Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə31/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
81 
(əməliyyatdan 3-4 həftə sonra) başlana bilinmir ki, bu da həyat qa-
biliyyətli hüceyrələrin disseminasiyasına səbəb ola bilər.  
Bütün yuxarıda deyilənlərə baxmayaraq əməliyyatdan sonrakı şüa müali-
cəsinin müəyyən vacib üstünlüklərini də qeyd etmək lazımdır. Belə ki: 
−  şüalanmanın həcmi və metodikası  əməliyyat zamanı alınan məlu-
matlar və  çıxarılan toxumaların diqqətli morfoloji müayinəsindən 
sonra seçilir. 
−  əməliyyatdan sonrakı yaranın sağalmasına təsir edən mənfi şüa ami-
li olmur 
−  cərrahi müalicə  xəstəliyin diaqnozu qoyulduqdan sonra tez bir za-
manda icra edilir 
Əməliyyatdan sonrakı şüa müalicəsinin SOD – profilaktik məqsədlə apa-
rıldıqda 45-50 Qr, müalicəvi məqsədlə aparıldıqda isə 65-70 Qr təşkil edir. 
Əməliyyatdaxili  şüa müalicəsi  şişin cərrahi yolla tam və ya hissəvi çı-
xarılmasından sonra onun lojasının birdəfəlik yüksək doza ilə şüalandırılmasını 
nəzərdə tutur. Hal-hazırda intraoperasion şüa müalicəsinə maraq artmışdır. Bu 
onunla izah olunur ki, şüa təsirinin bu növündə normal toxumaların minimal, 
şişin və regionar metastavermə zonalarının isə  əksinə, maksimal şüalandırıl-
ması üçün real imkanlar açılır. Nəticədə residivlərin, metastazların və əməliy-
yatdan sonrakı ağırlaşmaların tezliyi azalır. 
Əməliyyatdaxili şüa müalicəsinin aşağıdakı variantları ayırd edilir: 
−  radikal əməliyyatdan sonra şişin lojasının şüalandırılması 
−  şişin, onun çıxarılmasından əvvəl şüalandırılması 
−  qeyri radikal əməliyyatdan sonra şişin şüalandırılması 
Əməliyyatdaxili şüa müalicəsi distansion meqavolt və toxumadaxili şüa-
lanmadan istifadə etməklə aparılır. 
Distansion meqavolt müalicədə  xətti və dövrü gücləndiricilərin genera-
siya etdiyi yüksək enerjili elektronlardan, toxumadaxili şüalanmada isə  C
0
60

Ir
192
, I
125
 kimi radioaktiv preparatlardan istifadə olunur. 
İntraoperasion  şüa terapiyası sahəsində  ən böyük təcrübə Yaponiya və 
ABŞ-da toplanmışdır. Müəyyən edilmişdir ki, intraoperasion şüalanma xəstələr 
tərəfindən yaxşı keçirilir və bütün növ radikal cərrahi əməliyyatlarla kombina-
siya oluna bilər. Əməliyyatdaxili şüa müalicəsinin SOD 15-25 Qr təşkil edir. 
Radiomodifikatorlar  bədxassəli  şişlərin  şüa müalicəsində radihəssas-
lığın artırılması  və  ətraf sağlam toxumaların qorunması  məqsədi ilə istifadə 
olunan vasitələrdir. 
Radiomodifikatorların aşağıdakı əsas növləri vardır: 
•  Hiperbarik oksigenasiya 
•  Hipertermiya 
•  Hiperqlikemiya 
•  Qaz hipoksiyası 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
82 
•  Elektron akseptor birləşmələr 
•  İmmunostimulyatorlar 
•  Şiş əleyhinə kimyəvi birləşmələr 
•  Poliradiomodifikasiya (hiperbarik oksigenasiya+metronidazol, hi-
pertermiya+hiperqlikemiya+immunostimulyatorlar və s.). 
RT  şüa dozası  və rejiminin (fraksiyalaşdırma) aşağıdakı  əsas sxemlə-
rindən istifadə edilir: 
−  klassik fraksiyalaşdırma: Bu zaman şüalanmanın bir dəfəlik ocaq 
dozası (BOD) 2 Qr, şüalanma rejimi həftədə 5 gün, şüa müalicəsi-
nin davam müddəti 6 həftədir 
−  hipofraksiyalaşdırma: BOD – 4-10 Qr, şüalanma rejimi həftədə 1-3 
gün, müalicə müddəti 2-3 həftə 
−  hiperfraksiyalaşdırma: BOD 1-1,25 Qr, şüalanma rejimi gündə 2 
dəfə (4-5 saatlıq fasilə ilə), həftədə 5 gün, müalicə müddəti – 5-6 
həftə 
−  sürətlənmiş fraksiyalı: BOD 1,2-2 Qr, şüalanma rejimi gündə 2-3 
dəfə (4-5 saatlıq fasilələrlə), həftədə 5 gün, müalicə müddəti – 4 
həftə 
−  dinamik fraksiyalaşdırma: BOD şüalanma kursu müddətində  dəyi-
şir, şüa rejimində klassik və hiperfraksiyalaşdırmadan, hiper və hi-
pofraksiyalaşdırmadan müştərək istifadə olunur 
Şüa müalicəsinin ağırlaşmalarına aşağıdakılar aiddir: 
1. Yerli 
•  Şüa reaksiyaları 
 – dəridə: epitema, quru və yaş epidermit 
 
– selikli qişada: epiteliit 
•  Şüa zədələnmələri 
 
– indurativ ödem  
 
 
 – 
dərinin şüa xorası 
 
 
– osteonekroz 
 
 
 
– pnevmoskleroz  
 
 
– xoralı stomatit 
– ezofagit 
– rektit 
– sistit 
 2. 
Ümumi 
  – 
ürəkbulanma  
 
 
  – 
qusma 
    
  – 
iştahanın itməsi 
– yuxunun pozulması 
– leyko-limfo-trombositopeniya 


Fəsil 3. 
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
 
83 
 
Şüa müalicəsinə əsas əks göstərişlər aşağıdakılardır. 
−  ağciyərin açıq vərəmi 
−  ağır formalı şəkərli diabet 
−  ürək-ağciyər çatışmazlığı 
−  şiş prosesinin generalizasiyası 
−  kaxeksiya 
−  anemiya 
−  leykopeniya 
−  trombositopeniya 
−  şişin dağılması 
−  qanaxma 
Radiocərrahiyyə (stereotaksik radiocərrahiyyə).  Radiocərrahiyyə  və 
ya stereotaksik radiocərrahiyyə  şüa müalicəsinin bir növü olub radioterapi-
yadan fərqli olaraq uzunmüddətli kiçik dozalı deyil, birdəfəlik yüksək dozalı 
ionizəedici şüalanmadan istifadə etməklə xoş və bədxassəli şişlərin və bir sıra 
digər patoloji ocaqların məhv edilməsi və ya onların inkişafının dayandırılması 
məqsədi ilə aparılır. 
Bu məqsədlə hal-hazırda kliniki praktikada ən çox istifadə olunan sistem-
lərə Qamma-bıçaq (Gamma Knife) və Kiber-bıçaq (Cyber Knife) aiddir [şəkil 
3.10-3.11]. 
Qamma-bıçaq baş beyin patologiyalarının, o cümlədən xoş və bədxassəli 
şişlərinin stereotaksik padiocərrahiyyəsi üçün nəzərdə tutulan aparatdır. Onun 
son modelləri boyun nahiyyəsinin şişlərində də istifadəyə imkan verir. 
 
 
Şəkil 3.10. Gamma-bıçaq aparatı 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə