Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə28/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
70 
(məsələn, dilin qanaxma ilə  ağırlaşmış yayılmış  xərçəngi zamanı xarici yuxu 
arteriyasının bağlanması, stenozverici qırtlaq xerçəngində asfiksiya təhlükəsi 
zamanı – traxeostomiya, udlağın tam disfagiya ilə ağırlaşmış xərçəngi zamanı 
qastrostoma). 
 
3.2. Minimal-invaziv müalicə metodları 
 
Son onilliklərdə açıq cərrahi  əməliyyatlara alternativ kimi minimal in-
vaziv cərrahiyyədən və minimal invaziv (kriogen, lazer, ultrasəs, fotodinamik) 
ablasiya metodlarından geniş istifadə olunur. Şişin ablasiyası termini (latın di-
lindən ablatio – kənar etmək, məhrum etmək) birbaşa kimyəvi və ya termiki 
təsir etməklə şiş hüceyrələrinin məhvi mənasını verir. 
Kriodestruksiya patoloji şiş ocağının maye azotla dondurulması yolu ilə 
məhv edilməsinə əsaslanır [şəkil 3.1]. Bu zaman baş verən hüceyrə destruksi-
yası buzun təsirindən onların dehidratasiyası, buz kristalları ilə hüceyrə struk-
turlarının zədələnməsi, donmuş toxumada qan dövranının dayanması ilə 
xarakterizə olunur.  
Kriodestruksiya nəticəsində 
şiş hüceyrələrinin məhvi tempera-
tur-vaxt rejimindən asılıdır. Şişlərin 
kriodestruksiyası üçün əsas para-
metrlər aşağıdakılardır: temperatu-
run səviyyəsi, kriogen təsirin müd-
dəti, dondurma-donun əriməsi sik-
lində temperaturun dəyişmə sürəti 
və s. Hüceyrənin məhvi üçün «kri-
tik temperatur» müxtəlif toxumalar 
üçün fərqli olub mənfi 25-4
0
C inter-
valında tərəddüd edir. Kriodestruk-
siya bir neçə (adətən, 2-3) sikldən 
ibarət olub kriogen təsirin müddəti 
bir sikldə 2-10 dəqiqə arasında də-
yişir. Dondurulan şişin kütləsindən 
və lokalizasiyasından asılı olaraq 
donun əriməsi müddəti 3-15 dəqiqə 
təşkil edir. 
Kriodestruksiyadan dəri, do-
daq, ağız boşluğu, yuxarı  tənəffüs 
yollarının  şişlərində geniş istifadə 
olunur. Radikal kriogen müalicəyə 
göstəriş erkən mərhələli (T
1
-T
2
) şiş-
Şəkil 3.1. Avtomatik kriogen gurğu 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
71 
lərdir. Bu müalicə metodundan həmçinin digər müalicə metodlarından (şüa, 
cərrahi, kombinəolunmuş) sonrakı qalıq və residiv şişlərdə,  şüa müalicəsinə 
rezistent  şişlərdə, yaşlı  və ciddi yanaşı  xəstəliyi olan şəxslərin müalicəsində 
istifadə olunur. 
Metodun üstün cəhətləri aşağıdakılardır: 
−    şiş toxumasmm tam dağılmasının mümkünlüyü 
−    müdaxilənin nisbi ağrısız olması 
−    perifokal reaksiyanın minimal olması 
−  dondurmanın hemostatik effekti 
−  kobud çapıqların alınmaması nəticəsində yaxşı kosmetik effekt 
Metodun çatışmayan cəhətlərinə aiddir: 
−  birdəfəlik dondurulma heç də həmişə şişin bütün kütləsinin məhvinə 
gətirib çıxarmır, ona görə də təkrari təsirlər tələb olunur. 
−  şiş iri damarların yaxınlığında olduqda hüceyrələrin tam məhv ol-
ması üçün optimal hərarəti (mənfi 20-18°C) yaratmaq mümkün 
olmur ki, bu da residivlərin əmələ gəlməsinə səbəb olur. 
Hal-hazırda kriodestruksiya üçün istifadə edilən aparatlar iki növə bölü-
nür: kriopüskürdücülər və krioapplikatorlar. Kliniki praktikada sonunculara üs-
tünlük verilir, belə ki, bu zaman şişə müvafiq müxtəlif formalı və ölçülü ucluq-
lar seçməklə  ətraf sağlam toxumaların zədələnməsinin qarşısını almaq müm-
kündür. Kriopüskürdücülər pulverizasiya prinsipi ilə işləyir və yuxarıda göstə-
rilən xüsusiyyətə malik deyildir. 
Lazer cərrahiyyəsi. Optik kvant generatorlarının (lazerlərin) qeyri-adi 
xüsusiyyətləri; şüalanmanın böyük sıxlığı, dəqiq istiqamətlənməsi, şüa dəstinin 
fokuslaşdırılmasının mümkün olması onların onkologiyada istifadə edilməsinə 
imkan verir. Lazer şüalarının təsir mexanizmi tam öyrənilməsə  də müəyyən 
edilmişdir ki, onun bioloji obyektlərə  təsiri nəticəsində termik, ultrasəs, elek-
trokimyəvi, fotokimyəvi və digər effektlər alınır. Morfoloji tədqiqatlar nəticə-
sində müəyyən edilmişdir ki, lazer şüalarının təsiri nəticəsində toxumalarda 
elektrokoaqulyasion nekrozu xatırladan dəyişikliklər baş verir. Lazerin ən 
yüksək şişəleyhinə effekti onun kimyəvi dərman preparatları və şüa müalicəsi 
ilə birgə işlədilməsi zamanı alınır. 
Hal-hazırda kliniki praktikada lazerlərin bir neçə tiplərindən istifadə 
olunur. Bura bərk hissəcikli lazer (rubin kristalları və s.) qaz tərtibli lazer (he-
lium, neon, karbon qazı və s.) və mikroskoplu lazer (lazer mikroskopu) aiddir. 
Baş-boyun onkologiyasında lazer cərrahiyyəsindən gözdaxili şişlərin, dəri, ağız 
boşluğu və  qırtlağın  şişönü, xoş  və erkən bədxassəli  şişlərinin müalicəsində 
geniş istifadə olunur. 
Ultrasəs müalicəsi. Hal-hazırda kliniki praktikada bədxassəli şişlərin 
müalicəsi üçün istfiadə olunan ən perspektiv ultrasəs müalicə metodu 
yüksək intensivlikli fokuslaşdırılmış ultrasəs ablasiyasıdır (HIFU – Hight 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
72 
Intensity Focused Ultrasound). HIFU yeni nəsil müasir texnologiya olub
tezliyi  4 Mhs-ə  qədər, intensivliyi 3 Vt/sm2 və daha çox olan ultrasəs 
şüalarının enerjisinin dərində yerləşmiş toxumalara yüksək dəqiqliklə çat-
dırılmasını nəzərdə tutur. HIFU terapiya zamanı fokus zonasında temperatur 
90-100
0
C-yə çatır və  qısa müddətli təsir (fasiləsiz rejimdə 1-2 saniyə, 
impulslu rejimdə 2-5 saniyə) şiş hüceyrəsinin məhvinə gətirib çıxarır. HIFU 
özünün yüksək effektivliyi, yanaşı  təsirlərinin olmaması,  ətraf toxumalara 
zərər yetirməməsi və nisbi ucuzluğu ilə xarakterizə olunur. HIFU hal-
hazırda sərbəst və kombinəolunmuş mualicənin komponenti kimi süd vəzisi, 
qaraciyər, prostat vəzi və  mədəaltı  vəzi xərçənginin, sümük və yumşaq to-
xumaların sarkomalarının müalicəsində istifadə olunur. Qeyd etmək la-
zımdır ki, bu müalicə metodu kliniki onkologiyada son 5-6 ildə istifadə olu-
nur və alınan ilkin nəticələr (ilk növbədə prostat vəzi xərçənginin mü-
alicəsində) ümidvericidir. 
Fotodinamik terapiya (FDT)  şişlərin yeni müalicə metodlarından olub 
şişuducu preparatların (fotosensibilizatorlar) şiş toxumasında selektiv toplanma-
sına və müəyyən uzunluqlu işıq şüalarının təsiri ilə toxumalarda fotoreaksiyaların 
əmələ  gəlməsilə  əsaslanır. Fotosensibilizə olunmuş  şiş hüceyrələrinin işıq 
şüalarının təsiri altında məhv olması «fotodinamik terapiya» adlanır [şəkil 3.2]. 
FDT – ikikomponentli müalicə metodudur. Onun bir komponenti şiş 
toxumasında toplanan və orada normal toxumaya nisbətən daha çox ləngiyən 
fotosensibilizatordur. Digər komponent işıq, adətən, lazer şüalarının təsiridir. 
Fotosensibilizator toplanmış  şiş toxuması müxtəlif uzunluqlu işıq  şüaları ilə 
şüalandırıldıqda baş verən fotokimyəvi reaksiyalar qeyri-toksiki triplet ok-
sigenin (III O
2
) yüksək sitotoksiyi olan sinqlet (I O
2
) oksigenə çevrilməsinə 
və  sərbəst oksigen radikallarının  əmələ  gəlməsinə  səbəb olur ki, bu da şiş 
toxumasına toksiki təsir göstərir. Nəticədə  şiş rezorbsiya olunur və  tədricən 
birləşdirici toxuma ilə  əvəz olunur. FDT ənənəvi müalicə metodlarından 
(cərrahi, şüa, kimyəvi) şiş toxumasının yüksək zədələnmə dərəcəsi, ağır yerli 
ağırlaşmalarının olmaması, təkrarı müalicə seanslarının aparılmasının 
mümkünlüyü ilə  fərqlənir. FDT zamanı birinci nəsil fotosensibilizator olan 
fotohemdən (fotofril, fotosan) və 2-ci nəsil fotosensdən və porfizindən daha 
çox istifadə edilir. 
FDT üçün işıq mənbəyi kimi lazer [şəkil 3.3] və qeyri lazer şüalarından 
(ksenon, civə lampaları, işıq diodları) istifadə olunur. 
FDT ən çox dərinin bədxassəli şişlərində (bazalioma, yastıhüceyrəli xər-
çəng, melanoma) istifadə olunur. Eyni zamanda ağız boşluğu, qırtlaq xərçən-
gində onun istifadəsi haqqında məlumatlar vardır. FDT zamanı fotosensi-
bilizator ya venadaxilinə yeridilir, ya da dəri səthinə çəkilir. Müəyyən vaxtdan 
sonra xərçəng hüceyrələri fitosensibilizatoru absorbsiya edir və sonra həmin 
nahiyə şüalandırılır. Şüalanma preparatın oksigen ilə reaksiyaya girməsinə şə-
rait yaradır,  nəticədə əmələ gələn  kimyəvi birləşmələr xərçəng  hüceyrələrini  


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə