Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə120/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   116   117   118   119   120   121   122   123   ...   134

Azərbaycan Tarixi 
 
 
477 
mayın 24-də Ermənistanın təklifi ilə danışıqlar başlandı  və 
Ermənistan - Naxçıvan sərhədlərində sabitlik təmin olundu. 
Azərbaycanda AXC - Müsavat hakimiyyəti dövründə 
cəmiyyət xeyli dəyişmişdi, çoxlu siyasi partiya və ictimai 
hərəkatlar meydana çıxmışdı. 1992-ci il iyunun 3-də "Siyasi 
partiyalar haqqında" Azərbaycan Respublikasının qanunu qəbul 
edildi. 1991-ci ilin payızından "Azərbaycan  İslam Partiyası", 
"Vahid Azərbaycan Uğrunda Mübarizə  İttifaqı", "Azərbaycan 
Qarabağa Nicat Cəmiyyəti" mövcud idi. 1992-ci ilin yayında 
"Azərbaycan Milli İstiqlal Partiyası", "Türk Dünyası Birliyi 
Partiyası", "Vahid Azərbaycan Milli Birlik Partiyası", "Çağdaş 
Turan Partiyası", "Yeni Azərbaycan Partiyası", "Boz Qurd 
Partiyası" fəaliyyətə başladılar. 1993-cü ilin payızında 
"Vətəndaş  Həmrəyliyi Partiyası" təşkil olundu. İctimai 
təşkilatlar arasında "Azərbaycan Mədəniyyət Fondu", "İnkişaf" 
assosiasiyası, "Vətən cəmiyyəti", H.Z.Tağıyev adına "Xeyriyyə 
Fondu", "Bakılı" cəmiyyəti, "Bakı  İncəsənət Mərkəzi", "Rus 
icması", "Sodrujestvo", "Anar", "Bonai" (kürd), "Tat" və 
"Dağıstan" cəmiyyətləri, "Ləzgi Milli Mərkəzi”, tatar, talış, 
gürcü, Ukrayna mədəniyyət mərkəzləri, Avropa və dağ 
yəhudilərinin dini icmaları vardı. 1993-cü ilin fevralında 
Azərbaycan Hmkarlar İttifaqları Şurası buraxıldı, onun yerində 
Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyası  təşkil 
olundu. 1993-cü ilin ortalarında Azərbaycanda 30-dan çox 
siyasi partiya və ictimai təşkilat fəaliyyət göstərirdi. 
AXC - Müsavat hakimiyyəti dövründə kadr siyasətində 
ciddi səhvlərə yol verilir, idarəçilikdə olan qüsurlar xalqı, 
qabaqcıl ziyalıları iqtidardan daha da uzaqlaşdırırdı. 
Demokratiya məhdudlaşdırılır, vəzifəli şəxslər özbaşınalıq edir, 
cəmiyyətdə vahimə yaratmaq üçün jurnalistlər, alimlər döyülür 
və  təhqir edilirdilər. Daxili İşlər naziri Həmid  İskəndərov 
şəxsən "İstiqlal" qəzetinin redaktorunu döymüş, televiziyada 
veriliş gedə-gedə aparıcıları söyüb təhqir etmişdi. 
Qəzənfər Rəcəbli 
 
 
478
AXC-nin dövlət orqanlarını  əvəz etmək cəhdləri AXC 
hakimiyyətinin daxili siyasətinin  əsas xəttinə çevrilirdi. AXC 
İcraiyyə Komitəsinin respublikada hərbi-siyasi durum haqqında 
8 fevral 1993-cü il tarixli bəyanatı  əslində AXC-nin 
diktaturasının zəruriliyi barədə  cəmiyyətdə  yəqinlik yaratmaq 
məqsədini güdürdü. 
AXC hakimiyyətinin səbatsız xarici siyasəti də 
Azərbaycan üçün çox uğursuz idi. AXC hakimiyyəti böyük 
dövlətlərin iqtisadi və siyasi maraqlarına  əsaslanan dünya 
siyasətini düzgün qiymətləndirə bilmirdi. Dövlətçilik təcrübəsi 
olmayan AXC hakimiyyətinin Türkiyəyə meylini açıq nümayiş 
etdirməsi nəinki qonşu Rusiya və  İranı, həm də Azərbaycanın 
gələcəkdə Türkiyədən asılı olacağından ehtiyatlanan Qərb 
dövlətlərini də narahat edirdi. Prezident Ə.Elçibəyin "Türkün 
türkdən başqa dostu yoxdur"! şüarını tez-tez xatırlatması dünya 
dövlətlərini Azərbaycandan uzaqlaşdırırdı.  Ə.Elçibəy daxildə 
Dağlıq Qarabağ separatçılarının öhdəsindən gələ bilmədiyi 
halda gah İranda, gah da Çində türklərin hüquqlarının 
müdafiəsi ilə bağlı  bəyanatlar verməklə  vəziyyəti daha da 
ağırlaşdırırdı. 
Hansı  tərəfdən daha çox faydalanmanın mümkünlüyünü 
həmişə "ölçüb biçən" böyük dövlətlərin siyasətçiləri 
Azərbaycan - Ermənistan münasibətlərində "tələsmirdilər". 
ATƏT-in Minsk qrupunun işi heç hiss edilmirdi. ABŞ Konqresi 
1992-ci il oktyabrın 24-də Azərbaycanı guya Ermənistanı 
blokadaya almaqda taqsırlandırıb, "Azadlığı  Dəstək Aktına" 
Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə 
sərt məhdudiyyətlər qoyan 107-ci əlavəni qəbul etdi. 
27.3. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükəli 
vəziyyətin yaranması. Qurtuluş  hərəkatı və Heydər Əliye-
vin hakimiyyətə qayıtması. 1992-ci il 16 may sövdələşməsinə 
görə Moskvanın adamı hesab edilən R.Qazıyevi Müdafiə naziri 
vəzifəsində saxlayan AXC rəhbərliyi onu neytrallaşdırmaq 
məqsədilə Surət Hüseynovun hərbi-siyasi qüvvəsini artırmaq 


Azərbaycan Tarixi 
 
 
479 
qərarına gəldi, 1992-ci il avqustun 8-də onu korpus komandiri 
təyin etdi. Ona 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli 
Qəhrəmanı adı verildi. S.Hüseynov Prezidentin Fərmanı ilə 
Dağlıq Qarabağ və cəbhə bölgələrində prezidentin səlahiyyətli 
nümayəndəsi təyin edildi. Ə.Elçibəy sonralar etiraf edirdi ki, 
R.Qazıyev, S.Hüseynov və  Ə.Hümbətovun xarici dövlətlərə 
işlədiklərini bilirdi, sadəcə olaraq onlarla bacarmırdı.  İqtidarın 
acizliyi üzündən hərbi qüvvəyə söykənən "sərkərdələr" haki-
miyyət uğrunda mübarizə apardıqlarına görə bir sıra döyüşlərdə 
xalqın qəhrəman oğullarının qanı bahasına qazanılan uğurlar 
sonrakı məğlubiyyətlər hesabına heçə endirilirdi. 
Belə ki, 1992-ci il iyunun 4-də  Ağdaban və  Çərəkdar 
kəndləri yaxınlığında erməni təcavüzkarları ilk dəfə 
Azərbaycan hərbi hissələrinin güclü müqavimətinə rast 
gəldilər. Azərbaycanın igid oğulları iki saat yarıma  Əskəran 
rayonunun Aranzəmin, Pircamal və Naxçıvanik kəndlərindən 
erməni silahlı  dəstələrini qovub çıxartdılar. Sırxavənd, Baş  və 
Orta Güneytəpə, Kiçan, Maniklu, Bəşirlər və Qaraşlar kəndləri 
də erməni quldurlarında təmizləndi.  İyunun 12-də  Ağdərə 
rayonunda başlanan hücum nəticəsində 3-4 gün ərzində 35-ə 
qədər yaşayış  məntəqəsi, o cümlədən Gülüstan, Talış, Zeyvə, 
Qaraçinar, Buzluq və b. kəndlər, habelə Ortakənd qəsəbəsi 
düşməndən azad edildi, strateji əhəmiyyəti olan ərazilər nəzarət 
altına alındı, Azərbaycan hərbi hissələri Xankəndinin 10-15 
km-nə çatdı. Azərbaycan döyüşçüləri Kəlbəcər-Tərtər yolu 
üstündəki kəndləri də azad etdilər. Lakin ermənilər Laçın yolu 
vasitəsilə Ermənistandan  əlavə  hərbi qüvvə  gətirib iyunun 
ortalarında Ağdərə istiqamətində hücuma keçdilər, Maqavuz və 
Orataq kəndlərini  ələ keçirərək Sərsənk su anbarını  nəzarət 
altına aldılar. Sentyabrın  əvvəllərində  Ağdam istiqamətində 
hücuma keçən ermənilər Abdal-Gülablı, Dəhraz Ağbulaq, 
Aranzəminli, Pircamal, Qazançı, Bəşirlər, Qaraşlar və 
Naxçıvanik kəndlərini yenidən işğal etdilər. 
Qəzənfər Rəcəbli 
 
 
480
Azərbaycan hərbi hissələri sentyabrın 23-də Xocavənd 
yaxınlığında düşmənə ağır zərbələr vurdular. Qubadlı tərəfdən 
Laçına həmlə edən hərbi hissələr oktyabrın əvvəllərində bir sıra 
kəndləri azad etdilər. Kəlbəcərdəki hissələr isə  cənub 
istiqamətində hücuma keçib Laçın dəhlizini daraltdılar.  İki 
briqadanın birləşməsi üçün aralarında cəmi 6 km məsafə 
qalmışdı. Lakin hərbi rəhbərlikdəki Rusiyaya meylli qüvvələrin 
təxribatı nəticəsində hücum davam etdirilmədi. Oktyabrın 5-də 
Əlikram Hümbətovun tank briqadası geri çəkilmək  əmri aldı. 
Azad edilmiş yaşayış  məntəqələri və tutulmuş mövqelər 
yenidən düşmənin əlinə keçdi. 
Cəbhədəki uğursuzluqlar ölkədə siyasi durumu daha da 
dərinləşdirdi. Korpus komandiri Surət Hüseynov dövlət 
çevrilişinə hazırlıq məqsədilə 1992-ci ilin dekabrında 
Kəlbəcərin strateji yüksəkliklərindən, 1993-cü il yanvarın 28-
də isə  Ağdərə bölgəsindən hərbi hissələri geri çəkib Gəncəyə 
apardı. Fevralın 15-də  Ağdərə - Kəlbəcər yolu düşmənlərin 
əlinə keçdi. Müdafiə naziri R.Qazıyev və korpus  komandiri 
S.Hüseynov vəzifələrindən kənar edildilər. Onların təsiri 
altında olan hərbi hissələr Müdafiə Nazirliyinə tabe olmaqdan 
imtina etdilər. 
Yaranmış  vəziyyətdən istifadə edən Ermənistan hərbi  
hissələri martın 10-da hücuma keçib Ağdərə  və  Kəlbəcər 
rayonlarında strateji mövqeləri  ələ keçirdilər. Aprelin 3-də 
Kəlbəcər ermənilər tərəfindən işğal olundu. İqtidarın laqeydliyi 
üzündən hərbi hissələr geri çəkilərkən  əhalini bölgədən 
vaxtında çıxartmaq mümkün olmadı. Erməni quldurları 
tərəfindən 15 min adam əsir alındı, iş qabiliyyəti olmayan qoca 
və uşaqlar isə yerindəcə güllələndilər. 
1993-cü il iyunun əvvəllərində S.Hüseynovun başçılığı 
ilə  hərbi qiyam başlandı. 709-cu hərbi hissə Ali Baş 
Komandana və Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdi. 
Qiyamı yatırtmaq üçün Milli Məclisin sədri, baş nazir və güc 
nazirliklərinin başçılarından ibarət Mərkəzi Qərargah  yaradıldı. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə