Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə126/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   122   123   124   125   126   127   128   129   ...   134

Azərbaycan Tarixi 
 
 
501 
Azərbaycan arasında silahlı münaqişə olarsa, Rusiya neytral 
qalacaqdır. 
Prezident H.Əliyevin müdrik xarici siyasəti nəticəsində 
Azərbaycan Respublikası ABŞ kimi super dövlətin Qafqaz 
regionunda  əsas iqtisadi və siyasi partnyoru oldu. 2001-ci il 
sentyabrın 11-də Nyu-York və Vaşinqtonda dəhşətli terror 
hadisələrinə cavab olaraq ABŞ beynəlxalq terrorizmə qarşı 
mübarizə elan edərkən Azərbaycan Respublikası onunla bir 
mövqedə olduğunu bildirənlərin ilk sırasında oldu, öz 
ərazisindən  Əfqanıstana göndərilən ABŞ silahlı qüvvələrinin 
istifadəsi üçün imkanlar yaratdı. ABŞ senatı 2001-ci ilin 
oktyabr ayında sülh və  tərəqqi naminə yardım aktına 
Azərbaycan Respublikası üçün məhdudiyyətlər qoyan 907-ci 
əlavəsi müvəqqəti olaraq dayandırmaq üçün Prezidentə 
səlahiyyətlər verdi. ABŞ Prezidenti 2002-ci il yanvarın 28-də 
və 2003-cü il yanvarın 17-də bu səlahiyyəti reallaşdırdı. Az 
sonra ABŞ Azərbaycan Respublikasına silah satışına qoyulmuş 
qadağanı aradan qaldırdı  və  təhlükəsizlik tədbirlərində kömək 
etməyə başladı. 
Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Dağlıq 
Qarabağ problemini və Ermənistan tərəfindən işğal olunmuş 
torpaqların azad edilməsi məsələsini mümkün qədər qan 
tökülmədən, dinc vasitələrlə  həll etmək xəti götürmüşdü. O, 
ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması 
istiqamətində xeyli iş gördü, ATƏT-in rəhbərliyi və onun 
Minsk qrupunun təmsilçiləri ilə 180-dən çox görüş keçirdi. 
ATƏT-in 1994-cü ilin dekabrında Budapeşt və 1996-ci ilin 
dekabrında Lissabon sammitləri Dağlıq Qarabağ probleminin 
Minsk qrupu vasitəsilə beynəlxalq prinsiplərə  əsaslanaraq 
ədalətli həllinin vacibliyini təsdiq etdilər. Lissabon sammitinin 
yekun qəranının Dağlıq Qarabağ  məsələsinin həlli prinsipləri 
haqqında təklif edilən bəndə Ermənistan prezidentinin razı 
olmadığı üçün, sammit iştirakçılarının bu məsələ ilə bağlı 
yalnız yekdilliklə qəbul edilə biləcək Yekun Aktına bütövlükdə 
Qəzənfər Rəcəbli 
 
 
502
imza etməkdən H.Əliyev imtina etdi. Nəticədə sammitin 54 
iştirakçısından 53 üzv dövlətin adından ATƏT-in sədrinin 
verdiyi və sammitin rəsmi sənədi elan olunmuş  bəyanat qəbul 
edildi. Ermənistan bu bəyanata etiraz etdi. Bu bəyanatda 
problemin həlli üçün üç prinsip irəli sürülürdü: birincisi - 
Azərbaycan və Ermənistanın  ərazi bütövlüyünün qarşılıqlı 
surətdə tanınması; ikincisi - Dağlıq Qarabağa Azərbaycan 
Respublikası  tərkibində yüksək dərəcəli özünüidarə statusu - 
muxtariyyət hüququ verilməsi, üçüncüsü - Dağlıq Qarabağın 
həm erməni, həm də azərbaycanlı  əhalisinə  təhlükəsizlik 
təminatı verilməsi,  İkinci prinsip təcavüzə  məruz qalmış 
Azərbaycan üçün məqbul olması da münaqişəni aradan 
qaldırmaq naminə H.Əliyev buna razılıq vermişdi. 
Lissabon sammitindən sonra Minsk qrupuna üç dövlət - 
ABŞ, Rusiya və Fransa sədrlik etməyə başladı. Həmsədrlər 
tərəfindən 1997-ci il iyunun 11-də "Dağlıq Qarabağ 
münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş" adlı 
layihə  təklif edildi. Bu sərhəd BMT-nin Dağlıq Qarabağ 
məsələsi ilə bağlı  məlum qətnamələrinə  əsaslanmır və hüquqi 
baxımdan məcburi xarakter daşımırdı. 1997-ci il sentyabrın 19-
da həmsədrlər "Dağlıq Qarabağ silahlı münaqişəsinin 
dayandırılması haqqında saziş" adlı ikinci layihə təklif etdilər. 
Bu sənəd münaqişənin mərhələlər üzrə həllini nəzərdə tuturdu. 
Birinci mərhələdə Laçın rayonu istisna olunmaqla 
Azərbaycanın işğal olunmuş altı rayonunun azad olunması, 
qaçqınların azad edilmiş torpaqlara qaytarılması, Ermənistan və 
Dağlıq Qarabağın həyat fəaliyyəti üçün zəruri olan 
kommunikasiyaların bərpa edilməsi nəzərdə tutulurdu. İkinci 
mərhələdə  tərəflər Azərbayan Respublikası  tərkibində Dağlıq 
Qarabağın statusunu müəyyənləşdirməklə, onun təhlükəsizliyi 
üçün təldbirlər görməklə Laçın,  Şuşa və keçmiş  Şaumyan 
rayonları ilə bağlı məsələləri həll etməklə məşğul olmalı idilər. 
Bu layihədə  hər bir bəndin həyata keçirilməsinin dəqiq 
mexanizmi və zaman çərçivəsi, eyni zamanda müqaviləni 


Azərbaycan Tarixi 
 
 
503 
pozan tərəflərə qarşı 
tətbiq ediləcək sanksiyalar 
müəyyənləşdirilmişdi. Bu layihədə "Laçın dəhlizi" və Dağlıq 
Qarabağın azərbaycanlı əhalisi ilə bağlı Azərbaycan tərəfi qane 
etməyən maddələr vardi. Lakin Azərbaycan 1997-ci il 
oktyabrın 1-də "mərhələli həll" layihəsinin danışıqlara 
başlamaq üçün əsas kimi qəbul olunmasına razılıq verdi. 
Ermənistan Prezidenti L.Ter-Petrosyan da bu layihəyə müsbət 
münasibətini açıqladı. 1997-ci il oktyabrın 10-da Strasburqda 
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk 
qrupunun həmsədrlərinin hazırladıqları ikinci layihə  əsasında 
danışıqlara başlamağa razılıq verdilər. Lakin Ermənistan 
prezidentinin qərarı qondarma "Dağlıq Qarabağ 
Respublikasının liderləri" tərəfindən etirazla qarşılandı, onlar 
"mərhələli həll" layihəsinin qəbuledilməzliyini bəyan etdilər. 
Ermənistan Respublikası  Təhlükəsizlik  Şurasında L.Ter-
Petrosyan kəskin tənqid edildi və o, 1998-ci il fevralın 3-də 
istefa verməyə məcbur oldu. 1998-ci il noyabrın 9-da ATƏT-in 
Minsk qrupunun həmsədrləri "Ümumi dövlət" adlı üçüncü 
layihəni irəli sürdülər. Bu layihə də birinci layihə kimi ATƏT-
in Budapeşt və Lissabon sammitinin qərarlarına zidd idi. 
Ortaya atılmış "ümumi dövlət" modelinin heç bir hüquqi əsası 
yox idi. Bu layihədə Dağlıq Qarabağ müvafiq artibutları olan 
respublika  şəklində dövlət qurumuna çevrilirdi, "ümumi 
dövlət"də Azərbaycanla bərabər hüquqlu ittifaq subyekti 
olurdu. Təbii ki, Azərbaycan özünə qarşı bu alçaldıcı  təklifi 
qəbul edə bilməzdi. 
2001-ci il fevralın 23-cə Azərbaycan Respublikasının 
Milli Məclisi siyasi partiyaların nümayəndələrinin və tanınmış 
ziyalıların iştirakı ilə Dağlıq Qarabağ  məsələsinin sülh yolu 
vasitəsilə həlli prosesinə aid müzakirə keçirdi. Müzakirədən iki 
gün öncə, fevralın 21-də  rəsmi qəzetlərdə ATƏT-in Minsk 
qrupunun Dağlıq Qarabağ problemi və Ermənistanın təcavüzü 
ilə bağlı  təklif etdiyi hər üç layihə  dərc edilib ictimaiyyətə 
çatdırılmışdı. Milli Məclisdə müzakirələr göstərdi ki, 
Qəzənfər Rəcəbli 
 
 
504
Azərbaycan Respublikasının Qarabağ münaqişəsinin həll üçün 
güzəşt imkanları tükənmişdir. Bu fikir Azərbaycan ziyalıların 
2001-ci il mayın 30-da yaydıqları  bəyanatda daha aydın ifadə 
olundu: "Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan 
tökülməsinin  əleyhinəyik, amma sülhdən daha vacib 
Vətənimizin əzəli torpaqlarının qaytarılmasıdır. Lazım gələrsə, 
bu yolda BMT Nizamnaməsinə uyğun olaraq təcavüzkara qarşı 
güc tətbiq edilməsi də istisna olunmamalıdır". 
Azərbaycan Respublikasının uğurlu xarici siyasəti 
nəticəsində o, 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik 
Şurasının qeyri-daimi üzvü seçilmişdir. 
28.3. Azərbaycan Respublikasında iqtisadi inkişaf və 
sosial siyasətin uğurları. Sovet İttifaqının dağılması və ölkədə 
yaranmış siyasi hərc-mərclik Azərbaycanın iqtisadiyyatına və 
sosial-mədəni həyatına ağır zərbələr vurdu. Respublikanı 
iqtisadi  əlaqələri pozulmuşdu. Müəssisələr bağlanır, işçizlik 
artır,  əhalinin güzəranı surətlə pisləşirdi.  İşsizliklə bağlı 
reçpublikanı milyon nəfərə  qədər gənc tərk etmişdi. 
Təminatsızlıq üzündən mütəxəssislər və alimlər dolanacaq 
dalınca xaricə getməyə məcbur olmuşdular. 
Dövlətin aztəminatlı ailələrə kömək məqsədilə verdiyi 
güzəştlər, o cümlədən 1991-ci ilin iyulundan əmək 
veteranlarına və pensionerlərə şəhər daxili nəqliyyatdan pulsuz 
istifadə etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə 
kommunal-məişət sahələrində imtiyazlar verilməsi, 1992-ci ilin 
dekabrında tənha vətəndaşların sosial müdafiəsini 
gücləndirməklə bağlı  tədbirlər isə  dərin inflyasiya şəraitində 
çox az səmərə verirdi. Cəmiyyətdə orta təbəqə qalmamışdı. 
Əhalinin böyük əksəriyyəti yoxsulluq səviyyəsindən aşağı 
vəziyyətdə yaşayırdı. Minimum əmək haqqı  rəsmi istehlak 
minimumu həcmində 20 dəfə az idi. 
Azərbaycan müstəqil dövlətçilik siyasətindən narazı olan 
dövlətlərin iqtisadi təzyiqi ölkəni iqtisadi durumunu daha da 
ağırlaşdırırdı. Rusiya Federasiyası 1994-cü ilin dekabrından 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə