Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə104/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   100   101   102   103   104   105   106   107   ...   134

Azərbaycan Tarixi 
 
 
413 
Lakin  Cənubi  Azərbaycanda  sənayenin  inkişaf  surəti  İranın 
əsas sənaye rayonlarından xeyli geridə qalırdı, İran sənayesində 
onun xüsusi çəkisi azalırdı. Cənubi Azərbaycan sənayesi üçün 
xırda  müəssisələrin  üstünlüyü,  iri  müəssisələrin  tikintisinə 
kapital qoyuluşunun az olması səciyyəsi idi. 
Şah  hökumətinin  "milli  vəhdət"  adı  altında  apardığı, 
əslində  fars  şovinizmi  olan  milli  ayrıçeskilik  siyasəti  Cənubi 
Azərbaycanda  təhsil  sahəsində  islahatların  həyata  keçiril-
məsində özünü daha qabarıq göstərirdi. Planlı surətdə aparılan 
farslaşdırma  siyasəti  nəticəsində  azəri  dilinin  qadağan 
vəziyyətində saxlanması davam edir, azəri dilində qəzet, jurnal 
və  kitab  nəşr  edilmirdi. (Əvvəllər  nəşr  olunmuş  kitablar  isə 
yığılıb  yandırılmışdı).  Bu  siyasətə  qarşı  çıxanlara  isə  divan 
tutulurdu. 1977-ci  ilin  payızından  etibarən  baş  verən  bir  sıra 
siyasi  çıxışlar  sosial  partlayışın  yeni  dalğasının  yaxınlaşdığını 
xəbər verirdi. 
1977-ci  ilin  dekabrında  Təbrizdə  tələbələrin  tətil  və 
nümayişləri,  nümayişçilər  ilə  polis  arasında  baş  verən 
toqquşmalar  və  tələbələrin  bir  qrupunun  həbs  edilməsi  ölkədə 
vəziyyəti  gərginləşdirdi.  Həmin  ilin  tələbə  çıxışlarından  ən 
möhtəşəmi 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycan Milli 
hökumətinin  yaradılmasının  ildönümü  münasibətilə  keçirilən 
Təbriz  Universiteti  tələbələrinin  nümayişi  oldu.  Həmin  gün 
Təbriz  Universitetinin  müəllimlərindən  bir  qrupu  da  çıxış 
edərək  tələbələrlə  həmrəy  olduqlarını  bildirdilər,  polislər  də 
nümayişçi tələbələri dəstəklədilər. 
1978-ci il  yanvarın 9-da  Qum  şəhərində  polis tərəfindən 
nümayişçilərə  atəş  açılmış,  ölən  və  yaralananlar  olmuşdu. 
Qumdakı  hadisələrin 40-cı  günü,  fevralın 18-də  Təbrizin  din 
xadimlərinin  çağırışı  ilə  şəhər  əhalisi – ziyalılar,  tələbələr, 
ruhanilər,  sənətkarlar,  xırda  tacirlər,  sahibkarlar,  fəhlələr, 
məktəb  şagirdləri  və  b. küçələrə  çıxdılar. 100 min  nəfərlik 
nümayişçi dəstələri şəhərin müxtəlif rayonlarından hərəkət edib 
Qəzənfər Rəcəbli 
 
 
414
şəhərin  mərkəzinə  doğru  yönəldilər  və  mitinqləri  dağıtmaq 
istəyən polisi qaçmağa məcbur etdilər. 
Hökumət nümayişçilərin üzərinə ordu hissələri göndərdi. 
Şəhərə  ordu  hissələrinin  göndərilməsi  əhalinin  qəzəbini 
coşdurdu,  əllərində  dəyənək,  daş-kəsək  olan  nümayişçilər 
silahlı  polis  və  ordu  hissələrinə  qarşı  çıxdılar.  Onlar  hökumət 
idarələrini,  bankları,  mehmanxanaları,  parnoqrafik  filmlər 
nümayiş  etdirilən  kinoteatrları  və  s.  dağıtdılar.  Dinc  etiraz 
nümayişləri mövcud şahlıq quruluşuna qarşı üsyana çevrildi. 
Şah hökuməti fevralın 19-da Təbrizə əlavə hərbi hissələr 
göndərdi.  Hərbçilər  ilə  üsyançılar  arasında  qanlı  toqquşma 
bütün günü  davam etdi. Qüvvələr nisbəti bərabər olmadığından 
üsyançılar  məğlub  oldular.  Təbriz  üsyanı  qəddarlıqla  yatırıldı. 
İki  gün  davam  edən  üsyan  zamanı  minlərlə  ölən  və  yaralanan 
oldu.  
18  fevral  təbriz  üsyanı  İranın  siyasi  və  sosial  həyatına 
böyük  təsir  göstərdi.  Təbriz  üsyanından  sonra  inqilabi  çıxışlar 
bütün  İranı  bürüdü.  Təbriz  üsyanı  İranda  şahlıq  quruluşuna 
zərbə vuran və sosial əhatəsinin genişliyinə görə misli-bərabəri 
olmayan, sözün əsl mənasında, xalq çıxışı idi. Onun əsas hədəfi 
Məhəmməd Rza şahın mütləqiyyət üsul-idarəsi, ölkənin hakim 
partiyası "Rəstaxiz" və onların açıq şəkildə təbliğ etdikləri Qərb 
həyat tərzi idi. 
O  vaxt  İranda  azəri  dilində  nəşr  olunmağa  başlayan 
"Varlıq", "Dədə  Qorqud", "Günəş"  və  digər  qəzet  və  jurnallar 
Təbriz  üsyanına  yüksək  qiymət  verərək,  onu  bütün  İranda baş 
verəcək  inqilabın  başlanğıcı  hesab  edirdilər.  Həqiqətən 1978-
1979-cu  illər  İran  İslam  inqilabı  dövründə  şahlıq  idarəçilik 
üsulunu devirməyə çağırış və "şaha ölüm" şüarı ilk dəfə məhz 
Təbriz  üsyanı  zamanı  irəli  sürülmüşdü.  İran  İslam  inqilabının 
sosial-siyasi  mahiyyətini  əslində 18 fevral  Təbriz  üsyanı 
müəyyən  etmişdi.  Bu  baxımdan  Təbriz  üsyanını  İran  İslam 
inqilabının bir növ modeli hesab edənlər, şübhəsiz, haqlıdırlar. 


Azərbaycan Tarixi 
 
 
415 
Təbriz üsyanından sonra mühüm inqilabi çıxışlar 1978-ci 
il martın 29-30-da və mayın 9-19-da İranın 20-dən çox şəhərini, 
o  cümlədən  Azərbaycanın  Təbriz  və  b.  şəhərlərini  əhatə  etdi. 
Həmin  ilin  sentyabrından  isə  inqilabın  ikinci  mərhələsi 
başlandı.  Bu  mərhələ  şah  hakimiyyətinə  müxalif  olan 
ruhanilərin  rolunun  artması  ilə  xarakterizə  olunur.  Şah 
hakimiyyətinə  qarşı  çıxan  ruhanilərin  lideri  İranda  islam 
dininin başçısı - böyük Ayətullah Ruhulla Musəvi Xomeyni idi. 
O, 1964-cü  ildə  Türkiyəyə  sürgün  edilmiş,  az  sonra  oradan 
İraqa getmiş və Nəcəf ruhani akademiyasında 13 il ilahiyyatdan 
dərs  demişdir, 1978-ci  ildə  isə  İraq  hökumətinin  tələbi  ilə 
ölkəni tərk edərək Parisə getmiş və oradan İran İslam inqilabına 
rəhbərlik etmişdir. 
İnqilabın  ikinci  mərhələsinin  ilk  çıxışları 1978-ci  il 
sentyabrın 7-də  ölkənin 12 şəhərində,  o  cümlədən  Təbrizdə 
başladı.  Oktyabr-noyabr  aylarında  Cənubi  Azərbaycanın 
Təbriz, Ərdəbil, Marağa, Urmu, Culfa, Zəncan, Həştrud, Şah-
pur və b. şəhərlərində tətil və nümayişlər olmuşdu. Dekabrın 8-
11-də  həmin  şəhərlərdə  keçirilən  nümayişlərdə  polislə 
toqquşmalar  zamanı  onlarla  ölən  və  yaralanan,  çoxlu  sayda 
həbs  edilənlər  olmuşdu.  Təbrizə  əlavə  hərbi  hissələr 
göndərilməsinə  baxmayaraq,  nümayişlər  səngimədən  davam 
edirdi. 
Nəhayət, 1979-cu il yanvarın 16-da Məhəmməd Rza şah 
İranı  tərk  etdi.  Fevralın 1-də  Ayətullah  Xomeyninin  Tehrana 
gəlməsi  münasibətilə  Təbrizdə  nümayişlər  daha  da  izdihamlı 
şəkil  aldı.  Azərbaycanlılar  Tehranda  qələbə  ilə  nəticələnən 11 
fevral üsyanında da çox fəal iştirak etdilər. 
1979-cu  il  fevralın 11-də  Tehranda  inqilabın  qələbə 
çalmasına  baxmayaraq,  Cənubi  Azərbaycanın  bir  çox 
şəhərlərində  şahpərəst  əksinqilabi  qüvvələr  hələ  bir  neçə  gün 
müqavimət  göstərdilər.  Fevralın 15-də  əksinqilabi  qüvvələr 
Təbriz  qarnizonunda  üsyan  qaldırdılar.  Şəhərin  bütün  əhalisi 
Qəzənfər Rəcəbli 
 
 
416
ayağa  qalxıb  qarnizonu  tərksilah  etdi.  Şahpərəst  zabit  və 
əsgərlər  həbs  edildilər.  Fevralın 16-da  Təbrizdə  və  Cənubi 
Azərbaycanın  başqa  şəhərlərində  də  şahpərəstlər  tamamilə 
zərərsizləşdirildilər

Beləliklə, 1979-cu  il  fevralın 11-də  Tehranda  qələbə 
çalan  İran  İslam  inqilabı  fevralın 16-da  Cənubi  Azərbaycanda 
başa çatdırıldı. 1978-1979-cu illər İran İslam inqilabı dövründə 
azərilər 25 min nəfərə qədər qurban verdilər. 
İnqilabda  çox  fəal  iştirak  etmiş  azərbaycanlılar  şahlıq 
quruluşu  devrildikdən  sonra  İranda  federasiyalı  dövlət 
qurumunun  yaradılacağı  ümidində  idilər.  Lakin  qələbənin  ilk 
günündən  hakimiyyəti  ələ  keçirən  Ayətullah  Xomeyni  başda 
olmaqla  ruhanilər  hərəkatın  aparıcı  qüvvələrinin  tələb  və 
təkliflərinə əhəmiyyət verməyərək ümumxalq rəy sorğusu yolu 
ilə 1979-cu il aprelin 1-də İranı İslam Respublikası elan etməyə 
müvəffəq oldular. 
Doğrudur,  əhalinin  böyük  əksəriyyətinin  demokratik 
azadlıqlar,  bərabərlik  və  eləcə  də,  milli  hüquqların  yüksək 
səviyyədə  təmin  edilməsi  kimi  tələbləri  yeni  Konstitusiyanın 
müvafiq maddələrində bu və ya digər dərəcədə öz əksini tapdı. 
Lakin  onların  çoxu  kağız  üzərində  qaldı.  Məsələn, 
Konstitusiyanın 15-ci  maddəsində  milli  və  etnik  azlıqların 
dillərinin  fars  dili  ilə  yanaşı  kütləvi  informasiya  vasitələrində 
və məktəblərdə milli ədəbiyyatın tədrisində işlənməsi azad elan 
edilir.  Lakin  Cənubi  Azərbaycanın  məktəblərində  və 
universitetlərində  bu  qanunun  həyata  keçirilməsi  öz  həllini 
tapmamışdır.  İran  İslam  Respublikasının  hakim  dairələri, 
əvvəllər  "vahid  İran  milləti"  adı  altında  yeridilən  farslaşdırma 
siyasəti  əvəzinə,  indi  "vahid  islam  hümməti"  anlayışını  təbliğ 
etməklə İranda yaşayan xalqların, o cümlədən azərbaycanlıların 
etnik  mənşəyini  və  milli  xüsusiyyətlərini  inkar  etmək  siyasəti 
yeridirlər. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə