Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
20 
ya nəzarətsiz stimulyasiyası baş verir, ya da onun tormozlanması prosesi itir. 
Hüceyrənin genetik aparatında dəyişikliklər müxtəlif amillərin bilavasitə və ya 
dolayı təsiri nəticəsində əmələ gələ bilər. 
 
1.3.1. Kanserogen amillər 
 
ÜST ekspertlərinə görə «kanserogen amil – özünün fiziki, kimyəvi, 
bioloji və digər xüsusiyyətlərinə görə genetik aparatın somatik hüceyrələrə 
nəzarət edən hissələrinin zədələnməsinə səbəb olan amildir». 
Bu amillər 3 əsas qrupa bölünür: 
1. Kimyəvi kanserogen amillər 
2. Fiziki kanserogen amillər 
3. Bioloji kanserogen amillər 
Çox ehtimal ki, bədxassəli şişin əmələ gəlməsində eyni zamanda bir neçə 
amil iştirak edir. 
Kimyəvi kanserogen amillərə aşağıdakılar aid edilir: 
•  Siqaretsəkmə 
•  Qidalanma 
•  Alkoqol 
•  Ekologiya 
•  Peşə kanserogenləri 
Siqaretçəkmə  xərçəngdən ölümün səbəblərinin 30%-ə  qədərini təşkil 
edir. Hal-hazırda dünyada siqaret çəkənlərin sayı 1,5 milyarda yaxındır. Dün-
yanın inkişaf etməkdə olan ölkələrində siqaretdən istifadə edənlərin sayı hər il 
2% artırsa, inkişaf etmiş ölkələrdə bu göstərici 1,5% azalır. Siqaretçəkmə baş-
boyun nahiyəsinin bədxassəli şişlərindən dodaq, ağız boşluğu, udlaq və qırtlaq 
xərçəngi üçün kanserogen amil hesab olunur. Xərçəngin bu formaları baş-
boynun bütün bədxassəli  şişlərinin 80%-ə  qədərini təşkil edir. Siqaretçəkmə 
həmçinin bir sıra digər lokalizasiyalı  şişlərin (ağciyər, traxeya, qida borusu
sidik kisəsi xərçəngi və s.) əmələ gəlməsində rol oynayır. Siqaretçəkmə ilə əla-
qədar bədxassəli  şişlərin  əmələgəlmə riski müxtəlif lokalizasiyalı  şişlər üçün 
fərqli olub, siqaretçəkməyə başlama yaşından, siqaretçəkmənin müddətindən 
və gün ərzində  çəkilən siqaretin sayından asılıdır. Müəyyən edilmişdir ki, 
ağciyər xərçənginin əmələ gəlməsi 85-90%, qırtlaq xərçəngi 80-85%, ağız boş-
luğu, udlaq, qida borusu və sidik kisəsi xərçəngi isə 40-50% hallarda siqa-
retçəkmə ilə əlaqədar olur. 
Hal-hazırda xərçəngin profilaktikasının  əsas istiqaməti siqaretçəkmə ilə 
mübarizədir. Hesablanmışdır ki, siqaretçəkmədən imtina bədxassəli  şişlərlə 
xəstələnmə səviyyəsini 25-30% aşağı sala bilər ki, bu da ildə 3 milyona yaxın 
xəstələnmə hadisəsidir. 
Qidalanma kanserogen amillər arasında siqaretçəkmədən sonra ikinci ye-


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
21 
ri tutur və xərçəngin əmələgəlmə səbəblərinin 20-25%-ni təşkil edir. Dünyanın 
müxtəlif ölkələrində  xərçəng ilə  xəstələnmə  və ondan ölüm göstəricilərinin 
böyük fərqləri  əksər hallarda qida rejimindəki xüsusiyyətlərlə  əlaqədardır. 
Miqrantlar üzərində aparılan tədqiqatların nəticələri göstərmişdir ki, bədxassəli 
şişlərlə  xəstələnmənin coğrafi variabelliyi əksərən genetik xüsusiyyətlərlə 
deyil, ətraf mühit amilləri və həyat tərzi ilə əlaqədardır ki, bu da qidalanmanın 
xərçəngin əmələ gəlməsindəki vacib rolunu təsdiq edir. 
Qidanın bir sıra komponentləri, o cümlədən heyvan mənşəli yağlar xər-
çəngin əmələgəlmə riskini artırır. Eyni zamanda vitaminlər – ilk növbədə C, A, 
beta-karotin, həmçinin bu vitaminlərlə  zəngin qidalar ağız boşluğu, udlaq, 
qırtlaq xərçəngi ilə xəstələnmə riskini azaldır. Bundan əlavə duzlu, hisə veril-
miş və konservləşdirilmiş məhsulların tərkibində bir sıra kanserogen maddələr 
(nitrozaminlər, polisiklik aromatik karbohidrogenlər) vardır. Güman olunur ki
qidada nitrozaminlərin və onların sələflərinin (nitratların və nitritlərin) olması 
xərçəngin əmələgəlmə riskini artırır. Xərçəngin əmələgəlmə riski həmçinin çox 
isti qida və çox duz istifadə edən şəxslərdə müşahidə olunur. 
Hazırda xərçəngin  əmələ  gəlməsinə  səbəb ola bilən bütün qida kompo-
nentlərinin müəyyən edilməsində  çətinliklərin olmasına baxmayaraq şübhə 
doğurmur ki, meyvə və tərəvəzdən istifadənin çoxaldılması, piy və piylə zəngin 
qidadan istifadənin azaldılması  bədxassəli  şişlərlə  xəstələnmə  səviyyəsinin 
aşağı düşməsinə gətirib çıxaracaqdır. Xərçəngin profilaktikasında qida məhsul-
larının saxlanılma metodlarının təkmilləşdirilməsi, bu zaman duzlardan 
istifadənin məhdudlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. 
Alkoqol  bədxassəli  şişlərdən ölümün səbəblərinin 2-4%-ni təşkil edir. 
Spirtli içkilərdən həddən ziyadə istifadə  ağız boşluğu, udlaq, qırtlaq xərçən-
ginin və bir sıra digər lokalizasiyalı bədxassəli şişlərin (qara ciyər, qida borusu, 
mədə, mədəaltı vəzi, yoğun və düz bağırsaq xərçəngi) əmələgəlmə riskini ar-
tırır. Alkoqolun kanserogen effektinin mexanizmi müxtəlifdir. Bura asetal-
dehidin (alkoqolun əsas metaboliti) genotoksik effektini, oksigen radikallarının 
və nitrogen hissəciklərin  əmələ  gəlməsini, fol turşusunun metabolizminin 
pozulmasını aid etmək olar. 
Alkoqol eyni zamanda ikincili kanserogen effektə malikdir. Bu özünü
bir tərəfdən, toxumaların zədələnməsi (məsələn, sirrozlu xəstələrdə qara ciyər 
xərçənginin əmələ gəlmə riski artır), digər tərəfdən  onların digər kanserogen-
lərin təsirinə həssaslığının artması (məsələn, ağız boşluğu, udlaq, qida borusu 
xərçəngində) ilə göstərir. Digər tərəfdən, etanolun kanserogenezin promotoru 
rolunu oynaması haqqında məlumatlar vardır. Etil spirtinin bu xüsusiyyəti, yə-
qin ki, onun hüceyrə membranının keçiriciliyini artırmaq xüsusiyyəti ilə əlaqə-
dardır. Spirtli içkilərin siqaretçəkmə ilə birgə istifadəsi bədxassəli şişlərlə xəs-
tələnmə riskini daha da artırır. 
Ekoloji amillər bədxassəli şişlərin əmələgəlmə səbəblərinin 1-4%-ni təş-
kil edir. Ekoloji kanserogen amillərə ətraf mühitin (hava, su və torpağın) çirk-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə