Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə131/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   126   127   128   129   130   131   132   133   134

Azərbaycan Tarixi 
 
 
521 
Neptun-Pluton sistemində yeni səma cismi aşkar olunmuşdur. 
Kosmik tədqiqatlar sahəsində Azərbaycan Respublikasının 
diqqəti cəlb edən nailiyyətlərindən biri 2012-cü il fevralın 12-
də kosmosa Azərbaycanın süni peykinin buraxılmasıdır. Azər-
baycanın bu ilk peyki elektron rabitə sisteminin təkmilləşdiril-
məsinə və inkişafına xidmət edəcəkdir. 
Azərbaycan geofızikləri Aşağı Kür bölgəsində beş laydan 
ibarət tektonik sahə kəşf etmiş və onu Heydər Əliyevin yenidən 
hakimiyyətə qayıtması  şərəfinə "Qayıdış zolağı" adlandır-
mışlar. "Şahdəniz" böyük qaz ehtiyatlarının aşkar edilməsi və 
Azərbaycanın qərb bölgələrində yeni qızıl yataqlarının kəşfı də 
alimlərimizin bu dövrdə  uğurlarına aiddir. AMEA Aşgarlar 
Kimyası  İnstitutunun 2001-ci ildə apardığı elmi işlər ABŞ-ın 
Biznes Təşəbbüs  İstiqamətləri Beynəlxalq Təşkilatının "Qızıl 
kateqoriya" mükafatına layiq görülmüşdür. 
Müasir dövrdə Azərbaycan alimlərinin ictimai və huma-
nitar elmlər üzrə  də  uğurları böyükdür. İctimai və humanitar 
elmlərin metedoloji əsasını ulu öndər Heydər  Əliyevin bu 
illərdə 43-cü cildi çapdan çıxmış 45 cildlik "Müstəqilliyimiz 
əbədidir" adlı əsərləri külliyatı təşkil edir. Müasir dövrdə huma-
nitar elmlərin  ən önəmli nailiyyəti Prezident İlham  Əliyevin 
sədr olduğu Baş Redaksiya Şurasının rəhbərliyi altında Azər-
baycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi cil-
dinin 2007-ci ildə Azərbaycan dilində, 2012-ci ildə isə rus 
dilində çapdan çıxması olmuşdur. “Azərbaycan” ensiklopediya-
sının ingilis dilində  nəşri də hazırlanır. 2002-ci ildə "Naxçıvan 
ensiklopediyası"nın çapı da humanitar elmlər sahəsində əlamət-
dar hadisələrdən biri olmuşdur. Bu dövrdə "Kitabi - Dədə 
Qorqud ensiklopediyası", "Üzeyir Hacıbəyli ensiklopediyası" 
və "Məhəmməd Füzuli ensiklopediyası" kimi dəyərli kitablar 
da nəşr olunmuşdur. 
Azərbaycan MEA nəzdində 1997-ci ildə yaradılmış 
"Azərbaycan tarixi" Baş Redaksiyası  Şurasının rəhbərliyi 
altında 1998-2003-cü illərdə çapdan çıxmış 7 cildlik 
Qəzənfər Rəcəbli 
 
 
522
"Azərbaycan tarixi"nin nəşri tarixçi alimlərin Azərbaycan 
xalqına böyük töhfəsi kimi dəyərləndirilə bilər. AMEA-nın 
Tarix  İnstitutunda "Azərbaycan XX əsrin  əvvəllərində. 
Müstəqilliyə aparan yollar", "Azərbaycan Cümhuriyyəti. 1918-
1920", "İkinci Azərbaycan Respublikasının təşkili tarixinə 
dair", "Azərbaycan Respublikası:  əsrə  bərabər illər - 1991-
2001" monoqrafiyaları, Azərbaycan Milli Dövlət Tarix 
Muzeyində "Azərbaycanda dövlətçilik və onun rəmzləri" kitab-
albom və b. dəyərli əsərlər də bu dövrdə çap olunmuşdur. 
Azərbaycan etnoqraflarının uzun illər boyu apardıqları 
elmi tədqiqatlar müasir dövrdə öz bəhrəsini verdi. Akademik 
Teymur Bünyadovun baş redaktorluğu ilə 2007-2008-ci illərdə 
3 cildlik "Azərbaycan etnoqrafiyası"nın akademik nəşri çapdan 
çıxdı. Bu illərdə arxeoloqlar "Azərbaycan arxeoloji abidələri 
Bankı"nı yaratdılar və "Azərbaycan arxeologiyası"nın 6 cildlik 
akademik nəşrini çapa hazırlayırlar. 
Şərqşünas tarixçi alimlər "Ümumi türk tarixinə giriş", 
"Cənubi Azərbaycan tarixinin qısa oçerkləri" və "Güney 
Azərbaycan" kitablarını nəşr etdirmişlər. Azərbaycan filosofla-
rının hazırladıqları "Azərbaycan fəlsəfə tarixi"nin birinci cildi 
çapdan çıxmışdır. Filosof alimlərin hazırladıqları "Azərbaycan 
tarixi irsi və müstəqillik fəlsəfəsi" kitabında müasir cəmiyyətdə 
baş verən mürəkkəb proseslər dərindən təhlil edilmişdir. 
XX əsrin 90-cı illərində və XXI əsrin başlanğıcında Azər-
baycanın dilçi alimlərinin uğurları da böyük olmuşdur. Dilçi 
alimlər "Azərbaycan  ədəbi dili tarixi", "Azərbaycan dilinin 
orfoqrafik lüğəti" və "Azərbaycan dilinin işgüzar üslubu" kimi 
fundamental  əsərlər hazırlayıb çap etdirmişlər. Bu dövrdə 
nəzəri (ümumi) dilçilik sahəsində irəliləyiş daha çox diqqəti 
cəlb edir. Azərbaycan dilçiliyində nəzəri dilçiliyin bir elm kimi 
formalaşması akademik Ağamusa Axundovun və AMEA-nın 
müxbir üzvü Afad Qurbanovun adı ilə bağlıdır. Bu dövrdə 
A.Axundovun "Azərbaycan dilinin izahlı lüğəti" (2005), 
A.Qurbanovun 2 cildlik "Ümumi dilçilik" (2004) və 2 cildlik 


Azərbaycan Tarixi 
 
 
523 
"Azərbaycan onomasiologiyası" (2006) və s. kitablar çap 
olunmuşdur. Azərbaycan dilçilik elmində ümumi dilçilik 
problemlərinin tədqiqi ilə məşğul olan ən məhsuldar alim Bakı 
Dövlət Universitetinin professoru Əbülfəz Rəcəblinin 
yaradıcılığı da bu dövrə düşür. Onun dilçiliyin nəzəri 
məsələlərinə həsr edilmiş 5 kitabı: "Dil, şüur, cəmiyyət, tarix" 
(1993), "Nəzəri dilçilik" (2003), “Dilçilik metodları" (2003), 
"Sosiolinqvistika" (2004), “Struktur dilçilik” (2005) və 
“Universalilərin dilçiliyi” (2011) kitabları bu dövrün 
məhsuludur. Onun 2 cildlik "Dilçilik tarixi" (2006) və 
"Azərbaycan dilçiliyi" (2007) kitabları da ümumi dilçilik 
problemlərindən bəhs edir. 1993-cü ildə çap olunmuş "Orxon-
Yenisey abidələri" kitabı ilə bir türkoloq alim kimi dilçilik 
elmində tanınmağa  
başlayan Ə.Rəcəbli qısa bir tarixi dövrdə postsovet məkanında 
qədim türk dillərinin tədqıqilə  məşğul olan ən nəhəng simaya 
çevrildi. O, "Göy türk dilinin leksikası" (2004), "Göy türk 
dilinin fonetikası" (2004), "Göy türk dilinin morfologiyası" 
(2002) və "Göy türk dilinin sintaksisi" (2003) adlı 4 cildlik 
monoqrafiyanın, 2 cildlik "Qədim türk yazılı abidələrinin dili” 
(2006), "Qədim türkcə-azərbaycanca lüğət" (2001), "Uyğurlar” 
(1996), “Ulu türklər" (2003) və b. kitabların müəllifidir. Bu 
böyük alimin 42 kitabından 38-i bu dövrdə çapdan çıxmışdır. 
Bu dövrdə yazılmış çox dəyərli  əsərlər sırasında indiki 
Ermənistan ərazisində yaşamış azərbaycanlıların etnik tarixinə, 
onların soyqırımına və deportasiyasına həsr edilmiş kitablar 
xüsusi yer tutur. Belə  əsərlərdən akademik Cəlal  Əliyev və 
akademik Budaq Budaqovun Azərbaycan, ingilis və rus 
dillərində çap olunmuş "Türklər, azərbaycanlılar, ermənilər: 
tarixi həqiqətin soyqırımı" və "Ermənistan azərbaycanlılarının 
tarixi coğrafıyası" kitablarının çox böyuk elmi, siyasi və tərbi-
yəvi əhəmiyyəti vardır. 
Qəzənfər Rəcəbli 
 
 
524
Elm sahəsində bu dövrdə  əldə edilən nailiyyətlər ölkə-
mizdə mədəniyyətin inkişafına, mənəvi həyatın zənginləşməsi-
nə və iqtisadiyyatın yüksəlməsinə əlverişli zəmin yaratmışdır. 
29.2 Müstəqil Azərbaycan Respublikasında ədəbiyyat 
və incəsənət.  Azərbaycan  ədəbiyyatı  və incəsənəti müstəqilli-
yin əldə edilməsində önəmli ideoloji rol oynadığı kimi, müstə-
qillik də öz növbəsində ədəbiyyatın və incəsənətin yeni əsərlər-
lə zənginləşməsinə səbəb oldu. 
Müstəqillik uğrunda mübarizə dövründə  ədəbiyyatda 
Bəxtiyar Vahabzadənin "Şəhidlər", "Hara gedir bu dünya" poe-
maları və "Göytürklər" pyesi, Teymur Bünyadovun “Göz yaşla-
rı” romanı, “Bir qız bir oğlanındır” hekayələr toplusu, “Öpər-
dim gözlərindən”  şeirlər toplusu, “Bilsəydim ayrılıqdır”, “... 
Gül açılır yaz olur”, “Anam birdir, Vətən tək”, “Xan çinarın 
kölgəsində” və “Başı çalmalı dağlar” adlı bayatılar kitabları, 
Şükür Xanlarovun “Əcəl, macal ver mənə”  şeirlər toplusu, 
Xəlil Rzanın "Davam edir 37..." şeirlər toplusu, Nəriman 
Həsənzadənin "Pompeyin Qafqaza hücumu", Sabir Rüstəmxan-
lının "Ömür kitabı", İsmayıl Şıxlının" Ölən dünyam" və "Sap-
lağı özümüzdəndir",  İlyas  Əfəndiyevin "Hökmdar və  qızı", 
Anarın "Otel otağı", Elçinin "Ah, Paris, Paris!", İsa 
Hüseynovun "Cəhənnəm", Vidadi Babanlının "Ana intiqamı", 
İsi Məlikzadənin "Qırmızı  şeytan", Aqşin Babayevin 
"Dünyanın axırı", Arif Abdullazadənin "Qanlı yaddaş",  Əli 
Əmirlinin "Meydan", Məmməd Orucun "Köçürmə" adlı 
kitabları, habelə Hüseynbala Mirələmov, Ağarəhim Rəhimov 
və Kamal Abdullanın pyes və romanları bu dövrün hadisələrini, 
xalqın yaxın tarixinin, sevinc və kədərini realist səhnələrini əks 
etdirirlər. Detektiv roman ustası Çingiz Abdullayevin əsərləri 
bütün dünyada maraqla oxunurdu. Məmməd Araz, Nəbi Xəzri, 
Cabir Novruz, Qabil, Fikrət Qoca, Söhrab Tahir, Mirhaşım 
Talışlı, Vaqif Səmədoğlu və Ramiz Rövşənin  şeirləri dərin 
məzmunu və lirikası ilə seçilirlər. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə