Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə133/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   126   127   128   129   130   131   132   133   134

Azərbaycan Tarixi 
 
 
529 
edir. 1996-cı ildə Brüsseldə rəssam E.Mikayılovun misilsiz gö-
zəlliyə malik xalçaları müvəffəqiyyətlə nümayiş etdirilmişdir. 
Azərbaycanın fırça ustaları bu illərdə tez-tez müharibə, 
qəhrəmanlıq, vətənpərvərlik mövzularına müraciət edirdilər. 
C.Qasımovun, F.Hüseynovun və K.Əlizadənin plakatlarında 
xalq birliyə, düşmənə qarşı döyüşdə amansız olmağa və qələbə 
uğrunda mübarizəyə çağırılırdı. 
Beləliklə, müstəqilliyin ilk illərində Qarabağ müharibəsi-
nin vurduğu ziyanlara, ermənilər tərəfindən minlərlə mədəniy-
yət abidələrinin məhv edilməsinə, postsovet məkanında xarici 
ölkələrlə mədəni əlaqələrin zəifləməsinə, maddi və maliyyə və-
saitinin çatışmazlığına baxmayaraq, Azərbaycan Respublikası-
nın mədəniyyəti özünə inamı  və kökünə bağlılığı  nəticəsində 
çətinlikləri aradan qaldıraraq tərəqqi yollarında irəliləyirdi. 
 
Ədəbiyyat
 
 1. Azərbaycan tarixi. 7 cilddə, 7-ci cild, s. 442-484.  
2. H.Əliyev. Azərbaycan XXI əsrin və  üçüncü minilliyin 
astanasında. - "Dirçəliş", 2001, 1-2.  
3. H.Əliyev.  Ədəbiyyatın yüksək borcu və amalı. (Nitqlər, 
məruzələr, çıxışlar). Bakı, 1999. 
4. H.Əliyev. Mədəni irsimizin keşiyində. I-II kitablar, Bakı, 
2001. 
5. R.Əliyev. Azərbaycan bədii sənətkarlığı dünya 
muzeylərində. Bakı, 1980. 
6. Azərbaycan kino tarixinin oçerkləri. Bakı 2001. 
7. F.Maqsudov. Heydər  Əliyev və Azərbaycan elmi. Bakı, 
1998. 
8. İ.Rəhimli. Azərbaycan teatr tarixi. Bakı, 2005. 
 
Qəzənfər Rəcəbli 
 
 
530
 
 
 
NƏTİCƏ 
 
Azərbaycan dünyanın  ən qədim insan məskənlərindən 
biridir. Tarixə  məlum olan qədim insan tipləri sırasında 
pitekantropdan sonra dünyada ikinci olan azıxantrop tipinin 
insanları 400 min il bundan əvvəl Azərbaycan ərazisində yaşa-
mışlar. 
Qaynaqlarda e.ə. IV minillikdən başlayaraq Azərbaycan 
ərazisirndə müxtəlif etnosların yaşaması haqqında məlumat 
vardır. Qədim zamanlarda şimallı-cənublu Azərbaycan 
ərazisində hurri, lullu, kuti, turukki, mana, səbai, mada, kadusi, 
kaspi (kas), mard, oğuz (işquz, aşquz, yaxud skif), alban, sak, 
savdey, qarqar, gel, leq, kax, saxur və başqa soyların 
yaşamaları haqqında məlumat vardır. Xalqımızın əcdadları olan 
bu soyların bir hissəsi Türk dilləri ailəsinə, bir hissəsi Hind-
Avropa dilləri ailəsinə, bir hissəsi isə Qafqaz dilləri ailəsinə 
mənsub etnoslar olmuşlar. Son illərin tədqiqatları  nəticəsində 
müəyyən edilmişdir ki, bu etnoslar yerli soylar olmuşlar, qədim 
zamanlardan bəri ölkəmizinq  ərazisində birgə yaşamış  və 
qaynayıb-qarışaraq Azərbaycan xalqının təşəkkülü prosesində 
iştirak etmişlər. 
Azərbaycan xalqının qədim dövlətçilik  ənənələri 
olmuşdur. Azərbaycan dövlətçiliyinin 5 minillik tarixi vardır. 
Hələ e.ə. IV minillikdə  Cənubi Azərbaycanın Zaqros dağlıq 
bölgəsində yaşayan türkdilli soylardan, ehtimal ki, kutilərin 
sosial təbəqəsi olan sümərlər (hərbçilər) Mesopotamiya 
məskunlaşdırılan zaman oraya gedərək ilk şəhər dövlətlərindən 
biri olan Uruk şəhərini salmışlar. Hökmdar en Merkarın 
dövründə Uruk şəhəri Cənubi Mesopotamiyanın digər 
şəhərlərini özünə tabe edərək qüdrətli Sümər dövlətini 
yaratmışdır. Görkəmli şərqşünas, böyük amerikan alimi Samuel 


Azərbaycan Tarixi 
 
 
531 
Kramer Sümər dövlətini (rus dilli ədəbiyyatda "Sumer" 
adlandırılır) dünyanın ilk dövləti hesab edilir. Azərbaycan xalqı 
fəxr edə bitlər ki, dünyanın ilk dövlətini onun əcdadları 
yaratmışlar. 
Dövlətçilik  ənənələrimizin belə  qədimdən başlanmasıın 
nəticəsidir ki, böyük tarixi dövrdə Azərbaycan  ərazisində 41 
dövlət mövcud olmuşdur. Azərbaycan xalqı  qədim dövrdə 
Aratta, Lullubi, Kuti, Mana, Oğuz (Skif), Mada, Atropaten və 
Alban dövlətlərini yaratmışdır. Orta əsrlərdə Azərbaycanın 
dövlətçilik tarixi daha zəngin olmuşdur. Orta  
əsrlərin müxtəlif dövrlərində Azərbaycan 
ərazisində 
Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər,  Şəddadilər, 
Atabəylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Quba 
xanlığı,  Şəki xanlığı, Talış xanlığı, Dərbənd xanlığı, Bakı 
xanlığı, Qarabağ xanlığı,  Şamaxı xanlığı, Naxçıvan xanlığı, 
Gəncə xanlığı,  İrəvan xanlığı, Cavad xanlığı, Salyan xanlığı, 
Təbriz xanlığı,  Ərdəbil xanlığı, Qaradağ xanlığı, Marağa 
xanlığı, Urmu xanlığı, Maku xanlığı  və Xoy xanlığı kimi 
dövlətlər mövcud olmuşdur. XX əsrdə müsəlman  Şərqinin və 
Türk dünyasının ilk demokratik respublikası olan Azərbaycan 
Cümhuriyyətinin yaranması ilə Azərbaycan dövlətçiliyi bərpa 
edilmişdir. Tarixin ən yeni dövründə Azərbaycan Sovet 
Respublikası və Naxçıvan Sovet Respublikasının yaranması ilə 
dövlətçilik tariximiz davam etmişdir. Bu dövlətlər Sovet İttifaqı 
imperiyasının tərkibinə daxil edildikdən sonra Azərbaycan 
dövlətçilik tarixi faktiki olaraq dayanmışdır. 
Azərbaycan xalqı çoxəsrli tarixi dövrdə öz dövlət 
müstəqilliyini faktiki olaraq itirmiş  və müxtəlif zamanlarda 
Haxamanişilər imperiyası, Makedoniyalı Aleksandırn 
imperiyası, Sasanilər imperiyası,  İraq Türk Səlcuq Sultanlığı, 
Hülaku imperiyası,  Əmir Teymurun imperiyası, Rusiya 
imperiyası, iran və Sovet İttifaqı kimi fövqəldövlətlərin 
tərkibində yaşamağa məcbur olmuşdur. Azərbaycan dövlətləri 
qədim və orta əsrlərdə 3 dəfə başqa dövlətləri özünə tabe edə 
Qəzənfər Rəcəbli 
 
 
532
bilmiş  və Mada, Ağqoyunlu və  Səfəvilər dövlətləri kimi 
imperiyalar yarada bilmişlər. 
XX  əsrin sonunda müstəqil Azərbaycan Respublikasının 
yaradılması ilə xalqımızın dövlətçilik tarixi, dövlətçilik ənənəsi 
bərpa edilmişdir. Azərbaycan Respublikası yenilməzdir, uğurla 
inkişaf edir və  əbədi olacaqdır. Azərbaycan Respublikasının 
dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və 
əbədi edilməsində böyük dövlət xadimi, görkəmli siyasətçi 
Heydər Əliyevin misilsiz xidməti olmuşdur. 
Azərbaycan bütün Türk dünyasında və müsəlman 
Şərqində ilk respublika tipli dövlət qurduğu kimi, müsəlman 
Şərqində ilk respublika tipli dövlət konstitusiyası da 1921-ci il 
mayın 19-da qəbul edilmiş Azərbaycanın birinci Konstitusiyası 
olmuşdur. 
Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixində 
Cavanşir, Babək,  Şəmsəddin Eldəgəz, Məhəmməd Cahan 
Pəhləvan, Uzun Həsən,  Şah  İsmayıl, Cavad xan, Səttarxan, 
Məmmədəmin Rəsulzadə, Fətəlixan Xoyski, Nəriman 
Nərimanov, Mircəfər Bağırov, İman Mustafayev və b. görkəmli 
şəxsiyyətlərin böyük xidmətləri olmuşdur. 
Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində ulu 
öndərimiz Heydər  Əliyevin isə xüsusi yeri vardır. Onun 
fenominal dühası  və yorulmaq bilməyən fəaliyyəti nəticəsində 
Azərbaycan Respublikası tanınmış dövlətə çevrildi və dünya 
dövlətləri sırasında öz layiqli yerini tutdu. Hazırda onun işini 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
müvəffəqiyyətlə davam etdirir. İlzam  Əliyevin fəaliyyəti 
sayəsində Azərbaycan Respublikası müasir dövrdə dünyada 
iqtisadi cəhətən ən sürətlə inkişaf edən bir dövlətə çevrilmişdir. 
Prezident  İlham  Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir 
ki, Azərbaycan Respublikası BMT Təhlükəsizlik  Şurasının 
qeyri-daimi üzvü seçilmişdir. Müxtəlif beynəlxalq ictimai 
təşkilatlar Prezident İlham  Əliyevin daxili və xarici siyasətini 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə