Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə9/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
18 
Yüksək diferensiasiyalı şişlər üçün onun quruluşunun əmələ gəldiyi toxu-
manın quruluşuna daha yaxın olması xarakterikdir. Orta və aşağı diferensiasi-
yalı  şişlərdə  şişin və onun əmələ  gəldiyi toxumanın struktur oxşarlığı azalır, 
aydın seçilmir. Bəzi hallarda şişin hüceyrə və toxuma atipizmi o qədər aydın 
nəzərə çarpır ki, şişin toxuma mənsubiyyətini praktiki olaraq müəyyən etmək 
mümkün olmur (diferensiasiya olunmayan şişlər). Bu şişlər daha yüksək bəd-
xassəlilik dərəcəsi ilə xarakterizə olunur. Şişin strukturunda stroma (birləşdirici 
toxuma) və ya parenximanın (xərçəng hüceyrələri) üstünlük təşkil etməsindən 
asılı olaraq sadə  xərçəng (stroma və parenxima eyni dərəcədə inkişaf edir), 
medullyar xərçəng (şişiş strukturunda parenxima üstünlük təşkil edir) və fibroz 
xərçəng və ya skirr (şişin strukturu daha çox stromadan ibarət olur) ayırd edilir. 
Şişin yayılma dərəcəsinə görə  təsnifatı. Hal-hazırda dünyanın demək 
olar ki, bütün ölkələrində  şiş prosesinin yayılma dərəcəsinin obyektiv qiy-
mətləndirilməsi üçün TNM beynəlxalq kliniki təsnifatından istifadə olunur. 
TNM təsnifatı P.Denoix (Fransa) tərəfindən 1943-1952-ci illərdə işlənib 
hazırlanmışdır. 1954-cü ildə Beynəlxalq xərçəng  əleyhinə ittifaqın nəzdində 
TNM kliniki təsnifatı üzrə komitə təsis olunmuş və onun fəaliyyətinin nəticəsi 
kimi 1969-cu ildə bu təsnifatın ilk variantı  işlənib hazırlanmışdır. Sonrakı 
illərdə  bədxassəli  şişlərin TNM təsnifatı ona yeni lokalizasiyalı  bədxassəli 
şişlərin  əlavə edilməsi və  əvvəlkilərə düzəlişlərin olunması  nəticəsində  tək-
milləşdirilmişdir. TNM təsnifatının sonuncu, 6-cı  nəşri 2002-ci ildə Onkoloji 
xəstləiklər üzrə Amerika Birləşmiş Komitəsi (AJCC) və Beynəlxalq xərçəng 
əleyhinə ittifaq (UICC) tərəfindən qəbul edilmiş  və 2003-cü ildən kliniki 
praktikada istifadəyə məsləhət görülmüşdür. 
TNM təsnifatı şiş prosesinin anatomik yayılmasının təsvirinin üç kompo-
nentinə əsaslanır: 
T – (tumor-şiş) birincili şiş ocağının yayılmasını xarakterizə edir. Bunun 
üçün T
0
, T
is
, T
1
, T
2
, T
3
, T
4
 simvollarından istifadə edilir. T
0
 – zədələn-
miş orqanın şişinin təyin edilməsinin mümkün olmamasını, Tis – epi-
teldaxili xərçəngin olmasını göstərir. Digər simvollar birinci şiş oca-
ğının ölçülərini xarakterizə edir. 
N – (nodulus-düyün) regionar metastazvermə zonalarının vəziyyətini xa-
rakterizə edir və N
0
, N
x
, N
1
, N
2
, N
3
 simvolları ilə işarələnir. N

limfa 
düyünlərinin metastazla zədələnməməsini, Nx – limfa düyünlərinin və-
ziyyətinin qiymətləndirilməsinin mümkün olmamasını göstərir. N
1
 – 
şişlə zədələnən tərəfin regionar limfa düyünlərində, N
2
 – hər iki tərəfin 
və ya əks tərəfin regionar limfa düyünlərində metastazların olmasına, 
N
3
 isə hərəkətsiz metastatik limfa düyünlərinin olmasına dəlalət edir. 
M – (metastasis – metastaz) uzaq metastazların olub-olmamasını xarakte-
rizə edir. M simvolu M
0
, M
x
, M
1
 kateqoriyalarından ibarət olub, M
0
 – 
uzaq metastazların olmamasını, M
x
 – uzaq metastazların təyin edil-
məsinin mümkün olmamasını, M
1
 – təyin edilən uzaq metastazların 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
19 
olmasını göstərir. 
TNM təsnifatına qoyulan əsas tələblər aşağıdakılardan ibarətdir: 
•  Bədxassəli  şiş diaqnozu histoloji təsdiq olunmalıdır. Diaqnozun 
histoloji təsdiq olunmadığı hallar xüsusi qeyd edilməlidir. 
•  Şişin hər bir lokalizasiyası üçün kliniki (c TNM) və patohistoloji (p 
TNM) təsnifatdan istifadə olunur. Kliniki TNM kliniki, rentge-
noloji, endoskopik, morfoloji və digər müayinə metodları əsasında 
müəyyən edilir, pTNM isə  cərrahi  əməliyyatdan sonra operasion 
materialın histoloji müayinəsi nəticəsində əldə edilən əlavə və fərqli 
məlumatlara  əsaslanır.  Şişin cTNM təsnifatı müalicə metodunun 
seçilməsi və onun qiymətləndirilməsi üçün vacibdirsə, pTNM xəs-
təliyin proqnozu üçün daha dəqiq məlumatların alınmasına və mü-
alicənin uzaq nəticələrinin qiymətləndirilməsinə imkan verir. 
•  Bədxassəli şiş cTNM və ya pTNM ilə təsnif edildikdən sonra şişin 
mərhələlərə görə qruplaşdırılması aparıla bilər. Şişin TNM dərəcəsi 
və  mərhələsi tibbi sənəddə  dəyişilməmiş qalmalı, sonrakı müalicə 
metodlarının effektivliyi fərqli meyarlarla (qalıq  şiş, residiv, şişin 
reqressiya dərəcəsi,  şişin proqressiyası,  şişin limfogen və hemato-
gen metastazları və s.) meyarlarla qiymətləndirilməlidir. 
•  Əgər şişin T, N, M kateqoriyalarının qiymətləndirilməsində çətinlik 
olarsa, ən kiçik kateqoriya əsas götürülməlidir. 
•  Bir orqanda aşkar olunan çoxsaylı sinxron şişlərin təsnifatında bi-
rincili şişin (T) ən yüsək kateqoriyası əsas götürülür. 
•  TNM təsnifatı bazis kateqoriyalar saxlanılmaqla kliniki və elmi təd-
qiqat məqsədi ilə genişlənə, yarımqruplara (məsələn, T
1a
, N
2c
, M
1b

bölünə bilər. 
Beləliklə, şişlərin beynəlxalq TNM təsnifatı: 
−  şiş  zədələnməsinin hər üç komponentini ayrı-ayrılıqda xarakterizə 
etməyə, 
−  xəstənin fərdi müalicə planını düzgün seçməyə, 
−  xəstəliyin proqnozunu daha dəqiq müəyyən etməyə, 
−  beynəlxalq miqyasda şişin yayılma dərəcəsinə, metastazvermə xü-
susiyyətlərinə, müalicə prinsiplərinə aid məlumatların vahid şəklə 
salınmasına imkan verir. 
 
1.3. Kanserogenez 
 
Kanserogenez – orqanizmin normal hüceyrələrinin  şiş hüceyrələrinə 
transformasiyasına səbəb olan çoxetaplı mürəkkəb prosesdir. Bədxassəli sis-
lərin əmələgəlmə səbəbi hüceyrənin genetik aparatının zədələnməsi və nəticədə 
onun bölünməsi prosesinin pozulmasıdır. Zədələnmiş hüceyrələrdə bölünmənin 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə