Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə23/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
55 
•  Ts
99
   –  baş beynin, sümüklərin, qalxanabənzər və  ağız suyu vəzi-
lərinin  şişləri 
•  İ
131
   – qalxanabənzər vəzi xərçəngi və onun regionar və uzaq me-
tastazları 
•  P
32
   – orbitanin şişləri, melanoma 
•  Se
75 
– qalxanabənzərətraf vəzin şişləri 
•  In
113
   – bədxassəli limfomalar, yumşaq toxuma şişləri 
Limfa düyünlərinin metastatik zədələnmələrinin müəyyən edilməsində ən 
çox Ts
99
, Ca
67
-dən istifadə olunur. Tc
99
 istifadə zamanı metastazla zədələnmiş 
limfa düyünləri radionuklidi özündə toplamır (neqativ ssintiqrafiya), ona görə 
də metastatik limfa düyünləri intakt limfa düyünlərindən fərqli olaraq ssintiq-
rammada görünmür. Ca
67
 istifadə zamanı isə  əksinə, radionuklid metastatik 
düyünlər tərəfindən udulur, nəticədə onlar ssintiqrammada daha yaxşı seçilirlər 
(pozitiv ssintiqrafiya). Radionuklid müayinənin əsas vəzifələri aşağıdakılardır: 
−  bədxassəli şişlərin diaqnostikası 
−  şişin yayılma dərəcəsinin qiymətləndirilməsi 
−  müalicənin planlaşdırılması  məqsədi ilə müxtəlif orqan və sistem-
lərin funksional vəziyyətinin öyrənilməsi 
−  müalicənin effektivliyinin qiymətləndirilməsi 
Onkologiyada radionuklid diaqnostikanın «in vivo» (RFP xəstənin or-
qanizminə yeridilir) və ya «in vitro» (RFP xəstədən götürülmüş bioloji mate-
rialla (qan, sidik, bioptatla reaksiyası) olmaqla aşağıdakı metodları ayırd edilir. 
•  Radiometriya  və ya radioqrafiya orqan və ya sistemlərin funk-
sional vəziyyətinin nisbi və ya mütləq say göstəricilərinin (əyri 
xəttlərin) alınması yolu ilə müəyyən edilməsi prinsipinə  əsaslanır. 
Bunun üçün radiometrlərdən (radioqraflar) istifadə olunur. 
•  Skanerləşdirmə  və ya ssintiqrafiya – RFP orqanizmə yeridilməsi 
(vena daxilinə və ya müayinə olunan orqanın selikli qişasının altına) 
və radionuklidin parçalanması zamanı alınan  şüalanmanın qeydiy-
yatı  vasitəsi ilə müayinə olunan orqanın təsvirinin alınmasına 
əsaslanır. Təsvirin alınması üçün skanerlərdən (skanerləşdirmə) və 
qamma kameralardan (ssintiqrafiya) istifadə olunur [şəkil 2.4]. 
Alınan təsvirlərdə müayinə olunan orqanın forması, ölçüləri, topoq-
rafiyası, funksional aktivliyi haqqında məlumatlar toplanılır. 
•  Radioimmunoanaliz (RİA) və ya immunossintiqrafiya «in vitro» 
radiodiaqnostika metodu olub radioaktiv izotoplarla nişanlaşmış bir-
ləşmələrin (monoklonal antitellər) xəstədən götürülmüş şiş toxuma-
sı (şiş hüceyrələrinin membranındakı antigenlər) ilə laborator şərait-
də aparılan antitel–antigen reaksiyasına əsaslanır. 
 
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
56 
Şəkil 2.4. Qamma kamera 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
•  Radionuklid emission tomoqrafiya istənilən tomoqrafiya növü 
kimi müayinə olunan orqanın qat-qat müayinəsinə əsaslanır. Radio-
nuklid emission tomoqraflar bir fotonlu emission kompüter tomoq-
rafiya (BEKT) və iki fotonlu-pozitron emisson tomoqrafiya olmaqla 
iki yerə bölünür. Onkoloji praktikada pozitron emission tomoqrafi-
yadan istifadə olunur. 
Pozitron emission tomoqrafiya (PET) radionuklid diaqnostikanın 
müasir metodu olub qısa yarımdağılma dövrünə malik radioaktiv preparatlarla 
nişanlanmış kimyəvi birləşmələrdən istifadəyə  əsaslanır [şəkil 2.5]. PET za-
manı insanın bədəninə yeridilən RFP dağılması pozitron şüalanmya səbəb olur 
və onun tədqiq olunan orqanın elektronları ilə toqquşması nəticəsində qamma 
kvantlar əmələ gəlir. PET skaner əmələ gələn bu qamma kvantları qeydiyyata 
alır və təsvirə çevirir. 
KT və MRT-dən fərqli olaraq PET orqan və toxumaların topoqrafo-ana-
tomik xüsusiyyətlərin öyrənilməsi üçün deyil, onların funksional aktivliyinin 
diaqnostikası üçün istifadə olunur. PET həmçinin «funksional tomoqrafiya» da 
adlandırılır. Nəzəri olaraq PET köməyi ilə orqanizmdə baş verən istənilən 
funksional prosesi tədqiq etmək olar. Bunun üçün tək vacib olan şərt tədqiqat 
obyekti olan metabolik funksiyada aktiv iştirak edən, radionuklidlə nişanlanmış 
kimyəvi birləşmənin seçilməsidir. 
PET vasitəsi ilə onkoloji xəstəliklərin diaqnostikasında RFP kimi radio-
aktiv F ilə nişanlanmış qlükoza hissəciklərindən – 18F flüordezoksiglucoza 
(FDQ) istifadə olunur. Şiş hüceyrələri radioaktiv qlükozanı normal toxumalara 
nisbətən daha aktiv toplayır.  Nişanlanmış  qlükozanın  orqanizmdə paylanması 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
57 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
əsasında PET nəticələri müəyyən edilir. Praktiki təbabətdə bu metoddan 
müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında istifadə olunur. RET baş-
boyun nahiyəsində  ağız boşluğu, qalxanabənzər vəzi xərçənginin, residiv 
şişlərin, həmçinin boynun regionar metastazlarının diaqnostikasında yüksək 
effektivliyə malikdir.  PET vasitəsi ilə yüksək dəqiqliklə kliniki əlamətləri ol-
mayan, ölçüsü 1 sm-ə qədər olan şişləri aşkar etmək, həmçinin xoşxassəli şiş-
ləri bədxassəli şişlərdən diferensiasiya etmək olar. 
PET həmçinin müalicənin effektivliyinin monitorinqini aparmağa – şüa 
və kimyəvi müalicənin effektivliyini qiymətləndirməyə imkan verir. Belə ki, 
müalicənin effektivliyi təqdirində şiş hüceyrəsi tərəfində qlükozanın istifadəsi 
səviyyəsi azalır.  
Öz-özlüyündə PET RFP toplanmasının dəqiq lokalizasiyasının müəyyən 
etməyə imkan vermir. Bu səbəbdən onu KT ilə birgə istifadə edirlər. Belə ki, 
KT tədqiq olunan nahiyənin dəqiq anatomik şəklini verir, PET vasitəsi ilə isə 
həmin orqanda tədqiq olunan funksional prosesin (məsələn şiş prosesinin) ol-
ması müəyyən edilir. Bu müayinə PET-KT adlanır və onkoloji xəstəliklərin di-
aqnostikasında son illərdə geniş istfiadə olunmağa başlamışdır [şəkil 2.6]. 
RET-KT müayinəsi hətta  ən kiçik ölçülü şiş prosesini aşkar etməyə  və  şişin 
dəqiq lokalizasiyasını müəyyənləşdirməyə imkan verir.  Müayinəyə əks gösəriş 
hamiləlikdir. Müayinədən  əvvəl 6 saat müddətində qida qəbul edilməməlidir, 
belə ki, qida qəbulu radioaktiv qlükozanın orqanizmdə paylanması prosesində 
dəyişikliklərə  və müayinənin nəticələrinin qiymətləndirilməsində  səhvlərə 
gətirib çıxara bilər. 
Şəkil 2.5. Pozitron emission tomoqraf 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə