Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə105/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   101   102   103   104   105   106   107   108   ...   134

Azərbaycan Tarixi 
 
 
417 
Lakin  teokratik  dövlət  şəraitində  demokratiya  uğrunda 
mübarizənin  çətinliklərinə  baxmayaraq,  Cənubi  Azərbaycan 
əhalisi  mütərəqqi  ziyalıların  başçılığı  altında  bu  gün  də  milli 
azadlıq  uğrunda  mübarizəni  davam  etdirir  və  azadlıq  şərbətini 
bir daha içmək  əminliyi ilə yaşayır. 
 
 
Ədəbiyyat: 
 
1. M. İbrahimov Cənubi Azərbaycanda 1945-1946-cı illər 
demokratik hərəkatı haqqında. Bakı, 1948, s. 3-44. 
2. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik, Bakı, 2002, s. 
188-195, 189-199, 260-278. 
3. Cənubi Azərbaycan tarixi məsələləri. Bakı, 1989, s. 18-43. 
4. Siyasi tarix. Prof. S.Qəndilovun redaktorluğu ilə mühazirə 
kursu, II hissə, Bakı, 1995, s. 44-51, 74-86. 
5. История Ирана. Москва, 1977, с. 355-369. 
Qəzənfər Rəcəbli 
 
 
418
 
 
 
  XXV FßSÈL 
 
SOVET AZƏRBAYCANIN MƏDƏNİYYƏTİ 
 
25.1. Sovet Azərbaycanında təhsil və elm. Azərbaycan 
SSR-də savadsızlığın ləğv edilməsi ilə yanaşı ümumi ibtidai 
təhsilə  də özəl  əhəmiyyət verilirdi. 1927/28-ci dərs ilində 
respublikada ümumi icbari ibtidai təhsilə keçilməsinə başlandı.  
XX  əsrin 30-cu illərində Azərbaycanda ümumtəhsil 
sistemi üç mərhələdən ibarət idi: ibtidai, natamam orta və orta 
təhsil. 1932/33-cü tədris ilində Azərbaycanda ibtidai, natamam 
orta və ümumtəhsil orta, habelə fabrik-zavod və kəndli gənclər 
məktəbləri üçün xüsusi fənn proqramları  tərtib edildi. Tədris 
sahəsində ümumi nailiyyətlərlə  bərabər Azərbaycan dilində 
yeni dərsliklərin hazırlanması  işində ciddi "əməliyyatlar" da 
aparılırdı, məktəb proqramlarından milli-mənəvi dəyərlərə dair 
müddəalar çıxarılırdı. Tarix və coğrafiya fənləri partiya 
"nəzarəti" altında idi. Mərkəzin tələbi ilə tarix fənninin 
proqramları "beynəlmiləlçilik" və böyük rus xalqına məhəbbət, 
slavyan vətənpərvərliyi tərbiyəsinin tələblərinə uyğunlaşdırıl-
malı idi. 
 XX əsrin 20-30-cu illərində respublikada ixtisaslı fəhlə 
kadrları hazırlanmasına dövlət qayğısı ilə  əlaqədar peşə 
təhsilinə  də xüsusi fıkir verilirdi. Respublikada texniki-peşə 
təhsilinin dörd tip təhsil müəssisəsi yaradılmışdı: 1) fabrik-
zavod şagirdliyi (FZŞ) məktəbləri, 2) peşə məktəbləri, 3) peşə 
kursları və 4) texnikumlar. Azərbaycanda 1921-ci ildən fəaliy-
yət göstərən FZŞ  məktəbləri daha geniş yayılmışdı.  İstehsalat 
əməyi ümumi və xüsusi təhsil elementlərini birləşdirən FZŞ 


Azərbaycan Tarixi 
 
 
419 
məktəbləri gəncləri texnikumlara və ali məktəblərə hazırlamaq 
məqsədinə də xidmət edirdilər. 
İkinci Dünya müharibəsi qurtardıqdan sonra Azərbaycan 
SSR-də 
təhsil 
şəbəkələrinin maddi-texniki bazasını 
möhkəmlətmək və  tədrisin səviyyəsini yüksəltmək üçün əməli 
tədbirlər həyata keçirildi. 1946-1970-ci illərdə respublikanın 
şəhər və  kəndlərində 74 min yerlik məktəbəqədər uşaq 
müəssisəsi və 444 min yerlik 169 ümumtəhsil məktəbi binaları 
tikilib istifadəyə verildi. 
1950/51-ci tədris ilində respublikada 4233, 1970/71-ci 
tədris ilində isə aıtıq 5115 ümumtəhsil məktəbi vardı. Gənclərin 
və yaşlıların istehsalatdan ayrılmadan təhsil almaları üçün 
1970/71-ci tədris ilində 772 axşam və qiyabi ümumtəhsil 
məktəbi fəaliyyət göstərirdi. 
1970-1980-ci illərdə respublikada 101 min yerlik 
məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verildi. 
Məktəbəqədər uşaq müəssisələrinin sayı 1990-cı ildə 2185-ə 
çatmışdı. Onlarda 181 min uşaq tərbiyə alırdı. Həmin illərdə 
respublikada 703 min yerlik 1058 ümumtəhsil məktəbi 
tikilmişdi. 1990/91-ci tədris ilində respublikanın  şəhər və 
kəndlərində 4356, o cümlədən 4368 gündüz, 58 axşam və 
növbəli ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Ümumtəhsil 
məktəblərində  hər il orta hesabla 1.400.000-ə  qədər  şagird 
təhsil alırdı. Bu məktəblərdə 132 min müəllim dərs deyirdi. 
1949-cu ildən Azərbaycanda ümumi icbari yeddiillik 
təhsilə keçid başlandı. 1959-cu ildən icbari səkkizillik təhsil 
tədbiq olundu. Politexnik təlimə diqqət artırıldı, məktəblərin 
nəzdində tədris emalatxanaları yaratmağa başlandı. 1966-cı ildə 
isə ümumi orta təhsilə keçildi və texniki-peşə  məktəblərinin 
sayı artırıldı. 70-80-ci illərdə 100 yeni texniki-peşə  məktəbi 
yaradıldı. 1990-cı ildə respublikada 176 texniki-peşə  məktəbi 
vardı. Onlarda 83 minə  qədər  şagird sənaye, nəqliyyat, kənd 
təsərrüfatı və məişət xidməti sahələri üzrə peşələrə .yiyələnirdi. 
Qəzənfər Rəcəbli 
 
 
420
XX  əsrin 20-30-cu illərində  mədəni quruculuğun  ən 
mühüm vəzifələrindən biri fəhlə  və  kəndlilərdən sovet 
ziyalıları, mütəxəssis kadrlar hazırlamaq idi. Bu vəzifə  əsasən 
ali məktəblərin öhdəsinə düşürdü. Sovet Azərbaycanında ilk 
çağlar yeganə ali məktəb hələ Cümhuriyyət dövründə 1919-cu 
ildə yaradılmış Bakı universiteti idi. Fəaliyyətə başladığı vaxt 
universitetdə iki fakültə - tibb və tarix-filologiya fakültələri 
vardı. 1921-1922-ci tədris ilində isə ictimai elmlər fakültəsinə 
çevrilmiş tarix-filologiya fakültəsi və fizika-riyaziyyat elmləri 
bazasında pedaqoji fakültə yaradıldı. 1921-ci ildə ölkədə ilk 
texniki ali məktəb - Azərbaycan Politexnik İnstitutu açıldı. 
Həmin il Bakıda müəllim kadrları hazırlayan Pedaqoji İnstitut, 
Ali Bədii Məktəb və Konservatoriya açıldı. 
Yerli  əhalidən ali təhsilli mütəxəssislər hazırlamaq üçün 
Moskva və Leninqradın ali məktəblərinə çoxlu azərbaycanlı 
tələbələr göndərilirdi. 1925-ci ildə Sovet Rusiyasının və başqa 
sovet respublikalarının ali məktəblərinə 150 azərbaycanlı tələbə 
göndərilmişdi. 
Ali məktəblərə fəhlə-kəndli gənclərin qəbulu işinə kömək 
məqsədilə 1920-ci ildə Bakı universitetinin nəzdində hazırlıq 
kursu rolunu oynayan fəhlə fakültəsi yaradılmışdı. Birinci il 
burada təhsil rus dilində aparılırdı. 1921-ci ildə həmin fakültədə 
80 nəfər dinləyicisi olan Azərbaycan şöbəsi də açıldı. 1923/24-
cü tədris ilində Azərbaycan dılində  fəhlə fakültələri Gəncə  və 
Şəkidə də açıldı. Bu dövrdə Azərbaycan ali təhsil sisteminin ən 
böyük nöqsanı ali məktəblərin "proletarlaşdırılması" siyasəti 
idi. Ali məktəblərə yalnız fəhlə  və yoxsul kəndlilərin uşaqları 
qəbul edilirdilər. Bu da əhalinin geniş kütləsinin, o cümlədən
ziyalıların və keçmiş burjua və mülkədarların uşaqlarının ali 
məktəblərə yolunu bağlayır, ali təhsilli mütəxəssislər hazırlan-
ması işinin keyfiyyətinə mənfi təsir göstərirdi. 
1930-cu ildən Azərbaycan ali təhsil müəssisələrinin yeni-
dən qurulmasına başlandı. Azərbaycan Politexnik İnstitutun 
mühəndis-inşaat fakültəsi müstəqil  İnşaat  İnstitutuna çevrildi, 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə