Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə98/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   94   95   96   97   98   99   100   101   ...   134

Azərbaycan Tarixi 
 
 
389 
dı.  Sumqayıt  boru-prokat  zavodu 1952-ci  il  dekabrın 31-də 
istifadəyə verildi. 1955-ci il martın 8-də isə Sumqayıtda əlvan 
metallurgiyanın ilkini olan alüminium zavodu işə salındı. 
1954-cü  il  yanvarın 10-da  Mingəçevir  SES-in  birinci 
növbəsi işə salındı. Həmin ilin sonunadək digər dörd aqreqatın 
işə  düşməsindən  sonra  Mingəçevir  SES-in  gücü 356 min 
kilovata  çatdı. 1954-cü  ilin  aprelində  Daşkəsən  filiz-mədən 
tikintisi  başa  çatdırıldı.  Daşkəsəndəki  filiz-saflaşdırma 
kombinatında 1960-cı  ildə  dəmir  filizi  çıxarmaq  üçün  əlavə 
qurğular  işə  salındı.  Daşkəsənin  filizsaflaşdırma  kombinatı 
Quşçu körpüsü dəmiryolu stansiyası ilə iki xətdən ibarət 6 km 
uzunluğunda  hava kanat  yolu  ilə  birləşdirildi.  Daşkəsən  filizi 
Alabaşlı - Quşçu  dəmiryolu  xətti  ilə  Gürcüstanın  Rustavi 
metallurgiya  kombinatına  daşınırdı.  Buradan  isə,  öz 
növbəsində,  hazır  metalın  bir  hissəsi  Sumqayıt  boru-prokat 
zavoduna göndərildi. 
Müharibədən  sonrakı  illərdə  Azərbaycanın  digər 
bölgələrində  də  sənaye  müəssisələri  yaradıldı.  Daşkəsən  filiz-
mədəninin  işə  salınması  və  elektrik  dəmir  yolunun  çəkilməsi 
Zəylik  alunit  yatağının  alüminium  filizindən  istifadə  etməyə 
imkan yaratdı. 1955-ci ildə respublikanın ikinci sənaye mərkəzi 
Gəncədə  əlvan  metallurgiyamızın  ən  iri  müəssisələrindən  biri 
olan  gil-torpaq  kombinatının  tikintisinə  başlandı.  Ordubad 
rayonunda  əvvəllər  yaradılmış  Paraqaçay  molibden  mədəni  və 
saflaşdırıcı  fabriki  ilə  yanaşı, 1954-cü  ildə  indiki  Şərur 
rayonunda  gümüşlü  qurğuşun  yatağının  sənaye  miqyasında 
işlənməsinə  başlandı.  Azərbaycanın  bir  çox  rayonlarında  yeni 
yüngül  sənaye  və  yeyinti  sənaye  müəssisələri,  inşaat 
materialları  müəssisələri - sement  və  kərpic  zavodları  işə 
salındı.  Nəticədə,  əgər 1940-cı  ildə  respublika  sənaye 
məhsullarının 90 faizindən  çoxu  Bakı  və  onun  rayonlarının 
payına düşürdüsə, 1958-ci ildə bu rəqəm 65, 1 faizə endi. 
Qəzənfər Rəcəbli 
 
 
390
23.2.  Müharibədən  sonrakı  illərdə  siyasi  rejimin 
mülayimləşdirilməsi  şəraitində  Azərbaycanın  ictimai-siyasi 
və  iqtisadi  həyatında  dəyişikliklər.1953-cü  il  martın 5-də 
Stalin vəfat etdikdən sonra Sovet İttifaqında hakimiyyəti 1953-
cü  il  sentyabrın 3-də  Sov.  İKP  Mərkəzi  Komitəsinin  birinci 
katibi  seçilmiş  N.Xruşşov  ələ  aldı.  N.Xruşşovun  şəxsiyyətə 
pərəstiş  və  onun  acı  nəticələrini  aradan  qaldırmaq  uğrunda 
mübarizəsi  şəraitində  siyasi  mülayimləşdirmə  prosesində 
ictimai-siyasi həyatda deformasiya və dəyişikliklər baş verdi. 
1953-cü  il  iyulun 12-13-də  Azərbaycan  KP  Mərkəzi 
Komitəsi və Bakı Komitəsinin birgə Plenumunda M.C.Bağırov 
partiya rəhbərliyindən uzaqlaşdırıldı. (O, öncə Azərbaycan SSR 
Nazirlər Şurasının sədri, sonra isə Kuybışevneft birliyi rəisinin 
müavini  işlədi. 1956-cı  il  aprelin 26-da  isə  Bakıda  SSRİ  Ali 
Məhkəməsi  Hərbi  Kollegiyasının  hökmü  ilə  ölüm  cəzasına 
məhkum  edildi).  Azərbaycan  KP  MK-nın  birinci  katibi  öncə 
Teymur  Yaqubov  oldu, 1954-cı  il  fevralın 14-16-da  keçirilən 
Azərbaycan  KP  XX  qurultayında  İman  Mustafayev  seçildi. 
Azərbaycan SSR  Nazirlər Sovetinin sədri Sadıx Rəhimov,  Ali 
Soveti  Rəyasət  Heyətinin  sədri  isə  görkəmli  yazıçı  Mirzə 
İbrahimov oldular. 
Respublikanın  yeni  rəhbərliyi  iqtisadi  tərəqqiyə  nail 
olmağa,  xalqın  vəziyyətini  yaxşılaşdırmağa,  milli  və  mənəvi 
dəyərlərin,  mədəniyyətin,  elmin  və  təhsilin  inkişaf 
etdirilməsinə  cəhdlər  göstərdilər.  Sənayenin  inkişafı,  yeni  iş 
yerlərinin  açılması,  kəndli  gənclərin  Bakıya  axını  nəticəsində 
paytaxtın iqtisadi-ictimai həyatında azərbaycanlı kadrların rolu 
artdı.  Beynəlmiləl  şəhər  kimi  məşhurlaşmış  Bakı  azərbay-
canlaşma  yoluna  düşdü.  Respublikanın  kənd  təsərrüfatına 
göstərilən diqqət nəticəsində ərzaq məhsulları istehsalı artmağa 
başladı. Azərbaycan rəhbərliyi Mərkəz qarşısında respublikada 
istehsal olunan pambığın emalı üçün yerlərdə müvafiq fabrik və 


Azərbaycan Tarixi 
 
 
391 
zavodların tikilməsi məsələsini qaldırdıqda, onlar millətçilikdə 
ittiham olundular. 
İctimai-siyasi  mülayimləşmə  şəraitində  respublikada 
Azərbaycan  dilinin  rəsmi  dövlət  dili  statusunun  təmin 
olunmasına  təşəbbüs  edildi.  Bu  məsələnin  mətbuatda  açıq 
müzakirəsi keçirildi. Mirzə İbrahimovun təşəbbüsü ilə 1956-cı 
ildə  Azərbaycan  SSR  Ali  Soveti  Azərbaycan  SSR-in 1937-ci 
ildə  qəbul  edilmiş  Konstitusiyasına  Azərbaycan  dilinin 
respublikada dövlət dili olması haqqında maddə əlavə edildi. 
Azərbaycanda  milli  özünüdərk,  milli  oyanış  əlamətlərini 
hiss  edən  Mərkəz  respublikanın  rəhbərliyinə  qarşı  təqiblərə 
başladı.  Mərkəz  xalqı  qorxutmaq,  özünə  tabe  saxlamaq  üçün 
növbəti  dəfə  Dağlıq  Qarabağ  məsələsini  ortaya  atdı.  İndiki 
Ermənistanın  və  Dağlıq  Qarabağın  erməni  əhalisi  Dağlıq 
Qarabağın Ermənistan SSR-ə verilməsini tələb etməyə başladı. 
Ermənistan SSR-də antitürk əhvali-ruhiyyə yenidən qızışdırıldı. 
1958-ci  ildə  Bakıya  gəlmiş  erməni  katolikosu  II  Uozger 
həyasızcasına  Dağlıq  Qarabağın  Ermənistan  SSR-ə  verilməsi, 
Bakıda  erməni  ruhani  seminariyasının  açılmasını,  hər  səhər 
Bakının mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına 
icazə  verilməsini  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədrinə 
təklif  etmiş,  lakin  rədd  cavabı  almışdı.  O  vaxt  sərhəd 
dəyişiklikləri  etməkdən  ehtiyat  edən  Mərkəz  Azərbaycan 
rəhbərliyini  millətçilik  siyasəti  yeritməkdə  təqsirləndirdi.  Sov. 
İKP  MK  Azərbaycan  partiya  təşkilatının  işini  yoxlamaq  üçün 
Bakıya 26 nəfərdən ibarət komissiya göndərdi. Həmin günlərdə 
Moskvada  keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti 
ongünlüyünə respublikanın "millətçi" rəhbərliyi dəvət edilmədi. 
1959-cu  il  iyunun 24-29-da  keçirilən  Sov.  İKP  MK-nın 
Plenumu  heç  bir  konkret  əsas  göstərmədən,  qondarma 
ittihamlarla Azərbaycan rəhbərliyini ciddi tənqid etdi. 1959-cu 
ilin  iyulunda keçirilən Azərbaycan KP MK-nın Plenumu İmam 
Mustafayevi vəzifəsindən azad etdi, MK-nın birinci katibi Vəli 
Qəzənfər Rəcəbli 
 
 
392
Axundov seçildi. Vəli Axundovun respublikaya rəhbərlik dövrü 
SSRİ-də N.Xruşşovun volyuntarist siyasətinin gücləndiyi dövrə 
təsadüf etdi. 
Sov.  İKP  XXII  qurultayında (1961-ci  ilin  oktyabrında) 
elan  etdiyi  yaxın  gələcəkdə  SSRİ-də  kommunizm  qurulacağı 
haqqında  utopik  ideyalar  və  uğursuz  islahatlar  N.Xruşşovu 
cəmiyyətdə və partiyada hörmətdən salmışdı. Partiya elitasında 
ona  qarşı  müxalifət  formalaşırdı.  Hakimiyyəti  əldə  saxlamaq 
üçün  N.Xruşşov  partiyanı  parçalamaq,  siyasi  məsələlərin 
həllində  təşkilatların  birgə  fəaliyyətlərini  məhdudlaşdırmaq, 
onların  diqqətini  təsərrüfat  məsələlərinə  və  islahatlara 
rəhbərliyə  yönəltmək  məqsədilə  Sov.İKP  MK-nın  Noyabr 
(1962) Plenumunda  rəhbər  partiya  orqanlarının  istehsalat 
prinsipi  üzrə  yenidən  təşkil  edilməsini  qərara  aldı.  Mərkəzi 
Komitədə sənaye və kənd təsərrüfatına rəhbərlik üzrə iki büro 
yaradıldı. Azərbaycanda da şəhər-sənaye partiya təşkilatları və 
rayon-kənd partiya təşkilatları, sənaye və kənd təsərrüfatı üzrə 
istehsalat  idarələri  yaradıldı.  Lakin  N.Xruşşovun  partiya 
aparatını  zəiflətmək  cəhdlərindən  narazı  qalan  ali  partiya  və 
təsərrüfat rəhbərləri birləşərək 1964-cü il oktyabrın 14-də Sov. 
İKP  MK-nın  Plenumunda  onu  vəzifədən  kənar  etdilər.  Sov. 
İKP.  MK-nın  Birinci (1966-cı  ildən    -  Baş)  katibi  L.Brejnev 
seçildi. 
XX əsrin 60-cı illərində milli özünüdərkin güclənməsi və 
milli  dəyərlərə  diqqətin  artması  ilə  bərabər  respublikada 
dissident  hərəkatı  da  genişlənirdi.  O  vaxt  Azərbaycan  SSR 
Dövlət  Təhlükəsizlik  Komitəsində  rəhbər  vəzifədə  çalışan, 
1964-cü  ildən  komitənin  sədr  müavini, 1967-ci  ildən  isə  sədri 
olmuş  Heydər  Əliyevin  Azərbaycan  dissident  hərəkatının 
dəstəklənməsində,  vətənpərvər  milli  ziyalıların  müdafiəsində 
önəmli xidmətləri olmuşdur. 
23.3.  XX  əsrin 60-cı  illərinin  sonu - 80-ci  illərinin  
əvvəllərində  Azərbaycan  SSR-də  rəhbərliyin    möhkəmlən-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə