Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə122/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   118   119   120   121   122   123   124   125   ...   134

Azərbaycan Tarixi 
 
 
485 
İdarəsi və 33 köhnə "başıpozuq" hərbi hissə ləğv edildi. 36 yeni 
tabor təşkil olundu. Artıq 1994-cü ilin sonunda Azərbaycan 
ordusunun sıralarında 54 min əsgər və zabit vardı. Silahlı 
qüvvələrin  maddi-texniki bazası xeyli möhkəmləndirildi. 
Görülən tədbirlər nəticəsində Azərbaycan ordusu ermənilərin 
ölkənin içərilərinə doğru irəliləməsini dayandırdı  və  hətta 
hücuma keçib bir sıra  əraziləri düşmən işğalından azad etdi. 
Azərbaycan ordusu 1994-cü il yanvarın 5-də müvəffəqiyyətli 
əməliyyat apararaq Füzuli rayonunu strateji əhəmiyyətli 
Horadiz qəsəbəsini və 22 kəndini azad etdi. Milli Ordu hücumu 
genişləndirərək Cəbrayıl və Kəlbəcər rayonlarının xeyli yaşayış 
məntəqələrini azad etdi və strateji əhəmiyyətli Çiçəkli dağını 
ələ keçirdi. 
Ordunun möhkəmlənməsi Azərbaycanın dövlət müstə-
qilliyinin dönməzliyinə  şərait yaratdı. Bundan narahat olan 
Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub 
saxlamaq, qoşunlarını atəş xəttində yerləşdirmək və ağlasığmaz 
siyasi və iqtisadi güzəştlər əldə etmək məqsədilə Azərbaycana 
münasibətdə alçaldıcı bir saziş layihəsi təklif etdi. Rusiya 
Azərbaycanı bu layihə ilə razılaşmağa məcbur etmək üçün 
Ermənistana hərbi dəstək verdi. Nəticədə, 1994-cü ilin 
fevralında Azərbaycan Ordusunun Kəlbəcərlə  uğurla həyata 
keçirməyə başladığı "Murovdağ"  əməliyyatı  məğlubiyyətlə 
nəticələndi. Aprelin 10-da Rusiyanın dəstəyi ilə Ermənistan 
bütün cəbhə boyu hücuma başladı. Azərbaycan Ordusu 
düşmənin hücumunu müvəffəqiyyətlə  dəf etdi. Goranboy 
rayonunun Talış  və Gülüstan kəndləri uğrunda döyüşlərdə 
Azərbaycan döyüşçüləri qalib gəldilər, düşmən 150 əsgər və 
zabitini itirib geri çəkildi. Lakin arxalı köpəklər hücuma keçib 
Ağdam rayonunun 18 kəndini yenidən işğal etdilər. Bərdə 
şəhəri üçün ciddi təhlükə yarandı. Azərbaycan Ordusu buraya 
əlavə qüvvələr cəlb edib düşmənin hücumunun qarşısını aldı və 
əks-hücuma keçib bir neçə yaşayış  məntəqəsini geri götürdü. 
Rusiyanın təklif etdiyi layihə - ATƏT-in iştirakı olmadan 
Qəzənfər Rəcəbli 
 
 
486
Rusiyanın vasitəçiliyi ilə döyüşən tərəflərin bir-birindən 
ayrılması planı baş tutmadı. Azərbaycan öz suverenliyinə 
hörmət çərçivəsində Rusiyanın atəşkəsə nail olmaq sahəsində 
səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də 
münaqişədə  iştirak edən tərəflərin, o cümlədən Dağlıq 
Qarabağın azərbaycanlı  və erməni icmalarının, habelə Rusiya 
Federasiyasının atəşkəs haqqında niyyətini təsdiq edən Bişkek 
protokolu Azərbaycan Respublikası  tərəfindən imzalandı. 
1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu. 
Prezident H.Əliyevin gündəlik qayğısı  nəticəsində Azər-
baycan Ordusu atəşkəs şəraitində getdikcə inkişaf etdi, müasir 
hərbi texnika ilə  təchiz olundu, silahlı qüvvələrin  şəxsi 
heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-
intizam möhkəmləndi. Bu işdə Azərbaycanın NATO ilə sülh 
naminə  əməkdaşlıq proqramı  çərçivəsində  həyata keçirilən 
tədbirlər və Türkiyə Cümhuriyyəti hərbçilərinin köməyi 
əhəmiyyətli rol oynadı. Azərbaycan Respublikası Prezidentinin 
Fərmanları ilə 2002-ci ildə "Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinə Yardım Fondu"nun təsis edilməsi və Azərbaycan 
Respublikasının Müdafiə  Sənayesi Nazirliyinin yaradılması 
Azərbaycan Ordusunun möhkəmləndirilməsində mühüm rol 
oynadı.  
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 7-ci cild, s. 284-300, 316-360.  
2. H.Əliyev. Müstəqillik yolu. Bakı, 1997.  
3. H.Əliyev. Müstəqilliyimiz əbədidir. Əsərləri, 45 cilddə, I-
XLIII cildlər.  
 
 
 
 
 


Azərbaycan Tarixi 
 
 
487 
 
 
XXVIII FßSÈL 
 
AZƏRBAYCAN RESPUBLİKASI İNKİŞAF 
YOLLARINDA 
 
28.1. Müstəqil Azərbaycan Respublikasının yeni 
Konstitusiyası  və hüquqi, demokratik dövlət quruculuğu. 
Azərbaycan xalqı 1991-ci il avqustun 30-da öz dövlət 
müstəqilliyini elan etdikdən sonra, ümummilli liderimiz 
H.Əliyev 1997-ci ildə ABŞ-ın Coretaun Universitetində 
nitqində dediyi kimi "demokratik, azad cəmiyyətin qurulması 
Azərbaycan dövlətinin  əsas siyasəti və strateji məqsədi" oldu. 
Qeyd edidiyi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan 
Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında 
Konstitusiya Aktı qəbul etdi və bu Akt 1991-ci il dekabrın 29-
da ümumxalq referendumu vasitəsilə  bəyənildi. Konstitusitya 
Aktı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyini və 
hüquqi prinsiplərə  əsaslanan demokratik dövlət qurmaq 
məqsədini bütün dünyaya bəyan etdi. Bu məqsədə nail olmaq 
üçün Milli Məclis 1995-ci il iyulun 2-də Prezident H.Əliyevin 
sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının 
layihəsini hazırlayan komissiya yaratdı. 
İftixar hissi ilə qeyd etmək lazımdır ki, Şərqdə respublika 
tipli demokratik dövlətin ilk konstitusiyası 
Şimali 
Azərbaycanda qəbul edilmişdir. Məlumdur ki, 1921-ci il mayın 
19-da I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan 
SSR-in Konstitusiyası  qəbul edilmişdi. Bu Azərbaycanın ilk 
Konstitusiyası olmaqla bərabər bütün Şərqdə, türk dünyasında, 
islam aləmində ilk konstitusiya olmuşdur. Təəssüf ki, "dünya 
sosialist inqilabının" qələbəsi uğrunda mübarizə aparan 
Rusiyanın kommunist rəhbərlərinin siyasəti nəticəsində 
Qəzənfər Rəcəbli 
 
 
488
Azərbaycan Cümhuriyyətinin varisi olan ikinci Azərbaycan 
respublikası - Azərbaycan SSR-in SSRİ-nin tərkibinə daxil 
edilməklə onun Konstitusiyası artıq müstəqil dövlətin 
konstitusiyası  əhəmiyyətini itirib, Sovet İttifaqı kimi bir 
fövqəldövlətin geniş daxili özünüidarəetmə hüquqlarına malik 
olan milli-inzibati ərazisinin  əsas qanununa çevrildi. Bununla 
bağlı 1925, 1927, 1931 və 1935-ci illərdə Azərbaycan SSR-in 
Konstitusiyasında dəyişikliklər edildi. 1937-ci il martın 14-də 
Ümumazərbaycan IX Sovetlər qurultayında Azərbaycan SSR-
in ikinci Konstitusiyası, 1978-ci il aprelin 21-də isə Azərbaycan 
SSR Ali Sovetinin sessiyasında üçüncü Konstitusiyası  qəbul 
edildi. Qeyd edildiyi kimi bu konstitusiyaları da müstəqil 
dövlətin konstitusiyaları hesab etmək olmaz. 
Üçüncü Azərbaycan Respublikasının sayca dördüncü 
Konstitusiyanın layihəsini hazırlayan, komissiyanın ilk iclası 
1995-ci il iyulun 5-də oldu. İclasın sədri H.Əliyevin nitqində 
yeni Konstitusiyanın layihəsinin  əsas prinsipləri və 
istiqamətləri müəyyənləşdirildi. Konstitusiya komissiyası 
tərəfindən hazırlanmış Konstitusiya layihəsi ümumxalq 
müzakirəsinə verildi və sonra Milli Məclisdə müzakirə edilib 
bəyənildi. Azərbaycan Respublikasının yeni Konstitusiyası 
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə 
qəbul edildi və noyabrın 27 qüvvəyə mindi. 
Azərbaycan Respublikasının Konstitusiyası "Giriş", 5 
bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət idi. 
2002-ci il avqustun 24-də Prezident Heydər Əliyevin təşəbbüsü 
ilə Azərbaycan Respublikasının Konstitusiyasını daha da 
təkmilləşdirmək üçün keçirilən ümumxalq referendumda ona 
39 dəyişiklik edildi. 2009-cu il martın 18-də isə Azərbaycan 
Respublikasının yeni Prezidenti İlham  Əliyevin təşəbbüsü ilə 
keçirilən ümumxalq referendumu yolu ilə Azərbaycan 
Respublikasının Konstitusiyasına daha 26 mühüm dəyişiklik 
edildi. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə