Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə129/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   126   127   128   129   130   131   132   133   134

Azərbaycan Tarixi 
 
 
513 
Kompleksi istifadəyə verildi. Sonrakı illərdə Gəncə, Naxçıvan, 
Şəki, Bərdə, Lənkəran, Quba, Şamaxı, Göyçay, Qazax, Şəmkir, 
Yevlax, Mingəçevir, Qəbələ  və b. şəhərlərdə  də Olimpiya 
İdman Kompleksləri tikildi. 
Azərbaycan idmançıları beyəlxalq yarışlarda fəal iştirak 
edərək, uğurlar qazandılar. 1996-cı ilə XXVI Yay Olimpiya 
Oyunlarında Azərbaycan idmançıları ilk dəfə müstəqil 
respublikanı təmsil etdilər və 197 komanda arasında 48-ci yeri 
tutdular. 2000-ci ilin sentyabrında Sidneydə keçirilən XXVII 
Yay Olimpiya Oyunlarında Azərbaycan idman komandası 198 
komanda arasında 34-cü yerə  çıxdı, güləş üzrə Natiq 
Abdullayev və stend atıcılığı üzrə Zemfira Meftahəddinova 
qızıl medal qazanaraq Olimpiya çempionu oldular. 
Olimpiyalarda qızıl, gümüş  və bürünc medallar qazanan 
idmançılar və onların məşqçiləri üçün 2002-ci il oktyabrın 10-
da Azərbacan Respublikası Prezidentinin xüsusi Olimpiya 
təqaüdü təsis edildi. Azərbaycan Respublikasının idman 
komandası 2004-cü ildə Afina, 2008-ci ildə Pekin və 2012-ci 
ildə London Yay Olimpiya Oyunlarında da uğurla çıxış etdilər. 
Azərbaycan güləşçilərindən Fərid Mənsurov Afina 
Olimpiadasında, Elnur Məmmədli isə Pekin Olimpiadasında 
qızıl medal qazanaraq olimpiya çempionu oldular. Azərbaycan 
idmançılarının London Yay Olimpiya oyunlarında çıxışları 
daha uğurlu olmuşdur. Respublikamızın idman şərəfini qoruyan 
gənclərimiz 2 qızıl medal, 2 gümüş medal və 6 bürünc medal 
olmaqla 10 medal qazanaraq ümumi komanda yarışında 30-cu 
yerə  çıxmışlar. Güləşçilərimizdən Toğrul  Əliyev və  Şərif 
Şərifov qızıl medal qazanaraq olimpiya çempionu olmuşlar. 
İqtisadi dirçəliş ölkədə turizmin inkişafına diqqəti 
artırmağa imkan verdi. Azərbaycanın səfalı guşələrində 
beynəlxalq standartlar səviyyəsində istirahət mərkəzləri 
yaradıldı. 2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı 
üzrə Dövlət Proqramı  qəbul edildi və  həyata keçirildi. 
Azərbaycan beynəlxalq turizm mərkəzlərindən birinə çevrildi, 
Qəzənfər Rəcəbli 
 
 
514
turizm ölkə iqtisadiyyatının yeni gəlir sahələrindən biri kimi 
xalqın sosial tərəqqisinə kömək edən amillərdən biri oldu. 
 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan  tarixi. 7 cilddə, 7-ci cild, s. 360-441.  
2. H.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin 
astanasında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik 
münasibəti
 ilə Azərbaycan xalqına müraciət. Bakı, 
2001. 
3. H.Əliyev. Müstəqillik yolu. Bakı, 1997. 
4. H.Əliyev. Müstəqilliyimiz əbədidir. Əsərləri. 45 cilddə, 
I-XLIII. 
5. R.Rəcəbli. Azərbaycan Respublikası Konstitusiyasının 
baş memarı. Bakı, 1999.              
 


Azərbaycan Tarixi 
 
 
515 
 
 
XXIX  FßSÈL 
 
Müstəqil Azərbaycan Respublikasının mədəniyyəti 
 
29.1. Müstəqil Azərbaycan Respublikasında təhsil və 
elm.  Azərbaycan Respublikası müstəqillik  əldə etdiyi ilk 
vaxtlar iqtisadi, siyasi və  mənəvi həyatdakı  çətinliklər, 
ziddiyyətlər təhsil sisteminə  də  təsir etmişdi. Təhsilə kifayət 
qədər maliyyə  vəsaiti ayırmaq mümkün deyildi, məktəblərin 
maddi bazası  zəifləyirdi. XX əsrin 90-cı illərinin  əvvəllərində 
nəzarətsizlik üzündən məktəbəqədər təhsil müəssisələrinin, 
məktəblərin və digər təhsil ocaqlarının bir çoxu, yaxud sinif 
otaqları "zirək" işbazların  əlinə keçmişdi və onlardan başqa 
məqsədlər üçün istifadə olunurdu. Yüzlərlə təhsil müəssisəsi - 
855 məktəbəqədər uşaq müəssisəsi, 693 ümumtəhsil məktəbi, 
85 musiqi məktəbi, 4 texnikum və 1 ali məktəb Qarabağ müha-
ribəsi nəticəsində düşmənlərin əlinə keçmişdi. Müəllimlərin və 
alimlərin bir qismi maddi vəziyyətin ağır olması üzündən təhsil 
sistemini tərk etmişdilər. 
Belə bir ağır vəziyyətdə müstəqil Azərbaycan 
Respublikası öz milli təhsil sistemini yaratmağa başladı. 1998-
ci il martın 30-da Azərbaycan Respublikasının Prezidenti 
Heydər  Əliyevin sərəncamı ilə “Təhsil Sahəsində  İslahatlar 
üzrə Dövlət Komissiyası” təşkil edildi. Dünya Bankının, milli 
və xarici ekspertlərin köməyi ilə “Azərbaycan Respublikasının 
Təhsil İslahatı Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də 
Prezident tərəfindən təsdiq edildi. Bu Proqramda Azərbaycan 
milli təhsil sisteminin strategiyası 
və konsepsiyası 
müəyyənləşdirildi. Proqramda təhsilin beynəlxalq standartlara 
uyğunlaşdırılması, dünya təhsil sisteminə inteqrasiyası və əsaslı 
surətdə  təkmilləşdirilməsi nəzərdə tutulurdu. Dünya Bankı bu 
Qəzənfər Rəcəbli 
 
 
516
Proqramın həyata keçirilməsinin birinci mərhələsi üçün 10 
milyon dollar kredit ayırdı. 
Prezident Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azər-
baycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi 
haqqında" Fərman verdi. Həmin Fərmana görə mülkiyyət 
formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə tədris-
metodik rəhbərlik və ayrı-ayrı dövlət qurumlarına məxsus təhsil 
müəssisələrinin (Milli Təhlükəsizlik və Müdafiə nazirlikləri 
müəssisələrindən başqa) tabeliyi Azərbaycan Respublikası 
Təhsil Nazirliyinə verildi, Azərbaycan Pedaqoji Kadrların 
İxtisaslarının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutu 
bazasında Azərbaycan Müəllimlər İnstitutu və onun bölgələrdə 
filialları yaradıldı, Təhsil Problemləri üzrə Respublika Elmi-
Tədqiqat Mərkəzi ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji 
İnstitutu bazasında Respublika Təhsil Problemləri  İnstitutu 
təşkil olundu. 
2000-ci ildə Azərbaycanda 111 min uşağı  əhatə edən 
1790 məktəbəqədər müəssisə  və müxtəlif maraq sahələri üzrə 
310 min şagirdi  əhatə edən 367 məktəbdənkənar müəssisə 
fəaliyyət göstərirdi. 2000-ci ildə Bakının  Əhmədli yaşayış 
sahəsində beynəlxalq "SOS Kinderdof İnternatsional" təşkilatı 
tərəfindən yaradılmış 12 evdən ibarət uşaq kəndi istifadəyə 
verildi. 
2000-2001-ci tədris ilində Azərbaycanda 4548 dövlət 
gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Bu 
məktəblərdə 654 min şagird təhsil alır, onların təlim-tərbiyəsi 
ilə 165 min müəllim məşğul olurdu. Ümumtəhsil sistemində 
dəyişikliklər baş vermiş, xüsusi istedada malik uşaqlar üçün 
təmayülyönlü 235 məktəb, o cümlədən 7 gimnaziya və 33 litsey 
yaradılmışdı. Bakıda özəl "Atatürk" litseyi, "Bakı Türk litseyi", 
T.Özal adına Bakı və Sumqayıt Türk litseyləri, Lənkəran Türk 
litseyi, Şəki Türk litseyi və b. fəaliyyət göstərirdi. 1998-ci ildə 
C.Naxçıvanski adına Orta Hərbi İnternat Məktəbinin Naxçıvan 
filialı  təsis edildi. XXI əsrin başlanğıcı üçün respublikada 38 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə