Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə112/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

Azərbaycan Tarixi 
 
 
445 
Azərbaycan Milli Dövlət Tarix Muzeyində  əsas 
ekspozisiya ilə yanaşı  hər il mühüm hadisələrə  və  əlamətdar 
günlərə  həsr edilmiş tematik və  səyyat sərgilər təşkil edilirdi. 
Tarix Muzeyinin eksponatları Paris, Madrid, London, Bu-
dapeşt, Tokio, Nyu-York və b. şəhərlərdə keçirilən sərgilərdə 
nümayiş etdirilmişdir.  Milli Azərbaycan Dövlət Tarix Muzeyi 
YUNESKO-nun nəzdində olan Beynəlxalq Muzeylər Ko-
mitəsinin üzvü seçilmişdir. 
Azərbaycanda tarixi və memarlıq abidələrinin mühafizə-
sinə dövlət qayğısı mövcuddur. Respublikada 6500 tarix, 
arxeologiya və memarlıq abidəsi dövlət tərəfindən qeydə 
alınmış və qorunur. 
Əhalinin mədəni səviyyəsinin yüksəldilməsində  və 
ictimai-siyasi fəallığının artmasında KİV  əhəmiyyətli rol 
oynayır.  Hələ Azərbaycan sovetləşməsindən qabaq  Bakıda 
bolşeviklərin rus dilində "Bakinskiy raboçiy" və Azərbaycan 
dilində "Kommunist" adlı  mətbuat orqanları vardı. "Bakinskiy 
raboçiy" qəzeti 1906-cı ildən "Kommunist" qəzeti isə 1919-cu 
ilin aprelin 29-dan nəşr edilirdi. Sovet hakimiyyəti qurulduqdan 
sonra bu qəzetlər Azərbaycan KP MK-nın Azərbaycan SSR 
MİK-nin və Azərbaycan SSR XKS-nin mərkəzi mətbuat 
orqanları oldular. Bu ictimai-siyasi qəzetlərlə  bərabər 1932-ci 
ildə Bakıda "Ədəbiyyat" adlı ədəbi-bədii qəzet də nəşr edilirdi. 
1953-cü ildə bu qəzetin adı  dəyişdirilib "Ədəbiyyat və 
incəsənət" adlandırıldı. 1923-cü ildən Bakıda "Maarif və 
mədəniyyət" adlı ədəbi-bədii jurnal da nəşr edilirdi. Bu jurnalın 
adı 1928-ci ildə  dəyişdirilib "İnqilab və  mədəniyyət", 1936-cı 
ildə - "Revolyusiya və kultura", 1941-ci ildə ""Vətən uğrunda", 
1946-cı ildə - yenidən "İnqilab və mədəniyyət", 1953-cü ildən 
isə "Azərbaycan" adlandırıldı. 
Müharibədən sonrakı illərdə Sovet Azərbaycanında nəşr 
edilən qəzet və jurnalların sayı xeyli artdı. l946-cı ildə 
Azərbaycanda 87 qəzet və  21  jurnal  çıxırdısa, onlarm sayı 
1970-ci ildə müvafiq olaraq 118-ə və 116-ya çatdı. 1990-cı ildə 
Qəzənfər Rəcəbli 
 
 
446
isə respublikada 259 qəzet və jurnal nəşr olunurdu. 1946-cı 
ildən "Azərbaycan gəncləri" və "Molodyoj Azerbaydjana", 
1959-cu ildən "Bakı", 1963-cü ildən "Baku", 1946-cı ildən 
"Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət" və "Sovet 
kəndi" qəzetləri, 1946-cı ildən "Pioner", 1957-ci ildən "Kirpı", 
1958-ci ildən "Göyərçin", 1961-ci ildən "Elm və həyat", 1967-
ci ildən "Ulduz" jurnalları  və 1969-cu ildən "Qobustan" 
incəsənət almanaxı  nəşr olunur. 80-ci illərin sonunda ölkədə 
demokratik hərəkatın genişlənməsi və plüralizm nəticəsində 
onlarla yeni formal və qeyri-formal qəzet və jurnallar çıxmağa 
başladı. 
Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbli-
ğində 1946-cı ildə yaradılmış "Azərbaycanın Xarici Ölkələrdə 
Dostluq və  Mədəni  Əlaqələri Cəmiyyəti"nin önəmli rolu ol-
muşdur. 
Azərbaycan KİV şəbəkəsində radio və televiziya veriliş-
ləri xüsusi yer tutur. Müharibədən sonrakı illərdə Azərbaycan 
radiosu hər gün birinci proqramla və "Araz" proqramı ilə efirə 
çıxırdı. 1956-cı il fevralın 14-ü Azərbaycan Telestudiyasının 
yaradılması ölkəmizin KİV tarixində böyük hadisə oldu. Tele-
viziya xalqın gündəlik həyatına girdi, onun mənəvi həyatının 
bir hissəsinə çevrildi. 
 
Ədəbiyyat
 
1. Azərbaycan tarixi. 7 cilddə, 6-cı cild, s. 201-249, 308-367,  
7-ci cild, Bakı, 2003, s. 31-42, 162-190, 290-298. 
2. H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, 1992. 
3. H.Əliyev. Mədəni irsimizin keşiyində. I-II kitablar, Bakı, 
2001. 
4. Azərbaycan incəsənti. Bakı, 1992. 
5. Azərbaycan kino tarixinin oçerkləri. Bakı, 2001. 
6. Azərbaycan sovet ədəbiyyatı. Bakı, 1988. 
7. Azərbaycan Tarix Muzeyinin 50 illiyi. Bakı, 1973. 


Azərbaycan Tarixi 
 
 
447 
8. X.Əlimirzəyev. Təhsil, elm və səhiyyə 50 ildə. Bakı, 1970. 
9. N.Xəlilov. Azərbaycanın məktəb və pedaqoji fikir 
tarixindən. Bakı, 1998. 
10. F.Məqsudov. Heydər  Əliyev və Azərbaycan elmi. Bakı, 
1998. 
11. İ.Rəhimli. Azərbaycan teatr tarixi. Bakı, 2005. 
12. M.Süleymanov. Eşitdiklərim, oxuduqlarım və gördüklə-
rim. Bakı, 1987. 
 
 
 
 
Qəzənfər Rəcəbli 
 
 
448
 
 
 
 
XXVI FßSÈL 
 
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 
MÜSTƏQİLLİYİNİN BƏRPASI 
 
26.1.  "Yenidənqurma"  siyasəti  və  Azərbaycanda 
uydurma  "Dağlıq  Qarabağ  problemi".  XX  əsrin 60-cı 
illərində  Sovet  İttifaqında  keçirilən  islahatlar  iflasa  uğradı. 
Çünki  ictimai-iqtisadi  üsul-idarə  toxunulmaz  qalmışdı,  ictimai 
həyatın bütün sahələrində partiya amirliyi davam edirdi. Partiya 
daxilində isə mənəvi çürümə prosesi gedirdi. Məkrli və fırıldaq 
yollarla varlanan rəhbər işçilər "sosialist həyat tərzi" meydanına 
uyğun gəlməyən dəbdəbəli həyat sürür və yığdıqlarından asudə 
bəhrələnmək 
üçün 
mövxud 
ictimai-siyasi 
quruluşun 
dağılmasına  çalışır,  yaxud  bu  prosesə  biganə  qalırdılar. 70-ci 
illərin  ortalarında  böhranın  əlamətləri  görünməyə  başladı - 
elmi-texniki  inqilab  ləngiyirdi,  təbii  ehtiyatlar  istehsalında 
çətinliklər yaranırdı, maddi nemətlərin qıtlığı özünü göstərir və 
qiymətlər sürətlə qalxırdı. Artıq 80-ci illərin ortalarında böhran 
ölkənin  bütün  ictimai-siyasi,  iqtisadi  və  mənəvi  həyatını 
bürüdü.  Dövləti  qanunlar  deyil,  partiya  elitasının  maraqları 
idarə edirdi. Qanunsuzluq və ona qarşı mübarizənin səmərəsiz-
liyi adamları siyasi həyata münasibətdə biganələşdirirdi. 
Sovet  cəmiyyətinin  iflasını  xarici  səbəblər  də  sürətlən-
dirirdi.  Qərbdə  "bəla  imperiyası"  adlandırılan  Sovet  super 
dövləti  böyük  çətinliklərlə  kapitalist  və  sosialist  sistemləri 
arasında  hərbi  paritet  yaratmağa  müvəffəq  olmuşdu.  Lakin 
kapitalist  dünyasının  antikommunizm  qüvvələri  dünyanın 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə