Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə99/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   95   96   97   98   99   100   101   102   ...   134

Azərbaycan Tarixi 
 
 
393 
dirilməsi və respublikada yeni mütərəqqi sənaye sahələrinin 
yaradılması,  iqtisadi  və  sosial  yüksəliş.  XX  əsrin 60-cı 
illərinin  ortalarında  bütün  Sovet  İttifaqında  oluğu  kimi 
Azərbaycanda da iqtisadi və mədəni həyatın bütün sahələrində 
durğunluq  baş  vermişdi.  Respublika  sənayesinin,  kənd 
təsərrüfatının, tikintinin və xidmət sahələrinin heç bir sahəsində 
plan  göstəriciləri  yerinə  yetirilmir,  mənəviyyat  sahəsində 
rüşvətxorluq,  bürokratizm  və  dövlət  vəsaitini  mənimsəmək, 
dövlət  əmlakını  dağıtmaq  halları  baş  alıb  gedirdi.  Belə  bir 
şəraitdə  Moskvanın  təşəbbüsü  ilə  Azərbaycan  KP  MK-nın 
1969-cu  il  iyulun 14-də  keçirilən  Plenumu  respublikaya 
rəhbərliyi  möhkəmlətmək  sahəsində  tarixi  bir  addım  atdı, 
Mərkəzi  Komitənin  birinci  katibi  vəzifəsinə,  bundan  öncə 
respublika  Dövlət  Təhlükəsizlik  Komitəsinə  rəhbərlik  edən 
Heydər  Əliyevi  seçdi.  Azərbaycanın  müasir  tarixində 1969-cu 
ildə dönüş mərhələsinin təməli qoyuldu. 
Çağdaş  dövrdə  Azərbaycanla bağlı taleyüklü  vəzifəni 
boynuna  götürən  Heydər  Əliyev  həmin  il  avqustun 5-də 
Azərbaycan  KP  MK-nın  Plenumunda  məruzə  ilə  çıxış  edərək 
respublikanın  iqtisadiyyatını  dərin  və  hərtərəfli  təhlil  etdi, 
təsərrüfata rəhbərlikdə, mədəni quruculuq sahəsində və ideoloji 
işdə  ciddi  nöqsanlar  olduğunu  qeyd  etdi  və  onları  aradan 
qaldırmaq yollarını göstərdi. 
Heydər  Əliyev  qısa  müddətdə  respublikada  idarəçilik 
sistemini  xeyli  möhkəmləndirdi,  bütün  dövlət  hakimiyyəti 
orqanlarının  işini  böyük  uzaqgörənliklə  xalqın  iqtisadi,  sosial 
və  mədəni  tərəqqisi  və  milli  oyanış  siyasətinin  reallaşmasına 
yönəltdi. O, rüşvətxorluğa, təsərrüfatsızlığa və dövlət əmlakını 
dağıtmağa  qarşı  mübarizəyə  başladı.  Heydər  Əliyev  ağlı, 
bacarığı  və  yorulmaq  bilmədən  fəaliyyəti  nəticəsində  Sovet 
İttifaqının  rəhbərliyində  böyük  nüfuz  qazandı.  O, 1976-cı  ildə 
Sov.  İKP  MK  Siyasi  Bürosunun  üzvlüyünə  namizəd, 1982-ci 
ildə Siyasi Bürosunun üzvü seçildi. 
Qəzənfər Rəcəbli 
 
 
394
Heydər  Əliyevin  mövcud  reallıqlar  daxilində  məharətlə 
həyata  keçirdiyi  çoxcəhətli  siyasi-dövlətçilik  fəaliyyətinin 
nəticəsi  olaraq  Sovet  İttifaqında  XX  əsrin 70-ci  illərində  əsas 
iqtisadi  göstəricilərin  artım  sürətinin  aşağı  düşdüyü  bir  vaxtda 
Azərbaycanda  bütün  iqtisadi  göstəricilər  durmadan  artırdı. 14 
ildə  respublikada  milli  gəlirin  ümumi  həcmi 2,5 dəfə,  sənaye 
istehsalı 2 dəfə,  xalq  istehlakı  malları 3 dəfə,  kənd  təsərrüfatı 
istehsalının ümumi həcmi 2,7 dəfə artmış, 250-dən çox fabrik, 
zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil 
şəraiti yaxşılaşdırılmışdı. 
Heydər Əliyev 1976-cı ildə Sov. KİP MK, SSRi Nazirlər 
Soveti  və  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  "Azərbaycanda 
yeni mütərəqqi sənaye sahələrinin yaradılması haqqında" birgə 
qərarının qəbul edilməsinə nail oldu.  Azərbaycan KP MK-nın 
1976-cı  il  Oktyabr  və  Noyabr  plenumlarında  mərkəzin  həmin 
qərarı  müzakirə  olundu  və  Azərbaycanda  radioelektronika  və 
dəqiq cihazqayırma  sənaye  sahələrinin  yaradılması  və  inkişaf 
etdirilməsi  tədbirləri  hazırlandı. Həmin  tədbirlərin  həyata 
keçirilməsi  nəticəsində  Azərbaycanda  IX-X  beşilliklərdə  hərbi 
sənaye əhəmiyyətli və kosmik tədqiqatlarla bağlı 11 iri sənaye 
müəssisəsi, radioelektronika zavodları tikilib istifadəyə verildi. 
Sonuncu, 12-ci  nəhəng  müəssisə - Əhmədlidə  tikilən  robot 
dəzgahlar  zavodunun  tikintisi  isə  Heydər  Əliyev  Moskvaya 
rəhbər  işə  aparıldıqdan  sonra  yarımçıq  qaldı  və  sonralar  ləğv 
edildi. 
Azərbaycanın  neft  sənayesinin  Xəzər  dənizi  hesabına 
böyük gələcəyini nəzərə alaraq, Heydər Əliyev uzaqgörənliklə 
son dərəcə mühüm bir tədbir də həyata keçirdi. Sovet İttifaqının 
ümumi  vəsaitindən  alınan 400 milyon  manat  hesabına  Bakıda 
dərin dəniz özülləri kimi nəhəng bir zavod tikildi. 
Ümumiyyətlə,  XX  əsrin 70-80-ci  illərinin  əvvəllərində 
yeni  tikilən  müəssisələr  Azərbaycan  sənayesinin  istehsal 
quruluşunun  təkmilləşdirilməsində  və  məhsul  istehsalının 


Azərbaycan Tarixi 
 
 
395 
artırılmasında  əhəmiyyətli  rol  oynamışdır.  Həmin  illərdə 
respublikada  istifadəyə  verilən  yeni  sənaye  müəssisələri 
Azərbaycanda  sovet  hakimiyyətinin  əvvəlki 50 ili  ərzində 
tikilən  müəssisələrin 70 faizinə  qədər  idi.  Həmin  illərdə 
istifadəyə  verilən  sənaye  müəssisələri  sırasında  Bakı  məişət 
kondinsionerləri  zavodu,  Bakı  şampan  zavodu,  Bakı  və 
Xankəndində  iri  ayaqqabı  fabrikləri,  Gəncə  xalça  və  qənnadı 
fabrikləri  və  çini  qablar  zavodu,  Sumqayıt  kompressorlar 
zavodu, Mingəçevirdə Yeni Azərbaycan Dövlət Rayon Elektrik 
Stansiyası,  Mingəçevir  yol  maşınları  və  rezin-texnika 
məmulatları  zavodları,  Əli  Bayramlı  (indiki  Şirvan)  məişət 
cihazları,  avtomatik  və  telemexanika  zavodları,  Ağdam 
dəzgahqayırma  və  metiz-furnitur  zavodları,  Naxçıvan  alt 
trikotaj  fabriki,  Yevlax  yunun  ilkin  emalı  zavodu,  Göyçay 
pambıqəyrici  fabriki,  Neftçala  yeni  yod-brom  zavodu,  Salyan 
plastik  kütlə  emalı  zavodu,  Şəmkir  SES  və  onlarla  yüngül  və 
yeyinti sənaye müəssisələri vardı. Üzümçülüklə məşğul olan az 
qala hər kənddə şərab zavodu tikilmişdi. Həmin illərdə tikilən 
sənaye  müəssisələrinin 158-i,  yəni 70 faizi  Bakı-Sumqayıt 
iqtisadi  rayonun  hüdudlarından  kənarda,  respublikanın  başqa 
bölgələrində  idi.  Bu  da  Azərbaycanda  sənayenin  müxtəlif 
bölgələrdə  yerləşdirilməsi  probleminin  həllində  önəmli  rol 
oynadı. 
XX  əsrin 70-80-ci  illərinin  əvvəllərində  Azərbaycanın 
kənd  təsərrüfatının  maddi  bazasının  genişləndirilməsi ilə 
yanaşı,  torpaq  fondunun  intensiv  yollarla  mənimsənilməsi  və 
ixtisaslaşma  sistemi  də  güclənmişdi.  Nəticədə 1981-1985-ci 
illərdə respublikada illik kənd təsərrüfatı məhsulu istehsalı taxıl 
üzrə orta hesabla 1239,5 min ton, pambıq üzrə - 861, 4 min ton, 
tərəvəz üzrə - 890,4  min ton, üzüm üzrə 1829,2 min ton, çay 
üzrə - 29,2 min ton, meyvə və giləmeyvə üzrə - 317, 5 min ton, 
kartof üzrə - 1898 min ton, barama üzrə - 6 min ton, tütün üzrə 
- 56,9 min ton təşkil edirdi. 
Qəzənfər Rəcəbli 
 
 
396
İqtisadi  potensialı  ilbəil  möhkəmlənən  Azərbaycanın 
inkişafının üzə çıxan yeni-yeni imkanlarının gerçəkləşdirilməsi 
üçün Heydər Əliyev düşünülmüş  və əsaslandırılmış maliyyə və 
başqa  resurs  təminatı  almaq  barədə  təşəbbüslərlə  çıxış  edirdi. 
Bu,  ilk  növbədə,  Azərbaycanın  Sovet  İttifaqında  o  zaman  çox 
yüksəlmiş  nüfuzu  və  tutduğu  mövqeyi  ilə  bağlı  idi. Həmin 
illərdə  Azərbaycanda  bütün  İttifaqın  neft-mədən  avadanlığının 
üçdə  iki  hissəsi,  məişət  kondinsionerlərinin  hamısı,  sintetik 
kauçuk  və  bir  sıra  kimya  məhsullarının  xeyli  hissəsi  istehsal 
olunurdu. Azərbaycan 70-ci illərin axırında ildə orta hesabla 2 
milyon tona qədər üzüm istehsal edərək İttifaqda birinci, 700-
800  min  ton  pambıq  istehsal  edərək  dördüncü, 6 min  ton 
barama  istehsal  edərək  ikinci  yerdə  dururdu.  Bu  baxımdan 
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanın 
sosial-iqtisadi  inkişafında  çox  böyük  imkanlara  malik  mühüm 
bir istiqamət kimi müalicə, istirahət və turizm sahəsinin əsaslı 
dərəcədə  genişləndirilməsi  barədə  təklifinin  Sov.  İKP  MK 
Siyasi  Bürosu  tərəfindən  qəbul  edilməsinin  əhəmiyyəti  xüsusi 
qeyd edilməlidir. 
Respublika  iqtisadiyyatının  kompleks  halında  hərtərəfli 
inkişafı  çox  mühüm  problemlərin  həllində,  xüsusilə  əhalinin 
maddi  rifah  halının  və  sosial  vəziyyətinin  yüksəldilməsində 
əhəmiyyəti rol oynadı. 
 
Ədəbiyyat: 
 
 1. Azərbaycan tarixi. 7 cilddə, 7-ci cild, s. 103-248.  
2. H.Əliyev. Sovet Azərbaycanı 50 ildə. Bakı, 1970. 
3. H.Əliyev. Azərbaycan SSR. Bakı 1983. 
4. Əsrlərə bərabər illər: 1969-1999. Bakı, 2000. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə