Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə132/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   126   127   128   129   130   131   132   133   134

Azərbaycan Tarixi 
 
 
525 
1997-ci il noyabrın 10-da Prezident Heydər  Əliyev 
"Azərbaycan Respublikasında  ədəbiyyat və incəsənət 
xadimlərinə dövlət qayğısının artırılması haqqında", 2002-ci il 
iyunun 11-də "Azərbaycan Respublikası Prezidentinin fərdi 
təqaüdlərinin təsis edilməsi haqqında" fərmanlar verdi. 
Qocaman  ədəbiyyat və incəsənət xadimləri, gənc istedadlı 
yazıçı və şairlər üçün fərdi təqaüdlər, elm, maarif, mədəniyyət, 
incəsənət və digər sahələrdə xüsusi xidməti olmuş 150 nəfərə 
Prezident təqaüdü təyin edildi. 
Müstəqillik dövründə respublikada Milli Akademik Dram 
Teatrı, Milli Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı, 
Rus Dram Teatrı, Dövlət Gənclər Teatrı ilə  bərabər yeni Bakı 
Bələdiyyə Teatrı, Tənqid-Təbliğ Teatrı, Yuq Teatrı, Pantomim 
Teatrı və Bakı Kamera Teatrı fəaliyyət göstərməyə başladı. Bu 
dövrdə  Fəraim Fərzəlibəyov, Azərpaşa Nemətov və Hüseynağa 
Atakişiyev kimi istedadlı rejissorlar Adil İskəndərov və Tofıq 
Kazımovun rejissorluq məktəblərinin  ən yaxşı  ənənələrini 
davam və inkişaf etdirirlər. 
XX  əsrin sonu XXI əsrin başlanğıcında Azərbaycan 
musiqi sənəti yeni əsərlərlə  zənginləşdi. 1991-ci ildə Fikrət 
Əmirovun "Nizami" baleti, 1996-cı ildə Süleyman Ələskərovun 
"Solğun çiçəklər" operası tamaşaya qoyuldu. Arif Məlikov 7-ci 
simfoniyasını yazdı. Bu simfoniyanın səslənməsi üçün 
Türkiyədə  İnsan Doğramacı  tərəfindən xüsusi konsert salonu 
inşa olunmuşdur. Bəstəkar Cövdət Hacıyevin "Onu zaman 
seçib" adlı 8-ci simfoniyası  və  bəstəkar Sərdar Cəfərovun 
"Böyük vətəndaş haqqında" odası ulu öndər Heydər  Əliyevə 
həsr olunmuşdur. Bəstəkar Vasif Adıgözəlovun "Qarabağ" və 
"Çanaqqala" oratoriyaları respublikanın musiqi həyatında 
əlamətdar hadisələrdən biri olmuşdur.  Bu dövrdə Azərbaycan 
musiqisində  hərbi mövzuya diqqət yetirilir. Süleyman 
Ələskərovun "Əsgər marşı", Cavanşir Quliyevin "Əsgər marşı" 
və başqa  əsgər mahnıları dillər  əzbəri olub gəncləri qələbəyə 
inam  ruhunda  tərbiyə edir.  
Qəzənfər Rəcəbli 
 
 
526
Müstəqillik illərində musiqi ifaçılığı  sənəti də inkişaf 
etməkdə və geniş təbliğ olunmaqdadır. Lütfiyar İmanov, Fidan 
və Xuraman Qasımova bacılarının bənzərsiz ifaçılıq sənəti yeni 
zirvələr fəth etdi. Görkəmli vokal ustaları Lütfiyar İmanov və 
Xuraman Qasımova Türkiyə musiqi təhsili müəssisələrində 
dərs deməyə dəvət olunurdular. 
Muğam və xalq mahnıları ifaçılarının  ənənəvi 
müsabiqələri keçirilirdi. 1997-ci ildə Bakıda vokalçıların 
Bülbül adına Birinci Beynəlxalq Müsabiqəsi keçirildi. 
Azərbaycanın musiqi kollektivləri və görkəmli müğənnilər 
Zeynəb Xanlarova, Alim Qasımov, Səkinə İsmayılova, pianoçu 
Əzizə Mustafazadə xarici ölkələrə qastrola dəvət olunur
Azərbaycan musiqisini Fransa, İtaliya, Türkiyə, Rusiya, 
Almaniya,  İngiltərə.  İsveç, ABŞ, Kanada, Çin, İraq,  İsrail və 
dünyanın başqa ölkələrində ləyaqətlə təmsil və təbliğ edirdilər. 
2000-ci ildə Alim Qasımov Avropada diskləri ən çox satılan 5 
nəfərdər biri olmuşdur. O, 2012-ci ildə ifaçılıq fəaliyyətinə görə 
Azərbaycan Respublikasının “Elm, mədəniyyət və  ədəbiyyat 
üzrə” dövlət mükafatına layiq görülmüşdür.  
2000-ci ilin noyabrında Moskvada "Şən və Hazırcavab-
lar" klublarının beynəlxalq yarışında Azərbaycanın "Bakılı oğ-
lanlar" klubu XX əsrin  ən yaxşı komandası adına və "XX əsr 
Çempionları Kuboku"na layiq görülmüşdür. 
YUNESKO-nun xoşməramlı  səfiri, Heydər  Əliyev Fon-
dunun prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə 
2010-cu ildən başlayaraq hər il keçirilən ənənəvi Qəbələ Bey-
nəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın musiqi mərkəz-
lərindən biri kimi tanıtmaqda mühüm rol oynayır. 
Azərbaycanın gənc müğənniləri 2008-ci ildən «Yev-
rovijn» beynəlxalq musiqi festivalında iştirak edirlər. Azərbay-
can nümayəndələri «Yevrovijn» beynəlxalq musiqi fenstivalın-
da birinci il səkkizinci yeri tutdularsa da, 2010-cu ildə ikinci 
yerə  çıxdılar, 2011-ci ildə isə  gənc müğənnilərimizdən Nigar 
Camal və Elmar Qasımov «Yevrovijn» beynəlxalq musiqi 


Azərbaycan Tarixi 
 
 
527 
festivalında birinci yeri tutaraq Azərbaycanın musiqi şöhrətini 
Avropada bir daha yüksəyə qaldırdılar. Bu qələbə Azərbaycana 
növbəti ildə «Yevrovijn» beynəlxalq musiqi festivalına ev 
sahibliyi etmək hüququ verdi. 2012-ci ildə Bakıda yüksək 
səviyyədə keçirilən «Yevrovijn» beynəlxalq musiqi festivalı 
Azərbaycan xalqının belə beynəlxalq tədbirləri keçirməyə qabil 
olduğunu nümayiş etdirdi. 
Müstəqillik uğrunda mübarizə illərində özəl kinostudiya-
lar təşəkkül tapdı. Lakin onların maddi-texniki bazası çox zəif 
idi. Ona görə  də "Azərbaycanfilm" kinostudiyası 1994-cü ildə 
yenidən dövlət tərəfindən maliyyələşdirilməyə  keçirildi. Müs-
təqillik  əldə edildikdən sonra Azərbaycan kinomatoqrafçıları 
"Əhli-kef", "Fransız", “Hər  şey yaxşı olacaq", "Yaramaz", 
"Həm ziyarət, həm ticarət", "Yer ilə göy arasında”, "Uçurulmuş 
körpü", "Özgə vaxtı" və b. bədii filmlər yaratmışlar. Rejissor 
Ə.Əblüçun çəkdiyi "Ağ atlı" və rejissor C.Mirzəyevin çəkdiyi 
"Fəryad" filmlərində Qarabağ müharibəsi, erməni vəhşilikləri 
və qaçqınlıq həyatının dəhşətləri kimi təsirli və realist hadisələr 
kinolentə alınmışdır. Rejissor Vaqif Mustafayevin yaratdığı 
"General", "Birinci", "Moskva-Kreml", "Lider", "Tale", "Əsl 
məhəbbət haqqında" və "Bir həsədin tarixi" sənədli filmlərdə 
fenomen  şəxsiyyət olan ulu öndər Heydər  Əliyevin ömür 
yolundan bəhs olunur.  Azərbaycan kinematoqrafının  ən 
populyar  əsəri «Xocalı» filmi hesab edilir. Vahid Mustafayev 
tərəfindən çəkilmiş bu film Qarabağ həqiqətlərindən bəhs edir, 
Xocalı faciəsi haqqında canlı  təsəvvür yaradır. Film dünyanın 
əksər ölkələrində nümayiş etdirilmişdir. 
Müstəqillik illərində Azərbaycan tətbiqi sənəti sahəsində 
də müəyyən diqqətəlayiq işlər görülmüşdür.  Şəhərlərdə mey-
danlar və parklar yenidən qurulmuş, yeni abidələr qoyulmuş-
dur. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident 
Heydər  Əliyevin təşəbbüsü ilə  Şəhidlər Xiyabanında 21 metr 
hündürlüyündə möhtəşəm bir abidə ucaldıldı. Bakıda 1994-cü 
ildə Hüseyn Cavidin (heykəltəraş Ö.Eldarov), 1993-cü ildə Şah 
Qəzənfər Rəcəbli 
 
 
528
İsmayıl Xətainin (heykəltəraşlar  İ.Zeynalov və Z.Mehdiyev), 
1998-ci ildə akademik Yusif Məmmədəliyevin (heykəltəraş 
A.Ələskərov), Xızıda 1999-cu ildə C.Cabbarlının (heykəltəraş 
C.Qaryağdı) və Bakıda 1997-ci ildə akademik Zərifə 
Əliyevanın xatirəsinə  həsr edilmiş "Elegiya" abidəsi 
(heykəltəraş Ö.Eldarov) qoyuldu. 1912-ci ildə Bakıda xalq 
qəhrəmanı Koroğluya həsr olunmuş abidə xalqın azadlıq 
hərəkatları simvoluna çevrilmişdir. 1996-cı ildə Naxçıvanda 
Hüseyn Cavidin möhtəşəm məqbərəsi (müəlliflər Ö.Eldarov və 
R.Əliyev) tikildi. Bakıda tikilmiş Heydər  Əliyev Mərkəzi 
Azərbaycan memarlığının  ən gözəl nümunəsidir. Bakıda 
tikilmiş “Xalça” və “Muğam” muzeyləri şəhəri bəzəyir.  
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyevin Fərmanı ilə ölkənin paytaxtı Bakıda Dövlət 
Bayrağı meydanı yaradıldı. Meydanda ucaldılan Azərbaycan 
Respublikasının bayraq dirəyinin hündürlüyü 162 metrdir. Bu 
dünyada  ən hündür bayraqdır. Meydanda tikilmiş muzeydə 
həmin bayrağın dünyada ən uca bayraq olmasını  təsdiq edən 
seltifikat ilə birlikdə Azərbaycanın vaxtilə kiçik feodal 
dövlətləri olmuş Azərbaycan xanlıqlarının bərpa olunmuş 
dövlət bayraqları da nümayiş etdirilir. 
Bu illərdə Azərbaycanın təsviri sənət ustaları gözəl rəsm 
əsərləri yaratdılar. Azərbaycanın fırça ustalarının  əsərləri 
dünyanın sərgi salonlarında böyük uğurla nümayiş etdirildi. 
Səttar Bəhlulzadənin rəsm əsərləri sərgisi 1995-ci ildə ABŞ-da, 
1996-cı ildə Almaniyada təşkil olunmuşdur. 1996-cı ildə Paris-
də dünya rəssamlarının sərgisində  Toğrul Nərimanbəyovun
1997-ci ildə Vaşinqton, Nyu-York və Çikaqo sərgilərində Ka-
mil Nəsibzadənin rəsm əsərləri nümayiş etdirilmişdir.  
Xalça rəssamı Kamil Əliyevin Mustafa Kamal Atatürk və 
Heydər Əliyevin portretləri toxunmuş xalçalarında Azərbaycan 
xalçaçılıq sənətinin  ən yaxşı  ənənələri yaradıcılıqla inkişaf 
etdirilmişdir. Xalça rəssamı Tahir Məcidovun Heydər  Əliyevə 
həsr etdiyi "Qayıdış" xalçası yüksək sənətkarlığı ilə diqqəti cəlb 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə