Fəsil 3.
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
91
digər şişlərin müalicəsində əhəmiyyət kəsb edir.
Baş-boyun nahiyəsinin bədxassəli şişləri arasında hormonal müalicə
qalxanabənzər vəzi xərçəngi zamanı əməliyyatdan sonrakı dövrdə əvəzedici və
supressor terapiya məqsədi ilə aparılır. Bu zaman ən çox L-tiroksindən istifadə
olunur.
3.4.3. Bioterapiya
Son onilliklər ərzində molekulyar biologiya sahəsindəki nailiyyətlər on-
koloji xəstəliklərin müalicəsində yeni bir istiqamətin – bioterapiyanın əsasını
qoydu.
Müasir təsəvvürlərə görə (Rosenberg S.A. 1995) bioterapiya bədxassəli
şişi olan xəstələrin, orqanizmin təbii müdafiə sistemlərinin aktivləşdirilməsi və
ya təbii polimer molekulların yeridilməsi yolu ilə müalicəsidir. Başqa sözlə,
bioterapiya orqanizmin şiş əleyhinə immun müdafiəsini, həmçinin angiogenezi
və apoptozu tənzimləyən faktor və mexanizmlərə təsiri nəzərdə tutur. Biotera-
piya kliniki onkologiyanın istiqaməti kimi uzun müddət elmi tədqiqatlar çərçi-
vəsində qalmış, son onilliklər ərzində isə kliniki praktikada tətbiq edilməyə
başlamışdır. Molekulyar biologiyanın hazırki inkişaf səviyyəsində bioterapiya
metodlarını aşağıdaki kimi təsnif etmək olar:
1. Aktiv immunoterapiya
2. Passiv immunoterapiya
3. Adoptiv immunoterapiya
4. Sitokinoterapiya
Qeyd etmək lazımdır ki, bu təsnifat şərtidir. Belə ki, bəzi müalicə növləri,
məsələn sitokinoterapiya həm aktiv, hən də passiv immunoterapiyaya aid edilə
bilər. Digər tərəfdən bioterapiyanın bəzi növləri müştərək istifadə oluna bilər.
Bura vaksinoterapiya (aktiv spesifik immunoterapiya) ilə immunomodulya-
torların (aktiv qeyri spesifik immunoterapiya), həmçinin sitokinoterapiya ilə
(aktiv və ya passiv immunoterapiya) autogen immunokomponent hüceyrələrin
(adoptiv immunoterapiya) birgə istifadəsini aid etmək olar.
Aktiv immunoterapiya – şiş əleyhinə immunitetin aktivləşdirilməsi
metodudur. Onun aşağıdaki növləri vardır:
• Qeyri spesifik immunoterapiya (immunomodulyatorlar)
• Spesifik immunoterapiya (vaksinoterapiya)
• Gen terapiyası
Aktiv qeyri spesifik immunoterapiya zamanı, əsasən, aşağıdaki təbii və
sintetik immunomodulyatorlardan istifadə edilir:
− bakterial (corynebacterium parvum) və virus (BCG [Bacillus Cal-
metta-Guerin], suçiçəyi, antirabik, göy öskürək, polimielit əleyhinə)
vaksinləri
BAŞ-BOYUN ŞİŞLƏRİ
92
− kimyəvi birləşmələr (levamizol, timogen, likopid)
− bioloji aktiv maddələr (interferon, T – aktivin)
Aktiv spesifik immunoterapiya (vaksinoterapiya) tərkibində immunogen
antigen olan vaksinlərin köməyi ilə orqanizmdə aktiv spesifik immunitetin
yaradılmasını nəzərdə tutur. Şiş əleyhinə vaksinasiyanın əsas məqsədi immu-
norezistent şiş hüceyrələrinin aşkar və məhv edilməsinə yönəldilmiş davamlı
immun cavabın dəstəklənməsidir. Şiş əleyhinə vaksinlər antigenin alınması
metodlarından asılı olaraq aşağıdaki qruplara bölünür:
• Autogen vaksinlər – xəstənin özünün şiş hüceyrələrində olan anti-
genlərdən alınır
• Allogen vaksinlər – digər xəstənin şiş hüceyrələrində olan antigen-
lərdən əldə edilir
• Rekombinant və ya sintetik vaksinlər şiş və ya bakterial (E.Coli)
hüceyrələr tərəfindən biotexnoloji (in vitro) yolla sintez edilmiş şiş
antigenlərindən alınır.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrə qədər vaksinlərin alınmasının
optimal variantı müəyyən edilməmişdir, belə ki, hər üç metodun üstün və ça-
tışmayan cəhətləri vardır. Dünyanın müxtəlif laboratoriyalarında aparılan çox-
saylı tədqiqatlar hələlik, vaksinoterapiyanın effektivliyinin istənilən dərəcədə
olmadığını göstərir. Bunun əsas səbəbləri aşağıdakilardır:
− şiş antigenlərinin lazımi immunogenliyinin olmaması
− birincili şişin klonal tərkibinə görə heterogen olması
− birincili şişin və onun metastazlarının klonal tərkibinin fərgli olması
Vaksinoterapiyanın effektivliyin artırılması üçün vacıb olan əsas şərtlər
aşağıdakilardır:
− şiş kütləsinin həcminin maksimal azaldılması (sitoreduktiv əməliy-
yatlar)
− xəstənin orqanizminin lazımı immun vəziyyəti
− xarici immunosupressiv təsirlərin olmaması
− aktiv qeyri spesifik immunoterapiya ilə eyni vaxtda aparılması
Qeyd etmək lazımdır ki, son illər bədxassəli şişlərin vaksinoterapiyası
güclü inkişaf dövrünü yaşayır. Hal hazırda şiş əleyhinə vaksinlərin kliniki təd-
qiqatları başa çatır və onların kliniki praktikaya geniş tətbiqi gözlənilir.
Gen terapiyası bioterapiyanın ən sürətlə inkişaf edən və perspektiv isti-
qamətidir. Xərçəng genomun qeyri stabilliyi xəstəliyi hesab olunur. Genote-
rapiya – biotexnolojı (gen mühəndisliyi) və tibbi metodların vəhdəti olub
insanın somatik hüceyrələrinin genetik aparatında dəyişikliklər yolu ilə xəstə-
liyin müalicəsini nəzərdə tutur. Onun əsas məqsədi mutasiya nəticəsində DNT
strukturunda baş verən defektlərin aradan qaldırılması və ya hüceyrələrə yeni
funksiyaların aşılanmasıdır.
Fəsil 3.
BƏDXASSƏLİ ŞİŞLƏRİN MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
93
Gen terapiyası zamanı müalicəvi effekt aşağıdaki vasitələrlə əldə edilir:
− defekt genin düzəldilməsi və ya dəyişdirilməsi
− daxil edilmiş terapevtik genin ekstra xromosom ekspressiyası
− «xəstə» və ya superaktiv genin funksiyasının zəiflədilməsi (antisens
terapiya)
Genetik konstruksiyaların orqanizmə yeridilməsi yoluna görə gen tera-
piyası sistem (venadaxili, əzələdaxili) və lokal (orqan, şiş daxili) ola bilər.
Onkologiyada gen terapiyasının əsas istiqamətləri aşağıdakilardır:
− şiş hüceyrələrinin genetik aparatının onların immunogenliyinin
artırılması məqsədlə modifikasiyası
− immun effektor hüceyrələrin onların şiş hüceyrələrini tanıması və li-
zisi məqsədi ilə modifikasiyası
− şiş hüceyrələrinin genetik aparatının sitostatiklərə həssaslığının
artırılması məqsədi ilə modifikasiyası
− sağlam hüceyrələrin genetik aparatının onların sitostatiklərə re-
zistentliyinin artırılması məqsədi ilə modifikasiyası
İlk iki istiqamət sərbəst aktiv immunoterapiyaya aid olunub, digər iki
istiqamət kombinəolunmuş kimyəvi və gen terapiyalarını nəzərdə tutur.
Gen terapiyası hələlik özünün, əsasən, eksperimental dövrünü yaşasa da
ilkin kliniki nəticələr də vardır. Nəzərə çatdırmaq kifayətdir ki, XXI əsrin
başlanğıcına dünyada 380 gen terapiyası protokolu qeydə alınmış və 3173
xəstənin geninin modifikasiyası aparılmışdır. Onlardan 240 protokol (63%)
onkologiyada tətbiq edilmiş və 2166 xəstə (ümumi sayın 68%-i) müalicə olun-
muşdur.
Passiv immunoterapiya – onkoloji xəstənin orqanizminə şiş əleyhinə
antitellərin yeridilməsini nəzərdə tutur. Bioterapiyanın bu növündə monoklonal
antitellərdən istifadə olunur.
Monoklonal antitellər (MKA) B-limfositlər tərəfindən şiş antigenlərinə
cavab olaraq istehsal olunan, bu və ya digər antigenlərə qarşı selektiv isti-
qamətlənən γ-qlobulin tərkibli zülallardır. MKA məqsədyönlü təsirli pre-
paratlar olub ancaq onlara reseptorları olan hüceyrələrlə qarşiliqlı əlaqəyə
girirlər. Şiş hüceyrələrində olan, lakin sağlam hüceyrələrdə rast gəlinməyən
reseptorlara MKA yaradılması şişə seçici təsiri təmin edir. Bu nöqtəyi nəzərdən
MKA müalicəyə «target» terapiya da deyilir. İngilis sözü «target» – «hədəf»
mənasını verir. Ona görə də hədəfə yönəlmiş müalicə «target» terapiyası ad-
lanır. Müalicə immunoloji prinsipə – «hədəfə» yəni şişin böyüməsi və proq-
ressiyasını stimulyasiya edən hər hansı genə və ya onun zülal ekspressiyalarına
qarşı antitellərin alınmasına əsaslanır.
Hal hazırda kliniki praktikada ən çox aşağıdaki MKA («target» prepa-
ratlar) istifadə olunur (cədvəl 3.2).
Dostları ilə paylaş: |