Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə97/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   93   94   95   96   97   98   99   100   ...   134

Azərbaycan Tarixi 
 
 
385 
Azərbaycandan cəbhəyə 540 min nəfər, o cümlədən 10 min nəfər 
qadın əsgər və  zabit  getmişdir.  Onlardan 176 min  nəfəri igidlik, 
cəsurluq və rəşadəti ilə fərqlənərək dövlət orden və medalları ilə 
təltif olunmuşlar, 121 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq 
görülmüşdür, 30 nəfəri isə "Şöhrət" ordeninin bütün üç dərəcəsini 
almışdır.  Azərbaycanın  yüzlərlə  igid  oğlu  Fransa  İtaliya,  Polşa, 
Yuqoslaviya, Çexoslovakiya və b. xarici ölkələrin dövlət orden və 
medalları ilə təltif olunmuşlar. 
İkinci  Dünya  müharibəsi  illərində  Azərbaycan  Sovet 
Ordusunun  əsl  cəbbəxanası  olmuş,  cəbhəsi  fasiləsiz  olaraq  silah 
və sursatla təmin etmişdir. Azərbaycan xalqı möhkəm arxa cəbhə 
yaradaraq, ordunu ərzaq ilə təmin etmək üçün bütün imkanlardan 
istifadə etmişdir. 
Müharibə  illərində  Bakı  fəhlələri,  o  cümlədən  neftçiləri 
xüsusilə  fərqlənmişlər.  Bakı  fəhlələri 1941-1945-ci  illərdə 
cəbhəyə silah və sursat, 75 min ton neft, 22 milyon ton benzin və 
digər  neft  məhsulları  verməklə  faşizm  üzərində  qələbəyə    öz 
layiqli  töhfələrini  vermişlər.  Sovet  İttifaqı  marşalı  G.Jukovun 
dediyi kimi İkinci Dünya müharibəsi illərində Bakı neftçiləri əsl 
qəhrəmanlıq  göstərərək,  fədakar  əməklərilə  cəbhəyə  faşist 
Almaniyası  üzərində  qələbə  üçün  laxım  olan  qədər  yanacaq 
verdilər. Ona görə də cəsarətlə demək olar ki, Bakı İkinci Dünya 
müharibəsinin Qəhrəman şəhəri olmuşdur. 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 7-ci cild, Bakı, 2003, s. 11-89.  
2. X.İbrahimli. Azərbaycan siyasi mühacirəti. Bakı, 1956. 
3.  Г.Мадатов.  Азербайджан  в  Великой  Отечественной 
войне. Баку, 1975. 
4.  Г.Раджабли.  Азербайджан  в  годы  Второй  мировой 
войны. Учебное пособие, Баку, 2003. 
 
Qəzənfər Rəcəbli 
 
 
386
 
 
XXIII FßSÈL 
 
AZƏRBAYCAN SSR İKİNCİ DÜNYA 
MÜHARİBƏSİNDƏN SONRAKI QURUCULUQ 
İLLƏRİNDƏ 
 
23.1.  Müharibədən  sonrakı  ilk  illərdə  Azərbaycan 
SSR-də yeni sənaye mərkəzlərinin yaradılması.  Azərbaycan 
bilavasitə  faşist  Almaniyasının  işğalına  məruz  qalmasa  da 
xalqımız  müharibənin  bütün  ağırlığını  çəkmişdi.  Müharibə 
nəticəsində sənayenin ümumi həcmi 1940-cı il ilə müqayisədə 
1945-ci  ildə 22 faiz,  neft  hasilatı  isə 50 faiz  aşağı  düşmüşdü. 
Kənd  təsərrüfatının  maddi-texniki  bazası  xeyli  zəifləmişdi. 
Pambıq  istehsalı 1940-cı  ildəki 154 min  tondan 65 min  tona, 
barama  istehsalı 2384 tondan 1615 tona,  qaramalın  sayı 
1382.000 başdan 1.203.500 başa enmişdi. 
Respublika xalq təsərrüfatının bərpası hələ İkinci Dünya 
müharibəsi  qurtarmamışdan, 1945-ci  ilin  mayından  başladı. 
Silah  istehsalının  azaldılması  ilə  əlaqədar  olaraq  sənayenin 
yenidən  qurulması  üçün  tədbirlər  görüldü.  Müharibə 
qurtardıqdan  sonra  müəssisələrdə  iş  vaxtından  artıq  işləmək 
hallarına son qoyuldu, 8 saatlıq iş günü və illik məzuniyyətlər 
bərpa  edildi. 1945-ci  il  dekabrın 1-dən  müharibə  illərində 
istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının 
ödənilməsinə  başlandı. 1947-ci  ildə  çörək  və  digər  ən  zəruri 
istehlak  mallarının  azad  ticarətinə  keçildi,  talon  sistemi  ləğv 
edildi. 
Hərbi  iqtisadiyyatdan  dinc  iqtisadiyyata  keçidin 
müvəffəqiyyətlə  başa  çatdırılması  xalq  təsərrüfatını  bərpa  və 
inkişaf  etdirmək  vəzifələrini  yerinə  yetirmək  sahəsində  işləri 
daha  çox  genişləndirməyə  imkan  yaratdı. 1946-1950-ci illərdə 


Azərbaycan Tarixi 
 
 
387 
Azərbaycan  SSR  xalq  təsərrüfatının  bərpa  və  inkişaf 
etdirilməsinə  dair  dördüncü  beşillik  planda  sənayenin  və  kənd 
təsərrüfatının  inkişafını  müharibədən  əvvəlki  səviyyəyə 
çatdırmaq  və  bu  səviyyəni  ötüb  keçmək  əsas  vəzifə  kimi  irəli 
sürüldü. 
SSRİ-nin  neftçıxarma  sənayesinin  əsas  mərkəzi  sayılan 
Azərbaycan  müharibədən  sonrakı  illərdə  artıq  bütün  ölkənin 
yanacağa  olan  ehtiyacını  tam  ödəyə  bilmirdi.  Ona  görə  də 
Xəzər  dəniz  neft  yataqlarının  kəşf  edilib  istifadəyə  verilməsi 
problemi ortaya çıxdı. 
Azərbaycan  neft  sənayesinin  inkişafındakı  Xəzər  dəniz 
neft  yataqlarının  kəşfi  və  istifadəyə  verilməsi  çox  mühüm 
hadisə  oldu.  Azərbaycan  alimlərinin  və  neftçilərinin  gərgin 
əməyi  sayəsində  dünyada  ilk  dəfə  olaraq  Azərbaycanda  açıq 
dənizdə neft çıxarılmasına başlandı. Neft daşlarında neftçilərin 
qazdığı  ilk  kəşfiyyat  quyusu 1949-cu  il  noyabrın 7-də  fontan 
vurdu.  Dəniz  neft  yataqlarında  istifadə  etmək  üçün  dünya 
təcrübəsində  ilk  dəfə  olaraq  dənizdə  neft-mədən  estakadaları 
tikildi. Neftçi fəhlələrin, mühəndis-texniki işçilərin və alimlərin 
fədakar  əməyi  nəticəsində  dəniz  yataqlarından  dördüncü 
beşilliyin son ili 1950-ci ildə 1,6 milyon ton neft çıxarıldı. 
1946-1950-ci  illərdə  neftayırma  zavodları  yenidən 
quruldu  və  yeni  texnika  ilə  təmin  edildi.  Maşınqayırma 
sənayesinin  yeni  sahələrinin  yaradılmasına  başlandı. 1947-ci 
ildə  respublika  elektrotexnika  sənayesinin  ilkini  olan  Bakı 
elektrik  maşınqayırma  zavodu  (BEMZ),  Bakı  diyircəkli  yastıq 
zavodu, yeni cihazqayırma zavodu və elektrotexnika zavodu işə 
düşdü.  Yeni  zavodların  istifadəyə  verilməsi  o  vaxta  qədər 
əsasən 
neftmaşınqayırma 
zavodlarından 
ibarət 
olan 
maşınqayırma sənayesinin birtərəfli inkişafına son qoydu. 
Azərbaycanda  yeni  sənaye  mərkəzləri  yaradılmasına 
başlandı.  Hələ 1944-cü  ildə,  tikintisinə  müharibədən  əvvəl 
başlanmış,  Sumqayıt  boru-prokat  zavodunun  tikintisi  bərpa 
Qəzənfər Rəcəbli 
 
 
388
olundu.  Sumqayıtda  alüminium  zavodunun  tikintisi  üçün 
hazırlıq  işləri  genişləndi. 1947-ci  ilin  yayında  Sumqayıtda 
respublikanın  böyük  kimyasının  ilkini  olan  sintetik  kauçuk 
zavodunun tikintisinə başlandı. 1945-ci ilin mayında, tikintisinə 
hələ müharibədən əvvəl başlanmış, Mingəçevir SES-in tikintisi 
bərpa edildi. Daşkəsəndə də dəmir filizi yataqlarının əsası hələ 
müharibədən  əvvəl  qoyulmuşdu.  Müharibə  nəticəsində 
Daşkəsən filiz mədəninin tikintisi dayandırılmışdı. 1945-ci ilin 
ikinci  yarısında  Daşkəsəndə  də  işlər  bərpa  edildi  və  Daşkəsən 
dəmir  filizi  yatağı  əsasında  Cənubi  Qafqazda  ən  böyük  filiz-
mədən sənayesinin yaradılmasına başlandı. 
Azərbaycan  sənayesinin  metala  böyük  tələbatı  ilə  bağlı 
olaraq  kifayət  qədər  dəmir  filizi  ehtiyatları  olan 
respublikamızda  tam  istehsal  dövriyyəli  metallurgiya 
kombinatının  yaradılması  zərurəti  hələ  müharibədən  öncə 
meydana çıxmışdı və bu mühüm sənaye sahəsinin yaradılması 
və  inkişafı  yolları  barədə  əsaslandırılmış  müxtəlif  layihələr  də 
hazırlanmış,  təkliflər  irəli  sürülmüşdü.  Lakin  gürcüpərəst 
Mərkəz  istehsalatın  inkişaf  tələblərinə  məhəl  qoymayaraq, 
Azərbaycan dəmir filizi ehtiyatları əsasında Gürcüstan SSR-də 
fəhlə  sinfinin  boy  sırasını  artırmaq  məqsədi  ilə,  xammal  və 
yanacaq  mənbələrindən  xeyli  uzaqda  yerləşən  Rustavidə 
metallurgiya  kombinatı  tikintisini  qərar-laşdırdı.  Nəticədə 
Rustavi  metallurgiya  kombinatı  bütün  Sovet  İttifaqında  maya 
dəyəri  ən  baha  başa  gələn  polad  istehsal  edən  müəssisəyə 
çevrildi. 
Sumqayıt  boru-prokat  zavodu,  Mingəçevir  SES  və 
Daşkəsən  filiz-mədən  kombinatının  Azərbaycan  sənayesinin 
inkişafı  üçün  əhəmiyyətini  aydın  təsəvvür  etmək  üçün  qeyd 
etmək  lazımdır  ki, 1952-ci  ilin  oktyabrında  Sov.İKP  XIX 
qurultayında  təsdiq  olunmuş  beşinci  beşillik  planın  direktiv-
lərində  kommunizmin  nəhəng  tikintiləri  sırasında  onlar 
Azərbaycan üçün kommunizmin nəhəng tikintiləri adlandırılır-


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə