Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə123/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   119   120   121   122   123   124   125   126   ...   134

Azərbaycan Tarixi 
 
 
489 
Beşiyinin başında H.Əliyevin durduğu Azərbaycan 
Respublikası Konstitusiyasında xalqın iradəsi onun aşağıdakı 
niyyətləri kimi bəyan edilir: 
- "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və 
ərazi bütövlüyünü qorumaq; 
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat 
vermək; 
- Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; 
- Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin 
edən hüquqi, dünyəvi dövlət qurmaq; 
-  ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq 
hamının layiqli həyat səviyyəsini təmin etmək
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları 
ilə dostluq, sülh və  əmin-amanlıq  şəraitində yaşamaq və bu 
məqsədlə qarşılıqlı fəaliyyət göstərmək". 
Azərbaycan Respublikası Konstitusiyasına görə dövlət 
hakimiyyətinin yeganə  mənbəyi xalqdır. H.Əliyev deyirdi: 
"Xalq dövlət üçün yox, dövlət xalq üçüq olmalıdır". 
Konstitusiyaya görə Azərbaycan Respublikası onun bütün 
vətəndaşlarının, milliyyətindən, dilindən, irqindən və dinindən 
asılı olmayaraq ümumi və bölünməz vətənidir. 
Konstitusiyada mühüm fəsillərdən biri dövlət quruculuğu 
məsələlərinə  həsr edilmişdir. Konstitusiyaya görə Azərbaycan 
Respublikasında dövlət hakimiyyəti üç yerə bölünür: 
qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir; icra 
hakimiyyəti Prezidentə  məxsusdur; məhkəmə hakimiyyəti isə 
məhkəmə hakimləri həyata keçirirlər. Azərbaycan 
Respublikasının Prezidenti dövlət başçısı və Silahlı Qüvvələrin 
baş komandanıdır. 
Konstitusiyaya görə Azərbaycan Respublikasının  ərazisi 
vahid və bölünməzdir. Azərbaycan Respublikasının dövlət 
sərhədləri yalnız Milli Məclisin qərarı ilə keçirilən ümumxalq 
referendumu yolu ilə dəyişdirilə bilər. 
Qəzənfər Rəcəbli 
 
 
490
Konstitusiyaya görə Azərbaycanda mülkiyyət 
toxunulmazdır. Azərbaycan dövləti mülkiyyətin müxtəlif 
formalarına (dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə 
mülkiyyəti)  əsaslanaraq xalqın rifahını yüksəltmək üçün 
iqtisadiyyatın bazar münasibətləri yolu ilə inkişafına  şərait 
yaradır. 
Azərbaycan Respublikasının Konstitusiyasına görə 
qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis 5 il 
müddətinə seçilən 125 deputatdan ibarət olur. Dövlət başçısı 
Prezident 5 il müddətinə seçilir. Prezident vəzifəsinə 
Azərbaycan  ərazisində 10 ildən artıq daimi yaşayan və yalnız 
Azərbaycan Respublikasının vətəndaşı olan, heç bir ağır 
cinayət törətməyən, ali təhsilli  şəxs seçilə bilər. Azərbaycan 
Respublikasında seçkilərin düzgün keçirildiyini yoxlayan və 
yekunlaşdıran orqan, Prezident seçkilərinin nəticələrini təsdiq 
edən orqan Konstitusiya Məhkəməsidir. Mülki və cinayət işləri 
üzrə  məhkəmə hakimiyyəti Ali məhkəməyə, respublikada 
qanunçuluğa nəzarət isə Azərbaycan Respublikasının Baş 
prokuroruna məxsusdur. 
Yeni Konstitusiya əsasında Azərbaycan Respublikasının 
ilk parlamenti - Milli Məclis 1995-ci il noyabrın 12-də seçildi. 
Yeni Konstitusiya əsasında ilk Prezident 1998-ci ildə Heydər 
Əliyev seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən Prezident 
seçkilərində isə Azərbaycan Respublikasının yeni Prezidenti 
İlham  Əliyev seçildi. İ.Əliyev 2008-ci ilin Prezident 
seçkilərində yenidən qalib gələrək ikinci dəfə Azərbaycan 
Respublikasının Prezidenti oldu. 
Azərbaycan Respublikası Konstitusiyasına  əsasən 
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası 
daxilində muxtar dövlət statusuna malikdir. Naxçıvan Muxtar 
Respublikasının dövlət idarəetmə sistemi parlament 
hakimiyyəti üsulu ilə  həyata keçirilir. Parlamentin - Ali 
Məclisin sədri Muxtar Respublikasının başçısı hesab edilir. 
Muxtar Respublikanın icra hakimiyyəti Ali Məclis tərəfindən 


Azərbaycan Tarixi 
 
 
491 
formalaşdırılan Nazirlər kabinetidir. Naxçıvan Respublikasının 
yeni Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyası 
əsasında 1998-ci il aprelin 28-də Muxtar Respublikanın Ali 
Məclisi tərəfindən qəbul edilmiş və həmin ilin dekabrın 29-da 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq 
edilmişdir. 
Azərbaycan Respublikasında yerlərdə icra hakimiyyətini 
Prezident tərəfindən təyin edilən  şəhər və rayon icra 
hakimiyyəti başçıları  həyata keçirirlər. Azərbaycan Res-
publikası Konstitusiyasına əsasən yerlərdə özünüidarə orqanları 
seçkili bələdiyyələr sistemindən ibarətdir. Bələdiyyələr inzibati 
ərazi vahidlikləri və yaşayış  məskənləri üzrə  təşkil olunurlar. 
Bələdiyyələr vətəndaşların yerli özünüidarə  təşkilatları kimi 
dövlətdən ayrı, müstəqil fəaliyyət göstərirlər. Azərbaycan 
"Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuş  və 
respublikada "Bələdiyyələrin statusu haqqında" qanun qəbul 
edilmişdir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 
1999-cu il dekabrın 12-də keçirilmişdir. 
Azərbaycan Respublikasında demokratiya hüquqi dövlət 
qurmaq işində 1996-cı ilin fevralında Azərbaycan Respublika-
sının Prezidenti yanında yaradılmış "Hüquqi İslahatlar 
Komissiyasının" xüsusi rolu olmuşdur. Həmin komissiya siyasi 
və iqtisadi islahatlarla bağlı Azərbaycanın qunanlarının sivil 
dünya dövlətlərinin hüquqi dövlət  ənənələrinə, beynəlxalq 
hüquq normalarına "Avropa Şurası  və dünya demokratik 
təşkilatlarının tələblərinə uyğun hazırlanmasına təsirli kömək 
edir. Azərbaycan Respublikasının Avropa Şurasının "Qanun 
vasitəsilə demokratiyaya doğru" Venesiya Komissiyasına üzv 
qəbul edilməsi də respublikada demokratik cəmiyyət 
quruculuğu işində əhəmiyyətli rol oynadı. 
Azərbaycan Respublikası insan hüquqları il bağlı 29 bey-
nəlxalq komissiyaya qoşulmuşdur. Bu sahədə BMT 
Azərbaycana fəal köməklik göstərir. 1998-ci il avqustun 18-də 
BMT Azərbaycan hökuməti ilə "insan hüquqları  və 
Qəzənfər Rəcəbli 
 
 
492
demokratiyanın dəstəklənməsi və müdafiəsi sahəsində birgə 
bağlı layihə haqqında memorandum" imzaladı. 2002-ci ildə 
respublikada Ombudsman institutu yaradıldı. Həmin ilin iyulun 
2-də Milli Məclis Elmira Süleymanovanı Azərbaycan 
Ombudsmanı vəzifəsinə seçdi. 
Azərbaycanda söz, fikir və  mətbuat azadlığının təmin 
edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 
fərmanları ilə 2001-ci ildə  Mətbuat və  İnformasiya Nazirliyi 
ləğv edildi, 2002-ci il oktyabrın 5-də isə Milli Televiziya və 
Radio Şurası yaradıldı. 
1993-cü ildə Prezident Heydər  Əliyevin Fərmanı ilə 
Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu, 
1998-ci ilin fevralında ölüm cəzası hökmü tamamilə lğv edildi. 
Beləliklə, Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını ləğv 
etmiş ilk ölkə oldu. 
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu 
prosesində siyasi fəaliyyət və fikir plüralizmi üçün əlverişli 
şərait yarandı. 2002-ci ildə ölkədə  rəsmi qeydə alınmış 350 
minə qədər üzvü olan 39 siyasi partiya və 1350 ictimai birlik, 
qeyri-hökumət təşkilatı  fəaliyyət göstərirdi. Siyasi partiyalar 
arasında Yeni Azərbaycan Partiyası (YAP) sürətlə inkişaf edib 
respublikada  ən böyük partiyaya, iqtidar partiyasına çevrildi. 
2001-ci il dekabrın 21-də keçirilən YAP-ın II qurultayı 
ərəfəsində onun sıralarında 230 min nəfər üzv vardı. 
Respublika siyasi həyatında sağlam müxalifətin mühüm 
rol oynayan biləcəyini nəxərdə tutan iqtidar elə bir qüvvələrin 
formalaşmasında maraqlı idi. Müxalifət partiyalarına 
demokratik vasitələrdən istifadə etməklə  təbliğat və  təşviqat 
imkanları yaradıldı. Müxalifət dövlətin maliyyə  dəstəyi ilə 
onlarla qəzet və jurnal nəşr edib yayır, televiziya və radio 
kanallarından istifadə edir, seçki komissiyalarında və 
parlamentdə  təmsil olunurdular. Buna baxmayaraq Avropa 
Şurası parlament Assambleyasının siyasi məsələlər üzrə 
məruzəsində qeyd olunduğu kimi, Azərbaycanda "sərt" 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə