Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə121/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   117   118   119   120   121   122   123   124   ...   134

Azərbaycan Tarixi 
 
 
481 
Qiyamçılara qarşı göndərmək üçün Müdafiə Nazirliyinin hərbi 
hissələrindən, daxili qoşunlarından ibarət ağır döyüş texnikası 
ilə təchiz edilmiş böyük cəza dəstəsi təşkil edildi. İyunun 4-də 
hökumət dəstələri qiyamçılara qarşı hücuma keçdi. 709-cu 
hərbi hissənin kazarmaları dağıdıldı. Lakin qiyamçılar 
təşəbbüsü ələ aldılar. Respublika prokuroru İxtiyar Şirinov baş-
da olmaqla hökumət qüvvələrindən 1200 nəfər girov götürüldü. 
Qardaş  qırğınında 68 nəfər həlak oldu, 150 nəfərədək adam 
yaralandı. 
Hökumət qüvvələri məğlub oldu, qiyamçılar Prezidentin 
və hökumətin istefası  tələbi ilə paytaxta doğru yürüşə 
başladılar. İyunun 14-də artıq qiyamçılar və hökumət qoşunları 
Bakının Lökbatan qəsəbəsi yaxınlığında üz-üzə dayandılar. 
Hökumət danışıqlara getməyə  məcbur oldu. Əldə edilmiş 
razılığa görə Milli Məclisin sədri İsa Qənbər, baş nazir Pənah 
Hüseynov və üç güc nazirliyinin rəhbərləri istefa verdilər. 
İyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisi-
nin fövqəladə sessiyası Heydər  Əliyevi Milli Məclisin sədri 
seçdi. Bu gün Azərbaycanın çağdaş dövr tarixinə "Qurtuluş 
Günü" kimi daxil oldu. 1992-ci il iyunun 15-i sayca üçüncü 
olan Azərbaycan Respublikasının tarixində yeni bir mərhələnin 
başlanğıcı oldu. Sonralar - 1997-ci ilin iyununda Milli Məclis 
bu günü "Milli Qurtuluş Günü" kimi bayram etməyi qərara aldı. 
Siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi 
həddinə gətirmiş AXC - Müsavat hakimiyyəti, özü hakimiyyətə 
dəvət etdiyi Heydər Əliyevə ölkənin düşdüyü ağır vəziyyətdən 
çıxartmağa kömək etməkdənsə, müxalifətə keçdi. Azərbaycan 
Respublikasının Prezidenti Ə.Elçibəy siyasi gərginliyə davam 
gətirməyib və şəxsi təhlükəsizliyi üçün qorxub, iyunun 17-dən 
18-nə keçən gecə paytaxtı gizlicə  tərk edərək, anadan olduğu 
Ordubad rayonunun Kələki kəndinə getdi və bu ucqar dağ 
kəndindən dövləti idarə etmək fikrində olduğunu bildirdi. Milli 
Məclis qaçqın Prezidentə  dəfələrlə müraciət edib, ona geri 
qayıtmağı  və öz vəzifəsini icra etməyi təklif etdi. Lakin hər 
Qəzənfər Rəcəbli 
 
 
482
dəfə  rədd cavabı aldı. Nəhayət, iyulun 2-də Milli Məclis 
Prezident seçkiləri keçirilənədək, Azərbaycan Respublikası 
Prezidentinin səlahiyyətlərini Heydər Əliyevə tapşırdı. 
H.Əliyev vətəndaş müharibəsini dayandırmaq məqsədilə, 
real silahlı gücə malik olan S.Hüseynovu Baş nazir təyin etdi. 
H.Əliyevin sayıq nəzarəti altında Baş nazir vəzifəsində öz 
məqsədinə nail ola bilməyəcəyini dərk edən S.Hüseynov, 
qərargahı Gəncədə yerləşən Səhra Cəbhə İdarəsi yaratdı. O, bu 
qurumda R.Qazıyev ilə birlikdə  və iyunun 15-də  Lənkəranda 
hərbi hissələrin köməkliyilə hakimiyyəti ələ almış Ə.Hümbətov 
ilə birlikdə dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur 
etmək üçün planlar hazırlamaqla məşğul olurdu. Hazırlanmış 
plana görə S.Hüseynov, Ə.Hümbətov və R.Qazıyev 1993-cü il 
sentyabrın ortalarında qüvvələrini birləşdirib Bakıya hücum 
etməli və H.Əliyevi hakimiyyətdən devirməli idilər. 
1993-cü il avqustun 7-də  Ə.Hümbətov, Lənkəran 
bölgəsində "Talış-Muğan Respublikasının" yaradılmasını elan 
etdi. Lakin bölgədə  əhalinin  əksəriyyəti onun hakimiyyətini 
qəbul etmədi. Avqustun 13-də H.Əliyev Lənkəran bölgəsindən 
olan Milli Məclisin üzvləri, tanınmış ziyalılar və ağsaqqallar ilə 
görüşdü. Onlar Ə.Hümbətovün "separatçılıq" cəhdinə qarşı təd-
birlər görməyi tələb etdilər. Avqustun 17-də Milli Məclis Lən-
kəran hadisələrinə siyasi qiymət verdi. Ə.Hümbətovun "se-
paratçılığını" Azərbaycanın dövlət müstəqilliyinə "arxadan vu-
rulan zərbə" cəhdi kimi qiymətləndirdi. Dövlətin dəstəyini alan 
Lənkəran  əhalisi avqustun 23-də ayağa qalxdı.  Ə.Hümbətov 
qorxub qaçdı, "Talış-Muğan Respublikası" ləğv edildi. 
1993-cü ildə  hərbi müxalifətin satqınlığı  nəticəsində 
Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirildi. İyulun 
23-də Ağdam şəhəri, avqustun 18-də Cəbrayıl, avqustun 23-də 
Füzuli, avqustun 31-də Qubadlı, oktyabrın 29-30-da Zəngilan 
ermənilərin əlinə keçdi. 
1993-cü il oktyabrın 3-də alternativ əsaslarla keçirilən 
prezident seçkilərində Heydər  Əliyev qalib gəlib Azərbaycan 


Azərbaycan Tarixi 
 
 
483 
Respublikasının prezidenti seçildi. O, Azərbaycanın müstəqilli-
yinin  əbədi və dönməz olduğunu təsdiqləyən uğurlu daxili və 
xarici siyasəti ilə respublikada siyasi sabitliyin yaradılmasına 
nail oldu. H.Əliyevin  əzmi və bacarığı  nəticəsində 1994-cü il 
oktyabrın 4-də S.Hüseynovun qiyamının, 1995-ci  il martın 13-
14-də Qazax və  Ağstafa Xüsusi Təyinatlı Polis dəstəsi 
əməkdaşlarının  qiyamının, martın 16-17-də Bakıda Cavadov 
qardaşlarının qiyamının qarşısı alındı. Azərbaycan xalqı 
respublikanın dövlət müstəqilliyinin qarantı olan Prezident 
Heydər  Əliyevi dəstəkləməklə siyasi yetkinlik, öz ölkəsinə 
məhəbbət, Vətənə  və Azərbaycan dövlətinə  sədaqət nümayiş 
etdirdi. 
H.Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə demokratiya 
və qanunçuluğun inkişaf etdirilməsi üçün real imkanlar 
yaradıldı. Bunun üçün xalqın mentalitetini nəzərə almaqla 
münasib yollar və vasitələr arayıb aşkara çıxarılırdı. Ölkədə 
plüralizm şəraitinin yaradılması, qeyri-qanuni silahlı qüvvələrin 
ləğv edilməsi, demokratiya və qanunçuluğun inkişafı dövlət 
quruculuğunda keyfiyyətcə yeni bir mərhələyə daxil olmağa 
imkan verdi. XX əsrin 90-cı illərinin ikinci yarısında dövlət 
müstəqilliyinin möhkəmləndirilməsi və ictimai-siyasi sabitlik 
uğrunda mübarizə daha da gücləndi və intensiv xarakter aldı. 
27.4. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi  və 
siyasi sabitlik uğrunda mübarizə.  Heydər  Əliyev yenidən 
Azərbaycanın rəhbərliyinə  gələndə respublika ərazisinin 20 
faizi ermənilərin  əlinə keçmişdi. Düşmənlər işğal olunmuş 
ərazilərdə yaşayış  məntəqələrini, evləri, müəssisələri, 
kommunikasiya vasitələrini, təbii sərvətləri talan edir, dağıdır 
və yandırırdılar. Müharibədə 20 min azərbaycanlı həlak olmuş 
və 5 min nəfər əlilə çevrilmişdi. Qaçqın və köçkünlərin sayı bir 
milyon nəfəri ötmüşdü. Erməni quldurları tərəfindən 4861 nəfər 
azərbaycanlı, o cümlədən 514 qadın, 58 uşaq və 255 qoca əsir 
və girov götürülmüşdü. Ermənilər  əsir və girovlarla qeyri-
Qəzənfər Rəcəbli 
 
 
484
insani rəftar edir, qul kimi işlədir, təhqir edir, ləyaqətlərini 
alçaldırdılar. 
BMT Təhlükəsizlik şurası 30 aprel, 29 iyul, 14 oktyabr və 
11 noyabr 1993-cü il tarixli qətnamələrində  işğal olunmuş 
Azərbaycan  ərazilərindən işğalçı silahlı  dəstələrin dərhal, 
tamamilə  və qeyd-şərtsiz çıxarılmasını  tələb etsə  də, bu 
qətnamələrin yerinə yetirilməsi üçün heç bir əməli tədbir 
görmürdü.  Əslində bu qətnamələrin heç birində Ermənistan 
təcavüzkar adlandırılmırdı, yalnız birində Ermənistanın adı 
çəkilir və ondan guya Azərbaycan torpaqlarını tutmuş Dağlıq 
Qarabağa təsir göstərməsi tələb olunurdu. 
Azərbaycan ordusu isə  işğal olunmuş torpaqları azad 
etmək iqtidarında deyildi. Ordu bərbad vəziyyətdə idi. 
Azərbaycanın  əvvəlki iqtidarları, demək olar ki, ordu 
quruculuğu ilə  məşğul olmamışdılar. Mövcud hərbi hissələr 
ayrı-ayrı siyasi qrupların təsiri altında idi. Müdafiə Nazirliyinə 
tabe olmayan müxtəlif siyasi ambisiyalı, nizam-intizamsız 
hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq lazım 
idi. 1993-cü il noyabrın 1-də Prezidentin Fərmanı ilə Dövlət 
Müdafiə Şurası yaradıldı. DMŞ-nın elə həmin gün ilk iclasında 
ordu quruculuğu və müdafiə  məsələləri müzakirə olundu və 
müvafiq qərarlar qəbul edildi. Noyabrın 2-də Prezident Heydər 
Əliyev televiziya və radio vasitəsilə xalqa müraciət etdi və onu 
düşmənə qarşı mübarizəyə qalxıb ölkənin azadlığı  uğrunda 
birləşməyə çağırdı. 
Prezidentin çağırışı ilə orduya könüllü gələnlərdən xüsusi 
batalyonlar (taborlar) yaradılıb cəbhəyə göndərildi. Vaxtilə 
Əfqanıstanda xidmət etmiş, döyüş təcrübəsi olan Azərbaycanın 
mərd oğulları Prezidentə müraciət edib xüsusi alay yaratmaq 
təşəbbüsü irəli sürdülər. "Əfqan döyüşçülərindən" ibarət 
əlahiddə hərbi hissə yaradıldı. 
1993-cü il noyabrın 23-də Milli Məclis "Müdafiə haq-
qında" qanun qəbul etdi. Səmərəli hərbi təlim üçün proqramlar 
hazırlandı, ordunun döyüş hazırlığı yüksəldildi. Səhra Cəbhə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə