Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə102/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

Azərbaycan Tarixi 
 
 
405 
Azərbaycan  Milli  hökumətinin  fəaliyyəti  çox  mürəkkəb 
və  ağır  şəraitdə  keçirdi.  Tehran  hökuməti  müxtəlif  vasitələrlə 
Azərbaycanın  iqtisadi  durumunu  dağıtmaq  və  ölkədə  narazılıq 
və hərc-mərclik yaratmağa çalışırdı. Bu məqsədlə süni surətdə 
ərzaq  qıtlığı  və  aclıq  şəraiti  törədilir,  Azərbaycandan  böyük 
miqdarda ərzaq məhsulları kənara aparılır və təxribat xarakterli 
müxtəlif şayiələr yayılırdı. Təbrizdə yerləşən  İran və İngiltərə 
banklarının  şöbələri  sabotaj  və  maliyyə  təxribatı  ilə  məşğul 
olurdular.  Onlar  müvəqqəti  maliyyə  böhranı  və  iqtisadi 
çətinliklər törədə də bildilər. 
Belə  bir  şəraitdə  Azərbaycan  Milli  hökuməti  İran  Milli, 
Sənaye v Kənd təsərrüfatı banklarının Təbriz şöbələri üzərində 
öz  nəzarətini  qoydu,  möhtəkirliyə  qarşı  ciddi  mübarizə 
tədbirləri  müəyyən  etdi,  dövlət  ticarəti  təşkil  edildi  və  dövlət 
mağazaları açıldı. Əsas ərzaq məhsullarının və zəruri gündəlik 
tələbat  mallarının  qiymətləri  aşağı  salındı.  Nəticədə  Təbriz 
şəhərində əsas ərzaq məhsullarının qiyməti  Tehrandakından iki 
dəfə  ucuz  oldu.  Təbrizdə  yeni  xalça-toxuculuq  fabriki  və  bir 
sıra emalatxanalar açıldı. Əvvəllər mövcud olan fabriklərin işi 
nizama salındı. Milli Məclisin mayın 12-də qəbul etdiyi "Əmək 
haqqında  qanun"  ilə  fəhlə  və  qulluqçuların  iş  şəraiti  xeyli 
yaxşılaşdırıldı. 8 saatlıq  iş  günü  müəyyən  edildi.  Həmkarlar 
ittifaqları  vasitəsilə  istehsal  üzərində  fəhlə  nəzarəti  qoyuldu. 
Fəhlələrin əməyinin sosial müdafiəsini təmin etmək məqsədilə 
sığorta  haqqında  qanun  qəbul  edildi.  Görülən  tədbirlər 
nəticəsində Cənubi Azərbaycanda iqtisadi durum yaxşılaşmağa 
başladı,  şəhər  və  kəndlərdə  bu    vaxta  qədər  görünməmiş 
sakitlik, qayda-qanun və təhlükəsizlik şəraiti yaradıldı. 
Cənubi  Azərbaycan  Milli  hökumətinin  hakimiyyəti 
ölkənin bütün ərazisini əhatə edirdi. Milli hökumətin qarşısında 
duran  mühüm  vəzifələrdən  biri  də  yerlərdə  yeni  inzibati-ərazi 
orqanlarının  təşkili  - vilayət,  mahal,  şəhər  və  kənd  əncü-
mənlərinin seçkilər yolu ilə yaradılması idi. Onu da qeyd etmək 
Qəzənfər Rəcəbli 
 
 
406
lazımdır  ki,  Cənubi  Azərbaycanın  Ərdəbil,  Marağa,  Maku, 
Sarab,  Mərənd,  Zəncan,  Astara  və  digər  şəhərlərində  hələ 
1945-ci il noyabrın 17-dən dekabrın əvvəllərinədək demokratik 
yerli  hakimiyyət  orqanları  yaradılmışdı  və  onlar  Təbrizi 
dəstəkləyirdilər. 
Cənubi Azərbaycanda demokratik quruluşun nailiyyətləri 
və  qayda-qanun  yaradılması  şah  hökumətini  ciddi  narahat 
edirdi.  Tehran  Azərbaycan  nümunəsinin  İranın  digər 
vilayətlərinə  də  yayılmasından  qorxurdu.  Ona  görə  də  şah 
hökuməti  Azərbaycan  milli-demokratik  hərəkatını  boğmağa 
hazırlaşırdı.  Lakin  bunu  gizli  surətdə  edirdi.  Bir  tərəfdən 
diqqəti  yayındırmaq  üçün  Milli  hökumətlə  danışıqlar  aparır, 
digər  tərəfdən  ABŞ  və  İngiltərə  ilə  SSRİ  arasındakı 
ziddiyyətlərdən  istifadə  edib,  onların  dəstəyini  alaraq  Təbriz 
üzərinə hücuma keçməyə hazırlıq görürdü. 
1946-cı  ilin  yanvarında  İran  hökuməti  SSRİ-ni  İranın 
daxili işlərinə qarışmaqda ittiham edərək, "Cənubi Azərbaycan 
məsələsini"  BMT-nin  müzakirəsinə  çıxartdı.  Bu  məsələdə 
müvəffəqiyyətsizliyə  uğrayan  Hakimi  hökuməti  istefa  verdi. 
Baş  nazir  vəzifəsində  Hakimini  əvəz  etmiş  Qəvam  üs-Səltənə 
kursu  dəyişmək  qərarına  gəldi.  O, 1946-cı  il  fevralın 18-də 
böyük  bir  nümayəndə  heyətilə  Sovet  hökuməti  ilə  danışıqlar 
aparmaq  üçün  Moskvaya  getdi.  Danışıqlar  zamanı  Qəvam  üs-
Səltənə  SSRİ  hökumətinin  ABŞ  və  İngiltərə  ilə  münasibətləri 
gərginləşdirmək  istəməməsindən  məharətlə  istifadə  edərək, 
"Cənubi  Azərbaycan  məsələsində"  Sovet  hökumətinin 
"bitərəfliyinə"  nail  oldu.  Danışıqların  nəticəsində  hazırlanmış 
Sovet  İttifaqının  Şimali  İranda,  o  cümlədən  Cənubi 
Azərbaycanda çoxdan arzuladığı neft kəşfiyyatı və çıxarılması 
konsessiyası  haqqında  müqavilə 1946-cı  il  dekabrın 4-də 
Tehranda  imzalandı.  (Lakin  Qəvam  üs-Səltənənin  nəzərdə 
tutduğu  kimi,  sonralar, 1947-ci  ildə  İranın  Məclisi  həmin 
müqaviləni  təsdiq  etmədi).  Bundan  sonra  Sovet  İttifaqı  öz 


Azərbaycan Tarixi 
 
 
407 
qoşunlarını İrandan çıxartmağa başladı və onu mayın 8-də başa 
çatdırdı. Şah hökuməti, həmçinin, hərbi yardım və siyasi dəstək 
göstərilməsi  haqqında  ABŞ  və  İngiltərə  hökumətlərinin 
razılıqlarını da aldı. 
Eyni  zamanda  hiyləgər  siyasətçi  Qəvam  üs-Səltənə,  bir 
tərəfdən,  Azərbaycan  Milli  hökuməti  ilə  danışıqları  başa 
çatdırdı. Pişəvəri hökuməti razılıq əldə edilməsi naminə bir sıra 
güzəştlərə getdi. 1946-cı il iyunun 13-də Təbrizdə imzalanmış 
sazişə  görə  Cənubi  Azərbaycanın  məhəlli  muxtariyyəti  faktiki 
olaraq  ləğv  edilirdi,  Azərbaycanda  general  qubernator,  əyalət 
idarələrinin  başçıları  və  əyalət  əncüməninin  rəyasət  heyətinin 
üzvlərindən  ibarət  əyalət  inzibati  idarə  şurasının  yaradılması 
nəzərdə tutulurdu. Sazişə görə 1945-ci ilin dekabrında seçilmiş 
Azərbaycan  Milli  Məclisi  əyalət  əncüməni  statusu  alırdı. 
Azərbaycan  general  qubernatoru  vəzifəsinə  namizəd  əyalət 
əncüməni tərəfindən irəli sürülməli və İran hökuməti tərəfindən 
təsdiq edilməli idi. İran hökuməti Cənubi Azərbaycanın bütün 
dövlət  gəlirlərinin 3/4 hissəsinin  yerli  ehtiyaclar  üçün 
xərclənməsinə  və 1/4 hissəsinin  dövlətin  mərkəzi  xəzinəsinə 
verilməsinə  razılıq  verdi.  İran  hökuməti  dövlət  torpaqlarının 
kəndlilər arasında bölüşdürülməsini də təsdiq edirdi. Kəndlilər 
arasında  bölüşdürülmüş  mülkədar  torpaqlarına  görə  mülkə-
darlara  dəyən  ziyanın  isə ödənilməsi  qaydalarını    hazırlamaq 
üçün  hökumət  və  əyalət  əncüməni  nümayəndələrindən  ibarət 
komissiya yaradılması nəzərdə tutulurdu. Saziş Azərbaycan ali 
və  orta  məktəblərində  dərslərin  iki  dildə - fars  və  azəri 
dillərində  keçirilməsini  nəzərdə  tuturdu.  Hökumət,  həmçinin, 
Azərbaycan ərazisində yaşayan kürdlərə, ermənilərə, aysorlara 
və  digər  milli  azlıqlara  uşaqlarını  beşinci  sinfədək  öz  ana 
dillərində oxutmaq hüquqi verilməsinə də razılıq verirdi. Saziş, 
habelə,  Milli  hökumətin  polisinin  və  fəlai  dəstələrinin  İranın 
silahlı qüvvələrinin tərkib hissəsi sayılmasını da razılaşdırırdı. 
Qəzənfər Rəcəbli 
 
 
408
Lakin  Milli  hökumətin  belə  ciddi  güzəştlərinə 
baxmayaraq, İran Məclisi həmin sazişi təsdiq etməkdən yayındı 
və  onu  təsdiqləməmək  üçün  XIV  çağırış  İran  Məclisi  tətilə 
çıxdı.  Digər  tərəfdən,  İran  rəhbərliyi  və  kütləvi  informasiya 
vasitələri Azərbaycan milli-demokratik hərəkatının rəhbərlərini 
separatizmdə ittiham edən geniş kompaniyaya başladılar. 
Mərkəzi  İran  hökuməti  ABŞ  ilə  gizli  müqavilə  bağla-
yaraq  ondan 150 təyyarə, 40 tank  və  digər  silahlar  aldı. 
Azərbaycana  qarşı  hərbi  əməliyyatlara  başlamaq  üçün 
büdcədən 1 milyon 250 min  tümən  vəsait  ayrıldı.  Azərbaycan 
üzərinə  hücuma  hazırlığı  başa  çatdırdıqdan  sonra  Qəvam  üs-
Səltənə  İran  Məclisinə  yeni  seçkilər  zamanı  Cənubi 
Azərbaycanda  qayda-qanunu  təmin  etmək  bəhanəsilə  noyabr 
ayının  sonunda  milli-demokratik  hərəkatı  boğmaq  üçün  qoşun 
göndərdi.  Sovet  İttifaqının  rəhbərliyi  buna  açıq-aşkar  göz 
yumaraq  susdu.  Əvvəllər  Azərbaycan  Milli  hökumətinə 
müəyyən  maraq  göstərən  ABŞ  hökuməti  də  indi  Azərbaycan 
demokratik hərəkatının boğulmasını "normal hal" hesab etdi. 
Cənubi Azərbaycan üzərinə göndərilmiş şah hökumətinin 
qoşunu 50 min  nəfər  canlı  qüvvə, 55 tank, 174 top, 3 minə 
qədər ağır pulemyot, 50 təyyarə və başqa silahlardan ibarət idi. 
Hökumət  qoşunları  bir  neçə  istiqamətdə  hücuma  keçdi. 
Azərbaycan  Milli  hökumətinin  cəmi 18 min  nəfərlik  qoşunu 
olmasına  baxmayaraq  hər  yerdə  hökumət  qoşunlarına  ciddi 
müqavimət  göstərilirdi.  Zəncan,  Miyanə  və  Marağa 
cəbhələrində  isə  Milli  hökumət  qoşunları  əks  hücuma  keçərək 
düşmənə  zərbələr  endirirdilər.  Cənubi  Azərbaycan  şahsevən 
tayfasından  olan  igid  qız  Səriyyə 18 nəfərlik  fədai  dəstəsilə 5 
gün düşmənlə qəhrəmancasına döyüşdü. Lakin qüvvələr nisbəti 
bərabər  olmadığından  Azərbaycanın  fədai  dəstələri  məğlub 
oldular.  Dekabrın 10-da  şah  qoşunlarının  Təbriz  şəhərinə 
hücumu  başladı  və  dekabrın 12-də  şəhər  alındı.  Azərbaycan 
milli-demokratik  hərəkatı  qan  içində  boğuldu.  Minlərlə  adam 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə