Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə127/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

Azərbaycan Tarixi 
 
 
505 
quru və su yollarını bağlamışdı,  İran  İslam Respublikası isə 
1995-ci ilin ortalarından bir sıra zəruri məhsulların 
Azərbaycana ixracına qadağa qoymaqla iqtisadi blokada 
siyasəti yeridirdi. 
Dövlət orqanlarında işləyən  şəxslərin öz vəzifələrindən 
sui-istifadə halları geniş miqyas almışdı. Özəl müəssisələrin 
çoxu gəlirlərinin bir hissəsini gizlədir, vergi verməkdən 
yayınırdılar. Xarici ticarətdə barter əməliyyatı üstünlük təşkil 
edirdi və bundan ayrı-ayı  şəxslər külli miqdarda qazanc əldə 
edirdilər. Malların bir hissəsi ölkənin sərhədlərində mövcud 
olan 400-ə  qədər qeyri-rəsmi sərhəd keçid məntəqələrindən 
keçirilir və qeydə alınmırdı. 
Ölkənin belə bir ağır günündə hakimiyyətə qayıdan 
ümummilli lider H.Əliyev qısa bir zamanda dövlət intizamının 
möhkəmləndirib, siyasi sabitliyi yaranmasına nail oldu və 
iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi təlbirlər görməyə 
başladı. Bazar iqtisadiyyatının inkişafına münasib şərait 
yaratmaq məqsədilə bir sıra qanun və  qərarlar qəbul edildi. 
Prezidentin 1994-cü il 5 aprel tarixli Fərman ilə xarici ticarət 
sərbəstləşdirildi.  İqtisadiyyat inkişaf etdirmək üçün kifayət 
qədər investisiya qoymağa respublika daxilində imkanlar 
olmadığına görə, xarici kapitalı  cəlb etmək məqsədilə "açıq 
qapı" siyasəti yeridilməsinə başlandı. Gömrük vergiləri aşağıya 
salındı  və sabitləşdirildi. Xarici investisiyalara və kreditorlara 
təminat verən qanunlar qəbul olundu. Nəticə ölkəyə xarici kapi-
talın axını sürətləndi. 2000-ci ildə Azərbaycan Respublikasında 
artıq 1300-dən çox xarici şirkətin nümayəndələri fəaliyyət 
göstərirdilər. 
Ölkənin iqtisadiyyatının böhran vəziyyətindən çıxarıl-
masında və inkişaf etdirilməsində neft sənayesinin dirçəldil-
məsi  əhəmiyyətli rol oynadı. Prezident H.Əliyev rəhbərliyi ilə 
Azərbaycan Respublikasının yeni dövlət neft strategiyası 
hazırlandı. 
Qəzənfər Rəcəbli 
 
 
506
Neft sənayesinin müasir texnologiyalar əsasında yenidən 
qurmaq, neft sənayesinə investisiyalar cəlb etmək və 
Azərbaycan üçün əlverişli  şərtlərlə xarici neft şirkətlərilə 
müqavilələr bağlamaq Azərbaycan Dövlət Neft Şirkətinə 
tapşırıldı. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq 
Əliyevin, birinci vitse-prezidenti İlham  Əliyevin və vitse-
prezidenti Xoşbəxt Yusifzadənin səmərəli fəaliyyətləri 
nəticəsində dünyanın məşhur neft şirkətləri ilə Azərbaycan 
Respublikasının maraqlarına cavab verən müqavilə  şərtləri 
razılaşdırıldı. 
Azərbaycanın yeni dövlət neft strategiyasının həyata 
keçirilməsinə start 1994-cü il sentyabrın 20-də verildi. Həmin 
tarixi gündə Bakının "Gülüstan" sarayında Azərbyacan Dövlət 
Neft  Şirkəti ilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, 
Norveç, Səudiyyə Ərəbistanı və Yunanıstanın neft şirkətlərinin 
daxil olduğu beynəlxalq konsersium arasında Xəxər dənizinin 
Azərbaycan bölməsində "Azəri" və "Çıraq" yataqlarının, 
həmçinin "Günəşli" yatağının bir hissəsinin birgə işlənməsi və 
hasil olan neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik 
müqavilə imzalandı. Sonralar beynəlxalq konsorsiuma 
Yaponiya şirkəti də qoşuldu. Dünyada "Əsrin müqaviləsi adı ilə 
tanına bu sazişə görə investisiyanın 80 faizini konsorsum 
qoyur, Azərbaycanın gəliri çıxarılacaq neftin ümumi dəyərinin 
80 faizi miqdarında müəyyən olunurdu. Bundan əlavə, çıxan 
səmt qazı tamamilə Azərbaycan Respublikasının ixtiyarında 
qalırdı. 
1995-ci il noyabrın 10-da Xəzər dənizinin "Qarabağ 
yatağında kəşfiyyat işləri, yatağın işlənməsi və  çıxarılacaq 
neftin bölüşdürülməsi haqqında ABŞ, Rusiya və  İtaliya 
şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni 
müqavilə imzalandı. 1996-cı il iyunun 4-də  Xəzər dənizinin 
"Şahdəniz" yatağının birgə  işlənməsi haqqında Azərbaycan 
Dövlət Neft Şirkəti ilə Böyük Britaniya, Norveç, Türkiyə, 
Rusiya, İran və Fransanın neft şirkətləri konsorsiumu arasında 


Azərbaycan Tarixi 
 
 
507 
müqavilə imzalandı. "Şahdəniz" yatağında dərinliyi 6,5 min m 
olan quyular qazıldı  və nadir qaz-kondensat layı  kəşf edildi. 
Çox böyük ehtiyatları olan "Şahdəniz" yatağının kəşfi ilə 
Azərbaycan təkcə neft "kralına" deyil, həm də qaz "kralına" 
çevrildi. Azərbaycan dövləti qazın dünya bazarlarına 
çıxarılması yolların müəyyənləşdirməyə başladı. 
Azərbaycan Dövlət Neft Şirkəti 1996-cı il dekabrın 14-də 
Xəzər dənizində "Dan ulduzu" və  "Əşrəfi" yataqlarının birgə 
işlənməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci 
il yanvarın 13-də "Lənkəran-dəniz" və "Talış-dəniz" 
yataqlarının kəşfiyyat işləri və birgə istismarı üzrə Fransa və 
1997-ci ilin avqustunda Xəzər dənizinin "Abşeron", 
"Naxçıvan", "Oğuz" və  "İnam" yataqlarında birgə  iş barədə 
ABŞ-ın qabaqcıl neft şirkətləri ilə üç yeni müqavilə imzaladı. 
Azərbaycan Dövlət Neft Şirkəti ilə 1998-ci ilin iyun ayında 
ABŞ, Britaniya, Kanada, Türkiyə,  İtaliya və Yaponiya neft 
şirkətləri konsorsiumu arasında, həmin ilin iyulunda ABŞ, 
Böyük Britaniya və Rusiya neft şirkətləri arasında yeni 
müqavilələr imzalandı. 2001-ci ilin yanvarında isə Rusiyanın 
LUKOYL şirkəti ilə Zığ və Hövsan yataqlarının istismarı üzrə 
müqavilə imzalandı. 
Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti 1994-
2001-ci illərdə 14 ölkənin 32 neft şirkəti ilə 21 müqavilə 
imzalandı. 2001-ci ilə bu şirkətlərə servis xidməti göstərən 400-
ə  qədər xarici şirkət Azərbaycanda fəaliyyət göstərirdi. Bu 
müqavilələr çərçivəsində Azərbaycanda 60 milyard dollar 
həcmində sərmayə qoyulması nəzərdə tutulurdu. Bu müddətdə 
xarici neft şirkətləri müqavilələr üzrə işlərin həyata keçirilməsi 
üçün 6 milyard dollara qədər investisiya qoymuşdu. 
Azərbaycan neft sənayesinin bərpa və inkişaf etdirilməsində 
ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Səudiyyə 
Ərəbistanı, Fransa və  İtaliyanın  ən qabaqcıl neft şirkətləri 
iştirak etdilər. Dünyanın qabaqcıl neft şirkətləri Azərbaycanın 
neftçıxarma, neftayırma və neftmaşınqayırma sənaye sahələrinə 
Qəzənfər Rəcəbli 
 
 
508
müasir texnologiyalar gətirdilər. Neft sənayesində idarəetmə 
təcrübəsi təkmilləşdirildi, infrastruktura yenidən quruldu, neft 
donanması yeniləşdirildi və gücləndirildi. "Baku" elmi-tədqiqat 
gəmisi modernləşdirilib dünyada ən mükəmməl geofiziki 
tədqiqat gəmilərindən birinə çevrildi. "Dədə Qorqud" dəniz neft 
qazma qurğusu yenidən qurulub modernləşdirildi, "Şelf-5" 
dəniz neft qazma qurğusu yenidən qurulub, dünyanın ən böyük 
üzən qazma qurğusundan birinə çevrildi və 1998-ci ilin 
sentyabrında "İstiqlal" adı ilə istifadəyə verildi. 
"Xəzər", "Çıraq" və "Günəşli" yataqlarından çıxarılacaq 
ilkin neftin Rusiya və Gürcüstandan keçməklə Qara dəniz 
limanlarına çəkilən Bakı-Novorossiysk "Şimal" neft kəməri və 
Bakı-Supsa "Qərb" neft kəməri ilə ixrac edilməsinə dair 
müqavilələr imzalandı. Uzunluğu 1400 km olan Şimal" neft 
kəməri 1997-ci il sentyabrın 25-də, uzunluğu 920 km olan 
"Qərb" neft kəməri isə 1999-cu il aprelin 17-də istifadəyə 
verildi. 1999-cu il noyabrın 18-də İstanbulda Xəzər dənizindən 
çıxarılan neftin Azərbaycan, Gürcüstan və Türkiyə 
ərazilərindən keçməklə Aralıq dənizinə  qədər 1760 km 
uzunluğunda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə  nəql 
edilməsinə dair saziş imzalandı. 2002-ci il sentyabrın 18-də 
kəmərin təməli qoyuldu. 1 milyard dollara qədər dəyəri olan bu 
kəməri sahibi Azərbaycan Dövlət Neft Şirkəti ilə bərabər ABŞ, 
Böyük Brtaniya, Norveç, Yaponiya, Türkiyə, Səudiyyə 
Ərəbistanı,  İtaliya və Fransa neft şirkətləridir. Bakı-Tbilisi-
Ceyhan neft kəməri 2006-cı ilin oktyabrında istifadəyə verildi. 
2007-ci ilin noyabrında isə Bakı-Tbilisi-Ərzurum neft-qaz 
kəmərinin istifadəyə verilməsi ilə Azərbaycandan Türkiyəyə 
qaz ixracının əsası qoyuldu. 
Azərbaycanın neft strategiyasının birinci mərhələsində 
həyata keçirilən tədbirlər nəticəsində ölkənin neft sənayesi 
dirçəldi və sürətlə inkişafa başladı. 2002-ci ildə ölkədə 153 
milyon ton neft hasil edildi. Neft sənayesindən  əldə edilən 
gəlirdən səmərəli istifadə edib ölkənin iqtisadiyatının bütün 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə