BAŞ-BOYUN ŞİŞLƏRİ
12
Şəkil 1.2. Theodor
Kocher (1841-1917)
Şəkil 1.3. Henri
Butlin (1845-1912)
Şəkil 1.1. Theodor
Billrot (1829-1894)
İren və Frederik Jolio-Küri tərəfindən süni
radioaktivliyin kəşfi heyvanlarda radioaktiv izotoplarla
təsir etməklə bədxassəli şişlərin alınmasına və bunun
əsasında fiziki kanserogenezin öyrənilməsinə imkan
verdi. P.Raus 1910-1911-ci illərdə toyuq sarkomaları-
nın virus etiogiyalı olmasını kəşf etməklə kanseroge-
nezin virus nəzəriyyəsinin başlanğıcını qoydu. Xərçən-
gin əmələ gəlməsində çoxsaylı müxtəlif amillərin ol-
masını nəzərə alan N.Petrov xərçəngin polietioloji nə-
zəriyyəsini irəli sürdü ki, bu da digər nəzəriyyələr kimi
kanserogenezin müasir mexanizmlərinin işlənib hazır-
lanmasına mühüm töhvə verdi.
XX əsrin əvvəlində bədxassəli şişlərin əsas mü-
alicə metodu cərrahi olub, əsasən, şikəstedici əməliy-
yatlardan istifadə olunurdu. Keçən əsrin 30-40-ci illə-
rində kimyəvi və şüa müalicəsi metodlarının güclü inki-
şafi bədxassəli şişlərin müalicəsində yeni imkanlar açdı.
Orqansaxlayıcı əməliyyatlar, konservativ müalicə me-
todları istifadə olunmağa başladı.
Sonraki illər ərzində onkoimmunologiya və on-
kogenetika (xərçəngin bioterapiyası) sahəsindəki nailiy-
yətlər xərçəngin diaqnostika və müalicəsində yeni səhi-
fənin açilmasına səbəb oldu. Hal-hazırda bədxassəli şiş-
lərin vaksinoterapiya, sitokinoterapiya və target tera-
piyası kimi yeni müalicə üsulları işlənib hazırlanmışdır.
Yaxın gələcəkdə gen terapiyasının kliniki praktikaya
tətbiqi gözlənilir ki, bu da tək bədxassəli şişlərinin mü-
alicəsi üçün yox, həm də onun əmələgəlmə səbəblərinin
aradan qaldırılması üçün geniş imkanlar açacaqdır.
Baş-boyun nahiyəsinin bədxassəli şişlərinə aid
çox qədim məlumatların olmasına baxmayaraq bu gün-
kü modern baş-boyun onkologiyasının təməlinin qoyul-
ması və formalaşması 150 illik bir tarixdir. Bu forma-
laşma və inkişaf tarixində bir çox ölkələrdən və ixtisas-
lardan (otorinolarinqoloq, stomatoloq, ümumi cərrah,
endokrinoloq, plastik cərrah, radioloq) olan həkimlərin
və təbabətdən kənar bir sıra elm adamlarının əməyi ol-
muşdur. Bu sıraya T.Billroth, T.Kocher, H.Butlin,
C.Crile, H.Martin, J.Conley və s. adlarını aid etmək olar
[şəki1 1.1-1.6] .
Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ
13
Şəkil 1.4. George W.
Grile (1864-1943)
Şəkil 1.5. Hayes
Martin (1892-1977)
Şəkil 1.6. John
Conley (1912-1999)
Baş-boyun onkologiyasının XIX əsrin ortaların-
dan başlayan inkişaf tarixinin ilk yarısında Avropa,
ikinci yarısında isə ABŞ daha öncül olmuşlar. Bu in-
kişaf tarixinin ilk 50 illiyində cərrahi müalicə, ikinci
50 illiyində radioterapiya ön planda olmuş, üçüncü 50
illikdə isə kombinəolunmuş və kompleks müalicə prin-
sipləri formalaşmışdır.
Baş-boyun onkologiyasının inkişaf tarixinin əsas
nailiyyətlərinə aşağıdakıları aid etmək olar:
• 1847-ci ildə M.Kelius (M.Chelius) ağız
boşluğu xərçəngi zamanı boynun regionar
metastazlarının əhəmiyyətini qiymətləndi-
rərək müalicənin nəticələrinin yaxşılaşdırıl-
ması üçün onların çıxarılmasının vacibli-
yini göstərdi.
• 1872-ci ildə T.Billrot (T.Billroth) qırtlaq
xərçənginə görə ilk larinqektomiya əməliy-
yatnı icra etdi.
• 1888-ci ildə Leyn (Lane) tərəfindən baş-
boyun şişlərinə həsr olunmuş ilk kitab nəşr
edildi.
• 1898-ci ildə H.Batlin (H.Butlin) tərəfindən
dilin xərçənginə həsr olunmuş tarixi elmi iş
tibbi ictimaiyyətə təqdim edildi.
• 1906-cı ildə C.Krayl (G.Crile) 132 xəstə
üzərində regionar metastazların müalicəsi-
nə əsaslanan ilk sistemləşdirilmiş boyun
diseksiyaları haqqında fundamental işini
təqdim etdi.
• 1909-cu ildə qalxanabənzər vəzi cərrahiy-
yəsindəki mühüm xidmətlərinə görə T.Ko-
xer (T.Kocher) Nobel mükafatı laureatı
adına layiq görüldü.
• 1914-cü ildə C.Yuinqin (J.Ewoing) təşki-
latçılığı ilə dünyada ilk dəfə olaraq Nyu-
Yorkda Sloun və Ketterinq adına Memo-
rial Onkoloji Mərkəzi (Memorial Sloan-
Kettering Cancer Center) yaradıldı.
• 1930-cu ildə H.Martin (H.Martin) tərəfin-
dən ABŞ-da onkoloji xəstəliklərin diaqnos-
BAŞ-BOYUN ŞİŞLƏRİ
14
tikasında incə iynə aspirasion biopsiyası
haqqında məqalələr çap olundu.
• 1957-ci ildə C.Konli (G.Conli) və əmək-
daşları Amerika Baş-Boyun Cəmiyyətini
təsis etdilər.
• 1960-cı ildə şüa terapiyası cərrahi müali-
cəyə köməkçi vasitə kimi istifadə edilmə-
yə başladı.
• 1987-ci ildə Jatin Şa (Jatin P. Shah) [şə-
kil 1.7] tərəfindən Londonda, özündə 16
təşkilatçı və 43 üzv cəmiyyəti birləşdirən
Baş və boyun şişlərinin öyrənilməsi üzrə
Beynəlxalq Federasiya (International Fe-
deration of Head and Neck Oncologic
Societies [IFNOS]) təsis edildi.
• 1991-ci ildən baş-boyun xərçənginin
konservativ orqansaxlayıcı (kimyəvi-şüa)
müalicəsi prinsipləri kliniki praktikada
tətbiq edilməyə başladı.
• 1998-ci ildə IFNOS ilk beynəlxalq kon-
qresini keçirdi.
Müasir dövrdə bədxassəli şişlərlə mübarizənin
aparıcı təşkilatları Xərçəngin öyrənilməsi üzrə Bey-
nəlxalq agentlik və Beynəlxalq xərçəng əleyhinə itti-
faqdır.
Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agent-
lik (International Agency for Researh on Canser
[IARC]) 1965-ci ildə Ümumdünya Səhiyyə Təşki-
latının nəzdində yaradılmışdır və özündə 21 dövləti
birləşdirir. IARC beynəlxalq elmi-tədqiqat təşkilatı
olub bədxassəli şişlərin əmələgəlmə səbəbləri, kan-
serogenezin mexanizmləri sahəsində tədqiqatların
aparılması və koordinasiyası, həmçinin xərçəng
əleyhinə elmi strategiyanın işlənib hazırlanması ilə
məşğul olur.
Beynəlxalq Xərçəng Əleyhinə İttifaq (Interna-
tional Union Against Cancer [UICC]) 1933-cü ildə
yaradılmışdır, özündə dünyanın 90 ölkəsindən 280
təşkilatı birləşdirir. UICC bədxassəli şişlərin profi-
laktikası, siqaretçəkmə əleyhinə mübarizə, həmçinin
onkoloji biliklərin yayılması istiqamətində işləyir.
Şəkil 1.7. Jatin P.Shah
Şəkil 1.8. N.N.Bloxin
(1912-1993)
Şəkil 1.9. A.T.Abbasov
(1928-1974)
Dostları ilə paylaş: |