Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə114/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

Azərbaycan Tarixi 
 
 
453 
SSR-in tərkibindən çıxmaq haqqında qərar qəbul etdi. 1989-cu 
il  dekabrın 1-də  isə  Ermənistan  SSR  Ali  Soveti  Dağlıq 
Qarabağın  Ermənistana  birləşdirilməsi  haqqında  qeyri-hüquqi 
qərar qəbul etdi. 
1989-cu  il  yanvarın 12-də  SSRİ  Ali  Sovetinin  Rəyasət 
Heyəti  vəziyyəti  nizama  salmaq  adı  altında  Azərbaycanın 
hüquqlarını yenidən kobudcasına pozaraq "Azərbaycan SSR-in 
DQMV-nin xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar 
qəbul  etdi.  Dağlıq  Qarabağda  bütün  dövlət  və  ictimai 
orqanların fəaliyyəti dayandırıldı. Birbaşa Moskvaya tabe olan 
müvəqqəti  Xüsusi  İşlər  Komitəsi  təşkil  edildi.  A.Volskinin 
başçılığı altında Xüsusi İdarə Komitəsi vilayətdə qayda-qanunu 
bərpa  etmək  əvəzinə  Dağlıq  Qarabağı  Azərbaycana  bağlayan 
iqtisadi  əlaqələrinin  tam  qırılmasına,  azərbaycanlıların 
vilayətdən  qovulmasına,  ermənilərin  silahlanmasına  və  quldur 
dəstələrində  birləşməsinə  şərait  yaratdı.  Dağlıq  Qarabağda 
vahid  erməni  cəbhəsində  birləşən 80 hərbi-terrorçu  qrup 
fəaliyyət  göstərirdi.  Ermənistandan  Dağlıq  Qarabağın  Ağdərə 
(keçmiş Mardakert) rayonundakı gizli təyyarə meydanına silah 
və  sursat  daşınırdı.  Azərbaycanlıların  isə  adi  ov  tüfəngləri də 
müsadirə  edilmiş,  onlar  yaxşı  silahlanmış  düşmən  qarşısında 
əliyalın,  müdafiəsiz  vəziyyətə  salınmışdılar.  Xüsusi  İdarə 
Komitəsinin  ermənilər  üçün  yaratdığı  şərait  nəticəsində 1989-
cu  il  iyunun 13-dən  azərbaycanlıların  yaşayış  məntəqələri 
blokadaya  alındı.  Rus  ordusu  hissələrinin  kbməyi  ilə 
"saqqallılar" (erməni  quldurlar)  Xankəndi  şəhərindən 14 min 
azərbaycanlını qovub çıxartdılar. 
Azərbaycan  milli  hərəkatının  demokratik  qüvvələrinin 
tələbi  ilə  SSRİ  Ali  Soveti 1989-cu  il  noyabrın 28-də 
A.Volskinin  Xüsusi  İdarə  Komitəsini  ləğv  etdi.  Vilayətin 
İdarəsi SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında 
Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Lakin Mərkəz 
tərəfindən  yenə  də  qəti  tədbirlər  görülməməsi    erməniləri 
Qəzənfər Rəcəbli 
 
 
454
təhrikçi tədbirlərə şirnikləndirirdi. Vəziyyət gərgin idi. 1990-cı 
il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və qonşu rayonlarda 
fövqəladə  vəziyyət  elan  etdi.  Respublika  Təşkilat  Komitəsi, 
Xüsusi  Təyinatlı  Milis  Dəstələri  (OMON),  hərbi  komendatura 
vilayətin  azərbaycanlılar  yaşayan  kəndlərinin  blokadasını 
açmağa,  qanunsuz  silahlı  dəstələri  ləğv  etməyə  başladı. 
Ermənistandan  silah  gətirilməsinin  qarşısını  almaq  üçün 
tədbirlər görüldü. 1990-cı il yanvar-iyun aylarında vilayətin 43 
yaşayış  məntəqəsində 67 xüsusi  əməliyyat  aparıldı,  erməni 
quldurlarının silahlarının bir hissəsi alındı. 
Bu  vaxt  Ermənistan  ərazisindən  Azərbaycanın  sərhəd 
bölgələrinə hücumlar başlandı. Naxçıvan Muxtar Respublikası 
Ermənistan  tərəfindən  blokadaya  alınmışdı.  Ermənilər 
Azərbaycan  dəmir  yolunun  Ermənistanın  Mehri  rayonu 
ərazisindən  keçən  hissəsində  qatarların  hərəkətinə  mane  olur, 
qatarları atəşə tuturdular. Ermənilər Naxçıvanın Kərçi, Qazaxın 
Boqanis - ayrım, Xanlar rayonunun Quşçu kəndlərinə basqınlar 
edib əhaliyə divan tutmuşdular. Ermənilərin basqınları ilə bağlı 
Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistan 
ilə sərhəd boyu 975 km. məsafədə fövqəladə vəziyyət elan etdi. 
Sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi.  Sərhədləri 
qorumaq Xüsusi təyinatlı Milis dəstələrinə və Bakının ayı-ayrı 
böyük  kollektivlərinin,  o  cümlədən  ali  məktəblərin 
könüllülərdən  ibarət  dəstələrinə  tapşırıldı.  Dağlıq  Qarabağın 
təyyarə meydanına nəzarət Azərbaycan milisinə verilirdi. 
Eyni  zamanda  bölgədə  yerləşən  sovet  hərbi  hissələri  də 
SSRİ-nin  saxlanması  ilə  əlaqədar 17 mart  Ümumittifaq 
referendumunda  iştirak  etməyən  Ermənistana  "dərs  vermək" 
məqsədilə o vaxt erməni quldurlarına köməyi azaltmışdı. məhz 
rus hərbçilərinin dəstəyi ilə Çaykənd möhkəmləndirilmiş hərbi 
baza  alınmış  və  erməni  hərbi  birləşmələri 1991-ci  il  mayın 
əvvəllərində tərksilah edilmişdilər. 


Azərbaycan Tarixi 
 
 
455 
Lakin erməni quldurları rus hərbi hissələrinin köməyi ilə 
yenə  də  Azərbaycanın  sərhəd  bölgələrindəki  kəndlərinə 
basqınları  davam  etdirirdilər.  Ermənilərin  Qazax,  Zəngilan, 
Qubadlı və Laçın rayonları kəndlərinə hücumları ara vermirdi. 
Vəziyyəti  gərginləşdirmək  üçün  ermənilər  terrordan  da  bir 
vasitə  kimi  istifadə  edirdilər.  Erməni  terrorçuları 1989-cu  il 
sentyabrın 16-da  Yevlax  şəhəri  yaxınlığında  Tiflis-Bakı 
şəhərlərarası  sərnişin  avtobusunu, 1990-cı  il  avqustun 10-da 
Gəncə  şəhəri  yaxınlığında  Tiflis-Ağdam  sərnişin  avtobusunu 
partlatdılar, 1991-ci il avqustun 31-də Mahaçqala yaxınlığında 
Moskva-Bakı sərnişin qatarında, bir qədər sonra Rostov şəhəri 
yaxınlığında
  Simferopol - Bakı  sərnişin  qatarında  partlayış 
törətdilər.  Bu  partlayışlar  nəticəsində 40 nəfərə  yaxın  adam 
həlak  oldu, 50 nəfərə  yaxın  adam  isə  yaralandı.  Mərkəz  milli 
münaqişələri  daha  da  qızışdırır,  ən  yaxşı  halda  sehrçi  mövqe 
tuturdu.  Dağlıq  Qarabağ  uydurma  "problemi"  ilə  bağlı 
başlanmış  bu  milli  münaqişələr  Ermənistan  tərəfindən 
Azərbaycana qarşı aparılan təcavüzkar "Qarabağ" müharibəsinə 
çevrildi. 
26.2. Azərbaycanda öz torpaqlarını qorumaq və milli 
müstəqillik uğrunda xalq hərəkatının başlanması. 1990-cı il 
Qanlı  Yanvar  hadisələrindən  sonra    Azərbaycanda  siyasi 
durum.  "Yenidənqurma"  siyasəti  nəticəsində  köhnə  idarəçilik 
mexanizminin  dağılması,  yeni  mexanizminin  isə  hələ 
yaradılmaması  ilə  əlaqədar  Sovet  İttifaqının  düşdüyü  ümumi 
böhran  gündən-günə  dərinləşirdi.  Uzun  illər  münasib  fürsət 
gözləyən  erməni  millətçiləri  yaranmış  vəziyyətdən  məharətlə 
istifadə  edib  Azərbaycanın  hesabına  torpaqlarını  genişləndir-
mək  üçün  fəaliyyətə  başladılar.  Azərbaycanın  Moskvaya 
sədaqətlə    xidmət  edən  rəhbərləri  isə  yaranmış  yeni  şəraitdə 
qüvvələr nisbətini düzgün qiymətləndirə bilməyib, xalqı vahid 
milli  cəbhədə  birləşdirmədilər  və  ümumi  düşmənə  qarşı 
mübarizəyə  qaldırmadılar.  Azərbaycan  rəhbərlərinin  bağışlan-
Qəzənfər Rəcəbli 
 
 
456
maz  passivliyi  və  gözləmə  mövqeyi  nəticəsində  Azərbaycanın 
suveren  hüquqları  tapdalandı,  ərazisində  separatçılıq  hərəkatı 
gücləndi,  milli  münaqişə  ocağı  alovlandı  azərbaycanlılar 
növbəti  dəfə  öz  ata-baba  yurdlarından  deportasiyaya  məruz 
qaldılar. 
Hadisələrin  belə  inkişafı  Azərbaycanda  milli  hərəkatın 
başlanmasına  səbəb  oldu.  Hələ 1988-ci  ilin  əvvəlində  ilk 
kütləvi  etiraz  çıxışları  başlamışdı.  Lakin  milli  hərəkat  həmin 
ilin sonunadək, demək olar ki, kortəbii xarakter daşıyırdı. Yeni 
ictimai-siyasi  təşkilatlar  meydana  gəlirdi. 1987-ci  ilin 
çıxışlarında Bakı Dövlət Universitetində yaradılmış "Yurd"  və 
1988-ci  ilin  əvvəlində  Azərbaycan  Elmlər  Akademiyasında 
yaradılmış  "Varlıq"  təşkilatları, "Azərbaycan  Xalq  cəbhəsinin 
təşəbbüs  qrupu", "Azərbaycan  ziyalıları", "Çənlibel", 
"Müstəqillər", "Qala", "Ozan"  və  "Aşıq  Ələskər"  cəmiyyəti, 
"Bakı gənc alimlər klubu", "Bakı incəsənət mərkəzi" və başqa 
təşkilatlar bu hərəkata istiqamət verməyə çalışırdılar. Lakin bu 
təşkilatları  vahid  milli  cəbhədə  birləşdirən  mütəşəkkil  qüvvə 
yox  idi.  İlk  vaxtlar  Azərbaycan  xalqı  Dağlıq  Qarabağ 
ermənilərinin  separatçılıq  hərəkatına  qarşı  münasibətini  ayrı-
ayrı  kollektivlərdə  Sovet  İttifaqının  partiya  və  hökumət 
rəhbərlərinə,  mərkəzin  kütləvi  informasiya  vasitələrinə  etiraz 
teleqramları  və  məktubları  göndərməklə,  imzalar  toplamaqla 
bildirirdi. 
İlk  etiraz  mitinqi 1988-ci  il  fevralın 19-da  Bakının 
mərkəzi  meydanında  keçirildi.  Martın 16-da  isə  Elmlər 
Akademiyasında etiraz mitinqi təşkil olundu. Ermənistan SSR-
də  azərbaycanlıların  soyqırımının  kütləvi  hal  almasına  qarşı 
mayın 16-da  "Yurd"  təşkilatının  fəal  iştirakı  ilə  Bakı  Dövlət 
Universitetinin  qarşısında  başlanan  mitinq  şəhərin  indiki 
"Azadlıq"  meydanında  davam  etdirildi.  Mitinqdə  çıxış  edən 
respublikanın görkəmli ziyalıları Azərbaycanın rəhbərlərini res-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə