Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə124/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   120   121   122   123   124   125   126   127   ...   134

Azərbaycan Tarixi 
 
 
493 
müxalifət mövcud idi və o, bəzən iqtidarla çox "amansız" rəftar 
edirdi. Lakin ölkədə güclü konstruktiv müxalifət yarana 
bilmədi. Buna səbəb bir tərəfdən, iqtidar tərəfindən xalqın əsas 
maraqlarının ödənməsi, digər tərəfdən, hakimiyyət iddiasında 
olan müxalifət qüvvələrinin xalqa yeni heç nə  təklif edə 
bilməmələri idi. 
Ölkədə demokratiya və plüralizmin inkişafından sui-
istifadə edən bizə din xadimləri xarici havadarlarının dəstəyilə 
Azərbaycan Respublikasında islam respublikası tipində 
teokratik dövlət yaratmağa çalışırdılar. Hələ 80-ci illərin 
sonlarında  Şəkidə bir qrup din xadimi dindarlardan "Yeni 
Azərbaycan  İslam Cəmiyyəti" adlı  təşkilat yaratmış  və  "İslam 
Ordusu" adlı silahlı  dəstə  təşkil etmişdilər. Təşkilatın liderləri 
dövlət orqanlarının işinə qarışır, bölgədə hakimiyyəti zorla ələ 
keçirməyə çalışırdılar. Yalnız 1993-cü ilin noyabr ayında 
hökumət bu təşkilatın qanunsuz fəaliyyətinə son qoydu. 1992-ci 
ildən fəaliyyət göstərən  İslam Partiyası xarici kəşfiyyat 
orqanları ilə  əməkdaşlıq edir, Azərbaycanda hakimiyyəti  ələ 
almaq üçün tədbirlər planı hazırlayırdı. Xaricin maliyyə vəsaiti 
ilə  fəaliyyət göstərən  İslam Partiyasının liderlərinin dini təhsil 
almaq adı altında İrana göndərdikləri minlərlə gənc, orada hərbi 
təlim alıb Azərbaycana qayıdırdı.  İrandan gələn "qonaqlar" 
əhali arasında təbliğat işi aparırdılar.  İslam Partiyasının satqın 
liderləri 1996-cı ildə ifşa edilib həbs olundular və partiyanın 
fəaliyyəti qanundankənar elan edildi. 
XX  əsrin 90-cı illərinin ortalarında demokratiyanın 
inkişafından ölkənin  şimal bölgələrində sui-istifadə edən 
"Sadval" ləzgi təşkilatı Rusiyanın müəyyən dairələri tərəfindən 
qızışdırılırdı. Ölkədə həyəcan və qarışıqlıq yaratmaq məqsədilə 
"Sadval" bir sıra terror aktı törətdi. 1994-cü il martın 19-da 
Bakı metrosunun "20 yanvar" stansiyasında partlayış törədildi, 
14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Həmin il iyulun 3-də 
metronun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda 
partlayış törədildi, ölən və yaralananlar oldu. Terrorçular 
Qəzənfər Rəcəbli 
 
 
494
yaxalanıb cəzalandırıldılar. 1996-cı ildə özünü "ləzgilərin 
imamı" adlandıran Asum Qasımov Rusiya Müsəlmanları İttifa-
qının tapşırığı ilə məscidləri gəzir və guya ləzgilərin hüquqları-
nı müdafiə etmək üçün əhalini Azərbaycan Respublikasının 
iqtidarına qarşı cihada çağırırdı. Onlar Dağıstanda təşkil etdikl-
əri silahlı dəstələrlə Azərbaycana keçib bu tərəfdən rus sərhəd-
çilərinə silahlı basqın etməklə təxribatçılıqla məşğul olurdular. 
Onların da təxribatçılıq cəhdlərinin qarşısı vaxtında alındı. 
Xalq kimin-kim oduğunu getdikcə daha aydın dərk edir, 
dövlət müstəqilliyinin möhkəmləndirilməsinə mane olan qüv-
vələrin niyyətlərini və  hərəkətlərini düzgün qiymətləndirirdi. 
Xalq təşkilatların və demokratiya məktəbi keçirdi. 
Azərbaycan Respublikası  əhalisinin 66 faizini gənclər 
təşkil edir. Ümummilli lider H.Əliyevin başçılığı altında iqtidar 
gənclərin sağlam böyüməsinə, onların mənəvi və fiziki 
tərbiyəsinə xüsusi qayğı göstərirdi. 1994-cü ilin iyununda 
Azərbaycan Respublikasının Gənclər və  İdman Nazirliyi təsis 
edildi. 1995-ci ilin noyabrında Azərbaycan Gənclər Təş-
kilatının Milli Şurası yaradıldı. Bu Şurada 2003-cü ildə 80-dən 
çox gənclər təşkilatı və 40-a qədər uşaq təşkilatı birləşmişdi.  
Azərbaycan gənclər hərəkatında Prezident H.Əliyevin 
təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Bakıda keçirilmiş 
gənclərin Birinci Respublikası Forumunun xüsusi yeri vardır. 
Ulu öndər H.Əliyev forumda söylədiyi böyük nitqində müstəqil 
Azərbaycan Respublikasının gələcək sahibləri olan gəncləri 
daha mütəşəkkil olmağa Vətənini, dövlətini, millətini, dilini, 
dinini, mədəniyyətini və tarixini sevməyə çağırdı. O, 
gənclərimizə müxtəlif dilləri və elmləri öyrənməklə bərabər iki 
elmi - ana dili olan Azərbaycan dilini və  Vətən tarixi olan 
Azərbaycan tarixini dərindən və mükəmməl öyrənməyi tövsiyə 
etdi. 
H.Əliyev, - "Mən fəxr edirəm ki, azərbaycanlıyam", - de-
məklə, "azərbaycançılıq" ideologiyasına xüsusi əhəmiyyət 
verir, onu yüksək ideya kimi təbliğ etməyi, xalqımızın üstün 


Azərbaycan Tarixi 
 
 
495 
ideologiyasına çevirməyi öyrədirdi. Respublika gənclərinin 
birinci forumundakı nitqində H.Əliyev islam dininə münasibət-
dən bəhs edərkən, xalqımızın dininin "islam" olmasını  bəyan 
etməklə  bərabər,  ərəb islam məfkurəsindən,  İran  İslam 
məfkurəsindən və  nəhayət Türkiyə islam məfkurəsinən fərqli 
olan müstəqil Azərbaycan islam məfkurəsinin formalaşmasına 
xüsusi fikir verməyin zəruriliyini qeyd etdi. 
H.Əliyevin Azərbaycan gənclərinin Birinci Respublika 
Forumundakı nitqi gənclər hərəkatının proqramına çevrildi. 
Respublika Prezidentinin fərmanı ilə fevralın 2-ni hər il Azər-
baycanda "Gənclər Günü" kimi qeyd olunması qərara alındı. 
1994-cü ilin sentyabrından Azərbaycanda BMT-nin 
YUNİSEF uşaq təşkilatı  fəaliyyətə başlamışdır. 1998-ci il 
mayın 19-da Azərbaycanda "Uşaq hüquqları haqqında" Qanun 
qəbul edildi. Respublikada "Uşaqların təlim-tərbiyəsinin 
yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında" Dövlət 
Proqramı da qəbul edilmişdir. 
Müstəqillik dövründə Azərbaycan qadınlarının da icti-
mai-siyasi fəaliyyəti xeyli genişləndi. 1998-ci ilin yanvarında 
Respublika Prezidentinin Fərmanı ilə "Azərbaycan 
Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi 
yaradıldı. Bu komitə qadınları narahat edən problemləri aşkar 
edir və onların həlli yollarını müəyyənləşdirir. Çağdaş dövrdə 
Azərbaycanın qadın təşkilatları ölkənin ictimai-siyasi həyatında 
fəal iştirak edirlər - 2001-ci ildə ölkədə 41 qadın təşkilat 
fəaliyyət göstərirdi. Onların arasında "Sevil" Qadınlar Məclisi, 
D.Əliyeva adına "Qadın Hüquqlarını Müdafiə    Cəmiyyəti",  
"Əsgər Anaları" cəmiyyəti və b. təşkilat və  cəmiyyətlər daha 
çox diqqəti cəlb edirlər.  
Çağdaş dövrdə ölkədə həmkarlar hərəkatı da geniş vüsət 
almışdır. Respublikada AHİK (Azərbaycan Həmkarlar 
İttifaqları Konfederasiyası  fəaliyyət göstərir. AİHK 40-dan 
artıq Azad Həmkarlar  İttifaqını birləşdirir. AİHK 2001-ci ildə 
Qəzənfər Rəcəbli 
 
 
496
Beynəlxalq Azad Həmkarlar  İttifaqları Konfederasiyasına üzv 
qəbul edilmişdir. 
28.2. Azərbaycan Respublikasının xarici siyasətinin 
uğurları.  Azərbaycan Respublikasının hüquqi demokratik 
dövlət quruculuğu sahəsində  əldə etdiyi nailiyyətləri onun 
uğurlu xarici siyasəti üçün şərait yaratdı. Azərbaycan 
Respublikası xarici siyasət sahəsində dünya dövlətləri arasında 
özünə layiq yer tutmağa çalışır və beynəlxalq münasibətlərin 
ümumbəşəri dəyərlər  əsasında inkişafına kömək etməyə  səy 
göstərirdi. Azərbaycan Respublikası xarici siyasət sahəsində, 
həmçinin Dağlıq Qarabağ probleminə  və Ermənistanın 
təcavüzünə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması 
istiqamətində  gərgin iş aparılırdı. Azərbaycan Respublikasının 
Prezidenti H.Əliyev Azərbaycanın üzv olduğu beynəlxalq 
təşkilatların iclasında, o cümlədən, 2000-ci il sentyabrın 6-da 
BMT Baş  Məclisdə  və 2001-ci il yanvarın 25-də  AŞPA-nın 
iclasında çıxışlarında mövcud şəraitdə müstəqillik  əldə etmiş 
dövlətlərə müunasibətdə ikili standartlarla yanaşılmanın 
yolverilməzliyinini və demokratiyanın inkişafında ayrı-ayrı 
xalqların mentalitetinin nəzərə alınmasının zəruriliyini qeyd 
etmişdi. 
Azərbaycan Respublikası MDB daxilində dövlətlərin bə-
rabərhüquqlu  əməkdaşlığının təmin edilmədiyinə baxmayaraq, 
1993-cü il sentyabrın 24-də bu təşkilata daxil oldu. Belə bir 
şəraitdə bu təşkilatın subyektləri arasında münaqişələrin aradan 
qaldırılması üçün heç bir təsirli tədbir həyata keçirmək 
mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti 
H.Əliyev MDB dövlət başçılarının demək olar ki, bütün 
görüşlərində birlik daxilində belə qeyri-sağlam, anormal 
münasibətlər olmasının yolverilməzliyini və separatizmlə 
mübarizənin zəruriliyini nəzərə çatdırırdı. 
1997-ci il noyabrın 25-də Bakıda Gürcüstan, Ukrayna, 
Azərbaycan və Moldova respublikasının öz aralarında 
əməkdaşlıq haqqında blok - "GUAM" blokunun təşkilini bəyan 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə