Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə100/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   96   97   98   99   100   101   102   103   ...   134

Azərbaycan Tarixi 
 
 
397 
 
  
 XXIV FßSÈL 
 
CƏNUBI AZƏRBAYCAN İKİNCİ DÜNYA 
MÜHARİBƏSİNDƏN SONRAKI İLLƏRDƏ 
 
24.1. 1941-1945-ci illərdə Cənubi Azərbaycanda siyasi 
durum.  Məlum olduğu kimi  II  Dünya  müharibəsi  başlananda 
İran  rəsmi  olaraq  öz  bitərəfliyini  elan  etsə  də  onun  hökumət 
dairələri  faktiki  olaraq  Almaniyapərəst  mövqe  tutmuşdular. 
İran Yaxın Şərqdə alman kəşfiyyatının əsas fəaliyyət mərkəzinə 
çevrilmişdi.  Almaniya  kəşfiyyat  idarəsi  Suriya  və  İraqda 
müvəffəqiyyətsizliyə  uğradıqdan  sonra  öz  casuslarını  həmin 
ölkələrdən
  İrana  köçürmüşdü.  Almaniya  İrandan  Sovet 
İttifaqına qarşı hücum meydanı kimi istifadə etmək niyyətində 
idi. 
Sovet  İttifaqı  ilə  sərhəd  bölgələrdə  alman  kəşfiyyatçıları 
tərəfindən 
keçmiş 
rus 
ağqvardiyaçıları 
və 
erməni 
daşnaklarından ibarət silahlı quldur dəstələri təşkil olunmuşdu. 
Əlverişli  imkan  düşən  kimi  həmin  quldur  dəstələri  Bakı  neft 
sənayesində  təxribat  və  terrorla  məşğul  olmaq  üçün  Sovet 
Azərbaycanına göndəriləcəkdilər. 
İran  ordusunda  podpolkovnik  Mənuçöhri  başda  olmaqla 
bir qrup zabit İranda alman ordusunu qarşılamağa hazırlaşırdı. 
Faşist  Almaniyasının  casusları  İran  ordusunun  generalları, 
Məclisin  deputatları,  nazirlər,  dövlət  məmurları,  tacirlər  və 
sənayeçilər arasında da var idi. 
İranı  Sovet  İttifaqına  qarşı  müharibəyə  cəlb  etmək 
məqsədilə 1941-ci  il  avqustun 17-də  Almaniyanın  Tehrandakı 
səfiri  İran  şahına  hərbi  yardım  təklif  etdi,  əvəzində  isə  İran 
aerodromlarının  Almaniyanın  sərəncamına  verilməsini  tələb 
etdi. İranı müharibəyə cəlb etmək planı baş tutmadığı təqdirdə 
Qəzənfər Rəcəbli 
 
 
398
Almaniya İranda hərbi çevriliş hazırlayırdı. Məhz bu məqsədlə 
alman  kəşfiyyatının  rəhbərlərindən  biri  admiral  Kanaris 
avqustun  əvvəllərində  İrana  gəlmişdi.  Dövlət  çevrilişini  İran 
ordusunun  almanpərəst  zabitlərinin  köməyi  ilə  Tehranda 
yaşayan  almanlardan  təşkil  olunmuş  xüsusi  batalyonun  həyata 
keçirməsi planlaşdırılmışdı. 
Sovet hökuməti üç dəfə - 1941-ci il iyunun 26-da, iyulun 
19-da  və  avqustun 16-da  İran  hökumətinə  onun  ölkəsi 
ərazisində  Sovet  İttifaqının  təhlükəsizliyini  hədələyən 
vəziyyətin  yaranması  haqqında  xəbərdarlıq  notaları  göndərdi. 
Lakin Rza şah və onun hökuməti bu xəbərdarlıqlara əhəmiyyət 
vermədi  və  İranda  alman  kəşfiyyatının  fəaliyyətinin  qarşısını 
almaq  üçün  tədbir  görmədilər.  Onda  Sovet  İttifaqı  priventiv 
tədbir görmək qərarına gəldi. 
Sovet  İttifaqı 1921-ci  il  Sovet-İran  müqaviləsinin 6-cı 
maddəsini  əsas  götürərək 1941-ci  il  avqustun 25-də  öz 
qoşunlarını  İrana  yeritdi.  Eyni  vaxtda  ingilis  qoşunları  da 
qərbdən və cənubdan İran ərazisinə daxil oldular. Avqustun 27-
də  Əli  Mənsurun  başçılıq  etdiyi  İran  hökuməti  istefa  verdi  və 
Foruqinin  sədrliyi  altında  yaradılmış  yeni  hökumət  sovet  və 
ingilis  qoşunlarına  qarşı  hərbi  əməliyyatların  dayandırılması 
haqqında sərəncam verdi. Avqustun 28-də İran Məclisi Foruqi 
hökumətinin qərarını təqdir etdi. Sovet İttifaqı, İngiltərə və İran 
arasında əldə edilmiş razılığa görə İran qoşunları ölkənin şimal 
və  cənub-qərb  bölgələrini  boşaldaraq  sovet  və  ingilis 
qoşunlarının nəzarəti altına verdilər. Əldə edilmiş razılığa görə 
Almaniya  və  İtaliyanın  bütün  diplomatik  nümayəndəlikləri  və 
casusları İrandan çıxarılmalı idi. 
Rza  şah  bu  tələblərlə  formal  olaraq  razılaşsa  da,  onların 
yerinə yetirilməsini ləngidirdi. Almaniya və İtaliya diplomatik 
nümayəndəliklərinin
 ölkədən çıxarılması bu gündən o biri günə 
təxirə  salınırdı.  Faşist  Almaniyasının  casusları  İran  ərazisində 
fəaliyyətlərini açıq-aşkar davam etdirir, təxribatlar törədirdilər. 


Azərbaycan Tarixi 
 
 
399 
Rza  şah  Tehranda  hərbi  vəziyyət  elan  edərək  bütün 
yığıncaqları  qadağan  etdi.  Şəhərdə  hərbi  tribunal  yaradıldı  və 
ölüm  cəzası  tətbiq  edilməyə  başlandı.  Bu  da  xalq  kütlələrinin 
hiddətinə  səbəb  oldu.  Ölkədə etiraz nümayişləri başlandı.  İran 
hakim  dairələri  bitərəflik  siyasətindən  uzaqlaşmaq  və 
Almaniyaya  xidmət  göstərmək  siyasətinin  iflasa  uğradığını 
aydın dərk edirdilər. Xalq hərəkatının yüksəlməsindən qorxuya 
düşən  İran  hakim  dairələri  öz  siyasətində  inadkarlıq  göstərən 
Rza  şahı  dəstəkləməkdən  imtina  etdilər.  Bütün  dayaqlarından 
məhrum  olunmuş  Rza  şah  sentyabrın 16-da  oğlu  Məhəmməd 
Rzanın xeyrinə taxt-tacdan imtina etməyə  məcbur oldu. 1943-
cü ilin payızında İranda alman kəşfiyyatının başçısı F.Mayer və 
Almaniyanın digər casusları tutuldular. 
Sovet  və  ingilis  qoşunlarının  İrana  girməsi,  Rza  şahın 
hakimiyyətdən uzaqlaşdırılıb, oğlu Məhəmməd Rza şahla əvəz 
edilməsi  və  faşist  Almaniyası  ilə  əlaqələrin  kəsilməsi  ölkədə 
demokratik  hərəkatın  dirçəlməsinə  və  inkişafına  güclü  təkan 
verdi.  İkinci  Dünya  müharibəsinin  qurtarması  İranda 
demokratik hərəkatın daha da genişlənməsi üçün şərait yaratdı. 
Eyni  zamanda  ingilis  və  amerikan  imperialistlərinin  İranın 
daxili  işlərinə  qarışmaları  da  gücləndi.  Amerika  və  İngiltərə 
hakim  dairələrindən  dəstək  alan  İran  hökuməti    demokratik 
hərəkatla mübarizənin yeni mərhələsinə qədəm qoydu. 
Demokratik  hərəkata  qarşı  hökumətin  irtica  və  terror 
siyasəti ölkənin bütün vilayətlərini əhatə edirdi. İrtica və terror, 
xüsusilə  Cənubi  Azərbaycanda    geniş  vüsət  aldı.  Burada 
hakimiyyət orqanlarının, jandarmeriyanın və feodalların əhaliyə 
qarşı  özbaşınalığı  ilə  yanaşı  azərilərə  qarşı  milli  bərabərsizlik 
siyasəti  sosial  vəziyyəti  daha  çox  gərginləşdirirdi.  Bu  da 
Cənubi 
Azərbaycanda 
milli-azadlıq 
hərəkatının 
yeni 
mərhələsinin başlanmasına səbəb oldu. 
XX əsrdə bu vaxtadək artıq iki dəfə fars şovinizminə və 
irticaya qarşı böyük mübarizəyə qalxmış Cənubi Azərbaycanda 
Qəzənfər Rəcəbli 
 
 
400
milli-azadlıq  hərəkatının  genişlənməsi  Ümumiran  miqyasında 
gedən  bir  sıra  proseslərlə  yanaşı  bəzi  spesifik  səbəblərlə  də 
bağlı  idi.  Məlumdur  ki,  İran  hökuməti  Xiyabani  hərəkatını 
boğduqdan sonra azərilərin milli varlığını məhv etmək və milli 
şüurunu  kütləşdirmək  məqsədilə  milli  diskriminasiya  siyasəti 
yeridirdi.  Bu  siyasəti  həyata  keçirmək  üçün  bir  sıra  tədbirlər 
həyata  keçirilmişdi,  o  cümlədən,  İranda  azəri  dilində  qəzet, 
jurnal  və  kitab  nəşrinə  qadağa  qoyulmuşdu,  idarələrdə  və 
ictimai  yerlərdə  azəri  dilinin  işlədilməsinə  icazə  verilmirdi. 
"Azərbaycan"  geosiyasi  anlayışını  aradan  qaldırmaq  niyyətilə 
Şərqi  Azərbaycan 3-cü  ostanlığa,  qərbi  Azərbaycan  isə 4-cü 
ostanlığa çevrilmişdi. Azərbaycan ərazisindəki bütün idarələrdə 
fars  məmurları  işləyirdilər.  Bu  dövrdə  Ə.Kəsrəvinin  "Vahid 
İran  milləti"  nəzəriyyəsi  Cənubi  Azərbaycanda  geniş  təbliğ 
edilirdi.  Fars  şovinizminə  xidmət  edən  bu  nəzəriyyəyə  görə 
İranda  yaşayan  qeyri  millətlər  inkar  olunur,  onlar  Səfəvilər 
dövləti dövründə "özgələşmiş", xüsusilə də "türkləşmiş" farslar 
hesab edirdilər. XX əsrin 20-30-cu illərində Sovet İttifaqındakı 
siyasi  rejimin  nəticəsində  Cənubi  Azərbaycan  ilə  Şimali 
Azərbaycan  arasındakı  hər  cür  əlaqələrin,  hətta  mədəniyyət 
sahəsindəki  əlaqələrin  kəsilməsi  də  fars  şovinizmi  siyasətinə 
kömək edirdi. 
İkinci Dünya müharibəsinin əvvəllərində Sovet və ingilis 
qoşunlarının  İranda  olması  faktı  və  Rza  şahın  devrilməsi 
Cənubi  Azərbaycanda  siyasi  rejimin  qismən  də  olsa 
mülayimləşməsinə səbəb oldu. Təbrizdə azəri və fars dillərində 
olmaqla  iki  dildə  "Azərbaycan"  qəzeti  nəşr  olunmağa  başladı. 
1941-ci  ilin  oktyabrında  "Azərbaycan"  cəmiyyəti  yaradıldı. 
Lakin siyasi mühitin nisbi mülayimləşməsi çox davam etmədi. 
"Azərbaycan" qəzeti 6 aydan sonra Şərqi Azərbaycan ostanının 
qubernatorunun sərəncamı ilə bağlandı. İran mərkəzi hökuməti 
1945-ci  ilin  başlanğıcında  Azərbaycanda  genişlənməkdə  olan 
milli-demokratik  hərəkata  qarşı  hücuma  keçdi.  İran  Məclisi 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə