Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə109/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

Azərbaycan Tarixi 
 
 
433 
teatrın açılışı oldu. Dövlət Dram Teatrı Mirzağa  Əliyev, 
Mərziyə Davudova, Ağadadaş Qurbanov, Sidqi Ruhulla, Rza 
Təhmasib, Ülvi Rəcəb, Abbas Mirzə  Şərifzadə, Möhsüm 
Sənani kimi görkəmli səhnə ustalarının sayəsində yüksək 
zirvələrə qalxdı. Azərbaycan Dram Teatrının səhnəsində 
C.Cabbarlınm dram əsərləri  əsas yer tuturdu. Onun "Aydın", 
"Sevil" və "Oqtay Eloğlu" pyesləri milli dramaturgiyamızın 
qızıl fonduna daxil edilmişdir. 1926-cı ildə V.Şekspirin 
"Hamlet" faciəsi Azərbaycanda ilk dəfə tamaşaya qoyulmuş
baş rolda - Hamlet rolunda A.M.Şərifzadə oynamışdır. 
1923-cü ildə Bakıda bütün Şərqin ilk teatr texnikumunun 
açılması böyük tarixi hadisə oldu. Texnikum Ş.Məmmədova və 
A.M.Şərifzadənin rəhbərliyi ilə  təkcə Azərbaycan üçün deyil, 
Orta Asiya respublikaları üçün də aktyor kadrları hazırlayırdı. 
30-cu illərin siyasi represiyaları Azərbaycan teatr 
səhnəsindən də yan keçmədi. Azərbaycan teatr səhnəsində 
faciəli rolların görkəmli ifaçıları Abbas Mirzə Şərifzadə və Ülvi 
Rəcəb də 1937-ci il repressiyasının qurbanı oldular. 
XX əsrin 20-ci illərində milli musiqi incəsənətimizin yeni 
əsaslı inkişaf bazası yaradılırdı. Respublikada geniş xalq 
kütlələri üçün xüsusi musiqi təhsili sisteminin yaradılmasında 
peşəkar Azərbaycan musiqisinin banisi Ü.Hacıbəylinin misilsiz 
xidmətləri olmuşdur. Onun təşəbbüsü ilə 1921-ci il avqustun 
26-da Bakıda Azərbaycan Dövlət Konservatoriyası - Şərqdə ilk 
musiqi akademiyası təsis edildi. Konservatoriyaya azərbaycanlı 
uşaqları  cəlb etmək məqsədilə Ü.Hacıbəyli 1922-ci ildə ilk 
professional Azərbaycan musiqi məktəbi yaratdı. Tezliklə 
texnikuma çevrilən bu məktəb 1926-cı ildə Konservatoriyanın 
nəzdində orta musiqi məktəbi oldu. 
Ü.Hacıbəyli, M.Maqomayev və başqa mütərəqqi musiqi 
mədəniyyəti xadimləri musiqi folklorunu toplamaq və dərindən 
öyrənməyə xüsusi diqqət yetirirdilər. Konservatoriyada 
Azərbaycan xalq mahnı  və  nəğmələrini öyrənən və toplayan 
Komitə  fəaliyyət göstərirdi. 1927-ci ildə Komitə Ü.Hacıbəyli 
Qəzənfər Rəcəbli 
 
 
434
və M.Maqomayevin redaktə etdikləri və  təkmilləşdirdikləri 
birinci "Azərbaycan türk xalq mahnıları" məcmuəsini buraxdı. 
1925-ci ildə  əvvəllər dram teatrının nəzdində  fəaliyyət 
göstərən opera truppası Azərbaycan Dövlət Opera və Balet 
Teatrına çevrildi. Həmin teatrda Ü.Hacıbəylinin "Leyli və 
Məcnun", "Əsli və  Kərəm", "O olmasın, bu olsun" və "Arşın 
mal alan", M.Maqomayevin "Şah  İsmayıl" və digər milli 
bəstəkarların operaları  və musiqili komediyaları (operettaları) 
tamaşaya qoyulmuşdur. Teatrın rus truppası isə 1927-ci ildə 
bəstəkar Qliyerin "Şahsənəm", Çaykovskinin "Yevgeni 
Onegin" və "Qaratoxmaq qalın", Borodinin "Knyaz İqor", 
Musorqskinin "Boris Qodunov", Bizenin "Karmen", Rossininin 
"Sevilya bərbəri", Verdinin "Riqaletto", Puççininin "Toska" və 
s. əsərləri tamaşaya qoydu. 
Azərbaycanın istedadlı cavan bəstəkarı Asəf Zeynallı 
(1909-1932) milli və Avropa musiqisinin qarşılıqlı  əlaqələrini 
dərinləşdirən ilk Azərbaycan romanslarını yaratdı. Onun 
"Ölkəm", "Çadra" və "Sərhədçi" romansları yüksək vətənpər-
vərlik ruhu aşılayırdı. 
XX  əsrin 30-cu illərində xalq musiqi yaradıcılığı  və 
ifaçılığı geniş vüsət aldı. Bu sahədə xalqın böyük məhəbbətini 
qazanmış  sənətkarlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, 
Qurban Primov və  Bəhram Mansurov xüsusilə  fərqlənirdilər. 
Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 
musiqi sənətinin inkişafında böyük rolu olmuşdur. 
1934-cü ildə Azərbaycan Bəstəkarlar  İttifaqının yaradıl-
ması musiqi mədəniyyətimizin inkişafında önəmli hadisə kimi 
qeyd edilməlidir. 1936-cı ildə isə Azərbaycan Dövlət Filarmo-
niyası açıldı  və Azərbaycan Dövlət xoru və xalq rəqsləri 
ansamblı yaradıldı. 
1937-ci ildə tamaşaya qoyulmuş Ü.Hacıbəylinin "Kor-
oğlu" operası milli opera sənətinin klassik nümunəsi, Azərbay-
can opera musiqisinin ən uca zirvəsi oldu. Bəstəkar Əfrasiyab 


Azərbaycan Tarixi 
 
 
435 
Bədəlbəyli isə "Qız qalası"  əsəri ilə milli baletimizin əsasını 
qoydu (1940).  
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti 
ongünlüyü xalqın musiqi mədəniyyətinin nailiyyətlərinə böyük 
baxış oldu. Ongünlüyün nəticəsində Ü.Hacıbəyli, M.Qliyer, 
Bülbül və  Ş.Məmmədova SSRİ xalq artisti adı aldılar, 
Azərbaycan Dövlət Opera və Balet Teatrına isə Lenin ordeni 
verildi. 1940-cı ildə "Koroğlu" operasına görə Ü.Hacıbəyliyə 
SSRİ Dövlət mükafatı verildi və o, Azərbaycan Dövlət 
Konservatoriyasının rektoru təyin edildi. Onun rəhbərlik etdiyi 
Konservatoriyada Azərbaycan musiqi sənətinə dünya şöhrəti 
gətirən Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Cövdət Hacıyev, 
Sultan Hacıbəyov, Süleyman Ələskərov və Tofıq Quliyev kimi 
sənətkarlar yetişdi. 
XX əsrin 20-30-cu illərində Azərbaycan kinematoqrafının 
təşəkkül tapıb müasir inkişaf yoluna çıxdığı illər kimi 
səciyyələnə bilər. 1921-ci ildə Azərbaycanda ilk bədii film olan 
"Qız qalası" çəkildi. 1928-ci ildə "Vulkan üzərində ev", 1929-
cu ildə "Hacı Qara" və "Sevil", 1934-cü ildə  "İsmət", 1936-cı 
ildə "Almas" və 1938-ci ildə "Kəndlilər" bədii filmləri 
yaradıldı. 
Zəhmətkeş kütlələri incəsənətin təsviri sənət növünə 
alışdırmaq məqsədilə 1920-ci ildə Xalq Maarif Komissarlığı 
nəzdindəki incəsənət  şöbəsində  bədii bölmə yaradılmışdı. 
Bölməyə görkəmli rəssam  Ə.Əzimzadə  rəhbərlik edirdi. 
Azərbaycan hökumətinin 1924-cü ildə  qəbul olunmuş "Qədim 
abidələrin qeydə alınması  və onların mühafizəsi haqqında" 
qərarına uyğun olaraq, memarlıq abidələrinin, sarayların, qədim 
evlərin, karvansaraların və bütün incəsənət sərvətlərinin qeydə 
alınması  və mühafizəsi işinə başlandı. Təsviri sənət sahəsində 
milli kadrlar hazırlamaq məqsədilə 1921-ci ildə Ali Bədii 
Məktəb açıldı. 1932-ci ildə yaradılmış Azərbaycan Rəssamlar 
İttifaqının təsviri sənətin inkişafında xüsusi rolu olmuşdur. 
Qəzənfər Rəcəbli 
 
 
436
XX əsrin 20-30-cu illərinin ən görkəmli rəssamları Əzim 
Əzimzadə  və  Bəhruz Kəngərli olmuşlar.  Ə.Əzimzadə 
Azərbaycanda yeni qrafika sənətinin banisi hesab edilir. Onun 
siyasi plakatları qrafika sənətinin aydınlığı  və asan başa 
düşülməsilə seçilirdi. "Molla Nəsrəddin" və digər jurnallarda 
çıxış edən rəssam özünün kəskin satirik şəkil və 
karikaturalarında daxili və beynəlxalq həyatda baş verən 
mühüm hadisələri ustalıqla  əks etdirirdi. Ə.Əzimzadənin teatr 
tamaşalarının bədii tərtibatı  işində  də böyük xidmətləri 
olmuşdur. O, "Hacı Qara", "Ölülər", "Əsli və Kərəm", "Leyli və 
Məcnun", "Dağılan tifaq", "Ağaməhəmməd Şah Qacar", "Şeyx 
Sənan" və b. səhnə  əsərləri üçün maraqlı geyim eskizləri 
çəkmişdir. Xalqın tarixini, etnoqrafiyasını  və folklorunu 
dərindən bilmək  əsasında yaradılmış bu əsərlər təkcə  bədii 
deyil, həm də tarixi dərketmə  əhəmiyyətinə malikdi. 
Ə.Əzimzadə Azərbaycan Rəssamlar  İttifaqının təşkilatçısı  və 
ilk sədri olmuşdur. 
Dəzgah rəssamlığının inkişafında mühüm rol oynamış 
B.Kəngərli görkəmli  şəxsiyyətlərin portretlərini çəkmiş, lirik 
lövhələr və miniatürlər yaratmışdır. Onun "Aylı gecə", "Şəlalə", 
"İlanlı dağ" və "Çinarlar" lövhələri incə lirikanın  ən gözəl 
nümunələridir. 
Bu dövrdə Azərbaycanda dekorativ tətbiqi sənətin  ən-
ənəvi sahələri - xalçaçılıq, bədii tikmə, zərgərlik, ağac üzərində 
oyma və s. sənətləri də dirçəlirdi. Portret xalça sənətkarlığının 
ən gözəl nümunəsi L.Kərimovun eskizi üzrə hazırlanmış 
"Firdovsinin portreti" xalçası idi. Bu xalça 1937-ci ildə Parisdə 
Ümumdünya sərgisində müvəffəqiyyətlə nümayiş etdirilmişdi. 
Səhnə tərtibatı ustaları içərisində R.Mustafayev seçilirdi. 
O, "Şahnamə", "Od gəlini" və "1905-ci ildə" tamaşalarına de-
korasiyalar vermişdi. 
Görkəmli heykəltaraşlar F.Əbdürrəhmanov və C.Qaryağ-
dının yaradıcılıqları da XX əsrin 30-cu illərindən başlanır. 
Gənc heykəltaraşlar ilk əsərlərində Azərbaycan yazıçılarının və 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə