2
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci il tarixli
57 №-li qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 dekabr 2011-ci il
tarixli 2201 №-li əmri ilə təsdiq edilmişdir.
Rəyçilər:
tibb elmləri doktoru, professor
Ə.M.Məmmədov
tibb elmləri doktoru, professor
Ç.R.Rəhimov
Əmirəliyev Namiq Mayis oğlu, Əmiraslanov Azər Əhliman oğlu
BAŞ-BOYUN ŞİŞLƏRİ. Dərslik.
–
Bakı: Mütərcim, 2012. – 436 s.
Baş-boyun nahiyəsinin şişləri onkoloji xəstəliklərin kliniki və bioloji olaraq
mürəkkəb bir qrupunu təşkil edir. Bu nahiyənin şişləri olan xəstələrin müalicəsinin
nəticələri hələ də qənaətbəxş deyildir. Bu, ilk növbədə, xəstələrin ixtisaslaşmış
klinikaya gec müraciəti ilə əlaqədardır. Xəstəliyin gecikmiş mərhələlərdə aşkar
olunmasının əsas səbəbi isə ümumi müalicə şəbəkəsi həkimlərində onkoloji
sayıqlığın olmamasıdır. Ona görə də ölkəmizdə ilk dəfə olaraq hazırlanan bu dərs-
lik mühüm aktıallıq kəsb edir.
Dərslikdə onkologiyanın ümumi problemləri, bədxassəli şişlərin diaqnostika
və müalicəsinin müasir aspektləri araşdırılmış, baş-boyun nahiyəsinin bədxassəli
şişlərinin epidemiologiyası, etionopatogenezi, onların diaqnostika və müalicəsinin
müasir alqoritmləri işıqlandırılmışdır. Dəsrlikdə həmçinin baş-boyun xərçənginin
regionar metastazlarının profilaktikası və müalicəsinin ən müasir aspektləri öz
əksini tapmış, o cümlədən bu nahiyənin bədxassəli şişlərinin rekonsturktiv-plastik
cərrahiyyəsi metodları haqqında məlumat verilmişdir.
Dərslik tibb universitetinin tələbələri və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Dərslikdən həmçinin cərrahlar, onkoloqlar, radioloqlar, otorinolarinqoloqlar, sto-
matoloqlar, üz-çənə cərrahları və digər ümumi müalicə şəbəkəsi həkimləri istifadə
edə bilərlər.
ISBN 978-9952-28083-8
© N.M. Əmirəliyev, 2012
© A.Ə. Əmiraslanov, 2012