Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə108/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   104   105   106   107   108   109   110   111   ...   134

Azərbaycan Tarixi 
 
 
429 
Azərbaycanın SSR XKS-nin qərarı ilə mükafata layiq 
görülmüşdü. Həmin illərdə C.Cabbarlı  ənənələri ilə 
yetkinləşmiş Azərbaycan dramaturgiyası S.Vurgun yaradıcılığı 
ilə yeni pilləyə qalxdı  və onun "Vaqif"  (1939) və "Xanlar" 
(1939) pyesləri ilə  şöhrət tapdı. S.Rüstəmin "Qaçaq Nəbi" 
dramı ona şöhrət qazandırmışdı. S.Rəhmanın "Toy" və 
"Xoşbəxtlər" komediyaları Azərbaycan teatrlarının səhnəsində 
müvəffəqiyyətlə nümayiş etdirilirdi. 
Lakin Azərbaycan sovet ədəbiyyatının inkişaf yolu heç də 
hamar deyildi. Respublikanın  ədəbi mühiti mürəkkəb və 
ziddiyyətli idi. Mətbuat səhifələrində Azərbaycanın görkəmli 
şair və yazıçılarına qarşı hücumlar edilir, onların yaradıcılığı 
kəskin tənqid edilir, özləri isə köhnəpərəstlikdə, bədbinliyi 
təbliğ etməkdə ittiham edilirdilər. Tənqid və hücumlara ən çox 
H.Cavid, 
Ə.Cavad, H.K.Sanılı, Y.V.Çəmənzəminli, 
Ə.Haqverdiyev və M.S.Ordubadi məruz qalırdılar.  
Azərbaycan ədəbi mühütindəki ziddiyyətlər kütləvi siyasi 
represiyalar başlayanda ağır cinayətlərlə 
nəticələndi. 
Azərbaycanın görkəmli ziyalıları, yazıçıları və şairləri H.Cavid, 
Ə.Cavad, S.Hüseyn, M.Müşfıq, Y.V.Çəmənzəminli,  Ə.Nəzmi, 
S.Mümtaz, T.Simurq, B.Çobanzadə və bir çox başqaları 1937-
ci il siyasi represiyalarının qurbanları oldular. Lakin onlar öz 
əsərləri ilə adlarını Azərbaycan ədəbiyyatı salnaməsində əbədi 
olaraq həkk etdirmişlər. 
  İkinci Dünya müharibəsi illlərində humanizm, xəlqilik 
və  vətənpərvərlik  ənənələrinə sadiq qalan Azərbaycanın 
ədəbiyyat xadimləri - yazıçılar və  şairlər öz əsərləri vasitəsilə 
insanlarda Vətənə  məhəbbət, düşmənə nifrət hissi aşılayır, 
cəsurluq, mətinlik və igidlik duyğuları tərbiyə etməklə düşmən 
üzərində  qələbəyə inam yaradırdılar.  Şair və yazıçılar orduya 
çağırış məntəqələrində, hərbi hissələrdə, müəssisə və idarələrdə 
çıxış edərək insanları vətənpərvərliyə yə qələbəyə səsləyirdilər. 
S.Vurğun, O.Sarıvəlli, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, 
Z.Xəlil, T.Əyyubov, Ə.Vəliyev, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, 
Qəzənfər Rəcəbli 
 
 
430
M.İbrahimov, Mir Cəlal bir neçə  dəfə  cəbhə  xəttinə gedərək 
416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyalarının 
döyüşçüləri ilə görüşlər keçirmişdilər. 
Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Mehdi 
Hüseyn, Mir Cəlal,  Ənvər Məmmədxanlı, Yusif Şirvan və 
başqalarının vətənpərvərlik mövzusunda "Döyüşən qələm" 
bədii əsərlər toplusu çap olundu. Uşaqlar və yeniyetmələr üçün 
isə "Vətən mahnıları" adlı kitab çap olunmuşdu.  Azərbaycan 
ədəbiyyatı müharibə illərində M.Hüseynin "Nizami" və "And", 
S.Rüstəmin "Partizanlar", S.Rəhimovun "Fitnə", Z.Xəlilin 
"Namus bayrağı", S.Vurğunun "Fərhad və Şirin" kimi tərbiyəvi 
əhəmiyyətli dram əsərləri ilə  zənginləşdi.  
Müharibədən sonrakı ilk illərdə Azərbaycan  ədəbiyyatı 
ictimai-siyasi həyatla sıx  əlaqədə inkişaf etmiş, oxucularda 
böyük maraq oyadan əsərlər yaradılmışdı. Poeziya sahəsində 
S.Vurğunun "Muğan" və "Zəncinin arzuları", M.Rahimin 
"Leninqrad göylərində" və S.Rüstəmin "Qafurun qəlbi" kimi 
poemalar yazıldı. Nəsr sahəsində M.Hüseynin "Abşeron", 
M.Cəlalm "Yaşıdlarım", Ə.Vəliyevin "Gülşən", M.Süleymano-
vun "Yerin sirri", M.S.Ordubadinin "Dumanlı  Təbriz" və 
"Qılınc və  Qələm" romanları  və M.Hüseynin "Komissar" 
povesti xalqın tarixinin mühüm səhifələrinə, müasir həyata və 
azadlıq uğrunda mübarizə hərəkatına həsr edilmişdilər. Drama-
turgiya sahəsində  İ.Əfəndiyevin "Bahar suları",  Ə.Məmməd-
xanlının "Şərqin səhəri", C.Məcnunbəyovun "Böyük məhəb-
bət",  İ.Qasımovun "Xəzər üzərində  şəfəq" və S.Rəhmanm 
"Aydınlıq" pyeslərində müasirliyə maraq güclü idi. 
1947-ci ildə böyük Azərbaycan şairi, dünya poeziyasının 
Günəşi, böyük filosof, mütəfəkkir Nizami Gəncəvinin 800 illik 
yubileyi dünya miqyasında qeyd edildi. Yubiley münasibətilə 
Gəncədə 1946-cı ildə dahi şairin məqbərəsi açıldı. SSRİ 
Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının böyük 
Nizaminin yubileyinə həsr edilmiş təntənəli plenumu keçirildi. 


Azərbaycan Tarixi 
 
 
431 
Yubiley Moskvada, Leninqradda və Sovet İttifaqının digər 
mədəni mərkəzlərində təntənə ilə qeyd olundu. 
50-ci illərdə Azərbaycan yazıçıları yeni ədəbi nailiyyətlər 
qazandılar. S.Vurğunun "Aygün" poemasında  əməyin qüdrəti 
və şəxsiyyətin fərdi duyğuları bədii təhlilini tapır. Azərbaycan 
nəsri M.İbrahimovun "Böyük dayaq", M.Hüseynin "Səhər", 
M.Cəlalın "Yolumuz hayanadır",  Ə.Vəliyevin "Çiçəkli", 
İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə",  Ə.Sadıqın 
"Mingəçevir", S.Rəhmanın "Böyük günlər", S.Rəhimovun  
"Ağbulaq dağlarında", 
İ.Şıxlının "Ayrılan yollar", 
İ.Hüseynovun "Yanar ürək",  İ.Əfəndiyevin "Söyüdlü arx", 
Ə.Əbülhəsənin "Tamaşa qarınm nəvələri" və H.Seyidbəylinin 
"Telefonçu qız" roman və povestlərilə zənginləşdi. Azərbaycan 
dramaturgiyasında bədii kamillik kəsb edən  Ə.Məmmədxan-
lının "Od içində" və "Şirvan gözəli", İ.Əfəndiyevin "Atayevlər 
ailəsi", R.Rzanm "Qardaşlar",  İ.Qasımov və H.Seyidbəylinin 
"Dəniz cəsurları sevir" və İ.Səfərlinin "Göz həkimi" əsərlərində 
bir sıra bitkin bədii surətlər yaradıldı. 
60-cı illərdə S.Rəhimovun "Mehman", S.Rəhmanın 
"Yalan", İ.Hüseynovun "Doğma və yad adamlar", Elçinin "Ağ 
dəvə", M.İbrahimovun "Gələcək gün" və P.Makulunun 
"Səttarxan" romanları oxucular tərəfindən rəğbətlə qarşılan-
mışdı. Bu sənət  əsərlərində  cəmiyyətdə, ailədə  və  nəsillər 
arasında olan ziddiyyətlərin səbəbləri məharətlə açıqlanırdı. 
70-ci illərdə Azərbaycan ədəbiyyatı poeziyanın yeni-yeni 
nümunələrinin yaradılması ilə  fərqlənir. Mirvarid Dilbazinin 
"Bənövşələr üşüyəndə", "Ana qanadı", "Dağ çiçəyi" və 
"Yasəmən fəsli", Nigar Rəfibəylinin "Günəşdən gənclik 
istədim" və "Bizə bahar yaraşır",  İslam Səfərlinin "Çiçək 
təranəsi", "Dan ulduzu, bir də  mən"  Əli Kərimin "Qaytar ana 
borcumu", "Uşaqlar və ulduzlar", "Pillələr" və "Qayıq", Nəbi 
Xəzrinin "Dərələr", "Ulduz karvanı", "Heykəlsiz abidə" və 
"İnam", Rəsul Rzanın "Dünən, bugün, sabah", "Güneylər və 
quzeylər" və "Üzü küləyə", Bəxtiyar Vahabzadənin "Muğam" 
Qəzənfər Rəcəbli 
 
 
432
və "Atılmışlar" şeirlər kitablarında məhəbbət, torpağa bağlılıq, 
vətənpərvərlik, azadlıq ideyaları, Azərbaycan qadınlarının 
mənəvi zənginliyi, Vətənin təbii gözəllikləri, insanların nəcib 
arzu və istəkləri, ümumbəşəri hiss və düşüncələr başlıca yer 
tuturdu. 
70-80-ci illərdə Azərbaycanın bədii nəsri zəngin inkişaf 
yolu keçmişdir. Bu illərdə S.Rəhimovun "Ana abidəsi" və 
"Qafqaz qartalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", 
Əzizə  Cəfərzadənin "Aləmdə  səsim var mənim",  Ələviyyə 
Babayevanın "Adamlar və talelər",  İsa Hüseynovun "Nəsimi" 
və M.İbrahimovun "Pərvanə" roman və povestləri yazılmışdır.  
70-80-ci illərdə Azərbaycan dramaturgiyası da yeni 
əsərlərlə  zənginləşdi. Bu illərdə yazılmış M.İbrahimovun 
"Bəşəri komediya", İ.Qasımovun "Nağıl başladı", 
B.Vahabzadənin "Yağışdan sonra", İ.Əfəndiyevin "Billur 
sarayda" və Anarın "Şəhərin yay günləri" pyeslərində mənəvi-
əxlaqi və psixoloji problemlər əsas yer tuturdu. 
Azərbaycan Sovet ədəbiyyatı XIX əsrin sonu - XX əsrin 
əvvəllərində yazıb-yaratmış klassik yazıçılarımızın  ənənələrini 
davam etdirərək həm realist, həm də romantik ruhlu bədii 
əsərlərlə 
gənclərimizin qəlbini oxşamış, xalqımızı 
vətənpərvərlik və xəlqilik ruhunda tərbiyə etmişdir. 
25.3. Sovet Azərbaycanının incəsənəti.  XX  əsrin 20-ci 
illərində Azərbaycan teatrınm inkişafında da müəyyən 
irəliləyişlər olmuşdur. 1920-ci ildə Mayılov teatrının binasmına 
Dövlət Teatrı yaradıldı. O vaxt bütün dram və opera 
kollektivləri orada cəmləşmişdi. Elə  həmin ildə Bakıda 
Azərbaycan Akademik Dram Teatrının özəyi olan ilk teatr 
truppası formalaşdı. Onun yaradılmasında görkəmli yazıçı 
Ə.Haqverdiyevin böyük rolu olmuşdur.  
1920-ci ildə, Mart soyqırımı vaxtı ermənilər tərəfindən 
yandırılmış H.Z.Tağıyev teatrının bərpasına başlandı. Teatr 
binasının bərpası 1922-ci ildə başa çatdırıldı və yanvar ayında 
M.F.Axundzadənin "Hacı Qara" komediyasının tamaşası ilə 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə