Microsoft Word Onkologiya fesil 1-5 +. doc


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə16/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
35 
Afrika regionunda qadınlarda bədxassəli  şişlərə kişilərə nisbətən çox 
rast gəlinir. Xəstələrin yarıdan çoxunu cavan yaşlı insanlar təşkil edir. Kişilər 
arasında bədxassəli  şişlərin  ən çox rast gəlinən formaları Kapoşi sarkoması, 
qaraciyər, prostat vəzi və qida borusu xərçəngi, qadınlar arasında isə  uşaqlıq 
boynu, süd vəzisi, qara ciyər xərçəngi və Kapoşi sarkomasıdır. 
Panamerika regionunda bədxassəli şişlər kişilərdə və qadınlarda təxmi-
nən eyni tezlikdə, əsasən, orta yaşlarda rast gəlinir. Rastgəlmə tezliyinə görə ilk 
yerləri kişilərdə prostat vəzi, ağciyər və  mədə  xərçəngi, qadınlarda isə süd 
vəzisi, ağciyər, uşaqlıq boynu və cisminin xərçəngi, kolorektal xərçəng tutur. 
Həm kişilər, həm də qadınlar arasında ölümün əsas səbəbi isə  ağciyər xər-
çəngidir. 
Yaxın Şərq-Aralıq dənizi regionunda bədxassəli şişlərin ən çox rast gə-
linən formaları kişilərdə  ağciyər və sidik kisəsi xərçəngi, qadınlarda isə süd 
vəzisi xərçəngidir. 
Cənubi-Şərqi Asiyada bədxassəli şişlərin strukturunda ilk yerləri kişilər 
arasında ağciyər, ağız boşluğu, udlaq, qida borusu, qara ciyər və  qırtlaq xər-
çəngi, qadınlar arasında isə süd vəzisi və uşaqlıq boynu xərçəngi tutur. Bu regi-
onda ağciyər xərçəngi ölümün əsas səbəbidir. Udlaq və qırtlaq xərçəngi kombi-
nəolunmuş şəkildə rast gəlindiyi hallarda ölümün əsas səbəblərindən biri olur. 
Qərbi Sakit okean hövzəsi regionunda kişilər arasında  ən çox rast 
gəlinən bədxassəli  şişlər azalan sıra ilə  mədə, ağciyər, qaraciyər, qida borusu 
xərçəngi və kolorektal xərçəng, qadınlarda isə süd vəzisi, mədə, ağciyər, qara-
ciyər və  uşaqlıq boynu xərçəngidir. Ölümün səbəbləri arasında ilk yerləri 
kişilərdə ağciyər, qadınlarda isə süd vəzisi xərçəngi tutur. 
Avropa regionunda bədxassəli şişlərin ən çox təsadüf edən formaları ki-
şilərdə ağciyər, prostat vəzi, sidik kisəsi, mədə xərçəngi və kolorektal xərçəng, 
qadınlarda isə süd vəzisi, ağciyər, uşaqlıq və mədə xərçəngidir. Ölümün səbəb-
ləri arasında ilk 2 yeri kişilərdə ağciyər və prostat vəzi xərçəngi, qadınlarda süd 
vəzisi və ağciyər xərçəngi tutur. 
Hər il yer kürəsində baş-boyun nahiyəsinin bədxassəli  şişləri olan 
600000-nə yaxın xəstələnmə hadisəsi qeydə alınır ki, onların da 400000-ə ya-
xını ölümlə nəticələnir. 
Baş-boyun nahiyəsinin bədxassəli  şişləri ilə ümumdünya xəstələnmə  və 
ölüm göstəricilərinə görə ilk 2 yeri kişilər arasında ağız boşluğu və qırtlaq xər-
çəngi, qadınlar arasında isə udlaq və  ağız boşluğu xərçəngi tutur. Azərbay-
canda baş-boyun nahiyəsinin bədxassəli şişlərinin ən çox təsadüf edən forması 
qırtlaq xərçəngi olub, əksərən kişilərdə rast gəlinir. Olüm göstəricilərinə görə 
isə ilk iki yeri qırtlağın və ağız boşluğu xərçəngi tutur. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
36 
 
1.5. Bədxassəli şişlərin profilaktikası 
 
İstənilən xəstəliklə mübarizənin  əsasını onun profilaktikası  təşkil edir. 
Güman etmək olar ki, məqsədyönlü sanitar-gigiyenik və biokimyəvi tədbirlərin 
köməyi, insan orqanizmində fizioloji proseslərin gedişi üçün optimal şəraitin 
yaradılması, zərərli adətlərdən imtina edilməsi sayəsində  bədxassəli  şişlərlə 
xəstələnmə riskini 70%-ə qədər azaltmaq olar. 
Xərçəngin birincili və ikincili profilaktikası ayırd edilir. 
Xərçəngin birincili profilaktikası kanserogen amillərin (kimyəvi, fiziki, 
bioloji və s.) təsirinin aradan qaldılırmasına və ya azaldılmasına, orqanizmin 
spesifik və qeyri-spesifik müqavimətinin artırılmasına yönəldilmişdir. Birincili 
profilaktika sanitar-gigiyenik tədbirlərin, həmçinin biokmyəvi, genetik, immu-
nobioloji və yaşla əlaqədar pozğunluqların korreksiyası vasitəsi ilə həyata ke-
çirilir. Dünyanın iqtisadi cəhətdən  əksər inkişaf etmiş ölkələrində birincili 
profilaktika səhiyyənin ən əhəmiyyətli sahəsinə çevrilmişdir. 
Xərçəngin ikincili profilaktikası dedikdə  xərçəngönü xəstəliklərin və 
xərçəngin erkən formalarının aşkar edilməsi və müalicəsi nəzərdə tutulur. 
«Xərçəngönü» terminini ilk dəfə V.Dübrel (Dubreuil) 1896-cı ildə der-
matoloqların Londonda keçirilən Beynəlxalq konqresində təklif etmişdir. O bir 
qrup dəri xəstəliklərini (qocalıq keratozu, papilloma, Pecet xəstəliyi, piqmentli 
kseroderma və s.) xərçəngönü xəstəliklər adı altında birləşdirmişdir. O, belə bir 
fikirdə idi ki, dərinin yuxarıda göstərilən zədələnmələri ilə sonradan onların 
yerində əmələ gələn xərçəng arasında qanunauyğun əlaqə vardır. 
O vaxtdan başlayaraq «xərçəngönü» termini və «hər bir xərçəngin özü-
nün xərçəngönü var» (L.Şabad, 1967) kəlamı kliniki və  nəzəri onkologiyada 
özünə möhkəm yer tapdı. Praktiki nöqteyi nəzərdən xərçəngönü xəstəliklər 
haqqında anlayış çox perspektivli görünürdü, belə ki, bu proseslərin mülalicəsi 
yolu ilə xərçəngin profilaktikası üçün ümid əmələ gəlirdi. 
Hal-hazırda xərçəngönü xəstəliklərə orqan və toxumalarda aşkar olunan 
çoxsaylı və müxtəlif proseslər aid edilir. 
Xərçəngönü xəstəliklər iki əsas qrupa bölünür: 
•  Obliqat 
•  Fakultativ 
Obliqat xərçəngönü xəstəliklər qrupuna əksər hallarda və ya həmişə 
bədxassəli  şişə keçən xəstəliklər aiddir (obliqat latınca «obliqatus» – mütləq 
deməkdir). Obliqat xərçəngönü xəstəliklər qrupunda müəyyən kliniki əla-
mətləri olan və lokal morfoloji dəyişikliklərlə (məsələn hüceyrə atipiyası ilə) 
müşayiət olunan bir sıra xəstəliklər birləşdirilir. Baş-boyun nahiyəsinin obliqat 
xərçəngönü xəstəliklərinə Bouen xəstəliyi, piqmentli kseroderma, Manqanotti 
xeyliti aid edilir.Obliqat xərçəngönü xəstəliyi olan şəxslər radikal müalicə 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə