Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə20/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
46 
−  sinxron birincili – şoxlu şişlərin olması mümkündür; 
−  hərtərəfli baxış zamanı ciddi yanaşı patologiya aşkar oluna bilər ki
bu da müayinənin həcminə təsir edə bilər. 
Palpasiya – onkoloji xəstənin müayinəsində mühüm metoddur. Birincili 
şişin palpasiyası şişin lokalizasiyası, ölçüləri, ətraf toxumaların vəziyyəti haq-
qında  əlavə  məlumatlar verir. Palpator olaraq şişin konsistensiyası, hərəkətli-
liyi,  ətraf anatomik strukturlarla əlaqəsi aşkar olunur. Boynun palpasiyasında 
limfa düyünlərinin sayı, lokalizasiyası, konsistensiyası, hərəkətliliyi müəyyən 
edilir və alınmış  nəticələr  əsasında onların metastatik zədələnməsi haqqında 
fikir yürüdülür. Palpasiya bir əllə (digər  əllə baş fiksə edilir) və ya bimanual 
(dəri və ağız boşluğu tərəfindən) aparılır.  
Perkusiya və auskultasiya baş-boyun şişlərinin müayinəsində az (çənə 
və  əng sümüyünün şişlərində dişlərin perkusiyası, hemodektomalar zamanı 
sistolik küyün auskultasiyası) diaqnostik əhəmiyyətə malikdir. 
 
2.4. Kliniki fenomenlər 
 
Bədxassəli şişlərin klinik fenomenlərinə aşağıdakılar aiddir: 
•  Obturasiya fenomeni – daha çox boşluqlu orqanların şişləri zamanı 
müşahidə olunur və borulu orqanların mənfəzinin  şiş törəməsi ilə 
bilavasitə və ya kənardan sıxılması nəticəsində daralması ilə xarak-
terizə olunur. Kliniki olaraq özünü orqanın stenozu əlamətləri ilə 
(disfagiya, keçməməzlik, asfiksiya və s.) göstərir. 
•  Destruksiya fenomeni – şişin xoralaşması zamanı müşahidə olunur, 
şiş toxumasının dağılması və ya damar divarının zədələnməsi ilə xa-
rakterizə olunur. Kliniki olaraq özünü qanaxma ilə göstərir. 
•  Kompressiya fenomeni  –  şişin proqressiv böyüməsi zamanı mü-
şahidə olunur və onun sinir götüklərinə,  ətraf orqanlara təzyiqi ilə 
xarakterizə olunur. Kliniki olaraq özünü müxtəlif intensivlikli ağ-
rılarla göstərir. 
•  İntoksikasiya fenomeni – şişin kütləsinin böyük ölçülərə çatması 
zamanı müşahidə olunur. Klinikada özünü xarakterik triada (ümumi 
zəiflik, arıqlama, iştahanın itməsi) ilə göstərir. 
•  Şiş törəməsi fenomeni – özünü gözlə görünən, əllənən və ya kliniki 
instrumental müayinə metodları ilə  təyin edilən  şiş törəməsi ilə 
göstərir. 
•  Orqanın spesifik funksiyalarının pozulması fenomeni – ən çox 
endokrin orqanların şişləri zamanı müşahidə olunur. 
•  Paraneoplastik sindrom fenomeni – bədxassəli şiş prosesinin tə-
siri altında  əmələ  gələn müxtəlif mənşəli simptomokompleksdir. 
Belə ki, şiş toxuması müəyyən maddələr ifraz edə bilir ki, onlar da 


Fəsil 2. BƏDXASSƏLİ ŞİŞLƏRİN DİAQNOSTİKASI 
47 
orqanizmdə bir sıra dəyişikliklərə  gətirib çıxarır. Müşahidə olunan 
bu dəyişikliklər  şişin toxuma və orqanlara bilavasitə  təsiri (sira-
yətetmə, metastazvermə) nəticəsində deyil, onun orqanizmdə baş 
verən mübadilə  və digər proseslərə  təsiri nəticəsində inkişaf edir. 
Paraneoplastik sindromlar xəstəliyin müxtəlif mərhələlərində müşa-
hidə oluna bilər.  Ən çox rast gəlinən paraneoplastik sindromlara 
aşağıdakılar aiddir: 
−  endokrin mənşəli sindromlar: hipertireoidizm, hiperglikemiya 
−  qanyaradıcı sistemin paraneoplastik zədələnmələri: anemiya, 
tromboflebit və trombemboliyalar 
−  sinir sisteminin paraneoplastik zədələnmələri: sinir-əzələ poz-
ğunluqları, periferik nevritlər 
−  dərinin zədələnməsi ilə müşayiət olunan paraneoplastik dəyişik-
liklər: dermatitlər, dermatomiozitlər, hiper və diskeratozlar 
 
2.5. Laborator diaqnostika 
 
Əksər laborator reaksiyalar bədxassəli şiş prosesi zamanı dəyişilir. Lakin 
bu, adətən, şiş prosesinin yayılmış mərhələsində, orqanizm ilə şiş arasında mü-
vazinət pozulduqda baş verir. 
Qanın morfoloji tərkibi şiş prosesinin erkən, bəzən isə gecikmiş mərhə-
lələrində  də  dəyişilmir, yəni eritrositlər, trombositlər, leykositlər norma daxi-
lində olur. Şiş prosesinin gecikmiş  mərhələsində böyüyən  şiş  dəmiri özündə 
akkumulyasiya edir, onun həyat fəaliyyətinin toksiki məhsulları eritropoezi zə-
iflədir, qısa həyat dövrlü eritrositlər sintez olunur, anemiya əmələ gəlir. Sonra-
kı mərhələdə ağ qanda da dəyişikliklər baş verir. Limfositopeniya şişin böyü-
məsi ilə artır. Şiş prosesinin generalizasiyası zamanı eozinofiliya və monositoz 
müşahidə olunur. Qeyd etmək lazımdır ki, şüa və kimyəvi müalicələr də perife-
rik qanın şəklinə təsir edərək leykopeniyaya və trombositopeniyaya gətirib çı-
xarır. 
Bədxassəli şiş prosesi zamanı baş verən əsas laborator dəyişikliklər aşa-
ğıdakılardır: 
•  Bədxassəli  şişi olan xəstələrin sidiyində poliaminlərin diaqnostik 
əhəmiyyəti haqqında məlumatlar vardır. Müəyyən olunmuşdur ki
xərçəngin əmələ gəlməsi ilə sidikdə poliaminlərin miqdarı az və ya 
çox dərəcədə artır. 
•  Şiş prosesinin gecikmiş formalarında qan zərdabında sidik cövhə-
rinin, sümük metastazlarında isə qan zərdabında kalsiumun səviy-
yəsi artır. 
•  Xərçəngə çökmə reaksiyası (XÇR) - onkoloji xəstələrin qan zərda-
bında γ-qlobulin zülalının aşkar edilməsidir. XÇR eksperimentdə və 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
48 
klinikada effektivliyi 90%-dir. XÇR şişin erkən mərhələlərində da-
ha dəqiq diaqnostik əhəmiyyətə malikdir. Şiş prosesinin gecikmiş 
mərhələlərində zülalların sintezinin pozulması  səbəbindən XÇR 
diaqnostik effektivliyi azalır. 
•  Onkoloji xəstələrdə qan zərdabında heksokinazanın, xəstəliyin ge-
cikmiş mərhələlərində isə həm də adenozintrifosfatazanın (ATF) sə-
viyyəsi artır. 
 
2.6. İmmunoloji diaqnostika 
 
Son onilliklər  ərzində immunologiyanın sürətli inkişafı ilə  əlaqədar an-
tigen-antitel reaksiyasına  əsaslanan çoxsaylı diaqnostika metodları  işlənib ha-
zırlanmışdır. Bədxassəli şişlərin immunoloji diaqnostikası normal və şiş toxu-
malarının antigen fərqlərinə əsaslanır. İmmunodiaqnostika aşağıdakı vasitələrlə 
həyata keçirilə bilər: 
•  Spesifik antizərdabların köməyi ilə  şiş hüceyrələrində, qan zərda-
bında, sidikdə və digər maye mühitlərində sintezi müəyyən toxuma 
üçün xarakterik olmayan və ya normada az miqdarda sintez olunan 
atipik məhsulların aşkar edilməsi 
•  Orqanizmdə şişin əmələ gəlməsinə cavab olaraq bir sıra spesifik hu-
moral və hüceyrə-immun reaksiyaların baş verməsi 
•  Bədxassəli  şişin immun sistemdə  əmələ  gətirdyi qeyri-spesifik də-
yişikliklərin təyini 
•  Biopsion və seksion materialın immunohistokimyəvi diaqnostikası 
İmmunoloji diaqnostika nöqteyi-nəzərindən xəstələrin qanında və sidi-
yində şiş markerlərinin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir. 
Şiş markerləri (ŞM)  normal hüceyrələrə nisbətən  şiş hüceyrələrində 
daha çox sintez olunan mürəkkəb tərkibli zülallardır. Şiş markerləri qanda və 
digər bioloji mühitdə radioimmunoloji və immunofermentativ metodlarla 
müəyyən edilir. 
ŞM, adətən, şiş toxuması tərəfindən sintez olunur və qan-damar sisteminə 
daxil olur, lakin onlar xərçəng hüceyrələrinin  ətraf toxumalara invaziyasına 
cavab olaraq normal toxumalar tərəfindən də ekspressiya oluna bilərlər. Diaq-
nostik nöqteyi nəzərdən ideal ŞM aşağıdaki tələblərə cavab verməlidir: 
−  ŞM sintez olunan konsentrasiyası müasir diaqnostika metodları 
vasitəsi ilə təyin edilməsi üçün yetərli səviyyədə olmalıdır 
−  ŞM sağlam insanların və ya xoşxassəli  şişi olan şəxslərin qanında 
rast gəlinməməli və ya onun konsentrasiyası cuzi olmalıdır 
−  ŞM şiş prosesinin erkən mərhələlərində aşkar edilə bilinməlidir ki, 
bu da ondan hər hansı bir şişin skrininqində istifadə etməyə imkan 
verir 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə