən  gecə  AXC-nin 
Lənkəran şöbəsinin qərarı ilə şəhər partiya komitəsinin binası, 
daxili  işlər  şöbəsi,  rabitə  qovşağı,  mətbəə  və  digər  dövlət 
müəssisələri  silahlı  xalq  tərəfindən  ələ  keçirildi,  partiya  və 
dövlət orqanlarının fəaliyyəti dayandırıldı, müvəqqəti Müdafiə 
Komitəsi təsis olundu. 
Bütün bunlara şərait yaradan Mərkəz 1990-cı il yanvarın 
əvvəllərində  Azərbaycanda  cəza  dəstələri - müxtəlif  qoşun 
hissələri  yerləşdirmişdi.  SSRİ  müdafiə  naziri  D.Yazov,  daxili 
işlər  naziri  Bakatin,  dövlət  təhlükəsizlik  komitəsinin  sədri 
Kryuçkov  Bakıya  gəlib  "Tayfun"  adlı  qanlı  əməliyyat  planı 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə