Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə12/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
24 
Bioloji kanserogen amillərin aşağıdakı növləri fərqləndirilir: 
•  Helmintlər (parazitlər) 
•  Bakteriyalar 
•  Viruslar 
•  Hormonlar 
•  Reproduktiv amillər 
•  Genetik (irsi) amillər 
•  İmmunçatışmazlıq (immunodefisit) 
İnsanda bədxassəli  şiş əmələ  gətirə bilən  parazitar helmintlərə opistor-
xoz və  şistomatoz aid edilir. Opistorxoz (opistorchis felineus) qaraciyərin 
xolangiosellülyar xərçənginin, şistomatoz (schistosoma mansoni et shictosoma 
haematobium) isə sidik kisəsi xərçənginin kanserogen amili hesab olunur. 
Qeyd olunan parazitar mənşəli şişlərə əksərən Çin, Misir, Zambiya, Zimbabve 
və Əlcəzairdə rast gəlinir. 
Helicobacter pylori  (HP) hal-hazırda kanserogen effekti təsdiq olunan 
yeganə bakteriyadır. Bu infeksiyaya yoluxmuş xəstələrin sayı dünya əhalisinin 
50%-ni, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların isə 90%-ni təşkil 
edir. Bu infeksiya əhali sıxlığı çox, gigiyenik səviyyəsi aşağı olan regionlarda 
daha çox yayılmışdır. HP mədə xərçəngi üçün kanserogen amil rolunu oynayır. 
Avropada HP mədə xərçənginin əmələ gəlmə səbəblərinin 6%-ni təşkil edir. 
İnsanda bədxassəli şiş əmələ gətirmək qabiliyyətinə malik olan viruslar 
aşağıdakılardır: 
−  insan papilloma virusu (HPV)  
−  insan herpes virusu (HHV8-KSHV) 
−  T-hüceyrəli leykemik virus (HTLV) 
−  Epşteyn-Barr virusu (EBV) 
−  hepatit B və C virusları (HVB, HVC) 
−  insan immunçatışmazlıq virusu (HİV) 
İnsan papilloma virusu  (HPV)  ağız boşluğu, udlaq, uşaqlıq boynu 
xərçənginin əmələ gəlməsindəki rolu təsdiq edilmişdir. Yer kürəsində hər il 2 
milyondan çox HPV yoluxmuş insan aşkar olunur. ABŞ-da bu virusa yoluxmuş 
20 milyon insan yaşayır. HPV yoluxma cinsi yolla baş verir. HPV çoxsaylı 
tipləri arasında yüksək onkogenliyə malik olanları onun 16, 18, 31, 35, 39, 45, 
51, 52, 56, 59 və 66-cı tipləridir. HPV vaxtında aşkar edilməsi və mültivalent 
antivirus vaksinlərdən istifadə onun kanserogen amil olduğu xəstəliklərin 
effektiv profilaktika metodudr. HPV 6, 11, 16 və 18 tiplərinə qarşı profilaktik 
vaksin 2006-cı ildən başlayaraq dünyanın 60 ölkəsində qeydiyyatdan keçmiş, 
20 ölkədə isə Milli vaksinasiya təqviminə daxil edilmişdir. 
İnsan herpes virusu (HHV8-KSHV) Kapoşi sarkomasının bütün formaları 
üçün etioloji amil sayılır. HHV8 infeksiyası immunodefisitlə assosiasiya olu-
nur və ona insan immun çatışmazlığı virusu (HİV) infeksiyasının geniş yayıl-


Fəsil 1. KLİNİKİ ONKOLOGİYANIN ÜMUMİ ASPEKTLƏRİ 
25 
dığı Afrikada daha çox rast gəlinir. Eyni zamanda aralıq dənizi regionu (Cə-
nubi İtaliya, İsrail) HHV8 üçün endemik ocaq hesab olunur. 
T-hüceyrəli leykemik virus (HTLV) leykemiyalar üçün kanserogen 
amildir. HTLV daşıyıcısı olan hər 30 nəfərdən birində T-hüceyrəli leykemiya 
inkişaf edir. Bu virusun çox yayıldığı regionlara Yaponiya, Karib adaları. 
Cənubi Amerika, Yaxın  Şərq və  Mərkəzi Afrika daxildir. Şimali Amerika və 
Avropada bu virusa az rast gəlinir. Dünya üzrə bu virusun daşıyıcılarının sayı 
15-18 milyon insan təşkil edir. HTLV üç ötürülmə yolu vardır: döşlə qida-
lanma, cinsi və hematogen. Virus əksərən 50 yaşından yuxarı insanlarda rast 
gəlinir, virusun daşıyıcıları isə daha çox qadınlardır. 
Epşteyn-Barr virusu (EBV)  ilə yoluxma dünyada yaşlı əhalinin 90%-də 
(endemik regionlarda – 100%) aşkar olunmuşdur.  İnkişaf etməkdə olan ölkə-
lərdə virusa yoluxma erkən uşaq dövründə, inkişaf etmiş ölkələrdə isə 
yeniyetmə dövründə baş verir və ikinci halda infeksion mononukleoz ilə 
müşayiət olunur. EBV insandan insana keçməsi hava-damcı yolu və ağız suyu 
vasitəsilə baş verir. EBV Berkitt limfoması, burun-udlaq xərçəngi, Xockin 
limfoması, T və B hüceyrəli limfomalar üçün kanserogenliyi sübut olunmuş-
dur. Ekvatorial Afrikanın endemik rayonlarında Berkitt limfoması olan xəs-
tələrin 100%-də EBV qarşı antitel titrinin artması müşahidə olunur. EBV ilə 
nazoforingeal xərçəng arasındakı  əlaqənin öyrənilməsi bu xəstələrdə virusa 
antitel titrinin dəfələrlə artmasını müəyyən etmişdir. 
Dünyada  hepatit B virusuna (HVB) yoluxmuş 2 milyard, hepatit C 
virusuna (HVC) yoluxmuş 80 milyon insan aşkar edilmişdir. Bu virusların 
xroniki daşıyıcıları Avropa və Şimali Amerika əhalisinin 1-2%-ni, Yaxın Şərq 
və  Cənubi-Şərqi Asiya əhalisinin 4-8%-ni təşkil edir. HVB və HVC olan 
insanlarda hepatosellülyar xərçəngin inkişaf riski çox yüksək olub müvafiq 
olaraq inkişaf etmiş ölkələr üçün 25% və 20%, inkişaf etməkdə olan ölkələr 
üçün içə 60% və 35% təşkil edir.  
İnsan immunçatışmazlıq virusu (HİV) birbaşa kanserogen effektə malik 
olmayıb, xərçəngin əmələ gəlməsinə immun çatışmazlığı vasitəsi ilə dolayı tə-
sir edir. HİV qazanılmış immunçatışmazlıq sindromunun QİÇS (AIDS – 
Acguired Immune Deficiency Syndrome ) diaqnostik əlamətlərindən biri olan 
Kapoşi  sarkomasının əmələgəlmə riskini artırır və, çox güman ki, burada əsas 
kanserogen amil – HHV8-dir. Digər tərəfdən, HİV ilə Xockin və qeri-Xockin 
limfomaları, həmçinin mərkəzi sinir sisteminin bəzi bədxassəli şişləri arasında 
əlaqənin olması müəyyən olunmuşdur. 
Hormonal status bir sıra lokalizasiyalı  şişlərin, ilk növbədə qalxana-
bənzər vəzi, süd vəzisi, uşaqlıq cismi, yumurtalıq, prostat vəzi xərçəngi üçün 
risk amili rolunu oynayır. Çox yəqin ki, bədxassəli şiş orqanın artmış hormonal 
stimulyasiyası  nəticəsində  əmələ  gəlir. Bədxassəli  şişlərin  əmələ  gəlməsində 
rolu olan hormonlar endogen və ekzogen mənşəli ola bilər. Endogen hor-
monlara progestron, estrogen və androgenlər, ekzogen hormonlara isə fəal kon-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə