Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə18/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
40 
40% 
Əlildir: xüsusi qulluğa və tibbi köməyə 
ehtiyacı vardır 
 
 
30% 
 
Ağır əlilik, qospitalizasiyaya ehtiyacı vardır 
 
 
20% 
 
Xəstənin ağır vəziyyəti: qospitalizasiya və 
aktiv simptomatik müalicə göstərişdir 
 
 
10% 
 
Ölüm ayağında olan xəstə, xəstəliyin kəskin 
proqressivləşməsi 
 
Özü-özünə qulluq 
edə bilmir: qulluq 
və ya qospi-
talizasiya va-
cibdir 
 
0% 
 
Ölüm 
 
 
Cədvəl 1.4. 
Xəstənin ECOG – WHO (Eastern Cooperative Oncology Group – World 
Health Organization) şkalası üzrə ümumi vəziyyəti 
 
ECOG Ballar 
Xəstə aktivdir, xəstəliyə qədərki bütün funksiyaları icra 
etməyə qadirdir. 

Xəstə ağır iş görmək qabiliyyətinə malik deyildir, ancaq 
yüngül və ya oturaq işləri yerinə yetirir. 

Xəstə ambulator müalicə olunur, özü-özünə qulluq edə 
bilir, lakin iş görmək qabiliyyətinə malik deyildir. 
Gümrah vaxtının 50%-ni aktiv-vertikal vəziyyətdə 
keçirir. 

Xəstə özünə məhdud qulluq etmək qabiliyyətinə 
malikdir. Gümrah vaxtının 50%-ni kreslo və ya yataqda 
keçirir 

Əlildir, özünə qulluq etmək qabiliyyətinə malik deyildir, 
yataq xəstəsidir 



Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
41 
 
 
 
F
F
ə
ə
s
s
i
i
l
l
 
 
2
2
 
 
 
BƏDXASSƏLİ ŞİŞLƏRİN  
DİAQNOSTİKASI 
 
 
Kliniki onkologiyada bədxassəli şişlərin effektiv müalicəsinin ən vacib şərti 
düzgün və vaxtında qoyulmuş diaqnozdur. Bədxassəli  şişlərin diaqnostikası 
birincili şiş ocağının (T) yayılma dərəcəsini, regionar (N) və uzaq (M) metastaz-
ların olub-olmamasını xarakterizə edir və aşağıdakı vəzifələri yerinə yetirir: 
•  Şişin ilkin lokalizasiyasının, anatomik tipinin, ölçülərinin, orqanın 
şişlə zədələnmə həcminin müəyyən edilməsi 
•  Şişin xarakterinin (xoşxassəli, bədxassəli) təyin edilməsi 
•  Diaqnozun morfoloji təsdiqi 
•  Şişin yayılma dərəcəsinin (TNM) müəyyən olunması 
Hal-hazırda bədxassəli  şişlərin diaqnostikasının aşağıdakı  səviyyələri 
ayırd edilir: 
•  Erkən 
•  Vaxtında 
•  Gecikmiş 
Bədxassəli  şişlərin  erkən diaqnostikasına  şiş prosesinin normal hücey-
rənin bədxassəli hüceyrəyə transformasiya olunduğu başlanğıc dövrlərdə aşkar 
edilməsi aid edilir. Bu dövrdə  şiş ancaq epitel daxilində böyüyərək onu ətraf 
toxumalardan ayıran bazal membrandan kənara çıxmır. Bədxassəli  şişin bu 
mərhələdə  aşkar edilən forması Tis (carsinoma in situ) adlanır və morfoloji 
müayinə  əsasında müəyyən edilir. Carsinoma in situ metastaz vermir və 
aparılan müalicə nəticəsində tam sağalma əldə edilir. 
Vaxtında diaqnostika bədxassəli şişlərin I-II mərhələlərdə (T
1-2
 N
0
M
0

aşkar edilməsidir. Bu dövrdə  şişin ölçülərinin kiçik olması, regionar və uzaq 
metastazların isə əksərən olmaması ilə əlaqədar xəstəliyin proqnozu yaxşı olur. 
Gecikmiş diaqnostika bədxassəli şişlərin III-IV mərhələlərdə (T
3-4
, N
1-3

M
0-1
) aşkar edilməsidir. Radikal müalicənin çətinliyi və ya mümkün olmaması 
ucbatından bu qrup xəstələrdə proqnoz pisdir. 
Bədxassəli şişlərin diaqnostikasında əldə olunan müvəffəqiyyətlərə bax-
mayaraq problemin həlli səviyyəsi hələ  də  qənaətbəxş deyildir. Belə ki, bəd-


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
42 
xassəli şiş diaqnozu qoyulmuş xəstələrin 60-70%-də şiş prosesinin III-IV mər-
hələləri müəyyən edilir. ÜST (2000) məlumatına görə ilk dəfə  bədxassəli  şiş 
diaqnozu qoyulmuş  xəstələrin yalnız 1/3-də radikal müalicə mümkün olur, 
qalan 2/3-nə isə palliativ və ya simptomatik müalicə təyin edilir. 
Bədxassəli  şişlərin gecikmiş diaqnostikanın  əsas səbəbləri aşağıdakı-
lardır: 
•  Həkim səhvləri 
•  Həkimə gec müraciət 
•  Müayinədən imtina 
•  Xəstəliyin gizli gedişi 
Gecikmiş diaqnostikanın səbəbləri arasında həkim səhvləri əsas yeri tu-
tub rastgəlmə tezliyi şişin lokalizasiyasından asılı olaraq 30-50% təşkil edir. 
Həkim səhvlərinin  əsasını ümumi müalicə  şəbəkəsi mütəxəssislərində 
«onkoloji sayıqlığın» olmaması təşkil edir. 
Onkoloji sayıqlığa aşağıdakılar aiddir: 
−  xərçəngönü xəstəliklərin simptomatikasını  və müalicə taktikasını 
bilmək 
−  bədxassəli şişlərin erkən simptomlarını və müalicə prinsiplərini bil-
mək 
−  onkoloji xidmətin təşkili prinsiplərindən xəbərdar olmaq 
−  müraciət edən hər bir xəstəni onda mümkün onkoloji patologiyanı 
inkar etmək üçün diqqətlə müayinə etmək 
−  çətin diaqnostika hallarında xəstədə atipik və ya ağırlaşmış gedişə 
malik bədxassəli şişin ola bilməsi haqqında fikirləşmək 
Onkoloji xəstənin gələcək taleyinə bədxassəli şişin hiperdiaqnostikasına 
nisbətən onun hipodiaqnostikası daha çox təsir edə bilər. Ona görə  də  həkim 
xəstəyə ehtimal olunan bədxassəli  şiş diaqnozu qoymaqdan çəkinməməli və 
onu ciddi müayinə edərək onkoloji patologiyanı təsdiq və ya inkar etməlidir. 
Gecikmiş diaqnostikanın digər səbəbləri arasında xəstələrin həkimə gec 
müraciətini  və  müayinədən imtinanı qeyd etmək lazımdır. Bunun əsas 
səbəbləri aşağıdakılardır: 
−  xroniki xəstəlik fonunda yeni əmələ gələn şikayətlərin vaxtında se-
zilməməsi; 
−  həqiqi diaqnozu bilmək qorxusu
−  xəstənin aşağı sosial və mədəni statusu; 
−  müalicə üçün ekstrasenslərə, şəfavericilərə və s. müraciət. 
Əksər bədxassəli  şişlər üçün erkən mərhələdə  xəstəliyin gizli (simp-
tomsuz) gedişi xarakterikdir. Xərçəngin bu formasının aşkar edilməsinin  ən 
real yolu profilaktik baxışlardır. 
Onkologiyanın müasir inkişaf səviyyəsində  bədxassəli  şişlərin diaqnos-
tika alqoritmini aşağıdakı kımı qruplaşdırmaq olar (cədvəl 2.1). 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə