Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə130/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   126   127   128   129   130   131   132   133   134

Azərbaycan Tarixi 
 
 
517 
ümumtəhsil internat məktəbi vardı  və onlarda 18 mindən çox 
şagird təhsil alırdı. 
Texnikumlar  şəbəkəsi də yenidən quruldu, onlarıın 
çoxunun  əvəzində kolleclər yaradıldı. 2002-ci ilin avqustunda 
Bakı Kommersiya, İnşaat, Plan-Uçot, Plan-İqtisad, Rabitə  və 
Dəmiryolu,  Əlibayramlı (indiki Şirvan) Sənaye Texnikumu,  
Agdam, Gəncə, Lənkəran,  Şamaxı  və  Şəki Kənd Təsərrüfatı 
texnikumları ləğv edildi. Bakı Dövlət İqtisadiyyat, Humanitar, 
Sosial-İqtisad, Rabitə  və  Nəqliyyat kollecləri, Sumqayıt, 
Naxçıvan və Şəki Dövlət Texniki kollecləri, Göyçay, Bərdə və 
Zaqatala  İdarəetmə  və Texnologiya kollecləri, Sabirabad, 
Ağdam, Quba, Şamaxı, Tovuz və Qazax Dövlət Sosial-İqtisad 
kollecləri, Lənkəran və  Ağdaş Dövlət Humanitar kollecləri 
yaradıldı. 
Azərbaycan təhsil sistemində mühüm yeniliklər 1992-ci 
ildən ali və orta ixtisas məktəblərinə  tələbə  qəbulunun test 
üsulu ilə aparılmasının tətbiq edilməsi və 1993-cü ildən ali 
məktəblərdə ikipilləli təhsil sisteminə - dörd illik bakalavr 
hazırlığı və iki illik magistr hazırlığı pillələrindən ibarət təhsil 
sisteminə keçilməsi olmuşdur. 
1993-cü ildə Lənkəran Dövlət Universiteti fəaliyyətə baş-
ladı, Dövlət Neft-Kimya İnstitutu Azərbaycan Neft Akademi-
yasına, Gəncədəki Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Kənd 
Təsərrüfatı Akademiyasına, Azərbaycan Dövlət Konservatori-
yası Azərbaycan Musiqi Akademiyasına çevrildi. 1996-cı ildə 
Bakı Dənizçilik Məktəbi Dəniz Akademiyasına, Polis məktəbi 
Polis Akademiyasına, Dövlət Pedaqoji İnstitutu Dövlət Peda-
qoji Universitetinə, Politexnik İnstitutu Texniki Universitetə, 
Tibb  İnstitutu Tibb Universitetinə çevrildi, Bakı Ali Partiya 
Məktəbi Sosial İdarəetmə  və Politologiya İnstitutu kimi 
yenidən quruldu. 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası 
və Milli Təyyarəçilik Akademiyası yaradıldı. 1999-cu ildə 
Sosial İdarəetmə və Politologiya İnstitutu bazasında Respublika 
Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası yaradıldı. 
Qəzənfər Rəcəbli 
 
 
518
Həmin illərdə Mülki Dənizçilik Akademiyası yaradıldı. 2002-ci 
ildə Azərbaycan Dövlət  İqtisad  İnstitutu və  Əmtəəşünaslıq 
Kommersiya İnstitutu bazasında Bakı Dövlət İqtisad Universi-
teti yaradıldı. Azərbaycan İnşaat Mühəndislər Universiteti Me-
marlıq və  İnşaat Universitetinə, Azərbaycan Sənaye  İnstitutu 
Sumqayıt Dövlət Universitetinə, Azərbaycan Pedaqoji Rus Dili 
və  Ədəbiyyatı  İnstitutu profıli dəyişdirilərək Bakı Slavyan 
Universitetinə, Gəncə Dövlət Pedaqoji İnstitutu profili 
dəyişdirilərək Gəncə Dövlət Universitetinə, Azərbaycan Dövlət 
Pedaqoji Dillər  İnstitutu profıli dəyişdirilərək Azərbaycan 
Dillər Universitetinə  və Azərbaycan Texnologiya İnstitutun 
profıli dəyişdirilərək Azərbaycan Texnologiya Universitetinə 
çevrildi. Azərbaycan Rəssamlıq Akademiyası və onun nəzdində 
İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası və onun 
nəzdində Musiqi Kolleci təsis edildi. 
Respublika Prezidentinin 2000-ci il 13 iyun tarixli Fərma-
nı ilə Bakı Dövlət Universitetinə, Azərbaycan Neft Akademi-
yasına və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına təhsil 
sistemində aparıcı mövqelərinə görə və beynəlxalq aləmdə real 
nüfuza malik olduqlarına görə muxtariyyət - özünüidarəetmə və 
maliyyə müstəqilliyi statusu verildi. 2002-ci ilin iyun ayında 
belə status Naxçıvan Dövlət Universitetinə də verildi. Əvvəllər 
Azərbaycan Tibb Universitetinin də belə statusu var idi. 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 
özəl ali məktəblərin geniş şəbəkəsi də yaranmışdır. Bakı Qızlar 
Universiteti, "Qərb", "Xəzər", "Asiya", "Təfəkkür", "Azərbay-
can", "Qafqaz", "Odlar Yurdu", "Biznes", "Beynəlxalq Münasi-
bətlər" universitetləri, Ali İctimai-Siyasi Kollec və b. özəl ali 
məktəblər təhsil sahəsində özlərini tanıda bilmişlər. 
Hazırda Azərbaycanda 54 ali məktəb fəaliyyət göstərir. 
Onlardan 37-si dövlət akademiyası, universiteti və institutu, 17-
si isə özəl universitetdir. 
2000-2001-ci tədris ilində respublika ali məktəblərində 
120 minə yaxın tələbə təhsil alırdı. Onlardan 91 min nəfərdən 


Azərbaycan Tarixi 
 
 
519 
çoxu dövlət ali məktəblərində dövlət hesabına təhsil alır və 
dövlət tərəfindən onlara təqaüd verilirdi. Dövlət ali 
məktəblərində 38 mindən çox tələbə ödənişli əsaslarla, özəl ali 
məktəbdə isə 28 mindən çox tələbə oxuyurdu. Prezident 
Heydər Əliyevin Fərmanı ilə 2001-ci ilin sentyabrından dövlət 
ali məktəblərində  əlaçı  tələbələr üçün Prezident təqaüdü təsis 
edilmişdir. Dövlət ali məktəblərində 22 min nəfərdən çox, özəl 
ali məktəblərində isə 5 min nəfərdən çox professor, dosent və 
müəllim dərs deyir.  
Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali məktəblə-
rində də təhsil almalarına xüsusi qayğı göstərilir. 2002-2003-cü 
tədris ilində 882 azərbaycanlı tələbə, 10-dan çox xarici ölkənin 
ali məktəblərində  təhsil alırdı, respublikamızın ali məktəb-
lərində isə 2100 xarici tələbə oxuyurdu. 
 
 200l-ci  ildə Azərbaycan Respublikasında  əhalinin təhsil 
səviyyəsinin durumu kifayət dərəcədə yüksək olmuşdur. Ölkə 
əhalisinin 2 milyon 901 min nəfəri ümumi orta, 694 min nəfəri 
orta ixtisas, 612 min nəfəri ali təhsilli idi. Yaşı 15-dən yuxarı 
hər 1000 nəfərə 908 təhsilli, o cümlədən 108 ali, 122 orta 
ixtisas, 511 ümumi orta və natamam orta təhsilli şəxs düşürdü.  
Müstəqillik əldə etməklə bağlı keçid dövründə Azərbay-
can elminin də  vəziyyəti ürək açan deyildi. Vəsaitin çatışma-
mazlığı, ənənəvi əlaqələrin kəsilməsi, alimlərin əmək haqqının 
aşağı olması ilə yanaşı respublikanın o vaxtkı  rəhbərliyinin 
Elmlər Akademiyasına qərəzli münasibəti ölkədə elmin inkişa-
fını xeyli ləngitdi. Azərbaycan elminə  həmişə hamilik etmiş 
Heydər  Əliyevin respublikaya rəhbərliyə qayıtmasından sonra 
elm sahəsində mühüm dəyişikliklər baş verdi. Elmlər Akademi-
yasının Azərbaycan elm və  mədəniyyətinin inkişafında rolu 
yüksəlməyə başladı. 90-cı illərin sonunda Elmlər Akademiyası-
nın 35 elmi-tədqiqat institutuna yeniləri  əlavə olundu. 1997-ci 
ildə Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Münasibətlər 
İnstitutu, Əlyazmalar İnstitutu, İnsan Hüquqları İnstitutu, daha 
sonralar Folklor İnstitutu təşkil olundu. Azərbaycan alimlərinin 
Qəzənfər Rəcəbli 
 
 
520
keçmiş sovet respublikalarının alimləri ilə  əlaqələri bərpa 
olunmağa başladı, Türkdilli dövlətlərin elmlər akademiyaları 
arasında əlaqələr yarandı. 
2000-ci ilin sonlarında Azərbaycan EA-da 3450 nəfərə 
yaxın elmi işçi çalışırdı. Elmlər Akademiyasının 31 həqiqi və 
48 müxbir üzvü vardı, 2002-ci ildə isə akademiklərin sayı 60-a, 
müxbir üzvlərin sayı 175-ə çatdı. Akademiyada elmin müxtəlif 
sahələri üzrə 466 elmlər doktoru və 1665 elmlər namizədi elmi-
tədqiqat işləri ilə  məşğul olurdu. Prezident Heydər  Əliyevin 
2001-ci il 15 may tarixli Fərmanı ilə Elmlər Akademiyasına 
Azərbaycan Milli Elmlər Akademiyası statusu verildi. 2002-ci 
il avqustun 7-də AMEA-nın Naxçıvan bölməsi yaradıldı. 
Bölmədə  Təbii Ehtiyatlar İnstitutu, Tarix, Etnoqrafiya və 
Arxeologiya  İnstitutu, Dil və  Ədəbiyyat  İnstitutu,  İncəsənət 
İnstitutu,  Əlyazmalar Fondu və Batabat Astrofızika Rəsədxa-
nası  fəaliyyət göstərirdi. Respublika Prezidentinin Azərbaycan 
Milli Elmlər Akademiyası statusu haqqında 2003-cü il 4 yanvar 
tarixli Fərmanında deyilir ki, AMEA respublikada elmin 
inkişafını  təşkil edən, dövlətin elmi və elmi-texniki siyasətini 
həyata keçirən, respublikanın bütün elmi müəssisələrinin və ali 
məktəblərin elmi-tədqiqat fəaliyyətlərini  əlaqələndirən və 
istiqamətləndirən, Azərbaycan elmini xarici ölkələrin elmi 
mərkəzlərində təmsil edən ali dövlət elmi təşkilatıdır. 
XX  əsrin sonu XXI əsrin  əvvəllərində Azərbaycan elmi 
bir sıra önəmli uğurlar  əldə etmişdir. Riyaziyyat, fızika, neft 
kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə 
yaradılmış elmi məktəblər daha da inkişaf etdirilmişdir. Azər-
baycan Milli Aerokosmik Agentliyi Xüsusi Kosmik Cihazqa-
yırma Konstruktor Bürosunda Rusiya Kosmik Tədqiqatlar 
İnstitutunun sifarişi ilə Yerin maqnit sahələrinə Günəş  şüala-
rının təsirini öyrənən nadir aerokosmik cihaz yaradılmışdır. 
Akademik  Əyyub Quliyev Günəş sistemində  hələ  kəşf 
edilməmiş 3 planetin olduğunu bildirmişdi. Azərbaycan 
aliminin elmi fərziyyəsi özünü doğrultmaq üzrədir. Son illər 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə