Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə125/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

Azərbaycan Tarixi 
 
 
497 
edən protokol imzalandı. 1994-cü il aprelin 4-də Vaşinqtonda 
GUAM təşkilatına üzv olan dövlətlərin prezidentlərinin 
görüşündə Özbəkistan respublikası da bu təşkilata qəbul 
edildikdən sonra o, GUÖAM adlanırdı, H.Əliyev GUÖAM 
təşkilatının sədri seçildi, təşkilatın icrası katibliyinin 
yaradılması  qərara alındı. GUÖAM təşkilatını yaradılması 
Rusiyanı çox narahat edirdi. Bununla əlaqədar 2001-ci iyunun 
6-7-də Yaltada GUÖAM təşkilatı  başçılarının görüşündə qəbul 
olunmuş "Yalta Xartiyası"nda bu təşkilatın iqtisadi sahələrdə 
əməkdaşlığa üstünlük verəcəyi elan edildi. 
1994-cü ilin yanvarında Azərbaycan Respublikası 
NATO-nun Avropa və dünyada sülhün, əmin-amanlığın qorun-
masına xidmət edən "Sülh Naminə  Əməkdaşlıq" Proqramına 
qoşuldu. Həmin il mayın 4-də Prezident H.Əliyev bu 
Proqramın Çərçivə sənədini imzaladı. 
Azərbaycan Respublikası  hərbi inkişaf perspektivləri 
sahəsində NATO ilə  sıx  əməkdaşlığa meyl göstərir. 
Azərbaycan hərbi kontingenti İraq Kosovo və  Əfqanıstanda 
NATO sülhməramlı qüvvələrinin keçirdiyi əməliyyatlarda 
Türkiyə hərbi hissəsinin tərkibində əlahiddə takım kimi iştirak 
etdi. 2002-ci il noyabrın 18-də NATO Parlament Assambleya-
sının  İstanbulda keçirilən iclasında Azərbaycan Respublikası 
NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edildi. 
Azərbaycan Respublikasının xarici siyasətində NATO ilə 
əməkdaşlığın əsas istiqamətləri H.Əliyevin 2002-ci il noyabrın 
22-də Avropa - Atlantika Tərəfdaşlıq Şurasının Praqa şəhərində 
keçirilmiş zirvə görüşündəki çıxışında öz əksini tapmışdır: 
"Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq 
terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək dünya 
nizamına qarşı hərəkət edir, ekstremizm, təcavüzkar millətçilik 
və davadar separatizm ideologiyası  əsasında yeni qarşıdurma 
xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə, 
dəyişməyə cəhd göstərir. Beynəlxalq sistemin ümumi təhlükəyə 
qarşı  səmərəli mübarizə aparmaq qabiliyyəti ciddi sınağa 
Qəzənfər Rəcəbli 
 
 
498
səkilir. 11 sentyabr faciəsindən dərhal sonra Aeroatlantika 
birliyi antiterror koalisiyası yaratdı  və Azərbaycan ilk gündən 
bu koalisiyaya qoşuldu. Biz bu gün də başqa ölkələr və 
beynəlxalq təşkilatlarla birlikdə bu təhlükələrə qarşı əlimizdən 
gələni edirik". 
Azərbaycan Respublikasının Türkiyə ilə münasibətlərin-
də 1993-cü ilin yayından ciddi dəyişikliklər edildi. Bu qardaş 
ölkə Azərbaycanın  ən etibarlı siyasi müttəfiqi və iqtisadi 
tərəfmüqabili oldu. Türkiyə Ermənistanı  təcavüzkar bir dövlət 
kimi tanımış, Dağlıq Qarabağ problemi ədalətlə  həll 
olunmayınca Ermənistan ilə heç bir əlaqə saxlamayacağını elan 
etmişdir. 
Azərbaycan Respublikası  İran ilə  də  hər iki tərəf üçün 
faydalı siyasi, iqtisadi və  mədəni  əlaqələr yaratdı.  İran dövləti 
Ermənistanın Azərbaycana təcavüz etdiyini bildirsə də, onunla 
hərtərəfli  əlaqələr saxlayır. Bu da onun Azərbaycan 
Respublikası ilə münasibətlərdə  səmimi olmadığını göstərir. 
İran Xəzər dənizinin mübahisəli suları ilə bağlı Azərbaycana 
qarşı çox aqressiv mövqe tutmuşdur. 2001-ci il iyulun 23-də 
İran mübahisəli hesab etdiyi Xəzər dənizindəki sulardan Azər-
baycan gəmilərinin çıxarılması haqqında nota göndərdikdən 
dərhal sonra hərbi təyyarələrini havaya qaldırmışdı. 
Azərbaycan buna cavab tədbiri gördü. Belə  gərgin anda 
Türkiyə İrana etirazını bildirərək, bəyanat verdi ki, Azərbaycan 
əl qaldıran qarşısında Türkiyəni görəcək. Münaqişə dinc yolla 
nizama salındı. Prezident H.Əliyevin İrana səfəri zamanı 2002-
ci il mayın 20-də imzalanmış "Azərbaycan Respublikası ilə İran 
İslam Respublikası arasında dostluq və  əməkdaşlıq 
münasibətlərinin prinsipləri haqqında" müqavilə iki qonşu 
dövlət arasında münasibətlərin nizama salınması üçün mühüm 
səhən oldu. 
1996-cı ilin martında Azərbaycan Respublikası ilə qonşu 
Gürcüstan arasında dostluq və  əməkdaşlıq haqqında saziş 
imzalandı. Bu qonşu ölkədə yaşayan azərbaycanlılara qarşı 


Azərbaycan Tarixi 
 
 
499 
münasibətin yaxşılaşmasına səbəb oldu. İki dövlət arasında 
bütün sahələrdə strateji əməkdaşlıq başlandı. 
Azərbaycan Respublikasının xarici siyasətində ABŞ 
İngiltərə, Fransa, Almaniya, İtaliya, Çin, Yaponiya, Koreya, 
Pakistan, Səudiyyə Ərəbistanı, İsrail, Rumıniya və b. dövlətlər 
ilə münasibətləri mühüm yer tutur. Azərbaycan bu və digər 
dövlətlər ilə  tərəfdaşlıq prinsiplərinə  əsaslanan qarşılıqlı 
əlaqələr yaratmışdır. Azərbaycan Respublikası  qərblə  şərq 
arasında qədim "İpək yolu"nun bərpa olunmasında fəal iştirak 
etmişdir və bu yolun mərkəzində, Qərblə  Şərqin qovşağında 
mühüm yer  tutur. 
Azərbaycan Respublikası XXI əsrin başlanğıcında artıq 
137 dövlət ilə diplomatik əlaqələr yaratmışdı, 24 dövlətin 
Bakıda səfirliyi fəaliyyət göstərirdi, Azərbaycanın isə 21 
dövlətdə səfirliyi və baş konsulluğu vardı. 
Azərbaycanda aparılan demokratik islahatlar Avropa 
dövlətləri tərəfindən razılıqla qarşılanırdı. 1996-cı ilin aprelində 
Avropa Şurası dövlətləri ilə Azərbaycan Respublikası arasında 
tərəfdaşlıq və  əməkdaşlıq haqqında saziş imzalandı, iyun 
ayında isə Azərbaycan Respublikası Avropa Şurası parlament 
Assambleyasında xüsusi dəvət olumuş qonaq statusu aldı. 
2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası Avropa 
Şurasına üzv qəbul olundu. Avropa Şurasında Azərbaycan 
parlamentinin nümayəndə heyətinin başçısı  İlham  Əliyev öz 
işgüzarlığı ilə böyük nüfuz qazanaraq və 2003-cü il yanvarın 
27-də AŞPA-nın sədrinin müavini və büro üzvü seçilmişdi. 
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin əsas 
məqsədi Ermənistanın təcavüzkar kimi tanınmasına nail olmaq 
və onu işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağı 
məcbur etmək idi. 2001-ci il aprelin 24-də Azərbaycan 
nümayəndə heyəti bu təşkilatın tribunasından Ermənistanın 
azərbaycanlılara qarşı soyqırım siyasəti yeritdiyini, işğal 
olunmuş Azərbaycan  ərazilərində narkotik maddələr istehsal 
etdiyini və onun ixracatından  əldə etdiyi vəsaitlə terrorçu 
Qəzənfər Rəcəbli 
 
 
500
dəstələr yaratdığını bütün dünyaya bildirdi. 2001-ci ilin 
iyununda AŞPA-nın sessiyasında  İ.Əliyev Ermənistanın işğal 
etdiyi Azərbaycan torpaqlarında tarix və mədəniyyət abidələrini 
dağıtmasını, planlı surətdə ekologiyanı korlamasını konkret 
faktlarla ifşa etdi. 2002-ci il sentyabrın 26-da AŞPA-nın 
sessiyasında müzakirə edilər. Azərbaycan haqqında məruzədə 
ilk dəfə açıq surətdə bildirildi ki, Azərbaycanın torpaqları 
Ermənistan tərəfindən işğal olunubdur, Ermənistanın 
Azərbaycana qarşı  təcavüz edibdir və bu təcavüz nəticəsində 
Azərbaycanın bir milyon nəfərə yaxın qaçqını vardır. 
Azərbaycan Respublikasının müstəqil xarici siyasətindən 
narazı olan Rusiya Azərbaycana təzyiq göstərmək üçün 1994-
cü ilin axırlarında  şosse, dəmir yolu və  dəniz yolunu 
bağlamaqla iqtisadi sanksiyalar tətbiq etdi. Atəşkəs  şərtlərinə 
zidd olaraq, 1994-1996-cı illərdə Rusiya Ermənistana ümumi 
dəyəri 1 milyarddan çox olan tank, təyyarə, raket texnikası və 
digər ağır və taktiki hərbi silah verdi, Ermənistanda öz hərbi 
bazalarını yerləşdirdi. 1997-ci il iyulun 3-də Moskvada Rusiya 
ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı 
təhlükəsizlik haqqında müqavilə imzalansa da, həmin ilin 
avqustun 29-da Rusiya Ermənistan ilə  də dostluq, əməkdaşlıq 
və qarşılıqlı 
təhlükəsizlik haqqında yeni müqavilə 
imzalanmaqla  əvvəlki öhdəliklərini təzələdi. Bu yeni sənəddə 
hərbi vəziyyət yaranarkən Rusiyanın Ermənistan tərəfindən 
çıxış edəcəyi rəsmi surətdə  bəyan edilirdi. Azərbaycanın bu 
müqavilədən narahat olduğunu və narazılığını görən Rusiya 
Federasiyası Xarici İşlər Nazirliyi xüsusi nota ilə bu 
müqavilənin Azərbaycana qarşı çevrilmədiyini bildirdi. 
Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB dövlət 
başçılarının 1997-ci il oktyabr, 1999-cu il mart zirvə 
görüşlərində bu müqavilənin Azərbaycana qarşı təhlükə yarada 
bilən maddələrinin ləğv olunmasını  tələb etdi. Bununla 
əlaqədar 2001-ci ilin mayında Bakıda olan Rusiya Federasiyası 
müdafiə naziri rəsmi surətdə elan etdi ki, Ermənistan və 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə