Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə19/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
43 
 
Cədvəl 2.1. 
Bədxassəli şişlərin diaqnostika alqoritmi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Skrining 
Anamnez 
Həyat anamnezi 
Xəstəlik anamnezi 
Kliniki fenomenlər 
Obyektiv kliniki 
müayinə 
Perkusiya və auskultasiya 
Laborator metodlar 
İnstrumental metodlar 
Baxış və palpasiya 
Qanın və sidiyin ümumi 
analizi 
Biokimyəvi müayinələr 
Şiş markerlərinin təyini 
Şüa diaqnostikası 
Radioloji  
radionuklid 
Ultrasəs 
Maqnit rezo-
nans tomoq-
rafiya 
termoqrafiya 
endoskopiya 
Morfoloji 
müayinə 
İntraoperasion 
diaqnostika 
Sitoloji 
Histoloji 
Müayinə standartları 
Yekun diaqnoz 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
44 
 
2.1. Skrininq 
 
Skrininq ingilis sözü «screening»dən götürülmüşdür və «çeşidləmə» 
mənasını verir. Dünyanın əksər ölkələrində «erkən diaqnostika» və «xərçəngin 
ikincili profilaktikası» terminləri ilə assosiasiya olunaraq xəstəliklərin preklinik 
və simtomsuz formalarını  aşkar etmək məqsədi ilə insanların xüsusi proq-
ramlarla testləşdirilməsini nəzərdə tutur. Skrininq metodları  aşağıdakı ciddi 
tələblərə cavab verməlidir: 
•  Həssas və spesifik 
•  İstifadəyə rahat 
•  Xəstələr üçün münasib 
•  Ucuz 
•  Standart 
Hal-hazırda kliniki onkologiyada istifadə olunan əsas skrininq metodları 
aşağıdakılardır: 
−  vizual müayinə (dəri xərçəngi və melanoması, dodaqların və  ağız 
boşluğu xərçəngi) 
−  döş qəfəsinin rentgenoqrafiyası (ağciyər xərçəngi) 
−  mammoqrafiya (süd vəziçi xərçəngi) 
−  sitoloji müayinə (uşaqlıq boynu xərçəngi) 
−  nəcisdə gizli qanın təyini (kolorektal xərçəng) 
−  prostat-spesifik antigenə (prostat-specific antigen [PSA]) test 
(prostat vəzi xərçəngi) və s. 
Əksər şişlər üçün skrininqin istifadəsinin optimal kontingenti 35-55 yaş-
larında olan insanlardır. 
 
2.2. Şikayət və anamnez 
 
Xəstənin  şikayətlərinin və anamnezin düzgün şərh edilməsi üçün xəs-
tənin şəxsi statusu (yaş, cins, peşə) aydınlaşdırılmalı, onunla təmas qurulmalı, 
psixi durumu, intellekt və şəxsiyyət xüsusiyyətləri qiymətləndirilməlidir. 
Baş-boyun nahiyəsinin şişləri zamanı xəstələrin əsas şikayətlərini aşağı-
daki kimi qruplaşdırmaq olar. 
Qeyri spesifik şikayətlərə şişin varlığı ilə əlaqədar olan şikayətlər (şişin 
olması, üzün asimmetriyası, şişlə zədələnmiş orqanın və ya onun müəyyən bir 
hissəsinin deformasiyası),  şişin ölçüləri və lokalizasiyası ilə  əlaqədar olan 
şikayətlər (ağız boşluğunun şişləri zamanı çeynəmənin və nitqin çətinləşməsi, 
udlaq və damaq şişlərində udmanın çətinləşməsi və  səsin tembrinin dəyişil-
məsi,  əng sümüyünün şişlərində göz almasının yerdəyişməsi [ekzoftalm], bu-
run boşluğu və burun-udlağın  şişlərində burunla tənəffüsün çətinləşməsi, dil 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
45 
kökünün və  çənənin  şişlərində  ağızın tam açılmaması, boynun iri həcmli  şiş-
lərində başın hərəkətinin çətinləşməsi, qırtlaq şişlərində səsin karlaşması və tə-
nəffüsün çətinləşməsi), eləcə də törəmə nahiyəsində olan ağrılar aiddir. Qeyd 
etmək lazımdır ki, ağrıların xarakteri müəyyən hallarda vacib diaqnostik 
əhəmiyyətə malik olur. Belə ki, ağrılar özbaşına və ya hər hansı bir təsirlə 
(toxunma, sıxılma, çeynəmə, udma) əlaqədar, küt və kəskin, güclü və zəif ola 
bilər və s. Ağrı şiş prosesinin erkən dövrlərində lokal, yayılmış mərhələlərində 
isə irradiasiyaedici xarakter daşıyır. 
Spesifik  şikayətlər  müəyyən tip şişlər üçün xarakterikdir. Bura heman-
giomalar və angiofibromalar üçün xarakterik olan periodik qanaxmaları, burun-
udlağın xərçəngi üçün xarakterik nevroloji simptomatikanı və s. aid etmək olar. 
Qeyd etmək lazımdır ki, spesiki şikayətlər çox az sayda şiş növlərində mü-
şahidə olunur. 
Ümumi xarakterli şikayətlərə ümumi zəiflik, iştahasızlıq, arıqlama və s. 
aid edilir.  
Xəstənin  şikayətləri aydınlaşdırıldıqdan sonra anamnez (həyat və  xəs-
təlik) toplanılır. Həyat anamnezində keçirilmiş  xəstəliklər, peşə  zərərləri, zə-
rərli adətlər araşdırılır. Xəstəlik anamnezində isə törəmənin əmələgəlmə və ya 
xəstənin onu təyin etmə vaxtı, xəstənin onu nə ilə əlaqələndirməsi, xəstəliyin 
ilk simptomları, sonraki inkişafı, göstərilmiş bütün əvvəlki tibbi yardım və 
onun nəticələri araşdırılır. 
 
2.3. Obyektiv kliniki müayinə 
 
Obyektiv kliniki müayinəyə  baxış, palpasiya, perkusiya və auskultasiya 
aid edilir. 
Baxış  bədxassəli  şişlərin diaqnostikasının vacıb tərkib hissələrindən 
biridir. 
Baş-boyun nahiyəsinin şişləri zamanı baxış, adətən, stomatoloji kresloda 
həyata keçirilir. Bu zaman ağız, udlaq, burun boşluqlarını və qırtlağı müayinə 
etmək üçün şpatel, stomatoloji və burun güzgülərindən, alın reflektorlarından 
istifadə olunur. 
Xəstəyə baxış aşağıdakı dəyişikliklərin aşkar edilməsinə imkan verir: 
•  Şişin lokalizasiyası, ölçüləri, forması və rəngi müəyyən olunur. 
•  Törəmə üzərində olan dərinin və selikli qişanın, həmçinin ətraf to-
xumaların vəziyyəti qiymətləndirilir. 
•  Dərin lokalizasiyalı şişlərdə ətraf anatomik strukturlarda olan dəyi-
şikliklər (yerdəyişmə, atrofiya, deformasiya) aşkar edilir. 
Xəstəyə baxış ancaq patologiyaya məruz qalmış nahiyə ilə  məhdudlaş-
mamalı, hərtərəfli olmalıdır. Bu taktiki yanaşma aşağıdakılarla izah olunur: 
−  aşkar olunan lokal zədələnmə ocağı ilkin lokalizasiyası başqa nahi-
yədə olan şişin metastazı ola bilər; 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə