Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə128/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

Azərbaycan Tarixi 
 
 
509 
sahələrinin inkişafına nail olmaq üçün Prezident H.Əliyevin 
fərmanı ilə 1999-cu ilin dekabrında Azərbaycan Dövlət Neft 
Fondu yaradıldı. Dövlət Neft Fondunu yaratmaqda əsas 
məqsəd, Azərbaycan Respublikasının indiki Prezidenti İlham 
Əliyevin dediyi kimi, ölkənin karbohidrat ehtiyatlarını maliyyə 
ehtiyatlarına çevirmək və fondda yığılan vəsait investisiya 
şəklində Azərbaycan iqtisadiyyatının başqa sahələrinə 
qoymaqla neftlə bağlı olmayan sənaye sahələrinin, habelə kənd 
təsərrüfatının stabil inkişafını  təmin etmək və yeni iş yerlərini 
yaratmaq, son nəticədə isə yeni layihələr həyata keçirməklə
gələcək nəsillər üçün neft hasilatının səviyyəsinin və dünya 
bazarında neftin qiymətinin dəyişməsindən asılı olmayan güclü 
iqtisadiyyat yaratmaqdı. Azərbaycan Dövlət Neft Fondunda 
yığılan vəsaitdən ölkənin iqtisadiyyatının inkişafı, 
respublikanın bütün bölgələrinin kompleks halında inkişafı, 
şəhər və  kəndlərin abadlaşdırılması, nəqliyyatın, səhiyyənin, 
təhsilin, elm və  mədəniyyətin dünya standartları  səviyyəsinə 
yüksəldirilməsi,  əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün 
səmərəli istifadə olunur. 
Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatının 
dirçəldilməsində  və inkişafında "Yeni İpək Yolu"nun işə 
düşməsinin də əhəmiyyətini qeyd etmək lazımdır. 1993-cü ilin 
may ayında Avropa birliyinin tşəbbüsü ilə "TRACECA" 
proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin - 
"Yeni  İpək Yolu"nun açılması barədə 9 ölkənin, o cümlədən 
Azərbaycanın iştirakı ilə "Brüssel bəyannaməsi" qəbul olundu. 
1996-cı il mayın 13-də Azərbaycan, Gürcüstan, Türkmənistan 
və Özbəkistan arasında tranzit yük daşınmasının tənzimlənməsi 
haqqında Sarahs sazişi 1996-cı ilin dekabrında Azərbaycan, 
Gürcüstan və Ukrayna arasında Avropa nəqliyyat dəhlizi 
yaradılması haqqında Odessa sazişi imzalandı.  
1997-ci ilin martında Rusiya Federasiyası Azərbaycan 
Respublikası ilə  sərhəd keçid məntəqələrindəki məhdudiyyət-
ləri ləğv etdi, şosse, dəmir yolu və su nəqliyyat bərpa edildi. 
Qəzənfər Rəcəbli 
 
 
510
2001-ci ilin ortalarında isə Rusiya Federasiyası Azərbaycandan 
keçməklə  İrana gedən "Şimal-Cənub" nəqliyyat dəhlizinin 
yaradılması  təşəbbüsü ilə  çıxış etdi. Rusiyanın Azərbaycan 
Respublikasını nəqliyyat blokadasına almaq cəhdi baş tutmadı. 
1998-ci il sentyabrın 7-8-də Prezident H.Əliyevin 
təşəbbüsü ilə Bakıda "Böyük İpək Yolu" Beynəlxalq konfransı 
keçirildi. Konfransda 32 ölkənin və beynəlxalq təşkilatların 
nümayəndələri iştirak edirdi. Beynəlxalq konfrans "Böyük İpək 
Yolu"nun tranzit ölkələr üçün əhəmiyyətini açıqlayan "Bakı 
Bəyannaməsi"ni qəbul etdi. Konfrans "Böyük İpək Yolu"nun 
iqamətgahının Bakıda yerləşdirilməsi haqqında da qərar qəbul 
etdi. 
1994-1995-ci illərdə neftayırma zavodlarında qurğular 
modernləşdirildi və qaz emalı zavodu yenidən quruldu. 
Respublikanın maşınqayırma sənayesi müəssisələri xarici 
bazarın məhdudlaşması ilə bağlı olaraq, profillərini dəyişib 
respublika sənayesi və kənd təsərrüfatı üçün avadanlıq, texnika 
və ehtiyat hissələr istehsal etməyə başladılar. Respublikada 
yeni sənaye müəssisələri, istehsal sahələri yaradıldı. 
Ümumiyyətlə, 1996-2002-ci illərdə ölkənin iqtisadiyyatına 12 
milyard dollar məbləğində investisiya qoyuldu. 
Regionların kompleks inkişafı üçün qeyri-neft sahələrinə 
kapital qoyuluşu artırıldı. 1996-cı ildə Naxçıvan Muxtar 
Respublikasında 18 min hektar əkin sahəsinin suvarılmasını 
təmin edən Vayxır su anbarının inşası  bərpa edildi. İran 
vasitəsilə Naxçıvan bölgəsinə elektrik enerjisi tranzit etmək 
üçün 52 km-lik İmişli-Parsabad elektrik xətti işə salındı. 2001-
ci ildə Bakı elektoqaynaq səhmdar cəmiyyətinin poladtökmə 
zavodu, Bakıda "Kaspian-Fiş" balıq məhsulları istehsalı 
müəssisəsi, 2002-ci ildə  Şəmkir-Yenikənd SES-i və s. işə 
salındı. 
Kənd təsərrüfatında həyata keçirilən islahatçılar da öz 
bəhrələrini verməyə başladı. 1991-1994-cü illərdə  kənd 
təsərrüfatı  məhsulları istehsalı ildə orta hesabla 15-20 faiz 


Azərbaycan Tarixi 
 
 
511 
azaldığı halda, 1997-2002-ci illərdə ildə orta hesabla 51 faiz 
artdı. 2002-ci ildə ölkədə rekord miqdarda - 2 milyon 200 min 
ton taxıl, 700 min ton kartof istehsal edildi. Ölkədə  çəltik 
becərilməsi bərpa olundu, şəkər çuğunduru  əkilməsinə 
başlandı. 2001-ci ildə ölkədə 2 milyon 21 min baş qaramal, 6 
milyon 86 min başdan çox qoyun vardı. Əhalinin heyvandarlıq 
məhsullarına tələbatını daxili imkanlar hesabına ödəmək 
mümkün oldu. Artıq ölkəyə başqa yerlərdən heyvandarlıq 
məhsullarının gətirilməsinə ehtiyac qalmadı. 
İqtisadi dirçəliş xarici ticarət dövriyyəsinin artmasına 
şərait yaratdı. Xarici ticarət dövriyyəsi 1993-cü ildə 1 milyard 
300 milyon dollardan artaraq 2002-ci ildə təxminən 4 milyard 
dollara çatmışdı. Xarici ticarət dövriyyəsində 2000-ci ildə ixrac 
ilk dəfə idxaldan çox olub 63,3 faiz oldu. Xarici ticarətdə 
müsbət saldo yaranması ölkədə istehsal olunan malların 
kəmiyyət və keyfiyyətinin artması nəticəsi idi. 
Heydər 
Əliyevin Azərbaycan Respublikasında 
hakimiyyətə qayıtması  ərəfəsində iqtisadi böhran və  tənəzzül 
əhalinin güzəranını  ağırlaşdırmışdı. Ölkədə 1 milyon nəfərə 
yaxın qaçqın və köçkünün olması  əhalinin sosial durumunu 
daha da ağırlaşdırırdı. Onlar çadır  şəhərciklərində çox 
acınacaqlı şəraitdə yaşayırdılar. 
Prezident H.Əliyevin rəhbərliyi altında həyata keçirilən 
islahatların sosial yönümü və  əhalinin sosial müdafiəsi 
tədbirləri 90-cı illərin ortalarından başlayaraq dövlətin iqtisadi 
siyasətində mühüm yer tutdu. 1994-cü il iyulun 24-də 
"Əhalinin sosial müdafiəsi haqqında" Qanun qəbul edildi
noyabrın 21-də isə  "Əhalinin Sosial Müdafiəsi Fondu" təsis 
olundu. 1995-2000-ci illərdə dövlət büdcəsindən sosial təyinatlı 
xərclər üç dəfəyə qədər artırıldı. 
Əmək haqqının artırılması üçün dövlət tədbirlərinin 
həyata keçirilməsi  nəticəsində dövlət büdcəsindən 
maliyyələşdirilən işçilərin orta aylıq  əmək haqqı xeyli artdı. 
2000-ci ilin yanvarında təhsil işçilərinin, aprelində isə elm, 
Qəzənfər Rəcəbli 
 
 
512
mədənyiyət və sosial təminat sahələri işçilərinin  əmək haqları 
25 faiz artırıldı. Elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində 
çalışan işçilərin  əmək haqları sonralar da bir neçə  dəfə 25-30 
faiz artırılmışdır. Sonuncu dəfə isə  təhsil işçilərinin  əmək 
haqqının 2008-ci ilin sentyabrında 3 dəfə artırılması 
müəllimləri sosial müdafiəsi sahəsində çox dəyərli tədbir oldu. 
Dövlətin bir qrup ədəbiyyat, incəsənət və elm xadimlərinə, 
gənc istedadlara fərdi təqaüdlər müəyyən etməsi də sosial 
yönümlü tədbirlər sırasında xüsusi yer utur. 
Dövlətin sosial yönümlü tədbirləri sırasında müharibə 
əlillərinə qayğı da əhəmiyyətli yer tutur. Dövlət tərəfindən 
müharibə  əlilləri üçün xüsusi olaraq evlər tikilir və onlara 
pulsuz paylanır. Müharibə  əlillərinin mənzil-məişət  şəraitinin 
yaxşılaşdırılması ilə yanaşı, 1998-ci ildən onlara hər il dövlət 
hesabına "Oka" markalı minik avtomobilinin verilməsi də 
ənənə halı olmuşdur. 
Əhalinin maddi-rifah halının yaxşılaşdırılması, 
yoxsulluğun səviyyəsinin aşağı salınması və ləğv edilməsi üçün 
"Yoxsulluğun azaldılması  və iqtisadi inkişaf üzrə Dövlət 
Proqramı" hazırlandı. 2003-2005-ci illəri  əhatə edən bu 
proqrama əsasən makroiqtisadiyyat daha da möhkəmləndirildi, 
iqtisadiyyatın bütün sahələr və regionlar üzrə tarazlı inkişafı 
üçün investisiyalar qoyuluşu artırıldı  və yeni iş yerləri 
yaradıldı. Qaçqınların və köçkünlərin yaşayış  şəraitini 
yaxşılaşdırmaq üçün yeni abad şəhərciklər salınması  işi 
sürətləndirildi. Ölkədə sonuncu çadır  şəhərciyi 2007-ci il 
oktyabrın 4-də  ləğv edildi. Onların  əhalisi hər cür kommunal 
şəraiti olan müasir evlərə köçürüldü. 
İqtisadiyyatın dirçəlməsi ölkədə idmanın da inkişafına 
böyük təsir göstərdi. 1992-ci il martın 10-da Azərbaycan Milli 
Olimpiya Komitəsi yaradıldı. 1997-ci il iyulun 31-də 
Azərbaycan MOK prezidenti vəzifəsinə  İlham  Əliyev seçildi. 
2001-ci ilin oktyabrında isə Bakının Maştağa qəsəbəsində 
müasir standartlar əsasında inşa edilmiş Olimpiya İdman 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə