Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə103/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   99   100   101   102   103   104   105   106   ...   134

Azərbaycan Tarixi 
 
 
409 
güllələndi  və  həbs  olundu.  Azərbaycan  Demokrat  Partiyasının 
və  Milli  hökumətin  Təbrizdə  qalan  rəhbərləri  tutulub  edam 
edildilər. Milli hökumət dövründə az-çox siyasi fəallıq göstərən 
ziyalılar,  fəhlələr,  kəndlilər  və  bir  çox  sahibkarlar  təqiblərə 
məruz  qaldılar.  Cəza  tədbirlərindən  xilas  olmaq  üçün  on 
minlərlə  fədai,  Azərbaycan  vətənpərvəri  mühacirətə  qaçmağa 
məcbur oldular. Onların bir qismi Sovet Azərbaycanında siyasi 
sığınacaq  tapdı.  Azərbaycan  fədailərinin  çox  hissəsi  İranın 
cənub bölgələrinə sürgün edildilər. Sürgün edilənlərin sayı 300 
min  nəfərə  yaxın  idi,  öldurülənlərin  sayı  isə 25-30 min  nəfər 
təşkil  edirdi. "Mərdom"  qəzetinin 1947-ci  il 5 iyul  tarixli 
nömrəsində  xəbər  verilirdi  ki,  təkcə  Təbriz  şəhərinin 
küçələrində dar ağaclarından asılanların və güllələnənlərin sayı 
760 nəfər olmuşdur. 
Mərkəzi  şah  hökuməti  Azərbaycana  "bir  məğlub  ölkə", 
azərilərə  isə  "məğlub  bir  millət"  baxımından  yanaşaraq  Milli 
hökumətlə  bağlanmış  sazişi  ləğv  etdi.  Qısa  müddətdə  milli-
demokratik  hərəkatın  nailiyyətlərinin  üstündən  xətt  çəkildi. 
Əyalət əncüməninin fəaliyyəti dayandırıldı. Təbriz Universiteti, 
milli  teatr,  filarmoniya  radio,  kitabxanalar  və  s.  bağlandı, 
Səttarxan və Bağırxanın heykəlləri dağıdıldı. 
Cənubi  Azərbaycanda  milli  istiqlal  mübarizələrinə  qarşı 
aparılan siyasi repressiyaların davamı Şimali Azərbaycanda da 
özünü  göstərdi.  Sovet  Azərbaycanına  pənah  gətirmiş 
S.C.Pişəvəri 1947-ci  ildə  müəmmalı  avtomobil  qəzası  nəticə-
sində həlak oldu. 
Beləliklə, 1945-1946-cı  illər  Cənubi  Azərbaycan  milli-
demokratik  hərəkatı  məğlubiyyətə  uğradı.  Onun  məğlubiy-
yətinin bir sıra daxili obyektiv və subyektiv səbəbləri ilə yanaşı, 
o zaman böyük təsir gücünə malik olan xarici səbəbləri də var 
idi. Xarici səbəb SSRİ, ABŞ və İngiltərənin İrandakı siyasətilə 
bağlı  idi.  Əks  mövqelərdən  çıxış  edən  bu  dövlətlər  Cənubi 
Azərbaycanda 
milli-demokratik 
hərəkatı 
ilk 
vaxtlar 
Qəzənfər Rəcəbli 
 
 
410
dəstəkləsələr  də,  sonralar  öz  imperiya  maraqlarına  qurban 
verdilər. Deməli Cənubi Azərbaycan Milli hökumətinin süqutu 
zamanın  hökmü  idi.  Odur  ki,  milli-demokratik  hərəkatın 
məğlubiyyətinin  onun  ayrı-ayrı  rəhbərlərinin  səhmləri  ilə  izah 
etmək doğru olmazdı. 
24.3.  Milli  hökumətin  fəaliyyəti  dövründə  Cənubi  və 
Şimali  Azərbaycan  əhalisinin  bir-birinə  yenidən yaxınlaş-
masının  təməlinin  qoyulması  və  onun  İran  İslam 
inqilabından sonrakı  illərdə  milli  hərəkata  təsiri.  Cənubi 
Azərbaycanda 1945-1946-cı  illər  milli-demokratik  hərəkatının 
məğlubiyyətinə baxmayaraq, onun çox böyük tarixi əhəmiyyəti 
olmuşdur.  Bu  hərəkat,  ilk  növbədə,  Cənubi  Azərbaycan 
əhalisinin milli mənlik şüurunun və milli özünüdərkin inkişafı 
və  möhkəmlənməsi  prosesinə  ciddi  təsir  göstərdi.  Milli 
hökumətin fəaliyyəti dövründə diktatura rejimindən xilas olmuş 
və  azadlıq  badəsini  içmiş  xalq  onun  əsas  təzahürlərindən  biri 
kimi  ana  dilində  danışmağa,  yazıb-oxumağa,  yaratmağa 
başladı.  Azəri  dili  Cənubi  Azərbaycanda  məişət  ünsiyyəti 
vasitəsindən  çıxaraq  ictimai-siyasi,  mədəni  və  ədəbi  inkişaf 
vasitəsinə  çevrilməyə  başladı.  Qısa  tarixi  bir  dövrdə  milli  dil 
ideyası  əlçatmaz  bir  arzudan  ümummilli  ideya  səviyyəsinədək 
yüksəldi və artıq təşəkkül dövrünə qədəm qoymuş milli şüurun, 
milli  azadlıq  ideologiyasının  atributlarından  biri  oldu. 
Əhəmiyyətli  cəhət  odur  ki,  hərəkatın  ilk  çağlarında  milli  dil 
ideyasını  xalqın  geniş  demokratik  təbəqələri - müəllimlər, 
incəsənət  xadimləri,  mətbuat  işçiləri  və  b.  öz  təşəbbüsləri  ilə 
həyata  keçirməyə  başladılar.  Məktəblərdə,  dövlət  idarələrində 
və  ictimai  təşkilatlarda  doğma  azəri  dilində  danışılır,  qəzet  və 
jurnalların  nəşrinə  başlanmışdı.  Milli-demokratik  hərəkatın 
rəhbəri  Pişəvəri  milli  dil  ideyasına  yüksək  qiymət  verərək 
yazırdı: "Dil  məsələsi  ölüm-dirim  məsələsidir.  Bu  məsələdə 
güzəştə getmək olmaz". 


Azərbaycan Tarixi 
 
 
411 
Cənubi  Azərbaycanda 1941-1946-cı  illər  milli-demok-
ratik  hərəkatının  nəticəsində  Azərbaycan  Milli  hökumətinin 
yaranması  İran  dövləti  tərkibində  yaşayan  soydaşlarımızın  öz 
milli  varlığını  qoruyub  saxlamaları  və  gələcəkdə  birləşmək 
məqsədi  uğrunda  sonrakı  illərdəki  mübarizəsi  üçün  xüsusi 
əhəmiyyət kəsb etdi. Bu hərəkatın ən önəmli cəhətlərindən, ən 
mühüm  xidmətlərindən  biri  də  həmin  dövrdə  Cənubi 
Azərbaycan ilə Şimali Azərbaycan arasında, XX əsrin 20-30-cu 
illərində  kəsilmiş  əlaqələrin  bərpa  olunması  və  az  da  olsa 
inkişaf  etməsi  idi.  Cənubi  Azərbaycan  xalqının  yaddaşında 
Şimali  Azərbaycanda  onların  soydaşlarının  olmaları  haqqında 
xatirələri  təzələndi  və  onlar  əmin  oldular  ki,  Sovet 
Azərbaycanında  azərbaycanlılar  öz  milli  ənənələrini  davam 
etdirirlər,  öz  milli  mədəniyyətlərini  inkişaf  etdirirlər  və 
Azərbaycan milləti məhv olmamışdır. 
1941-1946-cı  illər  Cənubi  Azərbaycan  milli-demokratik 
hərəkatının  mühüm  tarixi  əhəmiyyətlərindən  biri  də, 
azərbaycanlılara  İran  dövlətini  parçalaya  bilən  potensial  bir 
qüvvə kimi baxan Mərkəzi İran hökumətinin ən çox qorxduğu 
"vahid  Azərbaycan"  ideyasının  yaranması  idi.  Onu  da  qeyd 
etmək lazımdır ki, Azərbaycan milli-demokratik hərəkatı təkcə 
İran  hökumətini  deyil,  öz  təsir  gücü  ilə  bütün  Yaxın  və  Orta 
şərqdə bir sıra dövlətləri də qorxuya salmışdı. 
Beləliklə, 1945-1946-cı illər milli-demokratik hərəkatı və 
onun  bəhrəsi  olan  Cənubi  Azərbaycan  muxtar  Milli  hökuməti 
Azərbaycan  xalqının  azadlıq  mübarizəsi  tarixinin  mühüm 
mərhələlərindən biri olmuşdur. Bu hərəkat məğlubiyyətə uğrasa 
da,  Cənubi  Azərbaycanın  sonrakı  tarixinə  qüvvətli  təsir 
göstərdi,  azəri  xalqında  öz  tarixi,  mədəniyyəti,  ənənələri  ilə 
milli  varlığı  ideyasını  möhkəmlətdi,  xalqın  bu  ideya  uğrunda 
gələcək mübarizəsi üçün möhkəm təməl qoydu. 
1941-1946-cı  illər  Cənubi  Azərbaycan  milli-demokratik 
hərəkatı  yatırıldıqdan  az  sonra  İranda  ingilislərin  inhisarında 
Qəzənfər Rəcəbli 
 
 
412
olan  neft  sənayesinin  milliləşdirilməsi  uğrunda  xalq  hərəkatı 
başlandı. Milli burjuaziyanın başçılıq etdiyi 1949-1953-cü illər 
hərəkatı nəticəsində ölkənin neft sənayesi üzərində İngiltərənin 
inhisarına  son  qoyulmasına  və  neft  sənayesinin  sonralar 
milliləşdirilməsi  üçün  zəmin  yaranmasına  baxmayaraq,  İranın, 
o  cümlədən  Cənubi  Azərbaycanın  ictimai-siyasi  həyatındakı 
ziddiyyətlər  aradan  qaldırılmadı.  İranın  bir  çox  bölgələrini, 
xüsusilə Cənubi Azərbaycanı XX əsrin 50-ci illərin sonu - 60-cı 
illərin  əvvəllərində  güclü  kəndli  çıxışları  bürüdü.  Bununla 
əlaqədar  olaraq,  hökumət  islahatlar  keçirmək  qərarına  gəldi. 
"Ağ  inqilab"  adı  ilə  tarixə  düşən  və 1962-ci  ildən  başlayaraq 
70-ci illərin ortalarınadək Məhəmməd Rza şah tərəfindən geniş 
miqyasda  həyata  keçirilən  bu  islahatlar  İranın  kapitalistcəsinə 
inkişafını sürətləndirməyi və onu inkişaf etmiş sənaye ölkəsinə, 
həmçinin  müasir  aqrar-sənaye  ölkəsinə  çevirməyi  nəzərdə 
tuturdu. 
1962-ci  ildə  keçirilmiş  aqrar  islahatı  kəndlilərin 
dövlətdən və mülkədarlardan torpaq sahələrini satın almalarına 
yardım  etməklə,  onları fermerlərə  çevirmək,  iri  və  orta  torpaq 
sahibləri  olan  mülkədarları  isə  kənd  burjuaziyası  kimi 
formalaşdırmaq məqsədi güdürdü. Aqrar islahatının nəticəsində 
1962-1978-ci illərdə Cənubi Azərbaycanda kəndlilərin təqribən 
80  faizi  torpaq  sahiblərinə  çevrildi.  Lakin  bu  islahat  Cənubi 
Azərbaycan  kəndində  sosial  gərginliyi  aradan  qaldıra  bilmədi. 
Bankların  verdikləri  vəsait  hesabına  torpaq  satın  ala  bilmiş 
kəndlilər  fermer  təsərrüfatları  yaratmaq  işində  böyük  maliyyə 
çətinliklərilə  qarşılaşırdılar.  İri  torpaq  sahibləri  olan 
mülkədarların  çoxu    isə  kapitalist  kənd  təsərrüfatı  yaratmaq 
imkanından lazımınca istifadə edə bilmədilər. 
XX  əsrin 60-70-ci  illərində  Cənubi  Azərbaycanda 
sənayenin 
müxtəlif  sahələri  də  yaradıldı.  Təbrizdə 
maşınqayırma, traktor, dizel mühərrikləri, neft emalı zavodları, 
Sofyanda  sement  zavodu  və  b.  sənaye  müəssisələri  tikildi. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə