Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə11/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
22 
lənməsi aid edilir. Bu amillərin dəri, burun boşluğu, burun-udlaq, ağciyər, qa-
raciyər, sidik kisəsi xərçənginin əmələ gəlməsindəki rolu müəyyən edilmişdir. 
Havanı çirkləndirən kanserogen maddələrə polisiklik aromatik karbohidro-
genlər, xrom, formaldehid, benzol, asbest və bir sıra digər kimyəvi birləşmələr 
aid edilir. Atmosfer havasının çirklənməsinin əsas mənbələri ağır sənaye müəs-
sisələri (metallurgiya, kimya, neft emalı), istilik elektrik stansiyaları  və av-
tomobil nəqliyyatıdır.  Ən geniş yayılmış su çirkləndiricilərinə suyun xlorlaş-
dırılması nəticəsində əmələ gələn kimyəvi birləşmələr (xloroform, bromoform 
və s.) aiddir. Eyni zamanda su rezervuarlarının təmizlənməsində istifadə 
olunan üzvi birləşmələr (peptisidlər, üzvi məhlullar), kənd təsərrüfatında isti-
fadə olunan herbisidlər, çay və  dənizlə daşınan kimyəvi məhsullar, içməli su 
mənbələrinin yaxınlığındakı  zərərli tullantı  mənbələri (zibilxanalar) suyun 
kanserogen maddələrlə çirkləndirilməsində rol oynayır. 
Peşə kanserogenləri bütün bədxassəli şişlərin əmələ gəlmə səbəblərinin 
2-5%-ni təşkil edir. Peşə kanserogen amilləri çox nadir hallarda konkret kim-
yəvi maddə ilə  təmsil olunur. Adətən, onlar bütün tərkib hissələri məlum 
olmayan mürəkkəb qarışıqlardan ibarət olurlar. Hazırda iş yerlərində rast 
gəlinən və insan üçün kanserogenliyi sübut olunmuş 29 kimyəvi birləşmə 
müəyyən edilmişdir. Onların arasında baş-boyun nahiyəsinin bədxassəli şişlə-
rinin əmələ gəlməsinə səbəb olanlara civə və onun birləşmələri, daş kömür qət-
ranı (dəri xərçəngi), qurum, xrom, nikel və onların birləşmələri, ağac tozu 
(burun boşluğu xərçəngi), formaldehid (burun-udlaq xərçəngi), iprit (udlaq 
xərçəngi) və kükürd turşusu buxarı (qırtlaq xərçəngi) aiddir. 
Fiziki kanserogenlərin aşağıdakı növləri vardır: 
•  İonizəedici radiasiya 
•  Ultrabənövşəyi şüalar 
•  Radon 
•  Elektromaqnit şüalanması 
•  Travmalar 
İonizəedici radiasiyanın kanserogen effekti peşə ilə  əlaqədar (nüvə 
sənayesində işləyənlər, radioloqlar) radioaktiv şüalanmaya məruz qalan, diaq-
nostika və müalicəsində ionizəedici radiasiyadan istifadə olunan və nüvə part-
layışlarından sonra şüalanma dozası almış insanlarda müəyyən olunmuşdur. 
İonizəedici radiasiya (rentgen, α,  β,  γ  şüaları  və neytronlar) dəri, dodaq, ağız 
suyu vəziləri, qalxanabənzər vəzi xərçəngi və bir sıra digər  şişlər (leykozlar, 
limfomalar, ağciyər, qida borusu, mədə, sidik kisəsi xərçəngi) üçün kanserogen 
amil rolunu oynayır. 
İonizəedici radiasiyaya uşaqlar daha həssasdır. Solid şişlər və leykemi-
yalar əksər hallarda prenatal, az təsadüflərdə isə postnatal şüalanma nəticəsində 
əmələ gəlir. Prenatal şüalanma nəticəsində əmələ gələn şişlər özünü, əsasən, 2-
5 yaşlarında göstərir. Postnatal şüalanma ilə  əlaqədər  əmələ  gələn  şişlərin la-
tent dövrü leykemiya üçün 5-10 il, solid şişlər üçün isə 20 ildən çox təşkil edir. 


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
23 
İnsanın  şüalanmaya məruz qaldığı yaş artdıqca onun bədxassəli  şişlərlə  xəs-
tələnmə riski azalır. Şüa müalicəsi onkoloji xəstələrdə ikincili bədxassəli şişlə-
rin əmələgəlmə riskini artırır. Belə ki, bütün ikincili bədxassəli şişlərin 5-10%-
nin səbəbi birincili şişə görə aparılmış radioterapiya hesab olunur. 
Ultrabənövşəyi şüalanma (ultraviolet – UV), əsasən, dəri xərçəngi üçün 
kanserogen amil hesab olunur. Beynəlxalq təsnifata görə UV şüalanmanın aşa-
ğıdakı diapazonları ayırd edilir: 
−  UVA şüalanma (uzun dalğalı) – 320-400 nanometr (NM) 
−  UVB şüalanma (orta dalğalı) – 280-320 NM 
−  UVC şüalanma (qısa dalğalı) – 200-280 NM 
Günəş UV şüalanmanın əsas mənbəyidir. Bütün günəş radiasiyasının 5%-
ə qədəri yer səthində UV diapazonda qəbul edilir. Praktiki olaraq bütün UVC 
şüalanma və UVB şüalanmanın 90%-ə  qədəri günəş  şüalarının atmosferdən 
keçdiyi vaxt, əsasən, ozon təbəqəsi tərəfindən udulur. UVA diapazonlu şüalar 
ozon təbəqəsi tərəfindən az udulduğundan yer səthinə çatan günəş radiasiyası 
əksərən UVA, az hallarda UVB diapazonlu olur. UVB şüalanmasının insan 
dərisinə kanserogen təsiri UVA nisbətən daha güclüdür. 
Radon – atmosferdə rast gəlinən radioaktiv qazdır. O, müxtəlif konsen-
trasiyalarda torpaqda və qayalıqlarda, tikinti materiallarında aşkar olunur, həm-
çinin yer səthinin dərin qatlarında və zirzəmilərdə toplanır.  
Uran və digər  şaxtaların işçilərinin müayinəsinin nəticələri göstərmişdir 
ki, radonun yüksək səviyyəsi qırtlaq və ağ ciyər xərçənginin əmələ gəlməsinə 
səbəb ola bilər. Yaşayış sahələrində radonun konsentrasiyası çox aşağı oldu-
ğundan onun kanserogen effekti praktiki əhəmiyyət kəsb etmir. 
Elektromaqnit  şüalanmasına yüksək gərginlikli elektrik xəttlərinin 
generasiya etdiyi aşağı tezlikli (50-60 Hz) elektromaqnit sahələri aid edilir. 
Əmələ  gələn elektromaqnit şüaları  həmin xəttlərin yaxınlığında yerləşən 
yaşayış sahələrinə daxil olaraq orada fon səviyyəsinin artmasına səbəb ola 
bilər. Elektromaqnit şüalanması ilə  xərçəngin  əmələ  gəlməsi arasındakı  əlaqə 
tam sübuta yetirilməmişdir. Belə ki, hazırda elektromaqnit sahəsinin kanse-
rogen mexanizminin elmi əsaslandırılmış mexanizmi yoxdur. 
Mobil telefonlardan generasiya olunan elektromaqnit sahəsi mikrodalğalı 
şüalanma spektrində olub, 800-2000 MHz tezliyinə malikdir. ABŞ,  İsveç və 
Danimarkada aparılan epidemioloji tədqiqatlar mobil telefonlardan istifadə ilə 
bədxassəli  şişlərin  əmələ  gəlməsi arasında  əlaqənin olmamasını müəyyən 
etmişdir. Lakin bəzi müəlliflər bununla razılaşmayaraq mobil telefonların 
kanserogen effektə malik olmasını iddia edirlər.  İstənilən halda nəzərə almaq 
lazımdır ki, mobil telefonlar gündəlik həyata nisbətən yaxın müddətdə daxil 
olmuşdur, xərçəngin inkişafı üçün isə, adətən, uzun latent dövrü tələb olunur. 
Travmalar orqanizmin ona məruz qalmış nahiyələrinin bədxassəli  şiş-
lərinə səbəb ola bilərlər. Bədxassəli şiş daha çox mexaniki və termiki zədələn-
mələrin, sınıqların, odlu silah yaralanmalırının, yanıqların yerində əmələ gəlir. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə