Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə15/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
32 
Şiş toxuması aşağıdakı əsas xüsusiyyətləri ilə xarakterizə edilir. 
•  Toxuma və hüceyrə anaplaziyası və metaplaziyası: 
−  anaplaziya – şişin  əmələ  gəldiyi toxumaya xas olan spesifik 
funksiyaları itirməsidir 
−  metaplaziya – şişin əmələ gəldiyi yox, digər toxumanın xüsusiy-
yətini əldə etməsidir 
•  Xərçəng hüceyrələrinin ölməzliyi (immortalizasiya) 
•  Nəzarətsiz, sərhədsiz böyümə və diferensiasiyanın pozulması 
•  Şiş toxumasının avtonomluğu – şiş hüceyrələrinin  ətraf mühit və 
tənzimləyici amillərdən asılıliğının azalması  
•  Şiş hüceyrələrində metabolizmin dəyişilməsi – anaerob qlikoliz pro-
sesinin aktivləşməsi və oksidləşdirici fosforlaşmanın zəifləməsi  
•  Tənzimləyici mexanizmlərin pozulması: 
−  şiş toxumasının normal neyrohumoral tənzimlənmə mexanizm-
lərinə reaksiya verməməsi və  şiş toxumasında böyümə (parak-
rin) faktorlarının intensiv sekresiyası ilə əlaqədar özəl tənzimlə-
yici mexanizmlərin əmələ gəlməsi 
−  şiş hüceyrələrinin antigen xüsusiyyətlərinin dəyişilməsi 
−  apoptoz – hüceyrənin proqramlaşdırılmış və ya fizioloji ölümü 
 
1.3.6. Şişin orqanizmə təsiri 
 
İnkişaf edən bədxassəli şiş həm bilavasitə ətraf toxumalara, həm də xəs-
tənin bütün orqanizminə təsir edir. Şişin orqanizmə sistem təsirinin ən mühüm 
təzahürləri aşağıdakılardır: 
•  Kaxeksiya - orqanizmin ümumi taqətdən düşməsi, üzülməsidir. 
Xərçəng kaxeksiyası çoxsaylı amillərin təsirinin nəticəsi olaraq 
əmələ  gəlir.  Şiş hüceyrələri bir sıra vitaminlərin və mikroelement-
lərin mənimsənilməsi uğrunda normal hüceyrələrlə  bərabər səviy-
yədə mübarizə aparırlar. 
•  İmmunodepressiya (immunosupressiya). Bədxassəli  şişin inkişafı 
ikincili immunçatışmazlıq ilə müşayiət olunur ki, bu bir tərəfdən 
qlükokortikoidlərın hipersekresiyası, digər tərəfdən isə  şiş  tərəfin-
dən xəstənin immun cavabını zəiflədən və transformasiya olunmuş 
hüceyrələrin artmasına səbəb olan xüsusi amillərin ekspressiyası ilə 
əlaqədardır. 
•  Anemiya.  Xərçəng xəstəliyində müşahidə olunan anemiyanın sə-
bəbləri aşağıdakılardır: a) qanda dəmirin səviyyəsinin aşağı düş-
məsi, sümük iliyində eritropoezin zəifləməsi və eritrositlərin ya-
şama müddətinin azalması; b) şişin damarların divarına sirayət et-


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
33 
məsi və ya onun parçalanması  nəticəsində qanaxma; c) B
12
 vita-
mininin  (fol turşusunun) çatışmazlığı, d) xərçəngin sümük iliyinə 
metastazı. 
•  İntoksikasiya. Endotelial hüceyrələrin proliferasiyası  və bununla 
əlaqədar yeni damarların  əmələ  gəlməsinin  şişin artım sürətindən 
geri qalmasının nəticəsi olaraq şiş toxumasının mərkəzində nekrotik 
dağılma ocaqları müşahidə olunur. Şişin dağılma məhsulları qana 
daxil olaraq orqanizmin ümumi intoksikasiyasına səbəb olurlar. 
•  Ödem. Şiş mənşəli ödemlərin əmələ gəlməsində hipoproteinemiya, 
damar keçiriciliyinin artması,  şiş  tərəfindən vena və limfa damar-
larının sıxılması və s. amillər rol oynayır. 
•  Metastazvermə.  Xərçəngin metastazverməsinin nəticəsi olaraq 
müxtəlif ikincili simptomatika inkişaf edə və uzaq orqanların funk-
siyalarının ciddi pozğunluqları baş verə bilər. 
 
1.4. Bədxassəli şişlərin epidemiologiyası 
 
Onkoepidemiologiya – müəyyən bir ərazidə bütün əhali və ya onun ayrı-
ayrı qrupları arasında bədxassəli  şişlərin yayılma qanunauyğunluqlarını, onun 
əmələgəlmə səbəblərini, onkoloji xəstəliklərin profilaktikası imkanlarını öyrə-
nən elmdir. Xərçəngin epidemiologiyası iki əsas istiqamətə bölünür: 
−  təsviri epidemiologiya 
−  analitik epidemiologiya 
Təsviri epidemiologiya və ya onkoloji statistika bütün əhali və onun ayrı-
ayrı qrupları arasında bədxassəli  şişlərin yayılması, müxtəlif növ və lokaliza-
siyalı  şişlərin müqayisəli rastgəlmə tezliyi, bədxassəli  şişlərlə  xəstələnmə  və 
ölümün coğrafi, yaş, cinsi, peşə  və digər xüsusiyyətləri məsələləri ilə məşğul 
olur. 
Analitik epidemiologiya onkoloji statistikada öz əksini tapan nəticələri 
araşdırmağa, bədxassəli  şişlərin  əmələ  gəlməsinə  səbəb olan amilləri,  şəraiti 
aşkar etməyə xidmət edir. 
Xərçəngin tədqiqi üzrə Beynəlxalq Agentliyin (International Agency for 
Research on Cancer [IARC]) məlumatına görə, 2008-ci ildə dünyada 12,4 mln 
xərçənglə  xəstələnmə, 7,6 mln xərçəngdən ölüm hadisəsi və  bədxassəli  şiş 
diaqnozu qoyulduğundan 5 il keçmiş 28 mln insan qeydə alınmışdır. Tədqi-
qatlar 2030-cu ildə  bədxassəli  şişlərlə  xəstələnənlərin sayının 25 mln-a ya-
xınlaşacağını proqnozlaşdırırlar. Bütün xəstələnmə hallarının yarıdan çoxu, 
ölüm hallarının isə 75%-i orta və aşağı yaşayış səviyyəsi olan ölkələrdə qeydə 
alınır. 
Dünyanın müxtəlif regionlarında bədxassəli şişlərlə xəstələnmənin səviy-
yəsi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir (cədvəl 1.1.). 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
34 
 
Cədvəl 1.1. 
Bədxassəli şişlərlə xəstələnmə və ölümün hazırkı  
və proqnozlaşdırılan səviyyəsi 
 
2008 2030 
Region 
Əhalinin 
sayı 
xəstələnmə 
sayı  
(mln) 
ölüm  
sayı 
(mln) 
xəstələnmə 
sayı  
(mln) 
ölüm 
sayı 
(mln) 
Dünya 6731 
mln
12,5 7,6 26,5 
17,2 
Afrika 812 
mln 
0,7 0,5 1,6 
1,3 
Avropa 891 
mln 
3,4 1,8 5,5 3,4 
Yaxın Şərq– 
Aralıq dənizi 
561 mln 
0,5 
0,3 
1,2 
0,9 
Panamerika 919 
mln  2,6 
1,3 
6,4 
3,1 
Cənübi–Şərqi 
Asiya 
1768 mln 
1,6 
1,1 
3,7 
2,6 
Qərbi Sakit 
okean hövzəsi 
1780 mln 
3,7 
2,6 
8,1 
5,9 
 
Epidemioloji tədqiqatların nəricələri göstərir ki, xərçəngin ayrı-ayrı 
formalarının strukturu həyat səviyyəsi yüksək, orta və  aşağı olan ölkələrdə 
əhəmiyyətli dərəcədə fərqlənir. 
Həyat səviyyəsi yüksək olan ölkələrdə  ağciyər, süd vəzisi, prostat vəzi 
xərçəngi və kolorektal xərçəng üstünlük təşkil edir. Bu ölkələrdə  xərçəngin 
əmələ gəlməsinin 30%-ə qədəri siqaretçəkmə, 10%-ə qədəri isə xroniki infeksi-
yalarla əlaqədar olur. 
Orta və  aşağı  həyat səviyyəsi olan ölkələrdə daha çox mədə, qaraciyər, 
ağız boşluğu və  uşaqlıq boynu xərçənginə rast gəlinir. Lakin son onilliklərdə 
həyat tərzinin qərbləşməsi (qərb həyat tərzinin dəbdə olması), bu ölkələrdə si-
qaret çəkənlərin sayının kəskin artması, qidalanma strukturunun dəyişilməsi, 
oturaq həyat tərzi, piylənmə və s. ilə müşayiət olunur ki, bu da süd vəzisi və 
kolorektal xərçəngin artımına səbəb olmuşdur. Bu qrup ölkələrdə  xərçəngin 
əmələ  gəlməsi 25-30% hallarda xroniki infeksiyalar, 10-15% hallarda isə 
siqaretçəkmə ilə əlaqədardır.  


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə