Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə101/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   97   98   99   100   101   102   103   104   ...   134

Azərbaycan Tarixi 
 
 
401 
sədrinin  müavini  Sərdar  Hikmət  parlamentinin  tribunasından 
açıq-aşkar  bildirdi  ki,  Azərbaycanda  milli  hüquqlar  uğrunda 
çıxış  edən  "dillər  və  əllər  kəsilməlidir".  Bütün  bunlar 1941-
1945-ci  illərdə  Cənubi  Azərbaycanda  milli-demokratik 
hərəkatın yavaş-yavaş canlanmasına səbəb olurdu. 
Cənubi  Azərbaycanda  milli  hərəkat  və  demokratiya 
uğrunda dinc yolla mübarizə 1945-ci ilin ikinci yarısında daha 
da genişləndi. Cənubi Azərbaycanda genişlənməkdə olan milli 
hərəkat  haqqında  Tehranda  çıxan  "Bəşər"  qəzeti 1945-ci  il 23 
avqust tarixli nömrəsində yazırdı: "Azərbaycan təlatümdədir və 
inqilaba  hazırdır". 1945-ci  il  sentyabrın 3-də (1334-cü  il 
şəhrivər  ayının 12-də)  Azərbaycanın  tanınmış  demokratların-
dan  bir  qrupu  Azərbaycan  Demokratik  Partiyasını  yaratmaq 
bəyannaməsilə  çıxış  etdi. 12 şəhrivər  bəyannaməsində  Cənubi 
Azərbaycana İran daxilində muxtariyyət verilməsi, əyalət əncü-
mənlərinin yaradılması, azəri dilinin rəsmi dil kimi işlədilməsi 
və s. tələblər irəli sürülürdü. 
1945-ci  il  sentyabrın 13-də  Azərbaycan  demokratlarının 
təsisçi  konfransında  Azərbaycan  Demokratik  Partiyası 
yaradıldı.  Onun  ilk  konfransında  partiyanın  Mərkəzi  Ko-
mitəsinin  sədrliyinə  Seyid  Cəfər  Cavadzadə  (Pişəvəri)  seçildi. 
Pişəvəri  deyirdi  ki,  Tehranın  qüdrətini  milli  hərəkatların  gücü 
ilə  sındırmaq  lazımdır. "Bu  işdə  Azərbaycan  həmişə  olduğu 
kimi indi də qabaqcıl olmalıdır. Tehrandan azadlıq ummaq bö-
yük səhvdir". 
Azərbaycan  Demokratik  Partiyasının 1945-ci  ilin 
sentyabrında  nəşr  etdiyi  "Azərbaycan"  qəzeti  partiyanın  təşki-
latı  əsaslarının  yaradılmasında  böyük  işlər  gördü. 1945-ci  il 
oktyabrın 2-4-də  ADP-nin  I  qurultayı  oldu.  Qurultayda  bütün 
işlər  azəri  dilində  aparılırdı.  Qurultayda  partiyanın  Məramna-
məsi qəbul  olundu. Məramnamədə  partiyanın siyasi xətti kimi 
Azərbaycan  üçün  İran  daxilində  məhəlli  muxtariyyətə  və 
demokratik respublikaya nail olmaq vəzifələri  irəli sürülürdü. 
Qəzənfər Rəcəbli 
 
 
402
Pişəvəri  qurultaydakı  məruzəsində  deyirdi  ki,  Məramnamədə 
irəli sürülən başlıca vəzifə azərilərin bir millət kimi tanınması-
na  və  muxtariyyət  əldə  etməsinə  nail  olmaq  məsələsindən 
ibarətdir. 
Tehran Cənubi Azərbaycanda milli hərəkatın genişlənmə-
sindən qorxuya düşərək, bir tərəfdən hərəkatın rəhbərlərinə da-
nışığa başlamağı təklif edir, digər tərəfdən Təbrizə qoşun dəs-
tələri göndərirdi. Azərbaycana yeni vali təyin olunmuş Murtuza 
Bayat ilə Pişəvəri arasında 1945-ci il noyabrın 8-11-də Təbriz-
də danışıqlar oldu. Lakin danışıqlar heç bir nəticə vermədi. Bü-
tün noyabr ayı ərzində xalq hərəkatı dinc siyasi  mübarizə for-
masında  davam  etdi.  Keçirilən  xalq  yığıncaqlarında  iştirak 
edənlərin  sayı 1,5 milyon  nəfərdən  çox  idi.  Xalq  yığıncaq-
larının  nəticəsi  noyabrın 20-21-də  Təbrizdə  Azərbaycan  Xalq 
Konqresinin  yaradılması  oldu.  Bu  tələb    Mərkəz  tərəfindən 
rədd edildi. Ona görə də vali M.Bayat Tehrana qayıtmalı oldu. 
İran  şah  hökuməti  Təbriz  üzərinə  qoşun  göndərdi.  Beləliklə, 
Cənubi Azərbaycanda milli-demokratik hərəkatın dinc inkişafı 
dövrü başa çatdı. 
24.2.  Cənubi  Azərbaycan  milli  hökumətinin  yaran-
ması  və  fəaliyyəti.  Azərbaycan  Xalq  Konqresinin  fərmanına 
əsasən 1945-ci  il  noyabrın 27-si  ilə  dekabrın 1-i  arasında 
Azərbaycan  Milli  Məclisinə  seçkilər  keçirildi.  Seçkilər 
keçirilən  müddətdə  Təbriz  ətrafında  hökumət  qoşunları  ilə 
Azərbaycan fədai dəstələri arasında qanlı döyüşlər getdi. Nəha-
yət, 1945-ci il dekabrın 12-də Azərbaycan fədai dəstələri höku-
mət  qoşunlarının  müqavimətini  qıraraq  Təbrizə  daxil  oldular. 
Elə  həmin  gün  Təbrizdə  Azərbaycan  Milli  Məclisi  açıldı  və 
Milli  hökumət  yaradıldı.  Azərbaycan  Milli  hökumətinin  sədri 
Seyid  Cəfər  Pişəvəri  oldu.  Milli  hərəkatın  görkəmli  xadimləri 
F.İbrahimi  Baş  Prokuror,  Z.Qiyami  isə  Ali Məhkəmənin  sədri 
oldular.  Dekabrın 15-dən  bütün  Cənubi  Azərbaycan  İran 


Azərbaycan Tarixi 
 
 
403 
mərkəzi  hökumətinin  qoşunlarından  təmizləndi.  Beləliklə, 
Cənubi Azərbaycanda milli demokratik inqilabı qalib gəldi. 
Cənubi  Azərbaycan  Milli  hökuməti  bəyanat  verərək 
bildirdi ki, mərkəzi İran hökumətini tanıyır, Azərbaycanı İranın 
bir  hissəsi  hesab  edir  və  mərkəzi  hökumətin  Azərbaycanın 
muxtariyyətinə  zidd  olmayan  bütün  göstərişlərini  yerinə 
yetirəcəkdir.  Cənubi  Azərbaycan  Milli  hökuməti  yaradılarkən 
İran  daxilində  məhəlli  muxtariyyət  prinsiplərinə  müvafiq  ola-
raq, hökumətdə xarici işlər və hərbi nazirliklər yaradılmamışdı. 
Məhz  bu  prinsip  milli  hərəkatın  sonrakı  inkişafına  mənfi  təsir 
göstərdi. 
Milli  hökumət  xalqa  xüsusi  müraciətində  dövlət 
məmurlarını,  hərbi  qulluqçuları,  polisi,  jandarmeriyanı  və 
bütün  vətəndaşları  öz  vəzifələrini  icra  etməkdə  davam  etməyə 
çağırdı. Cənubi Azərbaycan ərazisində yerləşən, demək olar ki, 
bütün  hərbi  hissələr,  polis,  jandarmeriya  milli  hökumətin 
tabeliyinə  keçdi.  Milli  hökumətə  xidmət  etmək  istəməyən  güc 
strukturlarının  nümayəndələri  isə  silahlarını  könüllü  surətdə 
təhvil  verdilər.  Xalqa  müraciətdə  xüsusi  mülkiyyətin  toxunul-
mazlığı da elan edildi. 
Milli  hökumət  dövlət  torpaqlarının  aztorpaqlı  kəndlilər 
arasında  pulsuz  bölüşdürülməsi  haqqında  qanun  qəbul  etdi. 
Eyni  zamanda  Azərbaycandan  qaçmış  və  muxtar  hökumətə 
qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan, əks təbliğat aparan 
mülkədarların
  torpaqları  müsadirə  edilib  kəndlilər  arasında 
bölüşdürüldü.  Azərbaycan  Milli  Məclisi 1946-cı  ilin  aprelində 
mülkədarlar  və  kəndlilər  arasında  kənd  təsərrüfatı  məhsulla-
rının bölüşdürülməsinin yeni qaydaları haqqında da qanun qə-
bul  etdi.  Lakin  bəzi  yerlərdə  kəndlilər  Milli  hökumətin 
qərarlarının əksinə olaraq, məhsul yığımından sonra mülkədara 
çatacaq payı verməkdən tamamilə imtina edir, bəzi bölgələrdə 
isə hətta mülkədar torpaqlarını özbaşına bölməyə başlamışdılar. 
Əlbəttə, Milli hökumət bu cür əyintilərin qarşısını almaq üçün 
Qəzənfər Rəcəbli 
 
 
404
ciddi tədbirlər görürdü. Milli hökumətin mühüm addımlarından 
biri  Cənubi  Azərbaycan  muxtar  qurumunun  himninin  qəbul 
edilməsi idi. Himnin sözləri şair Mirmehdi Etimadın, musiqisi 
isə Sovet Azərbaycanının bəstəkarı Cahangir Cahangirovun idi. 
Azərbaycan Milli hökuməti təhsil, mədəniyyət və səhiyyə 
sahəsində  tədbirlərə  də  xüsusi  əhəmiyyət  verirdi.  Azərbaycan 
Milli  Məclisi 1946-cı  il  yanvarın 6-da  "Dil  haqqında"  qanun 
qəbul  etdi.  Həmin  qanunla  azəri  dili  bütün  Azərbaycan 
ərazisində  rəsmi  dövlət  dili  elan  olunurdu.  Bütün  idarə  və 
təşkilatlarda işlər azəri dilində görülür, məktəblərdə dərslər ana 
dilində keçilirdi. Azərbaycanda yaşayan milli azlıqların  öz ana 
dillərində  təhsil  almaq  hüququ  da  saxlanmışdı. 1946-cı  il 
yanvarın 12-də  Təbriz  Universitetinin  yaradılması  haqqında 
qərar qəbul edildi və iyun ayında universitet təsis edildi. Milli 
hökumət  büdcənin 15,6 faizini  maarif  sahəsinin  ehtiyacları 
üçün  ayırmışdı.  Qısa  müddətdə  şəhərlərdə 500, kəndlərdə  isə 
2000 ibtidai və orta məktəb açıldı. Bir il ərzində birinci sinifdən 
yeddinci sinfə qədər bütün dərsliklər azəri dilində hazırlandı və 
nəşr  olundu.  Yaşlı  əhali  üçün 3800 savadsızlığı  ləğv  etmə 
kursları açıldı. Az bir vaxtda 50-dən çox qəzet və jurnal azəri 
dilində  çıxmağa  başladı,  kitabxana  və  qiraətxanalar  açıldı. 
Martın 28-də  Təbrizdə  dövlət  musiqili  dram  teatrı,  bir  qədər 
sonra isə filarmoniya açıldı, radioverilişləri komitəsi yaradıldı, 
Səttarxan  və  Bağırxana  heykəllər  qoyuldu.  Təbrizdə  yeni 
xəstəxana  açıldı  və  əhaliyə  pulsuz  tibbi  xidmət  göstərilməsinə 
başlandı. Yetim uşaqlar və qocalar üçün evlər açıldı. 
Muxtariyyəti  həyata  keçirmək  üçün  yeni  demokratik 
dövlət aparatı yaradıldı. Xəzinənin oğurlanmasının, rüşvətin və 
digər  neqativ  halların  kökünü  kəsmək  üçün  ciddi  tədbirlər 
görüldü. Polis və jandarmeriyanın özbaşınalığına son qoyuldu. 
Xalq  özünümüdafiə  dəstələrinin  yaradılması,  siyasi  məhbuslar 
üçün  əhv,  tiryəkin  qadağan  olunması  və  s.  haqqında  qanunlar 
qəbul edildi. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə