Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə6/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

ÖN SÖZ 

biliklərin tam həcmini əhatə etmir. Lakin əgər bu nəşr tələbə, rezident və hə-
kimlərə baş-boyun şişləri haqqındakı təsəvvürlərini artırmağa və bu qrup xəstə-
lərə daha effektiv yardım göstərməyə imkan verərsə, nəşrin məqsədinə çatdı-
ğını söyləmək olar. 
Kitabın dəyərinin artırılmasına yönələn bütün konstruktiv irad və təkliflər 
tərəfimizdən böyük minnətdarlıqla qəbul ediləcəkdir.  
 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
10 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
1
1
 
 
 
 
 
KLİNİKİ ONKOLOGİYANIN  
ÜMUMİ ASPEKTLƏRİ 
 
 
Onkologiya (yunan dilində onkos – şiş, logos – elm, təlim) təbabətin şiş-
lərin etiologiyası və patogenezini, kliniki xüsusiyyətlərini, diaqnostika və mü-
alicə metodlarını öyrənən sahəsidir. 
 
 
1.1. Onkologiyanın qısa inkişaf tarixi 
 
Bədxassəli şişlər əslinə baxanda XX əsr və yeni başlamış XXI əsrin xəs-
təliyidir, belə ki, onlar tarixin əvvəlki dövrlərində bəşəriyyət üçün bu qədər bö-
yük əhəmiyyət kəsb etməmişdir. 
Bədxassəli şişlərin ilk təsviri eramızdan 1600 il əvvəl qədim misir papi-
rusunda verilmişdir. E. Smit mərəfindən 1862-ci ildə Misirdə tapılmış bu papi-
rusda süd vəzisi xərçəngi təsvir edilmiş və bu xəstəliyin müalicəsinin mümkün 
olmaması göstərilmişdir. 
«Xərçəng» termini ilk dəfə Hippokrat (eramızdan əvvəl 460-370 il) tə-
rəfindən elmə daxil edilmiş və bədxassəli şiş mənasını verən «carcinoma» sö-
zündən əmələ gəlmişdir. Hippokrat bədxassəli şişi zahirən kraba – dəniz xər-
çənginə bənzətdiyinə görə «carcinoma» adlandırılmışdır. O, xərçəngin bir neçə 
növünü təsvir etmiş, həmçinin elmə «onkos» (yunanca-şiş) terminini daxil et-
mişdir. Roma həkimi  Korneli Sels eramızdan  əvvəl I əsrdə kiçik ölçülü xər-
çəngi cərrahi yolla xaric etməyi, böyük ölçülü şişləri isə ümumiyyətlə müalicə 
etməməyi təklif etmişdir. O, yunan sözü olan «carcinoma» əvəzinə latın sozü- 
cancer (xərçəng) işlətmişdir ki, bu da müasir «onkologiya» sözünün kökünü 
təşkil edir. Qalen (eramızdan  əvvəl 203 – 131) bədənin açıq yerlərində  xər-
çəngin daha çox rast gəldiyini qeyd etmiş, süd vəzisi, uşaqlıq və düz bağırsaq 
xərçəngini təsvir etmişdir. 
XVII əsrdə Dekart şişlərin limfanın bərkləşməsi və koaqulyasiyası nəti-
cəsində əmələ gəlməsi haqqında fərziyyə irəli sürdü ki, bu da Y.Qarvey (1628) 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
11 
və M.Malpiqi (1651) tərəfindən kəşf edilmiş qan və limfa çərəyanının mexa-
nizmi haqqındaki biliklərə əsaslanırdı. 
1775-ci ildə Persival Pott bacatəmizləyənlərdə dəri xərçəngini təsvir et-
məklə  bədxassəli  şişlərin etiologiya və epidemiologiyasının öyrənilməsinin 
başlanğıcını qoydu. 
XIX əsrin ortalarında, patoloji anatomiyanın əsasının qoyulması ilə əla-
qədar  şişlərin morfoloji təsnifatının ciddi öyrənilməsinə başlandı,  şişin inki-
şafının ilk nəzəriyyələrinin yaradılması üçün cəhdlər edildi. Burada R.Virxov 
və onun məktəbinin rolunu xüsusi qeyd etmək lazımdır. Kanserogenez proses-
lərinin izahi üçün R.Virxov tərəfindən 1867-ci ildə  təklif edilən qıcıqlanma 
nəzəriyyəsi və onun şagirdi Y.Konheym tərəfindən 1877-ci ildə irəli sürülmüş 
embrional rüşeym nəzəriyyəsi bu günə qədər öz əhəmiyyətini itirməmişdir. 
XIX  əsrin axırlarında (1876-1877) M.Novinski heyvanlarda bədxassəli 
şişlərin peyvənd edilməsinin mümkünlüyünü göstərən kəşfi ilə eksperimental 
onkologiyanın əsasını qoydu. Bunun ardınca onkologiya üçün böyük əhəmiy-
yət kəsb edən rentgen şüaları  (K.Rentgen, 1895) və viruslar (D.İvanovski
1898) kəşf edildi ki, bu da gələcək əsrdə onkologiyanın geniş öyrənilməsi üçün 
imkanlar yaratdı. Eyni zamanda XIX əsrdə narkoz, aseptika və antiseptika vasi-
tələrinin kəşfi ilə  əlaqədar cərrahiyyə güclü inkişaf etməyə başladı. Daxil or-
qanların  şişlərinin cərrahi çıxarılması üçün imkanlar yarandı,  şişin sağlam 
toxumalar sərhəddində  çıxarılmasını  nəzərdə tutan onkoloji prinsiplərin  əsası 
qoyuldu,  şişlərin metastazvermə mexanizmlərinin öyrənilməsinə başlandı, 
əməliyyat zamanı şişlə birgə regionar limfatik toxumaların çıxarılması məsələsi 
müzakirəyə çıxarıldı ki bu da onkologiyanı təbabətin sərbəst və vacib sahəsinə 
çevirdi. Belə ki, XX əsrin  əvvəlindən demoqrafik proseslərdə olan dəyi-
şikliklər, əhalinin orta yaş həddinin artması, xərçənglə xəstələnmə riski yuxarı 
olan yaşlı  əhali kontingentinin çoxalması iqtisadi cəhətdən inkişaf etmiş 
ölkələrdə ölümün səbəbləri arasında bədxassəli  şişləri ikinci yerə  gətirib çı-
xardı. Ölümün səbəbləri arasında birincilik ürək-damar sistemi xəstəliklərində 
möhkəmləndi, bununla eyni zamanda vərəm və kəskin infeksion xəstəliklərdən 
ölüm azalmağa başladı. 
XX əsrdə onkologiyanın güclü inkişafı müşahidə olundu. Belə ki, kanse-
rogenez proseslərinin öyrənilməsinə başlandı, bədxassəli şişlərin aşkar olunma-
sı metodları işlənib hazırlandı, cərrahi müalicə metodları təkmilləşdirildi, prak-
tikada şişlərin şüa və dərman müalicəsi metodları tətbiq edilməyə başladı. Ar-
tıq  əsrin  əvvəllərində  şişin yeni inkişaf nəzəriyyələri meydana gəldi. 1915-
1916-ci illərdə Yaponiyada K.Yamaqıva  və  K.İçiqavanın daş kömür qətra-
nının kanserogenliyini isbat edən işlərindən sonra bu təsirə malik çoxsaylı 
kimyəvi birləşmələr aşkar olundu ki, bu da xərçəngin kimyəvi nəzəriyyəsinin 
əsasını qoydu. Həmçinin ionizəedici şüalanmanın və hətta ultrabənövşəyi şüa-
ların kanserogenliyi aşkar olundu. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə