Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə106/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   102   103   104   105   106   107   108   109   ...   134

Azərbaycan Tarixi 
 
 
421 
kənd təsərrüfatı fakültəsi  əsasında Gəncədə  Kənd Təsərrüfat 
İnstitutu yaradıldı, irriqasiya və su nəqliyyatı şöbələri bazasında 
Cənubi Qafqaz (Zaqafqaziya) Pambıqçılıq  İnstitutu yaradıldı, 
Politexnik İnstitut özü isə Neft İnstitutuna çevrildi. 
Bakı Universiteti də əsaslı dəyişikliyə uğradı. Onun tibb 
fakültəsi müstəqil Azərbaycan Tibb İnstitutuna, pedaqoji 
fakültəsi Azərbaycan Pedaqoji İnstitutuna, hüquq fakültəsi 
Sovet Quruculuğu və Hüquq İnstitutuna, iqtisad fakültəsi isə 
Kooperativ Ticarət  İnstitutuna çevrildi. Nəticədə 1930-cu ildə 
Bakı Universiteti öz fəaliyyətini müvəqqəti dayandırdı. 
1930/31-ci tədris ilində Azərbaycanda Diş Müalicəsi 
İnstitutu, Avtomobil Nəqliyyatı  İnstitutu, Qırmızı Professorlar 
İnstitutu, Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunun Bakı filialı 
kimi ali məktəblər yaradıldı. Beləliklə, XX əsrin 30-cu illərində 
Azərbaycanda 15 ali məktəb var idi. Onlarda on min tələbə 
təhsil alırdı. 1940/41-ci tədris ilində isə Azərbaycan Dövlət 
Universiteti bərpa olundu və ali məktəblərin sayı 16-ya, 
tələbələrin sayı 14600 nəfərə çatdırıldı. 
Müharibədən sonrakı illərdə Azərbaycanda ali təhsil daha 
da inkişaf etdi. 1945-ci ildə Teatr İnstitutu yaradıldı, 1968-ci 
ildə isə  İncəsənət  İnstitutu adlandınldı. 1947-ci ildə Pedaqoji 
İnstitutun xarici dillər fakültəsi bazasında Xarici Dillər 
İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu yaradıldı. 1951-ci 
ildə, fəaliyyətini 1941-ci ildə dayandırmış, Xalq Təsərrüfatı 
İnstitutu bərpa olundu. 1952-ci ildə Rus dili və  Ədəbiyyatı 
İnstitutu təşkil edildi. 1959-cu ildə Xarici Dillər  İnstitutu ilə 
Rus dili və  Ədəbiyyatı  İnstitutu birləşdirilib Pedaqoji Dillər 
İnstitutu adlandırıldı. 1973-cü ildə Pedaqoji Dillər İnstitutunun 
bazasında Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı 
Slavyan Universiteti) və Pedaqoji Xarici Dillər İnstitutu (indiki 
Azərbaycan Dillər Universiteti) təşkil edildi. Azərbaycan 
Dövlət Pedaqoji İnstitutunun fılialları bazasında 1972-ci ildə 
Naxçıvan, 1973-cü ildə Stepanakert (indiki Xankəndi) Pedaqoji 
Qəzənfər Rəcəbli 
 
 
422
İnstitutları, 1976-cı ildə  İnşaat Mühəndislər  İnstitutu, 1981-ci 
ildə Gəncə Texnoloji İnstitutu təşkil edildi. 
XX  əsrin 80-ci illərinin sonunda respublikada 17 ali 
məktəb vardı. 1945/46-cı  tədris ilində Azərbaycan ali 
məktəblərində 19,6 min nəfər, 1950/51-ci tədris ilində 28,6 min 
nəfər, 80-ci illərin sonunda isə 100 min nəfərdən çox tələbə 
təhsil alırdı, hər il 17-18 min gənc ali təhsilli mütəxəssis 
diplomu alırdı. Bunlardan əlavə keçmiş SSRİ-nin mərkəzi 
şəhərlərindəki qabaqcıl ali məktəblərdə də Azərbaycan üçün ali 
təhsilli kadrlar hazırlanırdı. Əgər 70-ci illərə qədər hər il 40-50 
nəfər gənc SSRİ-nin mərkəzi  şəhərlərindəki ali məktəblərdə 
təhsil alırdılarsa, respublikaya ulu öndər Heydər  Əliyevin 
rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən çox 
şəhərində 135 mülki, 105 hərbi ali məktəbdə Azərbaycan üçün 
17 min nəfərdən çox mütəxəssis hazırlanmışdı. 
Respublikanın ali məktəblərində 1950-ci ildə 2 min nəfər, 
1970-ci ildə 5 min nəfər, 80-ci illərin axırlarında isə 8,5 min 
nəfər professor-müəllim heyəti çalışırdı. 1970-ci ildə respub-
likada tələbələrin təlim-tərbiyəsi ilə 500-dən çox professor
1140-dan çox dosent məşğul olurdusa, 80-ci illərin axırlarında 
onların sayı müvafıq olaraq 612 nəfərə və 3021 nəfərə çatmışdı. 
XX  əsrin 20-ci illərində Azərbaycanda təbiət - texnika 
elmləri sahəsində elmi-tədqiqat müəssisələri yox idi. Lakin 
Bakı Universitetinin, Azərbaycan Politexnik İnstitutunun, 
sonralar Neft Akademiyasının və b. ali məktəblərin kafed-
ralarında geniş elmi-tədqiqat işləri aparılırdı. Mərkəz SSRİ-nin 
əsas neft bazası olan Bakıda neft-qazma texnikası, neft kimyası, 
geologiya və energetika sahələrinin elmi idarəçiliyinə xüsusi 
fikir verirdi. Bu məqsədlə Bakıya görkəmli alimlər - akad. 
İ.Qubkin, akad. İ.Kurçatov, prof. A.Qurvin, prof. D.Qolub-
yatnikov, prof. M.Abramoviç və b. göndərilmişdi. Onlarla 
çiyin-çiyinə istedadlı azərbaycanlı alimlər F.Rüstəmbəyov, 
E.Tağıyev, X.Məlikaslanov və başqaları çalışır, neft 


Azərbaycan Tarixi 
 
 
423 
mədənlərinin istismarının təkmilləşdirilməsinə texniki rəhbərlik 
edirdilər. 
İctimai elmlərin inkişafı sahəsində  də ilk addımlar Bakı 
Universitetində atılmışdır. Bu sahədə  də sinfı keçmişinə görə 
Rusiyanın mərkəzi  şəhərlərində  sıxışdırılan və Azərbaycanda 
sığınacaq tapmış akad. V.Bartold, akad. N.Marr, akad. 
İ.Meşşaninov, prof. A.Makovelski, prof. Y.Bertels, prof. 
A.Batmanov və b. görkəmli alimlərin xidmətləri olmuşdur. 
Azərbaycanda ictimai elmlərin inkişafında 1923-cü il noyabrın 
2-də yaradılmış "Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiy-
yəti"nin müstəsna rolu olmuşdur; Cəmiyyətin sədri görkəmli 
yazıçı və mədəniyyət xadimi Ə.Haqverdiyev idi. N.Nərimanov 
və S.Ağamalıoğlu Cəmiyyətin fəxri üzvləri idilər. ATTC-nin 
üzvləri arasmda akad. V.Bartold, akad. N.Marr, akad. İ.Meşşa-
ninov, akad. S.Oldenburq, M.H.Baharlı. A.Divanbəyoğlu, 
B.Çobanzadə, H.Cəbiyev, A.Sübhanverdixanov, Ü.Hacıbəyli, 
Y.V.Çəmənzəminli,  Ə.Ələkbərov və b. görkəmli  şəxslər var 
idi. Cəmiyyətin Naxçıvan, Lənkəran, Gəncə,  Şəki,  Şamaxı, 
Zaqatala və Dağlıq Qarabağ  şöbələri vardı. 1925-ci ildə 
Moskva və Leninqradda da Cəmiyyətin  şöbələri açıldı. 
Cəmiyyət Azərbaycan xalqının  ədəbiyyatının, folklorunun, 
arxeologiyasının, etnoqrafiyasının və dilçilik məsələlərinin 
öyrənilməsi sahəsində böyük işlər görmüşdür. 
1929-cu ildə Azərbaycan MİK-nin nəzdində yaradılmış 
Azərbaycan Dövlət Elmi- Tədqiqat İnstitutu Azərbaycan SSR-
in ali elmi idarəsi kimi respublikanın bütün elmi idarə  və 
təşkilatlarının fəaliyyətini birləşdirirdi. Onun 53 nəfərdən ibarət 
həqiqi üzvləri arasında akademiklər V.Bartold, N.Marr, 
İ.Qubkin, İ.Meşşaninov, İ.Pokrovski, Samoyloviç,   
professorlar A.Makovelski, İ.Yesman, X.Məlikaslanov, 
V.Xuluflu, B.Çobanzadə kimi tanınmış alimlər də vardı. 
1932-ci ildə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan 
Şöbəsi yaradıldı. 1935-ci ilin oktyabrında isə SSRİ EA 
Azərbaycan Filialı yaradıldı. Onun tərkibində geologiya, fizika, 
Qəzənfər Rəcəbli 
 
 
424
energetika, torpaqşünaslıq bölmələri, kimya, botanika, 
zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və  ədəbiyyat 
institutları var idi. Azərbaycan EA AF-nin sədri akad. İ.Qubkin 
idi. Azfılialm 66 nəfərdən ibarət Elmi Şurasının tərkibində 
SSRİ Elmlər Akademiyasının həqiqi üzvləri V.Volgin, 
V.Komarov, D.Pryanişnikov, A.Samoyloviç, Q.Qraftio, 
N.Vavilov, N.Zelinski, müxbir üzvü Y.Bertels var idi. Bu 
dövrdə Azərbaycanın gələcək görkəmli alimləri M.Qaşqay, 
Ə.Əlizadə, S.Quliyev, K.Quluzadə, S.Vəzirov,  İ.Baybakov, 
S.Orucov, A.Yaqubov, A.Əliyev,  Ş.Əzizbəyov, Q.Əfəndiyev 
və başqaları elmi fəaliyyətə başlamışdılar. 
XX  əsrin 30-cu illərinin sonunda SSRİ EA AF-nin 
rəhbərliyi altında 60-dək elmi idarə elm və texnikanın aktual 
problemləri ilə  məşğul olur, respublikanın məhsuldar qüv-
vələrinin inkişafına qiymətli töhfələr vermişlər. Azərbaycanın 
energetika alimləri Mingəçevir su qovşağının layihəsini hazırla-
maqla respublikanın enerji sisteminin möhkəmləndirilməsinə 
öz töhfələrini vermişlər. Bu dövrdə ictimaiyyətçi alimlər və 
ədəbiyyatçılar dahi Nizaminin 800 illik yubileyinə hazırlıq 
məqsədilə onun əsərlərinin nəşri ilə bağlı böyük iş aparırdılar. 
Ədəbiyyatşünasların M.Füzulinin, M.F.Axundzadənin və 
M.P.Vaqifin  əsərlərini nəşrə hazırlayıb çap etdirmələri 
Azərbaycan xalqına  ən yaxşı töhfələr sayıla bilər.  İctimai 
elmlərin bu dövrdə  ən böyük nailiyyəti 1941-ci ildə 
"Azərbaycan tarixinin qısa oçerkləri" kitabının nəşridir. Kitabın 
İkinci Dünya müharibəsi dövründə  vətənpərvərlik tərbiyəsi 
üçün böyük əhəmiyyəti vardı. 
Müharibə illərində  Azərbaycan alimləri zirehli texnikaya 
qarşı top mərmiləri, özüidarə olunan bombalar, çoxpilləli 
minalar, polad və çuqunu duru yanacaqla əritməyə imkan verən 
texnologiya hazırlamaqla cəbhəyə öz borclarını verirdilər. 
1941-ci ilin mayında akademik Yusif Məmmədəliyevin 
başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə