Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə21/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   79

Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
49 
−  ŞM səviyyəsi  şişin həcminə düz mütənasib olmalı  və  şişəleyhinə 
müalicənin nəticələri ilə korrelyasiya olunmalıdır 
Qeyd etmək lazımdır ki ədəbiyyatda təsvir edilmiş ŞM heç biri yuxarıda 
göstərilən meyarlara tam cavab vermir. ŞM diaqnostik qiymətləndirilməsi üçün 
iki əsas meyardan istifafə olunur. 
•  Diaqnostik həssaslıq (Dh) bədxassəli şişi olan xəstələrdə onun diaq-
nostik qabliyyətidir. 
DH =        HM
+
    
.
 x 100% 
HM

+ YM_ 
HM
+
 – həqiqi müsbət nəticələrin sayı 
YM 

 – yalançı mənfi nəticələrin sayı 
•  Diaqnostik spesifiklik (DS) – markerin sağlam insanlarda və qeyri 
şiş xəstəliyi olan xəstələrdə mənfi nəticə vermək qabiliyyətidir. 
DS =       HM
_     
.
 x 100% 
HM_
 
+ YM
+
 
HM
 –
 – həqiqi mənfi nəticələrin sayı 
YM
+
 – yalançı müsbət nəticələrin sayı 
Diaqnostik həssaslıq və diaqnostik spesifiklik 100%-ə  nə  qədər yaxın-
dırsa şiş markerinin kliniki praktika üçün effektivliyi də bir o qədər yüksəkdir. 
ŞM müalicəyə tipik cavabları aşağıdakılardır: 
−  şişin tam reqressiyasında marker təyin edilmir; 
−  şişin hissəvi reqressiyasında markerin səviyyəsi 50%-dən çox aza-
lır; 
−  şiş prosesinin proqressiyası zamanı markerin səviyyəsi 25% və daha 
çox artır. 
ŞM onkologiyada istifadə sxemi aşağıdakı kimidir: 
−  onkoloji xəstələrdə müalicədən  əvvəl  şişin aşkar edilmiş lokali-
zasiyası üçün informativ olan ŞM səviyyəsi qiymətləndirilir; 
−  cərrahi əməliyyatdan 2-3 həftə sonra ŞM dinamikada səviyyəsi mü-
əyyən edilir; 
−  konservativ müalicə alan xəstələrdə ŞM səviyyəsi müalicədən əvvəl 
və hər müalicə kursundan 2 həftə sonra müəyyən edilir. 
ŞM xəstəliyin gedişinin monitoringində istifadəsi bir çox hallarda şişin 
residivinin və metastazlarının onun kliniki əlamətlərinin əmələ gəlməsindən 3 
və ya daha çox ay əvvəl müəyyən etməyə imkan verir. Bir sıra xəstələrdə bi-
rincili  şiş ocağının cərrahi müalicəsindən sonra ŞM ilə testləşdirmə endos-
kopiya, sonoqrafiya, kompüter tomoqrafiya və ya maqnit rezonans tomoq-
rafiyaya nisbətən daha həssas monitoringi təmin edir. Müalicədən sonra ŞM 
normal səviyyədə olması  təqdirində uzun müddət  ərzində digər invaziv və 
bahalı müayinə metodlarına ehtiyac qalmır.  Əksinə markerin səviyyəsinin 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
50 
artması sonrakı müalicə taktikasının müəyyən edilməsi üçün instrumental 
müayinə metodarını vacib edir. 
ŞM arasında baş-boynun bədxassəli şişləri üçün praktik əhəmiyyət kəsb 
edənləri aşağıdakılardır (cədvəl 2.2.): 
 
Cədvəl 2.2. 
Baş və boyun nahiyəsinin şiş markerləri 
 
ŞM Təyinatına göstəriş 
Xərçəng embrional antigen 
(XEA) 
Kalsitonin 
• Qalxanabənzər vəzin 
medullyar xərçəngi 
Yastıhüceyrəli karsinoma 
antigeni (SCC) 
• Burun-udlağın xərçəngi 
 
Tireoqlobulin 
• Qalxanabənzər vəzin 
papillyar və follikulyar 
xərçəngi 
 
2.7. Şüa diaqnostikası 
 
Onkoloji praktikada ən geniş yayılmış diaqnostika metodu tibbi vizu-
alizasiya-şüa (radioloji) diaqnostika metodudur. Şüa diaqnostikası  şişlə  zədə-
lənmiş orqanın müxtəlif üsullarla təsvirinin alınması vasitəsi ilə onun makro-
strukturunu, anatomo-topoqrafik xüsusiyyətini müəyyən etməyə imkan verir. 
Onkoloji praktikada şüa diaqnostikasının müxtəlif metodlarından istifadə 
olunur. Tibbi radiologiyada istifadə olunan şüalanma mənbələri ionizəedici və 
qeyri-ionizəedici olmaqla iki qrupa bölünür. 
İonizaedici şüa mənbəyindən istifadə etməklə aparılan şüa diaqnostikası 
metodlarına rentgenoloji və radionuklid müayinə, qeyri ionizəedici şüa diaq-
nostikası metodlarına isə ultrasəs müayinəsi, maqnit-rezonans tomoqrafiya 
və termoqrafiya aid edilir. 
 
2.7.1. Rentgenoloji metod 
 
Onkoloji xəstələrin müayinəsində rentgenoloji metodun rolu əvəzedil-
məzdir. Bədxassəli şişin və ya şişə şübhəli olan xəstələrin rentgenoloji metod-
dan istifadə etmədən tam və hərtərəfli müayinəsi mümkün deyildir. Əsas rent-
genoloji müayinə metodlarına rentgenoqrafiya və kompüter tomoqrafiya aiddir. 
Rentgenoqrafiya  ilkin etap rentgenoloji müayinə metodudur. Rentge-
noqrafiya aparatlarının təkmilləşdirilmış müasir variantlarından istifadə 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
51 
şüalanma təsvirinin keyfiyyətinin 
artmasına, onun kompüter işlənmə-
sinə imkan verir [şəki1 2.1]. Rent-
genoqrafiya kontrastsız və kontraslı 
olmaqla iki yerə bölünür. Baş-bo-
yun nahiyəsi  şişlərinin  əsas kon-
trastsız müayinə metodlarına aşağı-
dakılar aiddir: 
−  ortopantomoqrafiya – 
çənə  və  əng sümükləri-
nin panoram (ortopanto-
moqrafik) rentgenoloji 
müayinə metodu olub 
bütün üz-çənə nahiyə-
sinin rentgenoloji təsvirinin 
alınmasına imkan verir. Müa-
sir rəqəmli ortopantomoqraf-
larda müayinənin nəticələri hə-
min anda monitorun ekranına 
ötürülür ki, bu da tez bir za-
manda düzgün diaqnozun qo-
yulmasına kömək edir. Orto-
pantomoqrafiya vasitəsilə  əng 
və  çənə sümüklərinin, çənə-
gicgah oynaqlarının struktur-
larını qiymətləndirmək, burun 
boşluğu və  əng ciblərinin təs-
virini almaq, aşkar olunan şiş 
törəməsinin  ətraf anatomik 
strukturlara münasibətini öy-
rənmək mümkümdür [şəkil 
2.2]. 
−  üz skeletinin və kəllə sümüklə-
rinin rentgenoqrafiyası – pan-
tomoqrafiyaya köməkçi müa-
yinə metodu olub şiş törəməsi 
almacıq sümüyünü və ya Hay-
mor cibinin arxa divarını des-
Şəkil 2.1. Rəgəmli rentgen aparatı 
(rentgenograf) 
Şəkil 2.2. Ortopantomograf 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə