ÖN SÖZ
9
biliklərin tam həcmini əhatə etmir.
Lakin əgər bu nəşr tələbə, rezident və hə-
kimlərə baş-boyun şişləri haqqındakı təsəvvürlərini artırmağa və bu qrup xəstə-
lərə daha effektiv yardım göstərməyə imkan verərsə, nəşrin məqsədinə çatdı-
ğını söyləmək olar.
Kitabın dəyərinin artırılmasına yönələn bütün konstruktiv irad və təkliflər
tərəfimizdən böyük minnətdarlıqla qəbul ediləcəkdir.
BAŞ-BOYUN ŞİŞLƏRİ
10
F
F
ə
ə
s
s
i
i
l
l
1
1
KLİNİKİ ONKOLOGİYANIN
ÜMUMİ ASPEKTLƏRİ
Onkologiya (yunan dilində
onkos – şiş,
logos – elm, təlim) təbabətin şiş-
lərin etiologiyası və patogenezini,
kliniki xüsusiyyətlərini, diaqnostika və mü-
alicə metodlarını öyrənən sahəsidir.
1.1. Onkologiyanın qısa inkişaf tarixi
Bədxassəli şişlər əslinə baxanda XX əsr və yeni başlamış XXI əsrin xəs-
təliyidir, belə ki, onlar tarixin əvvəlki dövrlərində
bəşəriyyət üçün bu qədər bö-
yük əhəmiyyət kəsb etməmişdir.
Bədxassəli şişlərin ilk təsviri eramızdan 1600 il əvvəl qədim misir papi-
rusunda verilmişdir.
E. Smit mərəfindən 1862-ci ildə Misirdə tapılmış bu papi-
rusda süd vəzisi xərçəngi təsvir edilmiş və bu xəstəliyin
müalicəsinin mümkün
olmaması göstərilmişdir.
«Xərçəng» termini ilk dəfə
Hippokrat (eramızdan əvvəl 460-370 il) tə-
rəfindən elmə daxil edilmiş və bədxassəli şiş mənasını verən «carcinoma» sö-
zündən əmələ gəlmişdir. Hippokrat bədxassəli şişi zahirən kraba – dəniz xər-
çənginə bənzətdiyinə görə «carcinoma» adlandırılmışdır. O, xərçəngin bir neçə
növünü təsvir etmiş, həmçinin elmə «onkos» (yunanca-şiş) terminini daxil et-
mişdir.
Roma həkimi Korneli Sels eramızdan əvvəl I əsrdə kiçik ölçülü xər-
çəngi cərrahi yolla xaric etməyi, böyük ölçülü şişləri isə ümumiyyətlə müalicə
etməməyi təklif etmişdir. O, yunan sözü olan «carcinoma» əvəzinə latın sozü-
cancer (xərçəng) işlətmişdir ki, bu da müasir «onkologiya» sözünün kökünü
təşkil edir.
Qalen (eramızdan əvvəl 203 – 131) bədənin açıq yerlərində xər-
çəngin daha
çox rast gəldiyini qeyd etmiş, süd vəzisi, uşaqlıq və düz bağırsaq
xərçəngini təsvir etmişdir.
XVII əsrdə
Dekart şişlərin limfanın bərkləşməsi və koaqulyasiyası nəti-
cəsində əmələ gəlməsi haqqında fərziyyə irəli sürdü ki, bu da
Y.Qarvey (1628)
Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ
11
və
M.Malpiqi (1651) tərəfindən kəşf edilmiş qan və limfa çərəyanının mexa-
nizmi haqqındaki biliklərə əsaslanırdı.
1775-ci ildə
Persival Pott bacatəmizləyənlərdə dəri xərçəngini təsvir et-
məklə bədxassəli şişlərin etiologiya və epidemiologiyasının öyrənilməsinin
başlanğıcını qoydu.
XIX əsrin ortalarında, patoloji anatomiyanın əsasının qoyulması ilə əla-
qədar şişlərin morfoloji təsnifatının ciddi öyrənilməsinə başlandı, şişin inki-
şafının ilk nəzəriyyələrinin yaradılması üçün cəhdlər edildi. Burada
R.Virxov
və onun məktəbinin rolunu xüsusi qeyd etmək lazımdır. Kanserogenez proses-
lərinin izahi üçün R.Virxov tərəfindən 1867-ci ildə təklif edilən qıcıqlanma
nəzəriyyəsi
və onun şagirdi Y.Konheym tərəfindən 1877-ci ildə irəli sürülmüş
embrional rüşeym nəzəriyyəsi bu günə qədər öz əhəmiyyətini itirməmişdir.
XIX əsrin axırlarında (1876-1877)
M.Novinski heyvanlarda bədxassəli
şişlərin peyvənd edilməsinin mümkünlüyünü göstərən kəşfi ilə eksperimental
onkologiyanın əsasını qoydu. Bunun ardınca onkologiya üçün böyük əhəmiy-
yət kəsb edən rentgen şüaları (
K.Rentgen, 1895) və viruslar (
D.İvanovski,
1898) kəşf edildi ki, bu da gələcək əsrdə onkologiyanın
geniş öyrənilməsi üçün
imkanlar yaratdı. Eyni zamanda XIX əsrdə narkoz, aseptika və antiseptika vasi-
tələrinin kəşfi ilə əlaqədar cərrahiyyə güclü inkişaf etməyə başladı. Daxil or-
qanların şişlərinin cərrahi çıxarılması üçün imkanlar yarandı, şişin sağlam
toxumalar sərhəddində çıxarılmasını nəzərdə tutan onkoloji prinsiplərin əsası
qoyuldu, şişlərin metastazvermə mexanizmlərinin öyrənilməsinə başlandı,
əməliyyat zamanı şişlə birgə regionar limfatik toxumaların çıxarılması məsələsi
müzakirəyə çıxarıldı ki bu da onkologiyanı təbabətin sərbəst və vacib sahəsinə
çevirdi. Belə ki, XX əsrin əvvəlindən demoqrafik
proseslərdə olan dəyi-
şikliklər, əhalinin orta yaş həddinin artması, xərçənglə xəstələnmə riski yuxarı
olan yaşlı əhali kontingentinin çoxalması iqtisadi cəhətdən inkişaf etmiş
ölkələrdə ölümün səbəbləri arasında bədxassəli şişləri ikinci yerə gətirib çı-
xardı. Ölümün səbəbləri arasında birincilik ürək-damar sistemi xəstəliklərində
möhkəmləndi, bununla eyni zamanda vərəm və kəskin infeksion xəstəliklərdən
ölüm azalmağa başladı.
XX əsrdə onkologiyanın güclü inkişafı müşahidə olundu. Belə ki, kanse-
rogenez proseslərinin öyrənilməsinə başlandı, bədxassəli şişlərin aşkar olunma-
sı metodları işlənib hazırlandı, cərrahi müalicə metodları təkmilləşdirildi, prak-
tikada şişlərin şüa və dərman müalicəsi metodları tətbiq edilməyə başladı. Ar-
tıq əsrin əvvəllərində şişin yeni inkişaf nəzəriyyələri meydana gəldi. 1915-
1916-ci illərdə Yaponiyada
K.Yamaqıva və
K.İçiqavanın daş kömür qətra-
nının kanserogenliyini isbat edən işlərindən sonra bu təsirə malik çoxsaylı
kimyəvi
birləşmələr aşkar olundu ki, bu da xərçəngin kimyəvi nəzəriyyəsinin
əsasını qoydu. Həmçinin ionizəedici şüalanmanın və hətta ultrabənövşəyi şüa-
ların kanserogenliyi aşkar olundu.